Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə11/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 34
lider rolunun artması faktorları göstərilir. Dördüncü nəsil 
sivilizasiyalar XVI əsrdən başlayaraq bütün oykumeni əhatə edir, 
Şimali və  Cənubi Amerikaya, Okeaniyaya doğru genişlənir. Bu 
mərhələ  Qərb sivilizasiyasının hakim rolu və iqtisadiyyatın 
sənayeləşməsi ilə səciyyələnir. Nəhayət, beşinci nəsil sivilizasiya 
(postsənaye dövrü) müasir dövrdən başlanır. Bu mərhələ 
sivilizasiyaların bölünməsinin daha da dərinləşməsi (Qərb 
sivilizasiyasının Avropa, Şimali Amerika, Cənubi Amerika 
qruplarına,  İslam sivilizasiyasının  Ərəb,  İran, Hind-müsəlman, 
İndoneziya qruplarına və s.) və sivilizasiyalararası 
münasibətlərin kəskinləşməsi, sivilizasiyaların  əhalinin sayına, 
iqtisadi inkişaf səviyyəsinə, qlobal məkanda tutduğu mövqeyə 
görə  kəskin qütbləşməsi ilə, yeni dünya nizamının 
sivilizasiyalararası müstəvidə  tənzimlənməsi ilə xarakterizə 
olunur. Beləliklə, bütün bu mərhələlərə baxarkən heç bir halda 
Türk sivilizasiyasına rast gəlinmir. Aşağıda Rusiyalı müəlliflərin 
“Sivilizasiyalar: nəzəriyyə, tarix, dialoq, gələcək” adlı kitabından 
götürülmüş birinci və sonuncu nəsil sivilizasiyaların yerləşmə 
arealının verildiyi xəritələrdən də göründüyü kimi, Türk 
sivilizasiyasına təxminən 7 minillik tarix ərzində heç bir halda 
ayrıca bir mədəni tip olaraq baxılmamışdır (Cədvəl 2; 3). 
Halbuki elə  həmin müəlliflərin təsnifatında verilən birinci nəsil 
sivilizasiyalar dövründə eramızdan  əvvəlki minilliklərdə Türk 
sivilizasiyası  həm Ön Asiyada, həm də bir qədər sonra Uzaq 
Şərqdə özünəməxsus genotipi olan sivilizasiya tipi kimi 
formalaşmışdı. Yaxud sonuncu nəsil sivilizasiyalar arasında Türk 
sivilizasiyasının  İslam sivilizasiyası daxilində verilməsi 
sivilizasiya müstəvisində real mənzərəni süni şəkildə 
görməzlikdən gəlir. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 35
 
 
Cədvəl 2  Birinci nəsil lokal sivilizasiyalar 
 
Cədvəl 3. Beşinci nəsil lokal sivilizasiyalar qlobal enerji, ekoloji, 
texnoloji məkanda
  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 36
Artıq qeyd edildiyi kimi, dünya sivilizasiya tarixində zaman 
kontekstində sivilizasiyaların nəsil dəyişmələri baş vermiş  və bir 
çox sivilizasiyalar yer üzündən silinib getmiş  və ya başqa 
sivilizasiyalar içərisində  əriyib itmişlər. Bir çox qədim 
sivilizasiyaların maddi abidələri saxlansa da, bəzən onların 
daşıyıcıları tarixin növbəti mərhələsinə adlaya bilməmişlər. Türk 
sivilizasiyası isə minilliklər boyu çox geniş  ərazidə yayılmış türk 
xalqlarının sayəsində öz mövcudluğunu saxlamışdır. Beləliklə, 
Qərb elmi dairələrində türk mədəni tipinə  qısqanc yanaşma 
birtərəfli münasibətə gətirib çıxarmışdır. Digər tərəfdən, alternativ 
fikirlərə rus elmi dairələrində də rast gəlinir. Bir sıra rus alimlərinin 
əsərlərində (Lev Qumilyov, Nikolay Trubetskoy, Murad Adcı və s.) 
türklərin bugünkü nəsil bəzi sivilizasiya daşıyıcılarının (misal üçün 
slavyan) sistem yaradıcı proseslərində  iştirakı ilə bağlı maraqlı 
mülahizələr irəli sürülür. 
Qərb sivilizasiya nəzəriyyələrində Türk sivilizasiyası  İslam 
sivilizasiyasının tərkibində,  ən yaxşı halda onun subsivilizasiyası 
kimi təqdim olunur. Misal üçün, məşhur sivilizoloq alim Arnold 
Toynbi  İslam sivilizasiyasının subelementlərindən bəhs edərkən 
həm  Ərəb, həm də  İran mədəniyyətinin özünəməxsusluqlarını 
göstərdiyi halda, Türk mədəniyyətinə sivilizasiya yaradıcı 
komponent kimi baxmamışdır.
33
Bu kimi faktları digər 
sivilizoloqların yanaşmasında da görmək mümkündür. Doğrudur, 
islam mədəniyyəti, dünyagörüşü, müsəlman həyat tərzi müasir 
Türk sivilizasiyası üçün başlıca xüsusiyyətlərdən biridir. Lakin 
sivilizasiyanın mədəniyyət və din məfhumu ilə müqayisədə daha 
böyük anlayış olduğunu nəzərə alsaq, fikrimizcə, islam dəyərləri 
çərçivəsində olub-olmamasından asılı olmayaraq, müstəqil bir Türk 
                                                 
33
 Арнольд Тойнби. Исследование истории. Москва: АСТ, 2010. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 37
sivilizasiyasının olmasını  qəbul etmək lazımdır. Eyni zamanda 
islam mədəniyyətinin digər daşıyıcıları olan Ərəb və  İran 
mədəniyyətləri də bir çox hallarda ayrıca bir sivilizasiya növü kimi 
verildiyindən  ən azı özünəməxsus koloriti, bənzərsizliyi, fərqliliyi 
göstərmək üçün Türk sivilizasiyasına müstəqil bir sivilizasiya tipi 
kimi baxılmalıdır.  
Qərb mütəxəssislərindən fərqli olaraq, türk mütəfəkkir və 
alimləri təmsil etdikləri sivilizasiyanın müstəqil mədəni tip təşkil 
etməsini iddia edirlər. Türk mədəniyyətinə yalnız  İslam 
sivilizasiyasında seqment kimi baxılması ilə bağlı Ziya Göyalpın 
mövqeyi də xüsusi maraq doğurur. Belə ki, o, nəinki Türk 
sivilizasiyasını  İslam sivilizasiyasının tərkibində görmür, 
ümumiyyətlə dinin sivilizasiya yaradan element olduğunu qəbul 
etmirdi. Müəllif yazırdı: “Türklərin islam dininə girməsiylə  Şərq 
mədəniyyətinə daxil olması eyni zamanda oldu. Bu səbəbdən bir 
çoxlarına görə, Şərq mədəniyyətinə islam mədəniyyəti demək daha 
doğrudur. Halbuki dinləri ayrı olan cəmiyyətlər belə eyni 
mədəniyyətə malik ola bilərlər. Deməli, mədəniyyət dindən ayrı bir 
şeydir.... Buna görə heç bir mədəniyyət heç bir dinə bağlı ola 
bilməz. Bir xristian mədəniyyəti olmadığı kimi, bir islam 
mədəniyyəti də yoxdur. Qərb mədəniyyətini xristian mədəniyyəti 
saymaq doğru olmadığı kimi, Şərq mədəniyyətinə  də islam 
mədəniyyəti adını vermək yanlışdır.  Şərq mədəniyyəti ilə  Qərb 
mədəniyyətinin qaynaqlarını islam və xristian dinlərində deyil, 
başqa yerlərdə aramaq lazımdır”.
34
  
Türk sivilizasiyasını yalnız İslam mədəniyyətinin hüdudları ilə 
məhdudlaşdıran təsnifatın qəbuledilməzliyini Azərbaycan alimləri 
                                                 
34
 Ziya Göyalp. Türkçülüyün əsasları (tərcümə Elman Mustafaoğlu). Bakı: Maarif, 
1991, səh. 56 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə