Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə21/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 68
(şaman və xristian), çuvaş  və qaqauzlar (xristian), karaim və 
krımçaklardır (musəvi).  
Mövcud coğrafi yayılma arealı baxımından müxtəlif türk 
xalqları  çərqdə Lena çayı hövzəsindən, Altay dağlarından, Böyük 
Çin səddindən, Hindiquş dağlarının  Əfqanıstan sərhədlərindən 
qərbdə Aralıq dənizi sahillərinə, Krıma, Moldovaya, hətta bir qədər 
də  qərbə doğru Rumıniyaya qədər,  şimalda Sibirdən başlayaraq 
cənubda İran körfəzinə, Dəclə və Fərat çayları hövzəsinədək böyük 
bir ərazidə yaşayırlar. Yayıldığı bu geniş məkanın əksər yerlərində 
türklər yerli xalqlardır. Baxmayaraq ki, uzun müddət elmi 
ədəbiyyatlarda, xüsusən sovet dövrü tarixində türkləri Altay - Uzaq 
Şərq mənşəli xalq hesab etmiş, digər  ərazilərdə isə onları  gəlmə 
adlandırmışlar. Bu cür münasibəti daha çox Qafqaz və Anadolu 
türklərinə yanaşmada görürük. Lakin son tədqiqatlar bir daha sübut 
edir ki, bu yanaşmalar qərəzlidir və tarixi saxtalaşdırmağa 
yönəlmişdir. Türklər Ön Asiya və Qafqazda ilk nəsil sivilizasiya 
daşıyıcılarındandırlar və bu, çoxsaylı faktlarla təsdiq olunmuşdur. 
Türklərin Ön Asiyada ən qədim tarixdən bəri məskun olması  və 
regionda mühüm nüfuza malik olması ilə bağlı irəli sürülən 
mülahizələr bu gün də tarix səhnəsində öz izini saxlamaqdadır. Biz 
bunu Ön Asiyada (Anadoluda) birinci nəsil sivilizasiya 
daşıyıcılarından olan Assuriya dövlətinin və assurların regionda 
hazırkı reliktlərinin timsalında da aydın görürük. Tarixdən 
məlumdur ki, Assuriya dövləti bu regionda Şumer, Babil, Hett, 
Elam dövlətləri ilə  bərabər qədim Mesopotamiya sivilizasiyasının 
mühüm mərkəzlərindən olmuşdur. Yüksək dövlətçilik ənənəsi, yazı 
mədəniyyəti,  şəhər sivilizasiyası bu dövlətin və müvafiq olaraq 
hakim dil kimi assur dilinin regiondakı nüfuzundan xəbər verir. 
Belə olduğu halda, passionarlıq dövrünü yaşayıb qurtarmış olsa 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 69
belə, assurların dini ritual dili olaraq qəbul etdikləri dilin 
daşıyıcılarının bu regionda ən azı Assuriya dövlətinin həmyaşıdı 
olması lazımdır. Türkiyəli tədqiqatçı Receb Albayraq Hacaloğlu 
“Türkmen ve Asur kilselerinde oxunan türkçe ilahi metnler” 
kitabında bu mövzuya aydınlıq gətirmişdir. Kitabda İraq - Kərkük 
türkmənlərinə məxsus 9 ilahi mətn, Cənubi Azərbaycanın Urmiya 
bölgəsində yaşayan asurların keldani-katolik kilsəsinə aid 
Azərbaycan türkcəsində 6 mətn təqdim olunur. Müəllif qeyd edir 
ki, sami mənşəli qədim bir dilin müxtəlif dialektlərində danışan 
keldani (katolik), nestorian və yaqubi məzhəblərinə bölünən asurlar 
Azərbaycan türkləri ilə  əsrlər boyu davam edən mədəni-linqvistik 
əlaqələrin nəticəsində keldani-katolik kilsəsində öz ilahilərini də 
Azərbaycan türkcəsində oxuyurlar.
61
 Nəzərə almaq lazımdır ki, 
Azərbaycan dili tarixən heç bir zaman dini ritual dili olmamışdır və 
azəri türklərinin islamı qəbul edəndən sonrakı dini dili əsasən ərəb 
dili olmuşdur. Onda bu qənaətə  gəlmək olar ki, asurların 
passionarlıq dövrünü keçirdikdən sonra zəifləmiş  qədim 
mədəniyyətinin yalnız özü ilə  bərabər bu regionda mövcud olan 
xalqın dilini qəbul etməsi mümkün görünür. Bu isə  ən azı 
eramızdan  əvvəlki minillikdə bu regionda türklərin yaşamasından 
xəbər verir və Ön Asiyada türklərin gəlmə deyil, birinci nəsil 
sivilizasiya daşıyıcılarından olduğunu iddia etməyə  əsas verir.
 
 
 
                 ***** 
Tarixi baxımdan isə Türk sivilizasiyasının izləri daha geniş 
ərazini əhatə edir. Belə ki, böyük türk dövlətləri - Hun imperiyası 
(e.ə. 220 - 216), Göytürk Xaqanlığı (552-743), Xəzər Xaqanlığı 
(651-983), Uyğur Xaqanlığı (744-840), Qaraxanlı dövləti (840-
                                                 
61
 Receb Albayraq Hacaloğlu. Türkmen ve Asur kilselerinde ohunan türkçe ilahi 
metnler, Ankara: 1996. səh. 30 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 70
1212), Böyük Səlcuq imperiyası (1040-1157), Xarəzmşahlar 
dövləti (1097-1231), Eldəgizlər dövləti (1136-1225), Osmanlı 
imperiyası (1299-1922), Teymurilər dövləti (1370-1507), Böyük 
Moğol imperiyası (1526-1858), Əyyubilər dövləti (1171-1348), 
Dehli Türk Sultanlığı (1206-1413), Misir Məmlük dövləti (1250-
1517), Səfəvi dövləti (1501-1722), Qacar dövləti (1794-1925) Türk 
sivilizasiyasının sərhədlərini bir tərəfdə Hindistana, digər tərəfdə 
isə Avropanın dərinliklərinə - Macarıstana, Balkanlara, şərqdə  və 
cənubda isə Misirə, Əlcəzairə, Ərəbistana doğru genişləndirmişdir. 
Ümumiyyətlə, tarixi mənbələrə görə dünyada böyüklü-kiçikli 113, 
bəzilərinə görə isə 125 türk dövləti olmuşdur.
62
 Bir fakt da vardır 
ki, tarixdə türk dövlətlərinin sayı neçə olursa olsun, tarixin hər 
dövründə türklər dövlətçilik  ənənələrini qorumuşlar. Bütün tarixi 
dövr ərzində müxtəlif türk xalqlarının dövlətçilik ənənəsində fasilə 
olmamışdır. Buna görədir ki, dövlətçilik Türk sivilizasiyası üçün 
əsas xarakterik xüsusiyyətlərdən biridir.  
Türk sivilizasiyası öz intibah dövrünü XVI əsrdə yaşamışdır. 
Tarixdə “Türk əsri” kimi tanınan XVI əsrdə türklər tərəfindən 
qurulan beş böyük imperiyada (Osmanlı, Səfəvi, Teymurilər, 
Böyük Moğol imperiyası, Misir Məmlük dövləti) yaşayanların sayı 
270 milyon nəfərə yaxın idi. Həmin dövrdə “Köhnə dünya”nın 
bütün  əhalisinin 540 milyon olduğunu nəzərə aldıqda o tarixi 
epoxada türklərin hökmranlığı  aşkar görünür.
63
 XXI  əsrin də türk 
əsri olacağı güman edilir. Bunun əsas səbəbi keçən əsrin sonlarına 
doğru dünyada baş verən geosiyasi proseslər nəticəsində tarix 
səhnəsinə müstəqil türk dövlətlərinin çıxması olmuşdur. Bu gün 
                                                 
62
 
Tarihi türk imperatorlukları. Tarihte türk milleti/ Altın körpü. Бишкек. Из Басма, 
2009, səh. 4 
63
 Meşkure Yılmaz. Tarihi, siyasi ve kültürel yönleriyle Türklerin Dünyası ve 
Türkiyenin dış türkler politikası. Ankara: “Kripto Kitablar”, 2010, səh. 18 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə