Sivilizasiyaların kəsişməsində türk dünyası
92
özünəməxsusluğunu saxlamaq şərtilə qarşılıqlı faydalı yaşamasına
dayanır. Lev Qumilyovun fikrincə, Avrasiyada türklər, monqollar,
iranlılar, slavyanlar, fin-uqorlar aborigenlərdir və onların bu
məkanda yerdəyişməsi öz etno-landşaftları daxilində təbii şəraitdən
asılı olaraq yerdəyişmələrdir. Yadellilərin (çin, ərəb, yəhudi, isveç,
alman, polyak və b.) bu məkana hücumu az-az baş verir və yekunda
mühüm bir nailiyyətə çatmamışdır.
81
Məsələn, çinlilər XVIII əsrin
sonlarınadək Böyük Çin səddinin şimalına doğru ərazilərdə
məskunlaşa bilməmişdilər. Yaxud VIII-X əsrlərdə ərəblər Orta
Asiyanı ələ keçirsələr də, burda möhkəmlənə bilmədilər və
torpaqlarına qayıtdılar, qalanlar isə assimilyasiyaya uğradı.
82
Lev Qumilyovun digər bir mülahizəsi isə ondan ibarətdir ki,
XII-XV əsrlərdə monqol-tatarlarla slavyan ruslar arasında mübarizə
əksər tarixçilərin iddia etdiyi kimi olmamışdır. Yəni, slavyanların
bir neçə əsr boyu monqol hakimiyyəti altına daxil olması heç də
monqolların vəhşiliyi və zülmü hesabına saxlanılmamış, əksinə,
tarixi şərait rusların monqol hakimiyyətində qalmaqla öz gələcək
inkişaflarının bünövrəsini yaratmasına imkan vermişdir. Onun
fikrincə, 1313-cü ildə monqol xanı Özbəyin islam dinini dövlət dini
kimi qəbul etməsindən sonra isə mərkəzdən uzaq düşən və heç
zaman dinə qarşı mühafizəkar olmaması ilə seçilən monqol-
tatarların böyük hissəsi şəraitə uyğun olaraq xristianlığı qəbul etmiş
və slavyanlarla qaynayıb-qarışmışlar.
81
Л.Н.Гумилев. Конец и вновь начало. Москва: АСТ Хранитель, 2007, стр.332
82
Л.Н. Гумилев. Ритмы Евразии. Москва: Экопрос, 1993, стр.147
Sivilizasiyaların kəsişməsində türk dünyası
93
Türk və Pravoslav-Slavyan sivilizasiyalarının harmoniya
nümunəsi
Türk və Pravoslav-Slavyan sivilizasiyalarının bir-birinə qarşı
ahəngdar münasibəti etnik-dini müstəvidə öz izini əyani olaraq
günümüzə qədər saxlamışdır. Belə ki, hazırda Ukraynanın qərbində
Lvov vilayətində elə pravoslav kilsələrinə rast gəlinir ki, kilsənin
qübbəsində həm xaç, həm də aypara vardır. Dünyada bəlkə də
bənzəri olmayan həmin nümunə əslində bu iki sivilizasiyanın
harmoniyasının göstəricisidir. Niyə məhz slavyan, niyə məhz türk
sualına cavab vermək üçün bir neçə məqamı aydınlaşdırmaq
lazımdır. İlk öncə islam dininin bu ərazidə kimin tərəfindən yayıla
biləcəyinə baxmaq lazımdır. Ərəb imperiyasının regiondakı nüfuz
dairəsi və ya missionerliklə bağlı mülahizələr özünü doğrultmur.
Birincisi ona görə ki, islam dinini yayan Ərəb Xilafətinin həm
Əməvilər (660-750), həm də Abbasilər (750-1258) sülalələrinin
hakimiyyətləri dövründə sərhədləri heç vaxt bu əraziyə gəlib
çatmamışdır. Missionerliklə bağlı isə deməliyik ki, digər dinlərdən
fərqli olaraq islam dinində missionerlik öz dininin hüdudlarının
daha da genişləndirilməsinə yönəlmiş təbliğatdan daha çox, hər
hansı bir islami təriqətinin yayılmasına xidmət etmişdir. Məşhur
şərqşünas alim Vasili Vladimiroviç Bartoldun qeyd etdiyi kimi,
“Xristianlıqdan fərqli olaraq, islam ilk əvvəl fərdi missionerliyin nə
olduğunu bilmirdi və yalnız istila yolu ilə yayılırdı. Müsəlman
torpaqlarının hüdudları ilə islamın yayılma hüdudları eynilik təşkil
edirdi”.
83
Bəs buralarda islam dininin təsiri kimin vasitəsilə
mümkün idi? Avropanın şərqindəki bu əraziyə islam dininin
daşıyıcılarından monqol-tatarların və Krım xanlığının yürüşləri və
hökmranlıq dövrləri olmuşdur. Krım xanlığının geopolitik səhnədə
83
Василий Владимирович Бартольд. Место прикаспийских областей. Сочинения.
Том 2. Москва: Наука, 1964, стр. 45
Sivilizasiyaların kəsişməsində türk dünyası
94
Osmanlı imperiyasının müttəfiqi olaraq çıxış etməsi onun bu
ərazidə düşmən kimi qəbul edilməsi demək idi. Düşmənin dini
atributunun - ayparanın kilsə üzərində qalıcı olması real görünmür.
Tarixin müxtəlif zamanlarında xristianlıq və ya slavyanlıq
gücləndiyi zaman bu atribut da silinib getməli idi.
Beləliklə, qalır yalnız bir variant. Monqol imperiyası dövrü.
Sual oluna bilər ki, Monqol imperiyası dövründə niyə məhz türk
təsiri? Bu zaman bir neçə məqama xüsusi diqqət yetirməliyik.
Birincisi, monqol imperiyası genişləndiyi ərazidə say etibarilə daha
çox türklərə söykənirdi. Tarixi mənbələr də təsdiq edir ki, həmin
dövrdə monqolların yürüşündə iştirak edənlərin sayı heç yarım
milyon nəfər də deyildi (maksimum 600 min nəfər olaraq
qiymətləndirənlər var).
84
Şərqdə Çindən tutmuş qərbdə Karpat
dağlarına, cənubda İran üzərindən Ərəbistan dənizinə qədər böyük
bir ərazidə imperiyanın mövcudluğu üçün insan resurslarına ehtiyac
var idi ki, bu da mədəniyyət baxımından yaxın olan Böyük Çölün
müxtəlif xalqlarına arxalanırdı. Bu xalqlar arasında isə türklər
çoxluq təşkil edirdi. Məşhur ərəb tarixçisi İzzəddin İbn əl-Əsirin
(1160-1232) verdiyi məlumatlara görə, monqol ordusunun
yarısından çoxu türklərdən ibarət idi. Monqollarla birlikdə uyğur
türkləri də hökumət və ordunun idarə edilməsində iştirak edirdilər
(Uyğur türkləri monqol xanlarının müəllimləri və katibləri idilər).
Lev Qumilyov isə hətta iddia edir ki, qədim slavyanlar da monqol
imperiyasının yerlərdə dayaqları olmuş və orduda təmsil
olunmuşlar. Beləliklə, monqol imperiyası tək monqol
mədəniyyətinin deyil, Böyük Çölün bütün xalqlarının, o cümlədən,
türklərin mədəniyyətinin daşıyıcısı idi.
84
Владимир Фортунатов. История мировых цивилизаций. Санкт-Петербург:
Питер, 2011, стр.171
Dostları ilə paylaş: |