Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə13/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 41
dəyişdirmək məcburiyyətində qalır. Müəllif “Türkçülüyün əsasları” 
əsərində yazır: “Türklər sosial inkişaflarının üç ayrı-ayrı 
mərhələsində bir-birinə  bənzəməyən üç müxtəlif mədəniyyət 
dairəsinə girmək məcburiyyətində qaldılar. Türklər qövm dövləti 
həyatını yaşayarkən Uzaq Şərq mədəniyyətinə  mənsub idilər. 
Sultan dövləti dövrünə keçən kimi Şərq mədəniyyətinə girməyə 
məcbur oldular. Bu gün milli dövlət dövrünə keçdikləri bir vaxtda 
isə içlərində  Qərb mədəniyyətinə girmək üçün güclü bir axımın - 
cərəyanın yarandığını görürük”.
41
  
Fikrimizi bir qədər də aydınlaşdırmaq üçün qeyd etməliyik ki, 
müşahidələr göstərir ki, ümumiyyətlə, istər islam, istərsə də xristian 
və ya buddist dinləri  əsasında müəyyənləşən sivilizasiyalara aid 
edilən bir çox milli dövlət və  mədəniyyətlər  əslində  həmin 
sivilizasiya hüdudlarından kənara çıxır. Yəni, bütün hallarda dini 
əqidə sivilizasiya konturlarını  cıza bilmir. Biz bunu indiki nəsil 
sivilizasiyaların hər birinin timsalında görürük. Misal üçün, İran 
sivilizasiyası  və ya subsivilizasiyasını yalnız  İslam sivilizasiyası 
sərhədləri daxilində müəyyənləşdirsək, onda İranın özünəməxsus 
sistemyaradıcı dəyərlərinin bir çoxu kənarda qalacaq. Yaxud başqa 
bir nümunə - Qərb sivilizasiyası. Fikrimizcə, bugünkü nəsil 
sivilizasiyalar arasında məhz Qərb sivilizasiyası daha çox din 
(xristianlıq) konturları daxilindədir və xristianlıq bu sivilizasiyanın 
bütün istiqamətlərdə  əsas ideya xəttini təşkil edir. Hətta bu halda 
belə Qərb sivilizasiyası avropalı alimlərin dini sivilizasiya daşıyıcısı 
kimi səciyyələndirdikləri  İslam sivilizasiyasından daha çox dini 
oriyentasiyalıdır. Çünki islam mədəniyyəti daxilində Ərəb, İran və 
Türk sivilizasiyalarının hər birinin islamdan kənar dəyərləri və 
                                                 
41
 Ziya Göyalp. Türkçülüyün əsasları (tərcümə Elman Mustafaoğlu). Bakı: Maarif, 
1991, səh.55 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 42
elementləri olduğu halda, Qərb sivilizasiyasına münasibətdə bu 
müxtəliflik müşahidə edilmir. Hətta müasir dövrdə demokratiya, 
insan hüquqları, ayrı-seçkilik olmadan bərabərlik kimi prinsipləri 
özlərinə  şüar etsələr belə, Qərb sivilizasiya daşıyıcısı olan 
dövlətlərin qeyd etdiyimiz dini oriyentasiyalı meyli özünü daim 
göstərməkdədir. Avropa İttifaqının timsalında “xristian klubu” və 
bu birliyə özgə sivilizasiya daşıyıcılarının qəbul edilməməsi 
dediklərimizi bir daha sübut edir. Lakin qeyd etməliyik ki, hətta ən 
çox dinə bağlı olan Qərb sivilizasiyası belə bu hüdudları aşır. Çünki 
müasir Qərb sivilizasiyası xristian olmayan qədim Roma və Yunan 
mədəniyyətindən bir çox dəyərlər əxz etmişdir. Doğrudur, Avropa 
alimlərinin  əksəri Qərb sivilizasiyasının bizim eranın VII-VIII 
əsrlərindən, daha dəqiq desək, Böyük Karlın imperiyasının 
parçalanması dövründən başladığını iddia edir, ondan əvvəlki 
xristian olmayan Avropa mədəniyyətini indiki nəsil Qərb 
sivilizasiyasına aid etmirlər. Qədim Roma və Yunan 
mədəniyyətlərini isə artıq ölmüş sivilizasiyalar hesab edirlər. Bizim 
fikrimizcə isə bu cür yanaşma düzgün deyil. Xristian olmayan 
qədim Roma və Yunan mədəniyyətinin hazırkı  nəsil Qərb 
sivilizasiyasına aid edilməməsi yalnız xristian maraqlarına cavab 
verir. Əslində Qərb sivilizasiyasının bir çox dəyərləri məhz həmin 
dövrkü mərhələnin məhsullarıdır. Beləliklə  də, fikrimizi 
yekunlaşdıraraq bu nəticəyə gəlmək olar ki, din sivilizasiya yaradan 
element deyil. Hər hansı bir sivilizasiya yalnız dini çərçivə ilə əhatə 
oluna bilməz.  
 
 
 
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 43
Sivilizasiyalararası münasibətlərin müəyyənləşməsində əsas 
faktorlar. Sivilizasiya və imperiya 
 
Kitabımızın sonrakı bölmələrində tarixdə özünəməxsus yer 
tutmuş Türk sivilizasiyasının digər sivilizasiyalarla əlaqələrinə 
baxmağa çalışacağıq. Lakin bundan əvvəl sivilizasiyalararası 
münasibətlərin xarakterini müəyyənləşdirə bilmək üçün bəzi 
məqamlara diqqəti cəlb etmək istərdik. Fikrimizcə, bu 
münasibətləri araşdırarkən 3 mühüm faktora üstünlük verilməlidir. 
Birincisi, coğrafi determinizm, ikincisi tarixi, üçüncüsü dini-
ideoloji. Bu faktorlara isə  məkan və zaman daxilində baxmaq 
zəruridir. Belə ki, hər bir təmasda olduğu kimi, sivilizasiyalar 
arasında münasibətlərin yaranmasında da əsas  şərt coğrafi 
yaxınlıqdır. Samuel Hantinqton hesab edir ki, sivilizasiyaların 
coğrafi qonşuluğu bir çox hallarda onların qarşı-qarşıya gəlməsinə, 
hətta münaqişəyə  səbəb olur. Onun fikrincə, dünyadakı münaqişə 
ocaqlarının əksəri müxtəlif sivilizasiyaların kəsişməsində - qırılma 
zolaqlarında yerləşir və onların disharmoniyasının əsas səbəbi fərqli 
sivilizasiyaların barışmazlığıdır.
42
 Əlbəttə ki, fərqli sivilizasiyaların 
vahid məkanda təmasları münaqişəsiz mümkün deyildir. Digər 
tərəfdən, coğrafi baxımdan hazırda həmsərhəd olmayan 
sivilizasiyalar arasında da müəyyən münasibətlərin olduğunu 
müşahidə edirik. Bu halda həmin münasibətlərə zaman 
kontekstində baxmaq lazımdır. Çünki hazırda bir-birindən coğrafi 
cəhətdən uzaq olan sivilizasiya daşıyıcılarının tarixin müxtəlif 
zamanlarında fərqli məkan üzərində  nəzarəti olmuşdur. Məsələn, 
Türk sivilizasiyası ilə Hind sivilizasiyası arasında münasibətlərin 
                                                 
42
 Samuel Huntington. The Clash of Civilizations  / 
http://history.club.fatih.edu.tr/103%20Huntington%20Clash%20of%20Civilizations 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə