Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə24/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 78
gəlmək olar ki, Pravoslav-Slavyan sivilizasiyası dini və etnik 
baxımdan təmsil etdiyi daxili seqmentləri tam əhatə etmir. Bu 
sivilizasiyanın sistem yaradıcı elementləri mədəni birlik və ortaq 
tarix olmuşdur və Pravoslav-Slavyan sivilizasiyası öz inkişafında 
Bizans və Rusiyanın güc mərkəzi olduğu iki ayrı  mərhələ 
keçmişdir.   
Arnold Toynbi öz təsnifatında Rusiya və  Cənub-Şərqi 
Avropanı əhatə edən Pravoslav-xristian sivilizasiyasını yaşamaqda 
olan beş sivilizasiyadan biri olaraq görür. Xüsusi fikir verilməli 
olan məqam məhz sivilizasiyanın Pravoslav-xristian 
adlandırılmasıdır, yəni slavyanlıq sivilizasiya yaradan element kimi 
xarakterizə edilmir. Baxmayaraq ki, daşıyıcılarının təmsil olunduğu 
ərazini nəzərə aldıqda, daha çox slavyanların yayılma arealını əhatə 
edir. Arnold Toynbidən fərqli olaraq, müasir dövr Rusiyalı alimlər 
Boris Nikolayeviç Kuzık və Yuriy Vladimoroviç Yakoveç bu 
sivilizasiyanı Şərqi Slavyan sivilizasiyası adlandırır, bizim eranın V-
VIII  əsrlərindən yaranma fazasının başlandığını  və XVI əsrdən isə 
Sibirə doğru yayıldıqdan sonra Avrasiya sivilizasiyasına 
transformasiya olunduğunu iddia edirlər.
66
Yəni Slavyan sivilizasiyası 
mövcud olan deyil, artıq öz həyat siklini başa vuraraq yeni nəsil 
sivilizasiyaya keçid verən mədəni tip olaraq görülür. Qeyd etməliyik 
ki, bu mülahizələrdə Slavyan sivilizasiyasının Rusiya imperiyasının 
sərhədlərini  əhatə etmək üçün Avrasiya sivilizasiyası adı altında 
verilməsi sırf ideoloji məqsəd olaraq görünür və bu mövzuya 
kitabın sonrakı hissələrində daha ətraflı toxunacağıq.  
Biz isə hazırkı 
tədqiqatda bu sivilizasiyanın 
səciyyələndirilməsinə bir qədər fərqli mövqedən yanaşırıq. 
                                                 
66
 Кузык  Борис  Николаевич,  Яковец  Юрий  Владимирович.  Истоки  и  вершины 
восточнославянской  цивилизации.  Москва:  Институт  экономических  стратегий, 
2006,  стр. 38 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 79
Pravoslav-Slavyan sivilizasiya tipi daxilində slavyan 
mədəniyyətinə daha çox üstünlük verir, təkcə Bizansın varisi kimi 
yox, pravoslavlığa qədərki slavyanların tarixi inkişafına da 
sivilizasiyanın sistemyaradıcı elementi kimi xüsusi önəm veririk. 
Çünki bizim tədqiqat obyektimiz olan Türk sivilizasiyası ilə 
münasibətlərdə xristianlığı qəbul edənə qədərki dövrdə slavyanlarla 
əlaqələr də mühüm yer tutmuşdur.  
 
Pravoslav-Slavyan sivilizasiyasının formalaşma mərhələləri 
Ümumiyyətlə, sivilizasiyaşünaslıqda bu sivilizasiyanın 
yaranması ilə bağlı yekdil fikir mövcud deyildir. Pravoslav-Slavyan 
sivilizasiyasının formalaşma prosesini Qara dənizin  şimal 
sahillərində yunan koloniyalarının salınması, Kiyev Rus dövlətinin 
yaranması, Rusiyada xristianlığın qəbul edilməsi ilə 
əlaqələndirirlər, hətta digər variantlara da rast gəlinir. Misal üçün
Skif çarlığının varisliyi. Bu yerdə Skif-sak sivilizasiyasının varisi 
kimi elmi ədəbiyyatlarda yekdil fikrin olmadığını da qeyd 
etməliyik. Bu sivilizasiyanın davamçıları olaraq Türk, İran və 
Slavyanların olması ehtimalı elmi dairələrdə müzakirə olunur. Skif-
sak sivilizasiyasının  ən böyük maddi tapıntısı Rusiyanın 
Çelyabinsk vilayətinin Qazaxıstanla sərhədində  Cənubi Ural 
çölündə  aşkarlanan Arkaim arxeoloji abidələridir. Təxminən e.ə 
2000-1700 illərdə yaradılması ehtimal edilən bu arxeoloji abidə 
özünəməxsus, olduqca fərqli  şəhər tipini təmsil edir. Bu arxeoloji 
abidənin Avestada qeyd olunan arilərin paytaxtının olması; ilk 
slavyanların şəhər mədəniyyətini təmsil etməsi; və ya prototürklərin 
sivilizasiyasını  təmsil etməsi ilə bağlı mülahizələr vardır. Qazax 
alimi arxeoloq Amangeldi Narımbayeva “Arkaim - prototürklər 
tərəfindən yaradılmış dünya sivilizasiyasının ocağı” adlı tədqiqatda 
bu arxeoloji abidənin Türk sivilizasiyasına məxsus olmasını 
əsaslandırmağa çalışmışdır. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 80
 
 
 
 
“Arkaim” yaşayış məskəninin şəkli və sxemi 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 81
 
 
 
 
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 82
 
Beləliklə, Pravoslav-Slavyan sivilizasiyasının formalaşması 
ilə bağlı müxtəlif mülahizələrlə rastlaşırıq. Lakin bizim fikrimizcə, 
pravoslavlıq və slavyanlığın vahid sivilizasiya dəyəri kimi 
sinxronlaşması nisbətən sonrakı dövrə  təsadüf edir. Çünki Bizans 
imperiyasında (395-1453) ortodoks (pravoslav) xristianlıq 
təxminən V əsrdən hakim olsa da, bu tam təsdiqini yalnız 1054-cü 
ildə kilsənin rəsmən ayrılmasından sonra tapmışdır. Səlib yürüşləri 
zamanı 1204-cü ildə Bizansın paytaxtı Konstantinopolun katolik 
xaçlılar tərəfindən tutulub qarət edilməsindən sonra isə xristian 
dininin bu iki məzhəbi arasında  əsaslı  təfriqə yaranmış  və artıq 
yalnız pravoslavlıq Bizans üçün müstəqil dəyərə çevrilmişdir. 
Digər tərəfdən VII-IX əsrlərdə Bizans imperiyasının  şərq 
sərhədlərinə  ən böyük təhlükə slavyanların hücumu nəticəsində 
yaranırdı. Yalnız slavyanların xristianlığı  qəbul etməsindən sonra 
bu iki mənəvi dəyərin sinxronlaşması prosesi başlanmışdır. Tarixə 
nəzər saldıqda buna bənzər hadisələrin daha əvvəllər də baş 
verməsinin şahidi oluruq. Misal üçün, hazırda Qərb sivilizasiyasını 
təmsil edən germanlara münasibətdə  də eyni prosesin təkrar 
olunduğunu görürük. Belə ki, məlum olduğu kimi Roma 
imperiyasının mövcudiyyətinin son dövrlərində ona ən böyük 
təhlükəni germanlar törədirdi və imperiyaya faktiki olaraq bu 
tayfaların hücumu nəticəsində son qoyulmuşdur. Amma nəticədə 
Roma mədəni dəyərlərini və xristianlığı qəbul edən german-roman 
tayfaları  Qərb sivilizasiyasının daşıyıcısına çevrildilər. Doğrudur, 
Bizansın tarix səhnəsindən silinməsinin səbəbkarı türklər olsa da, 
eyni qaydada Bizansa düşmən slavyanların onun mədəni irsini 
qəbul edib, daşıması hadisələrin bənzərliyini göstərir.  
Kiyev Rus dövlətində xristianlığın X əsrdə qəbul olunduğunu 
nəzərə alaraq, təxminən XI-XII əsrlərdə Pravoslav-Slavyan 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə