Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə16/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 50
dənizi və  şimali-şərq çöllərini  əhatə edirdi. Bu gün belə türk 
tayfalarının böyük hissəsinin yaşadığı  ərazi Orta Asiyadır. 
Türklərin tarix səhnəsinə  çıxışından etibarən bu yerlərdə 
məskunlaşdığı qəbul olunmuşdur. Türklərin tarixi dövrlər içərisində 
müxtəlif istilalar nəticəsində yayılmaları bu ərazilərdən 
başlamışdır.” 
45
        
Bu kimi nəşrlər göstərir ki, müstəqilliyimizin yenidən 
qazanılmasından 20 il keçsə  də, Sovet ideologiyasının mənfi 
təsirindən hələ  də tam qurtara bilməmişik. Baxmayaraq ki
ölkəmizin əksər müasir dövr aparıcı tarixçiləri tərəfindən türklərin 
bizim regionda köçüb gəlmə deyil, avtoxton etnos olması ilə bağlı 
onlarla tədqiqat  aparılmış, elmi əsaslara dayanan sübutlar 
gətirilmişdir. Fikrimizcə, bununla bağlı  məsələyə kompleks 
yanaşma olmalıdır. Bütün dərsliklərdə vahid nəzəri yanaşma dərc 
olunmalı, elmi ədəbiyyatlarda pərakəndəliyə son qoyulmalıdır. 
Yeni nəsil müxtəlif mülahizələr qarşısında anlaşılmazlıqla 
üzləşməməlidir. 
Türkiyəli tədqiqatçı Osman Karatay “Altay nəzəriyyəsi”nin 
Avropalıların ali irq iddiasına xidmət etməsi ilə bağlı mülahizə irəli 
sürür. Müəllif yazır ki: “Dünyada mədəniyyətin vətəninin  Şərq 
olması şübhəsizdir. Avropalılar isə özlərinin başqalarından qat-qat 
yüksək mədəni irsə sahib olmasını sübut etməyə çalışırlar. Yunan 
və Romalılar Avropanın qan və  mədəniyyət baxımından ataları 
idilər. Amma onlar da hər şeylərini Yaxın Şərqdən almışdılar. Bu 
xüsusda onlar özlərini Hind və  İrana bağlamağa çalışırlar. 
Beləliklə, bir uydurma mif başlamışdır (Hind-Avropa xalqlarının 
vahid irqi təmsil etməsi haqqında). Hind-Avropa irqinin indi 
                                                 
45
 Ramin Qurbanov. Türk xalqlarının  tarixi. Bakı: İqtisadiyyat Universitetnin nəşriyyatı, 
2010, səh.15 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 51
olduğu kimi tarixi keçmişdə də həm üstün, həm də mədəni olduğu 
çevrə uydurulmuşdu. Orta Asiya da daxil olmaqla Hindistandan 
Avropaya qədər böyük bir zolaq bütün mədəni irsi ilə birlikdə 
onlara verildi. Bu torpaqların  əzəli sahibi türklər üçün bir yurd 
axtarmaq lazım gələndə isə Sibirin ucqarlarında bir yerlər uyğun 
görüldü.”
46
 Beləliklə göründüyü kimi, “Altay nəzəriyyə”si  əslində 
Hind-Avropa mifinin həqiqətə oxşadılması üçün ortaya atılmışdır.  
Fikrimizcə, “Altay nəzəriyyəsi” yanlışdır və qəbuledilməzdir. 
Bəli, böyük köç sayəsində türk tayfaları  şərqdən qərbə doğru 
hərəkət etmişlər. Lakin gəlin görək, bu, hansı tarixi dövrü əhatə 
edir. Məlum olduğu kimi, qədim dövrdə insanların təbiətdən 
asılılığı hökm sürürdü və bu böyük köçün də  əsas səbəbi iqlimin 
dəyişməsi, yəni yaranan quraqlıq nəticəsində tayfaların qərbə doğru 
mexaniki hərəkəti olmuşdur. Lakin niyə  şərqə doğru deyil, məhz 
qərb istiqamətində? Yaranan quraqlıqdan qurtarmaq üçün digər 
istiqamətlərdə  hərəkət mümkün deyildimi? Şimala doğru hərəkət 
təbii  şəraitin kəskinliyi ilə  məhdudlaşırdısa,  şərqə  və  cənuba 
hərəkət mümkün deyildimi? Bizə görə həmin hərəkətin istiqamətini 
müəyyənləşdirməklə  vəziyyəti aydınlaşdırmaq olar. Coğrafi 
cəhətdən baxsaq, cənuba və  cənub-qərbə doğru hərəkət zolağında 
fərqli sivilizasiyaların - Çin və Hind sivilizasiyalarının 
daşıyıcılarının yerləşmə arealı olduğunu görərik. Digər 
istiqamətlərdə  təbii  şəraitin  əlverişsizliyi yeganə bir yol saxlamış 
olurdu - qərb. Niyə  məhz bu istiqamətdə? Çünki bu istiqamətdə 
“Böyük Çöl” türkün daim yaşadığı doğma areal idi. Türklər 
Altaydan qərbə doğru Qara dəniz sahillərinə, Aralıq dənizinədək 
ərazidə  hər zaman məskun olmuşlar.  İqlimin dəyişməsi ilə onlar 
                                                 
46
 Osman Karatay. İran ile Turan. Hayali milletler çağında Avrasiya ve Orta Doğu. 
Ankara: KaraM Yayınları, 2003, seh. 5 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 52
özləri üçün doğma olan arealda heç bir çətinliksiz yayıla bildilər. 
Beləliklə, türklər qərb istiqamətində  hərəkət zolağı boyunca bu 
ərazilərdə gəlmə deyildilər. Onlar sadəcə iqlim şəraitinin dəyişməsi 
ilə öz yerləşmə zolaqlarında bəzən  şərqdən - qərbə, bəzən isə 
qərbdən - şərqə hərəkət edirdilər.  
Türklərin Ön Asiyada yerli xalq olması və ilkin miqrasiyanın 
qərbdən - şərqə (Ön Asiya, Qafqazdan - Ural, Altay istiqamətində) 
doğru olmasını arxeoloji materiallar da təsdiq edir. Arxeoloji 
materiallar Ön Asiya ilə Uralboyunun qədim  əhalisinin maddi 
mədəniyyətinin genetik bağlılığını göstərir.  İlkin Türk sivilizasiya 
nümunələrindən hesab edilən Arkaim mədəniyyətinin dəfn adətləri 
ilə, ondan zamanca qədim olan Ön Asiyanın qədim əhalisinin dəfn 
adətləri eyni və ya olduqca oxşardır. Məsələn, cəsədin dizdən 
qarına tərəf bükülü olaraq dəfni və  məzarın baş  tərəfinə camın 
qoyulması  hər iki regionda qədim  əhalinin genetik cəhətdən eyni 
dini baxışlara malik olduğunu göstərir. Bununla bağlı, Pərviz Elay 
yazır ki: “Hələ e.ə. VI – V minilliklərdə Ural, Şimali Xəzər 
regionuna dayanmadan Ön Asiyadan kökünü götürən axınlar 
olmuşdu; arxeologiya inkaredilməz dəlillərə  əsaslanır.  Əgər 
belədirsə, onda bu nəticə ortaya çıxır ki, prototürk dili özü Ural-
Şimali Xəzər regionuna Ön Asiyadan gəlmədir. Yəni Ural-Xəzər 
regionu prototürk dili və mədəniyyətinin birinci yox, ikinci böyük 
mərkəzi idi”.
47
 
Türklərin geniş miqyasda yayıldığı böyük məkan çöl landşaftı 
ilə əhatələnirdi. Türk sivilizasiyasının yerləşmə arealının sərhədləri 
çöl landşaftının digər landşaftlarla  əvəz olunduğu zonadan keçir. 
Belə ki, qərbdə bu, Qara dənizin  şimalı, Karpat dağlarından 
                                                 
47
 Pərviz Elay. Qədim türklərin dini baxışlarına dair. Millətçilik qəzeti. 12-18 mart 
2011-ci il 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə