Sivilizasiyaların kəsişməsində türk dünyası
89
qoyaraq, bölgədə birlik missiyası formalaşdırdılar. Bu missiya da
sonradan tamamilə rusların əlinə keçdi”.
76
Bu məktəbin başqa bir nümayəndəsi Nikolay Trubetskoy da
rus dövlətçiliyində və rus millətinin formalaşmasında türklərin
rolunun danılmaz olduğunu qeyd edirdi. O, 1925-ci ildə nəşr
olunan “Rus mədəniyyətində Turan elementi” adlı məqaləsində
yazırdı: “Şərqi slavyan tayfaları müasir Rusiyanın yalnız kiçik bir
hissəsində məskunlaşmışdılar. Onlar yalnız Baltik dənizi ilə Qara
dənizi birləşdirən çay hövzələrində yaşayırdılar. Müasir Rusiyanın
yerdə qalan ucsuz-bucaqsız ərazilərində isə Turan tayfaları
yaşayırdılar. Bu coğrafi ərazinin tarixində “Turan” tayfaları şərqi
slavyanlardan, yəni ruslardan daha artıq rol oynamışdır. Müasir
Rusiyanın demək olar ki, bütün ərazisinin ilk dəfə vahid bir dövlət
şəklində birləşdirilməsi də rusların deyil, turan-monqol tayfalarının
xidməti olmuşdur. Əgər şərqi slavyanlığın turançılıqla qovuşması
rus tarixinin əsas faktıdırsa, əgər damarlarında turan qanı axmayan
rus tapmaq müşkül məsələdirsə, onda biz rusların düzgün milli
özünüdərki üçün bizdə turan elementinin mövcud olduğunu qəbul
etməliyik”.
77
Ümumiyyətlə, həmin dövrün əksər Avrasiyaçıları hesab
edirdilər ki, mənəvi baxımdan Rus dövləti Bizansla bağlı olduğu
halda, geosiyasi baxımdan Bizans yad məkan kimi çıxış etmişdir.
Monqol hücumundan sonra Rus dövləti tamamilə monqol-tatarların
geosiyasi əhatə dairəsinə daxil olmuşdur. Buna görə də
Avrasiyaçılar bu qənaətdə olmuşlar ki, geosiyasi baxımdan
Rusiyanın tarixində Bizans yox, monqol irsi üstünlük təşkil edir. Bu
76
Савицкий Петр Николаевич. Степь и оседлость // Континент Евразия. Москва:
Аграф, 1997, стр. 232
77
О туранском элементе в русской культуре // Евразийский временник / Под ред.
П. Н. Савицкого, П.П. Сувчинского, Н.С. Трубецкого, Берлин, 1925, стр 351-377
Sivilizasiyaların kəsişməsində türk dünyası
90
xüsusda Pyotr Savitski yazırdı: “Rusiya - böyük Xanların varisi,
Teymur və Çingiz xanın işlərinin davamçısı, Asiyanın
birləşdiricisidir”
78
.
Monqol-tatarların məğlubiyyətə uğramasından sonra Moskva
knyazları təkcə rus torpaqlarının deyil, həm də tatar torpaqlarının
sahibinə çevrildilər. Praktik olaraq yalnız XV əsrdən sonra Rusiya
ümumAvrasiya dövləti rolunu oynamağa başladı. Avrasiya
məkanında Rusiyanın yaranması prosesi “Meşə” ilə “Çöl”ün
geosiyasi sintezinin nəticəsidir. Bu məqama xüsusi fikir vermək
lazımdır. Bizim fikrimizcə, məhz “Çöl” sivilizasiyasının daşıyıcısı
olan Türk sivilizasiyasının Pravoslav-Slavyan sivilizasiyası ilə
münasibətlərində harmoniyanı bu sivilizasiyanın “Meşə” və
“Çöl”ün sintezini təmsil etməsində axtarmaq lazımdır. Hələlik isə
qeyd etməliyik ki, Rus dövlətçiliyi monqol-tatarlarınkından daha
güclü oldu. Çünki bu idarəçiliyin dini əsasları möhkəm idi,
pravoslavlıq məişət həyatına qədər daxil ola bilmişdir. Monqol-
tatarların dini inancları - Tenqrizm və ya şamanizm güclü iyerarxik
və struktural fundamentə malik deyildi. Bu daha çox könüllü əsasda
mənəvi bağlılıq idi. Buna görə monqol-tatarlarda dövlətçilik aparatı
dini sistemdən azad olduğundan zaman keçdikcə məğlub
vəziyyətdən çıxa bilən pravoslav rus dövlətçiliyinə uduzdu.
Nikolay Trubetskoy “Rusiyanın tarixinə Qərbdən deyil, Şərqdən
baxış” adlı araşdırmasında məhz bu nüansa toxunur və monqol-
tatar (türk) tarixi irsinin rus dövlətçiliyinin bünövrəsini təşkil
etməklə yanaşı, bu dövlətçiliyin dirçəldilməsində rusların mənsub
78
Савицкий Петр Николаевич. Степь и оседлость // Континент Евразия. Москва:
Аграф, 1997, стр. 335
Sivilizasiyaların kəsişməsində türk dünyası
91
olduqları pravoslav dininin Tenqrizmlə müqayisədə mənəvi
bağlılıqdan daha güclü dini sistemə malik olmasını əsas gətirirdi.
79
Türk və Slavyan sivilizasiya daşıyıcılarının maddi mədəniyyət
nümunələrində də bəzi oxşarlıqlar və hətta eyniliklər müşahidə
olunur. Belə ki, arxeologiyada “doğrama mədəniyyəti” adlandırılan
və ağac - dirək əsasında arxitekturaya əsaslanan tikililərə hər iki
mədəni tipin məişət həyatında rast gəlinir. Doğrudur, Murad Adcı
bunu slavyanların qıpçaqlardan (türklərdən) yiyələnərək öz adlarına
çıxdığını və bunun Slavyan mədəniyyətinə heç bir bağlılığının
olmadığını iddia edir. Müəllif yazır: “Arxeoloqlar doğrama
mədəniyyəti ilə bağlı məhz qədim qıpçaq qəbirlərində çox əşyalar
tapıblar, qəbirlər də həmin evlərin tipindədir. Qədim qıpçaq qəbir-
kurqanları da, yaşayış məntəqələrinin qalıqları da həmin doğrama
tikintilərinin məzmunundadır. Bu, “aöac-doğrama” izləri
Avropanın məhz qıpçaqlar yaşayan çöl və meşə-çöl
bölgələrindədir. Başqa ölkələrdə bu tip tikintiyə ümumiyyətlə
təsadüf olunmur.”
80
Bizim fikrimizcə isə bu tip ortaq maddi
mədəniyyət Türk və Slavyan sivilizasiyalarının “Çöl” və “Meşə-
Çöl” landşaftlarını təmsil etməsindən irəli gəlir.
Məşhur rus alimi, Avrasiyaçı məktəbin görkəmli nümayəndəsi
Lev Qumilyov da Türk və Slavyan sivilizasiyalarının
münasibətlərinə öz əsərlərində toxunmuşdur. Onun fikrincə, ruslar
(velikorossı) passionar təkanın təsiri ilə türk-slavyan tayfalarının
qarışması nəticəsində yaranan xüsusi bir etnosdur və böyük alim
bunu “Meşə” ilə “Çöl”ün ittifaqı kimi görür. Alimin qənaətlərinə
görə, bu ittifaq simbioz xarakterlidir, yəni hər xalqın
79
Трубецкой Николай Сергеевич. Взгляд на русскую историю не с Запада, а с
Востока. http://derzava.com/art_desc.phpaid=288
80
Murad Adcı. Türk və dünya: munis tariximiz (tərcümə Tofiq Hacıyev). Bakı, 2006,
səh. 93
Dostları ilə paylaş: |