Sivilizasiyaların kəsişməsində türk dünyası
108
tarixində əsasən Avropa sivilizasiyası kimi tanınmışdır. Bu gün
okeanın o tayında Amerika, Avstraliya, Yeni Zelandiyanı əhatə etsə
də, bu sivilizasiyanın özülü hələ də Avropa sayılır. Zaman
kontekstində baxdıqda Avropanın öz daxilində də Qərb sivilizasiyası
daim genişlənmiş, amma bununla belə məhdud özülünü saxlamışdır.
Bunun nəticəsidir ki, Qərb sivilizoloqları tərəfindən nə Bizans
imperiyası, nə də Rusiya heç zaman bu sivilizasiyaya aid
edilməmişlər. Qərb sivilizasiyasının hüdudlarının zaman-zaman
şərqə doğru genişləndirilərək Pribaltikaya qədər ərazini əhatə etməsi
ilə bağlı mənzərəni izləyirik. Samuel Hantinqton “Sivilizasiyaların
toqquşması” kitabında Qərb sivilizasiyasının hansı məkanı əhatə
etməsi barədə suala Avropanın coğrafi mənada deyil, sivilizasiya
olaraq sərhədlərini cızmaqla cavab verir. Onun fikrincə, bu suala ən
doğru cavabı hüdudları qərbi xristian xalqlarını müsəlman və
provaslav xalqlardan ayıran yüzillər ərzində mövcud olan böyük
tarixi bölgü verir. Bu sərhəd xətti hələ Roma imperiyasının
bölünməsi və Müqəddəs Roma imperiyasının (962-1806)
yaradılması ilə müəyyənləşib. Şimalda Rusiyanın bu gün Finlandiya
və Pribaltika ölkələri ilə sərhədlərindən başlayaraq, Qərbi Belarus,
Ukraynadan keçən xətt üzrə Qərb sivilizasiyasını pravoslav Şərqdən
ayırır; Rumıniyadan, katoliklərin məskunlaşdığı Transilvaniya ilə
ölkənin digər əraziləri arasından, keçmiş Yuqoslaviyada Sloveniya
və Xorvatiyanı digər respublikalarla ayıran sərhəddən; Balkanlarda
Avstriya-Macarıstan və Osmanlı imperiyalarının tarixi
sərhədlərindən keçir.
91
Lakin qeyd etməliyik ki, sivilizasiya mənasında Qərb
sivilizasiyası və Avropa anlayışları nə qədər həmahəng səslənsə də,
heç də həmişə tam üst-üstə düşmür. Bəzi fərqliliklərin də olduğu
91
Сэмюэль
Хантингтон. Столкновение цивилизаций. Москва: АСТ, 2003, стр.207
Sivilizasiyaların kəsişməsində türk dünyası
109
müşahidə olunur. Yəni coğrafi anlamda Qərb sivilizasiyası heç də
həmişə Avropanı tam əhatə etmir. Xüsusən tarixi zaman
prizmasından yanaşdıqda fərqli mənzərənin şahidi oluruq. Eyni
zamanda müasir Qərb sivilizasiyasının əsasında dayanan başlıca
faktor olan xristianlığın da Avropada deyil, Yaxın Şərqdə
yarandığını nəzərə aldıqda, bu mülahizənin əlavə sübuta ehtiyacı
olmadığını qeyd etməliyik. Bununla bağlı rus alimi N.Y.Danilevski
yazırdı: “Avropa german-roman sivilizasiyasını təmsil edir. Bu iki
söz bir-birinin sinonimidir... Yunan və Roma sivilizasiyaları isə
həmin mənada Avropa əsasında formalaşmayıb. Bu sivilizasiyaların
məkanı sivilizasiyanı təmsil edən dövlətlərin, dənizin Afrika, Asiya
və ya Avropa sahillərində yerləşməsindən asılı olmayaraq Aralıq
dənizi hövzəsi olmuşdur. Yunan sivilizasiyasının ən görkəmli
nümayəndələrindən biri Homerin Egey dənizinin Kiçik Asiya
sahilində doğulduğunu deyirlər. Kiçik Asiyada yunanların epik
poeziyası, lirika və fəlsəfəsi (Fales), tarixi (Herodot), tibbi
(Hippokrat) yaranmış və buradan dənizin əks sahilinə keçmişdir.
Yalnız sonradan bu sivilizasiyanın əsas mərkəzi Afina olmuşdur.
Ancaq Yunan sivilizasiyasının sonu və ya belə desək davamı yenə
də Avropada deyil, İskəndəriyyədə, Misirdə başa çatmışdır. Deməli,
qədim yunan mədəniyyəti öz inkişafını sona vuraraq 3 qitəni - Asiya,
Avropa və Afrikanı əhatə etmişdir, yəni yalnız Avropadan ibarət
olmamışdır”.
92
Akademik Vasili Bartold yazırdı ki, “yunanlar mədəni
səviyyədə digər Avropa xalqlarını ona görə üstələməmişdilər ki, bu
onlara bəxş edilmişdi. Bu ona görə baş vermişdi ki, onların ölkəsi
coğrafi cəhətdən qədim mədəniyyət ocaqlarına daha yaxın idi.
92
Россия и Европа. Взгляд на культурные и политические отношения
Славянского мира к Германо-Романскому. стр. 60
http://new.runivers.ru/bookreader/book10067/#page/1/mode/1up
Sivilizasiyaların kəsişməsində türk dünyası
110
Yunanlar üçün hələ Qərb və Şərq arasında fərq yox idi. Asiya və
Avropa yalnız isti Cənub və soyuq Şimal kimi qarşı-qarşıya
qoyulurdu. Yunanların təsəvvüründə Avropa Afrika və Asiyadan
bütün enliliklər (paralellər) üzrə şimala doğru yerləşirdi. Hətta
Makedoniyalı İskəndərə görə Orta Asiyada Sır-Dəryanın arxasında
yenə də Avropa başlayırdı.”
93
Xristianlığın Qərb sivilizasiyasının formalaşmasında rolu
Digər bir maraqlı məqam Qərb sivilizasiyasının dini
bağlılığıdır. Qərb sivilizasiyası çox zaman xristianlıqla əlaqələndirilir
və ya bir növ xristianlığı təcəssüm etdirən daşıyıcı kimi
səciyyələndirilir. Məsələn, təsadüfi deyildir ki, Arnold Toynbi Qərb
cəmiyyətinin yaranma dövrünün Böyük Karlın imperiyasının 843-cü
il Verden müqaviləsi əsasında imperatorun nəvələri arasında
bölünməsindən başlayaraq formalaşdığını iddia edirdi. Onun
fikrincə, Roma imperiyasının süqutundan sonra başlayan xaos dövrü
ilə Qərb cəmiyyətinin tədricən yaranması arasındakı dövrdə
(təxminən 375-675-ci illər) Qərb cəmiyyəti Ellin cəmiyyətini əvəz
etmişdir.
94
Bu varislikdə yeganə tərs məqam xristianlıqla bağlı idi.
Belə ki, artıq xristianlığı mənimsəmiş və bu amilin sivilizasiya
identifikasiyasında başlıca elementə çevrildiyi xristian Qərb
bütpərəst Ellin dünyasının mənəvi dəyərlərini qəbul etmirdi.
Müəllifin fikrincə, bu mənada yeni cəmiyyət köhnə cəmiyyətin
davamçısı deyil, əvəzləyicisi oldu.
Digər məşhur sivilizoloqlardan Samuel Hantinqton da xristian
Qərb cəmiyyətinin yaranma dövrünü VII - VIII əsrlərə aid edir və
bununla da Ellin mədəniyyətini bu sivilizasiyaya aid etmir, ölüb
93
Бартолд В.В. Мусульманский мир // Ислам. Энчиклопедия культуры и
искусства. Мосва: Эксмо, 2010, стр.11
94
Арнольд Тойнби. Исследование истории. Москва: АСТ, 2010 стр. 39.
Dostları ilə paylaş: |