Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə29/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 95
Niyə məhz türk sualına cavab vermək üçün monqol dövlətinin 
öz daxilində dini bağlılıq məsələsinə aydınlıq gətirmək lazımdır. 
Monqolların dinə münasibətdə dözümlülüyü tarixən məlumdur. 
Belə ki, monqollar öz ənənəvi dinləri - şamanizmlə yanaşı, digər 
dinlərə qarşı da əksər hallarda dözümlü olmuşlar. Onlar üçün din 
heç zaman birinci planda olmamışdır və bu da yəqin ki, köçəri 
həyatının xarakterik xüsusiyyətindən irəli gəlir.  Əslində bu 
xüsusiyyəti  əski türklərə  də aid etmək olar. Ancaq əski türklərdə 
din (Tenqriçilik) törə (adət-ənənə) ilə  əlaqələndirildiyi üçün bu 
mədəniyyətin  əsas elementlərindən olmuşdur. Monqollar öz 
dinlərini yaymaqla deyil, daha çox digər dinlərə liberal münasibət 
göstərməklə  fərqlənmişlər. Belə ki, ərazi baxımından bu qədər 
böyük məkanı  əhatə edən Monqol imperiyası daxilində heç bir 
yerdə monqolların  ənənəvi dininin təzahürlərinə tarix səhnəsində 
rast gəlinmir.  Əksinə, qərbə doğru genişlənən Monqol 
imperiyasının təmsilçiləri qarşılaşdığı dinləri qəbul etməyə meyl 
etmişlər. Slavyan xalqları ilə  təmasdan irəli gələrək, hətta hakim 
mövqedə olsalar belə, monqollar xristian dinini qəbul etmişlər. 
Bundan başqa, xristianlığın monqollar arasında slavyanlar vasitəsilə 
deyil, Bizansdan gələn missionerlər tərəfindən yayılması ilə bağlı 
məlumatlara da rast gəlirik. Akademik Vasili Bartold yazırdı ki: 
“Müxtəlif mənbələrdə hansısa moqol xanının xristianlığı  qəbul 
etməsi ilə bağlı rast gəlinən məlumatlara böyük ehtiyatla yanaşmaq 
lazımdır. Monqolların işğal etdiyi məkanda xristian, müsəlman və 
buddistlər arasında amansız mübarizə gedirdi və onların hər biri 
monqol xanını öz tərəfinə  çəkməyə çalışırdı.  Şamanist olan 
monqollar dövlətin ictimai həyatına təhlükə törətməyənə qədər bu 
mübarizəyə qarışmırdılar. Mənbələrdə müsəlmanlara qarşı olan hər 
bir monqol xanının (Çaqatay, Xubilay, Baydu) xristian olması 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 96
haqqında məlumatlara rast gəlinir. Lakin ən etibarlı  mənbə 
müsəlman qaynaqları ola bilər və bu baxımdan biz Qızıl Orda xanı 
Batının ölümündən sonra taxta çıxan oğlu Sartak xanın xristian 
olması ilə bağlı müsəlman tarixçilərin əsərlərində məlumatlara rast 
gəlirik”.
85
 Bu zaman xanın nestorian xristianlığı  qəbul etdiyini 
nəzərə alaraq, nestorianlığın slavyanlar tərəfindən deyil, Bizans 
missionerlərin vasitəsilə yayıla biləcəyini güman etmək olar. Çünki 
slavyanlar arasında heç zaman nestorian xristianlar olmamışdır.    
Lev Qumilyov “Qədim Rus və Böyük Çöl” əsərində göstərir 
ki, hələ islamı  qəbul etməzdən  əvvəl monqollar arasında da 
xristianlığı  qəbul edənlər var idi. 1313-cü ildə Monqol hökmdarı 
Özbək xan tərəfindən islam dininin rəsmi olaraq qəbul edilməsi 
bununla razılaşmayan daha bir qismin xristianlığı (pravoslav) 
seçməsinə  səbəb olmuşdur. Bu baxımdan, xristianlaşmış 
monqolların Rus knyazlıqlarının ordularında xidmət etməsi və 
ümumilikdə slavyanlarla qaynayıb-qarışdığı  məlumdur. Burda bir 
məqama da nəzər yetirmək lazımdır ki, xristianlaşmış monqollar 
sonradan öz etnik mənsubiyyətini qoruyub saxlaya bilmədiyi halda, 
islam dinini qəbul edən monqollarda assimilyasiya prosesi daha 
zəif olmuşdur.  
Qayıdaq bizi maraqlandıran suala. Beləliklə, fikrimizcə, 
pravoslav kilsələrində islam atributunun saxlanmasında yalnız 
türklərin rolu ola bilər. Belə ki, yuxarıda göstərildiyi kimi
monqolların dinə münasibəti loyal olmuşdur. Qədim dövrdən 
təkAllahlı dinə (Tanrıçılıq) inanan türklər isə  hətta Monqol 
imperiyasının tərkibində belə bu ərazidə (Avropanın  şərqində) 
islam dininin daşıyıcısı olmuşlar. İkinci bir tərəfdən qeyd etməliyik 
                                                 
85
 Василий Владимирович Бартольд. Сочинения. Том  2. Москва: Наука, 1964,  
стр. 263  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 97
ki, Monqol imperiyasında türklərin monqollardan şaquli 
asılılığından danışmaq yersizdir. Burada münasibətlər daha çox 
konfederasiya - ulus əsaslarına söykənib. Yəni birgə  məqsəd 
uğrunda məşvərətli əməkdaşlıq ulusun əsasında dayanıb. Belə olan 
halda isə islam dinini öz dinlərinə  və  əqidələrinə yaxın bildikləri 
üçün daha tez qəbul edən türklər bu dinin də  həmin arealda əsas 
daşıyıcısı olmuşlar. Digər bir məqam isə ondan ibarət idi ki, Lvov 
həmin dövrdə Slavyan-Pravoslav mədəniyyətinin Katolik-xristian 
mədəni tipi ilə tam sərhədində yerləşirdi. Həmin tarixi dövrdə isə 
slavyanlar üçün Katolik-xristian sivilizasiyası daha böyük təhlükə 
mənbəyi, real düşmən idi. Təsadüfi deyil ki, Rus knyazları daha 
çox Litva və Polşa ilə müharibələr aparırdılar. Belə olan halda isə 
pravoslav və islam dininin daşıyıcılarının (slavyan və türklərin) 
katolik xristianlara qarşı birgə mübarizəsi öz əksini kilsənin 
üzərində xaç və ayparanın qoşa durmasında əks etdirmişdir.  
Bu tarixi təcrübəni niyə Türk - Slavyan sivilizasiyalarının 
harmoniyası ilə  əlaqələndiririk? Çünki nəzəri baxımdan həmin 
ərazidə yaşayan və pravoslav dininə etiqad edənlər müxtəlif etnik 
kökə sahib ola bilərlər və ötüb keçən  əsrlər burdakı  əhalinin 
etnogenezini gizlədə bilər. Lakin maraqlı  məqam ondan ibarətdir 
ki, Karpat dağlarının  ətəklərindəki bu regionda yaşayanlar 
slavyanların qədim etnik qruplarından olan “boyka” etnik qrupunun 
nümayəndələridir. Yəni, islam atributunun kilsə üzərində ucalması 
hər hansı assimilyativ meyl deyildir. Çünki yüzillər boyu hətta rus 
və ya ukrain xalqları daxilində belə öz etnik xüsusiyyətlərini 
saxlamış bir ərazidə hər hansı bir zorakı təsirdən danışmaq mənasız 
olardı. Qalır yalnız bir variant - pravoslavlığı  tərənnüm etdirən 
kilsənin qübbəsində xaç və ayparanın yanaşı olmasının yeganə 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə