Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə30/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 98
səbəbini Türk və Slavyan sivilizasiyalarının harmoniyası ilə 
əlaqələndirmək olar. 
Beləliklə, müxtəlif aspektdən yanaşmaları ümumiləşdirərək 
qeyd etmək olar ki, Türk və Pravoslav-Slavyan sivilizasiyaları 
arasındakı münasibətlər öz harmoniyası ilə seçilmişdir. Bu 
ahəngdarlıqda isə  əsas məqam Türk sivilizasiyasının “Çöl”, 
Pravoslav-Slavyan sivilizasiyasının isə “Meşə-Çöl” landşaftını 
təmsil etməsindən doğan oxşar xüsusiyyətlərlə bağlıdır. 
Müşahidələr göstərir ki, eyni coğrafi məkanda qonşu olan bu iki 
sivilizasiyanın daşıyıcıları öz qabarma və  çəkilmə dövrlərində 
qarşılıqlı olaraq bir-birlərinin etnogenezdən tutmuş  mənəviyyatına 
qədər əksər tarixi, sosial, mədəni proseslərində iştirak etmiş, oxşar 
xüsusiyyətlərə yiyələnmişlər. Bu baxımdan, yekunda belə qənaətə 
gəlmək olar ki, sivilizasiya müstəvisində Türk və Pravoslav-
Slavyan sivilizasiyaları arasında xüsusi bir təzad müşahidə 
olunmur,  əksinə, sivilizasiyalararası münasibətlər harmoniya ilə 
səciyyələnir.    
 
Geopolitik səhnədə münasibətlər 
Sivilizasiya məkanında olduğu kimi geopolitik müstəvidə  də 
Slavyan (Şərqi Avropa) sivilizasiyası  həmişə  Qərbdən 
fərqləndirilmişdir. Qərbdə anqlo-saks nəzəriyyəçilər daim Rusiyanı 
fərqli mədəniyyətə sahib ölkə hesab etmiş  və ona ehtiyatla 
baxmağa üstünlük vermişlər. Geosiyasi baxımdan 
sivilizasiyalararası münasibətlərə yanaşmada “dəniz-quru” 
qarşıdurması elementləri üstünlük təşkil edir. Geopolitikanın 
banilərindən hesab edilən ingilis Helford Con Makinder (1861-
1947) hesab edirdi ki, Avropanın müasir inkişafı  qədim dövrdə 
Yunanıstanla Roma arasında qarşıdurmanı  təkrarlayır. Germanlar 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 99
romalılar tərəfindən, slavyanlar isə yunanlar tərəfindən 
xristianlaşdırılıb. Roman-german tayfaları okeana çıxış qazana 
bildilər, yunan-slavyanlar isə Turan torpaqlarını  əldə etdilər. 
“Kontinental” Romanın müasir davamçıları hazırda dəniz gücünə 
arxalanırlar, “Dəniz gücü” Yunanıstan və Bizansın varisi sayılan 
Slavyan sivilizasiyası isə indi Avrasiyanı nəzarətdə saxlayır.
86
  
Alman nəzəriyyəçiləri isə, xüsusən də Karl Haushofer (1869 - 
1946) başda olmaqla “kontinental birlik” nəzəriyyəsinin tərəfdarları 
Rusiyaya daha çox müttəfiq və  tərəfdaş olaraq baxmışlar. 
Baxmayaraq ki, XX əsrdə baş verən dünya müharibələri bu 
nəzəriyyələrin reallığa uyğun gəlmədiyini sübut etmiş oldu. 
Beləliklə, Qərbin geosiyasi təcrübəsində  hər iki halda Rusiya 
özününkü deyil, yad, həm də başlıca rəqib hesab edilirdi. Sadəcə 
olaraq anqlo-saks geosiyasətində Rusiya ilə müttəfiqlik ideyası 
hətta nəzəri cəhətdən belə  qəbul edilmirdi. Kontinental geosiyasi 
məktəbin nəzəri yanaşmaları isə dünya müharibələrinin timsalında 
praktik əhəmiyyətinin olmadığını göstərdi. 
Öz növbəsində rus geopolitiklər də daim Qərbdən daha çox 
Şərqə üstünlük vermişlər. Təsadüfi deyil ki, müasir dövr Rusiya 
Federasiyasının həm milli təhlükəsizlik konsepsiyasında, həm də 
xarici siyasət konsepsiyasında  əsas təhlükə  mənbələrinin 
Avratlantik məkandan qaynaqlandığı, gələcək inkişaf modellərinin 
isə Müstəqil Dövlətlər Birliyi ölkələri, Çin və Hindistanla 
əməkdaşlıqdan keçdiyi təsbit olunmuşdur. 
Digər bir tərəfdən, sivilizasiyaşünaslıqdan fərqli olaraq
geopolitikada Türk sivilizasiyasının təmsilçiləri olan türk dünyası 
ölkələri Rusiyanın timsalında Slavyan-Pravoslav sivilizasiyası üçün 
                                                 
86
 The geographical pivot of history and early twentieth century geopolitical culture. 
The Geographical Journal, Vol. 170, No. 4, December 2004, p. 330–333 
http://www.pascalvenier.com/venier2004c.pdf 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 100
tarixən daha çox rəqib kimi xarakterizə edilmişlər. Xüsusən bu 
rəqabət Rusiyanın imperiyalaşdığı dövrdən Osmanlı-Rusiya 
münasibətləri ilə başlamışdır. Ondan əvvəlki dövrlərdə isə üçüncü 
nəsli təmsil edən Pravoslav-Slavyan sivilizasiyası daşıyıcıları 
özündən daha əvvəlki nəsil sivilizasiya təmsilçisi olan Türk 
sivilizasiyasının daşıyıcıları ilə  rəqabət aparmaq gücündə 
olmamışlar. “Xalqların böyük köç”ündən bəri türk xalqlarının 
slavyanlarla münasibəti hər zaman istər hunların dövründə, istər 
monqol-tatarların dövründə türklərin hegemonluğu ilə 
fərqlənmişdir. Ümumilikdə sivilizasiya nəsildəyişməsində 
türklərdən bir və ya iki nəsil geri qalan slavyanların Türk 
sivilizasiya daşıyıcıları ilə münasibətləri qarşı  tərəfin aşkar 
üstünlüyü ilə seçilmişdir. Bu səbəbdəndir ki, türklər Pravoslav-
Slavyan sivilizasiyasının formalaşmasında, xüsusən onun dini amili 
nəzərə almadan digər bütün mənəvi həyata təsir edən proseslərində 
fəal iştirak etmişlər. Geopolitik müstəvidə isə Pravoslav-Slavyan 
sivilzasiyası Türk sivilizasiyası ilə  rəqabətə yalnız Rusiyanın 
imperiya mərhələsinə keçməsindən sonra, təxminən XV-XVI 
əsrlərdən başlamışdır. Həmin dövrdən başlayaraq Osmanlı-Rusiya 
qarşıdurması bu iki sivilizasiyanın geopolitik müstəvidə daimi 
rəqabətinin  əsasını qoymuşdur. Ümumilikdə geopolitik səhnəyə 
çıxdıqdan bəri bu iki sivilizasiya daşıyıcılarının harmoniyası deyil, 
yalnız qarşıdurması müşahidə olunmaqdadır.  
Pravoslav-Slavyan sivilizasiyasının geosiyasi arenada əsas 
daşıyıcısı olan Rusiyanın güc mərkəzi kimi formalaşmasında IX əsrdə 
Kiyev Rus dövlətinin yaranması, X əsrdə xristianlığın qəbulu, Bizans 
imperiyasının süqutundan sonra Moskvanın “Üçüncü Roma” 
funksiyasına yiyələnməsi, mərkəzləşmiş rus dövlətinin yaranması və 
bunun ardınca yeni-yeni müstəmləkələrin hesabına ölkənin 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə