Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə18/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 56
Hər bir sivilizasiyanın öz təbii landşaftına bağlılığı ilə əlaqədar 
qısa bir ekskurs etdikdən sonra qayıdırıq Türk sivilizasiyasının 
yerləşmə arealı  məsələsinə. Lev Qumilyov yazır ki: “Avrasiyanın 
ürəyi Böyük Çöl - qədim türklərin torpağıdır, - Çin səddindən 
Karpat dağlarına qədər uzanır. Cənubdan  Əfqanıstan və  İranla, 
şimaldan isə Sibir tayqası ilə haşiyələnmişdir. Ta qədimdən bu 
səhranı Skifiya, farslar - Turan, çinlilər - “şimal barbarların səhrası” 
- Bəyxu adlandırmışlar”. Böyük alimin mülahizələrindən də 
göründüyü kimi, bu böyük məkanı vahid orqanizm kimi xarakterizə 
edən yeganə amil “Çöl” landşaftıdır. Burada türkün vətəni olaraq 
ayrılıqda nə Altay, nə Qara dəniz sahili, nə Qafqaz, nə də Anadolu 
göstərilmir. Yəni türkün vətəni olaraq bütövlükdə “Böyük Çöl” 
götürülür, onun hər tərəfində, bütün yerlərində türk xalqları köçüb 
gəlmə deyil, yerli etnosdur. Yalnız iqlim şərtlərinin dəyişməsi və ya 
digər səbəblərdən bu məkan daxilində türk xalqları zaman-zaman 
yerdəyişmələr etmişlər. Biz bunu türk xalqlarının bizə gəlib çatan 
ən qədim yazılı abidələrindən olan “Kitabi - Dədə Qorqud” 
dastanındakı İç və Dış Oğuz ifadələrində də görürük. Yəni dastanda 
adına rast gəlinən coğrafi bölgələrdən Azərbaycan, Qafqaz və 
Anadoludakı oğuz-türk tayfaları heç də gəlmə deyil, yerli xalq (İç 
Oğuz) olmuşlar. Sadəcə zamanla kənardan da oğuz tayfaları (Dış 
Oğuz) gəlmişdir. Ümumiyyətlə, son dövrlər bir sıra Azərbaycan 
alimləri (Mahmud İsmayıl, Firudin Cəlilov, Yunis Oğuz, Bəxtiyar 
Tuncay və başqaları) çoxsaylı faktlar əsasında sübut etməyə 
çalışmışlar ki, türklər Böyük Çöldə daim hərəkətdə olmuşlar və 
türklərin qərbdən  şərqə axını  şərqdən qərbə axınından (xalqların 
böyük köçü) çox-çox əvvəl baş vermişdir. Bu axın ilk əvvəl 
Azərbaycandan, Qafqazdan, Anadoludan, Ön Asiyadan şərqə doğru 
olmuşdur.  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 57
Bu mülahizəni təsdiqləyən digər bir tutarlı fakt isə qədim türk 
əlifbası (run yazı sistemi) nümunəsində özünü göstərir. Kazan 
Universitetinin professoru, türkoloq Azqar Muhamadiyev Orta 
Asiya və Tatarıstan  ərazisindən tapılmış  və eramızdan  əvvəl II 
əsrdən Göytürk Xaqanlığının hakimiyyətinədək tarixi dövrlərə aid 
olan metal pullar üzərindəki yazıların  əski türkcə olduğunu sübut 
etməklə  bərabər, bu yazı sisteminin sami əlifba sisteminə 
yaxınlığını göstərmişdir. Onun fikrincə, tapılan yazılar farsköklü 
səgdək (soqd) hərfləri kimi yumru yox, məhz türk runlarına oxşar 
tökmə texnologiyalı möhür tipli hərflərlə eyniyyət təşkil edir. 
Tanınmış alimin fikrincə, elmi dairələrdə iddia olunan türklərin 
əlifbanı farsdilli səgdəklərdən yiyələnməsi ideyası doğru deyildir və 
səgdək əlifbası əski türk əlifbasına yalnız təsir edə bilərdi. Əski türk 
əlifbası isə daha böyük tarixə malikdir və qədim türk damğaları və 
sami əlifba sistemi ilə bağlı olmuşdur.
51
 Yəni türk runikası ən azı, 
arami  əlifbasının təsiri altında,  ən çoxu isə tunc dövrünün sonu - 
dəmir dövrünün əvvəllərində arami əlifbası ilə eyniköklü olmuş 
şimal-şərqi sami yazılarının bir qolunun təqlidindən törənmişdir. 
Bu konsepsiya isə türklüyün ilkin tarixinin ən azı Ön Asiya köklü 
olması fikrinə yeni bir dəlil deməkdir.
52
  
Türk  əlifba sisteminin, onun əsasında dayanan türk 
damğalarının ilk mənbələri ilə bağlı aparılan tədqiqatlar türklərin 
Ön Asiya və Qafqazda yerli olmasını bir daha sübut edir. Məlum 
olduğu kimi, dünya tarixində ilk yazılar piktoqramlar şəklində 
olmuşdur və daha çox daşlar üzərində yazılırdı. Piktoqrafik yazı əsl 
mənada yazı olmayıb, məzmunun işarələr və rəsmlərlə verilməsidir. 
                                                 
51
 Azqar Qatulloviç Muhamadiyev. “Turan yazısı”// “Tatar xalqının linqo-etnotarixi 
problemləri”. Kazan, 1995, səh. 36-83 
52
 Pərviz Elay. Ulu türk tarixi: unudulmuş böyük kəşflər/ Millətçilik qəzeti, 24-30 iyul 
2010 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 58
Odur ki, qayaüstü təsvirlərdəki hər bir rəsmin konkret məzmun 
daşıdığı şübhəsizdir.
53
 
Türk sivilizasiyasının yerləşmə arealında isə biz bu işarələrin 
həm qərbdə (Gəmiqaya-Qobustan), həm də  şərqdə (Orxon-
Yenisey) və hətta mərkəzdə - Qara dənizin şimalında bir-birindən 
asılı olmadan, amma ola bilsin ki, müəyyən əlaqədə yaradıldığının 
şahidiyik. Azərbaycan  ərazisində Qobustan, eləcə  də  Gəmiqaya 
abidələrində aparılan arxeoloji tədqiqatlar göstərir ki, bu yazılar 
türk tayfalarına mənsubdur və eyni zamanda bu işarələr hardansa 
gəlmə deyil, yerli mənşəlidir. Çünki onların oxunuşunda yerli 
ərazinin toponomikası, etnoqrafiyası, inanc sistemləri açar 
olmuşdur.  
Naxçıvan Muxtar Respublikasında yerləşən Gəmiqaya 
abidələrində qayaüstü yazı  işarələrindən 17 hərfin Oğuz damğası 
olması fikri irəli sürülmüşdür və bu mülahizə eramızdan  əvvəlki 
minilliklərdə də bu diyar Türk sivilizasiyasının vətəni olmuş və türk 
mədəniyyətini təmsil etmişdir. Tədqiqatçı alim Cəfər Cəfərov 
bununla  əlaqədar “Oğuz damğa”larının timsalında Gəmiqaya 
işarələrinə, hərf və piktoqraflarına bir sıra əlifbalarda, məsələn elə 
Orxon-Yeniseydə, qədim hind Brahmi əlifbasında, Azərbaycandan 
kənarda türk ellərinin bir sıra omaqlarında damğalar kimi təsadüf 
edildiyini misal gətirmişdir.
54
  
Bəzi  ədəbiyyatlarda Gəmiqaya-Qobustan  əlifbasının Orxon-
Yenisey yazılı abidələrinin təsiri altında yaranması ilə bağlı 
fikirlərə rast gəlinir. Lakin uzun müddət Qobustanda və 
Gəmiqayada araşdırma aparan tədqiqatçı alim Əjdər Fərzəli bu 
nəzəriyyənin yanlış olduğunu sübut etmişdir. Onun fikrincə, 
                                                 
53
 Vəli Baxşəliyev. Gəmiqaya təsvirlərinin poetikası. Bakı: Elm, 2002, səh.11 
54
 C.İ.Cəfərov. Azərbaycan xalqının soykökü. Bakı, 1999, səh.131 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə