Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə19/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 59
Orxon-Yenisey  əlifbası Avrasiya mühitində  şərq, Gəmiqaya-
Qobustan isə  qərb  əlifbasıdır və onların səsləri eynilik yaratmır. 
Müəllif yazır: “Gəmiqaya-Qobustan  əlifbasında “yeriyən” A, P 
hərfləri, Çox çalarlı F hərfi, bilavasitə suyu bildirən hərf, Orxon-
Yeniseydə olmayan T, Ш  və başqa işarələr, Gəmiqaya və 
Qobustanda 8 və ulduz işarələrinin bolluğu və başqa yerli əlamətlər 
sübut edir ki, Gəmiqaya-Qobustan Azərbaycanın öz qədim, yerli 
fonetik əlifbasıdır və o, Azərbaycan xalqı tərəfindən yaradılmışdır 
və bu tarix eramızdan  əvvəlki minilliklərə aiddir... Gəmiqaya-
Qobustan  əlifbası bilavasitə Azərbaycan (türk) dilinin fonetik və 
leksik quruluşuna tam cavab verir. Azərbaycanda aşkar edilən digər 
yazı  işarələri: Gəncə,  Şamaxı, Kəlbəcər, Mingəçevir, hacıqabul, 
Nüvədi, Təbriz-Əhər, Prallahı  və  İçəri  Şəhər yazı nümunələri 
Gəmiqaya-Qobustan əlifbasının işarələri ilə üst-üstə düşür.”
55
 Qeyd 
olunanlar bir daha sübut edir ki, Gəmiqaya-Qobustan 
mədəniyyətinin timsalında Azərbaycan qədim türk diyarıdır və 
uydurma “Altay nəzəriyyəsi”nə  əsaslanan türklərin bu regionda 
gəlmə olması fikri tamamilə yanlışdır. Avrasiya məkanında “Çöl” 
landşaftı daxilində Türk sivilizasiyası şərqdə olduğu kimi qərbdə də 
(Qafqaz, Ön Asiya) birinci nəsil sivilizasiyalara aiddir.   
Beləliklə, türklərin yerləşmə arealını müəyyənləşdirdikdən 
sonra Türk sivilizasiyasının  əlaqələrinə baxmaq olar. Lakin bu 
zaman bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, 
müşahidələrə  əsasən türk mədəniyyəti türk xalqlarının yerləşmə 
arealından daha geniş  ərazini  əhatə edir. Yəni, bu gün dünyada 
türklərin yerləşmə arealına daxil olmayan ərazilərdə  də türk 
mədəniyyətinin təsirlərini görmək mümkündür. Məsələn, müasir 
                                                 
55
 Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası.Bakı: Azərbaycan Milli Ensiklopediyası 
Nəşriyyat poliqrafiya birliyi, 2003, səh. 15 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 60
dövrümüzdə Avropada Çexiya, Macarıstan, Polşa kimi Qərb 
sivilizasiya daşıyıcısı olan ölkələrin həyatında türk mədəniyyətinin 
təsirlərinə rast gəlmək mümkündür. Buna görədir ki, Türkiyəli 
tədqiqatçı Erman Altun yazır: “Türk kültürü, belirli bir coğrafiyayla 
sınırlandırılamayacağı için göçüb yerləşdikləri, dövlət qurub 
egemen oldukları ölkələrin tümünü kapsamaktadır”.
56
 Buna görə də 
hazırkı  tədqiqatda işıq salacağımız Türk sivilizasiyasının digər 
sivilizasiya daşıyıcıları ilə  əlaqələrinə türklərin yerləşmə arealı ilə 
bərabər, yayılma arealına da istinad etmək fikrindəyik.   
 
Türk xalqlarının yayılma arealı və dini bağlılığı 
Hazırda müxtəlif məlumatlara görə dünyada təxminən 250-
300 milyon türk etnosuna məxsus insan yaşayır. Türk xalqlarının 
tarix və  mədəniyyəti ilə bağlı çoxsaylı araşdırmaları olan Cavad 
Heyət bildirir ki, türk qövmləri 29 türk ləhcəsində danışırlar. Bu 
ləhcələrin 22-sinin müstəqil yazılı qrammatika və  ədəbiyyatı 
vardır.
57
 Türk  xalqları linqvistik xüsusiyyətlərinə görə dörd qrupa 
bölünürlər: 
1.
 
Oğuz qrupu - Türkiyə  və Azərbaycan türkləri, qaqauzlar, 
türkmənlər, Axıska türkləri, Krım tatarları, türkmanlar 
2.
 
Uyğur qrupu - özbəklər, salarlar, uyğurlar, tuvalılar, şorlar, 
komasin-tobollar, baraba tatarları, çulım tatarları və b. 
3.
 
Qıpçaq qrupu - qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, 
altaylar, noqaylar 
4.
 
Bulqar qrupu - tatarlar, başqırdlar, qaraçaylar, karaimlər. 
                                                 
56
 Erman Altun. Popüler türk kültürünün dünya kültürlerine etkisi ve katkısı  // VI 
Uluslararası türk kültürü konqresi bildirileri. IV cilt. Atatürk Kültür Merkezi Başkanlığı 
Yayınları. Ankara: 2009, səh.1567 
57
 Cavad  Heyət. Türklərin tarix və  mədəniyyətinə bir baxış (islamdan əvvəl və islam 
dövrü). Bakı: Aspoliqraf, 2009, səh. 6 
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 61
Türk xalqlarının inanclarında Tanrı  əsas yer tutur. Tarixin 
müxtəlif dövrlərində ayrı-ayrı türk xalqları islam, xristianlıq, 
iudaizm, buddizm, tenqriçilik, atəşpərəstlik,  şamanizm, animizm 
kimi din və inanc sistemlərinə tapınmışlar. Lakin xüsusi 
vurğulanmalıdır ki, qədim dövrlərdən bəri türk xalqlarının tarixinə 
baxdıqda aydın olur ki, türk xalqları  təkAllahlı dinə üstünlük 
vermişlər. Zaman-zaman kənar müdaxilələr hesabına türklərin dini 
inancında fərqli təsirlər olsa da, monoteist dini inanc türklər üçün 
daim xarakterik olmuşdur. Bu xarakterik xüsusiyyət isə Türk 
sivilizasiyası daşıyıcılarını bu gün daxil olduğu islam dini 
çərçivəsində belə digər daşıyıcılardan (Ərəb,  İran, Malay) əsaslı 
fərqləndirmişdir.  İslam mədəniyyəti  ətrafında birləşən digər 
sivilizasiyaların islamaqədərki dini görüşü ilə islam dini arasında 
kəskin fərqlərin olduğu halda, türklərin islamaqədərki dini 
dünyagörüşü daha çox təkAllahlı olmuş  və türklərin 
müsəlmanlaşmasından sonra islam dini dünyagörüşü ilə bir 
ahəngdarlıq təşkil etmişdir.  
Türklər arasında müxtəlif heyvanların müqəddəs sayılmasına 
əsaslanaraq onların islamdan əvvəl totempərəst olmaları ilə bağlı 
iddialarla  əlaqədar bildirmək istərdik ki, bu bağlantı ümumilikdə 
türkün ruhuna yaddır. Doğrudur, türklərdə  bəzi heyvanlar - qurd, 
aslan, qartal müqəddəs sayılmışdır, amma bunu totemizmə 
bağlamaq türkün ruh aləmi haqqında yanlış  təsəvvürlərin 
yaranmasına səbəb olar. Bununla bağlı professor Cavad Heyət 
totemizmin türklərə yad olmasını 
dəyərli sübutlarla 
əsaslandırmışdır. O, “Türklərin tarix və  mədəniyyətinə bir baxış” 
kitabında yazır: “Əski türkləri totempərəst sayanlar onların qurdu 
özlərinə ata bildiklərinə əsaslanıb Fəzlullah Rəşid əd-Dinin “Came 
ət-təvarix”də 24 oğuz boyunu sayarkən, hər dörd boy üçün bir quşu 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə