128
H. Uellsin “Görünməyən adam” əsərində dərman ixtira edib onun vasitəsilə
görünməz olan Qriffin məqsədi nədir?
A) Yeni bir ordu təşkil etmək, həmin ordu ilə mövcud quruluşa qarşı vuruşmaq B)
Təsəvvür edilməz bir səltənət istəyirdi. C) Yeni bir quruluş qurmaq istəyirdi.
D)Məqsədi elm aləmində tanınmaq idi. E) Həyatını dəyişmək, başqa planetlərlə
əlaqə saxlamaq istəyirdi.
129
H. Uellsin 1898- ci ildə qələmə aldığı bu əsərdə Marsda yaşayanlar yerə enib
insanlarla vuruşmağa başlayırlar. Söhbət hansı əsərdən gedir ?
A) “Aləmlərin döyüşü” B) “Görünməz adam” C) “Elm” D) “Həyat eşqi” E) “Doktor
Moronun adası”
130
H.Uellsin 1899-cu ildə yazdığı “Yatan oyananda” adlı fantastik romanında XX əsrin
əvvəlində yuxuya gedən Qrexem neçə ildən sonra ayılır?
A) 100 ildən sonra B) 200 ildən sonra C) 300 ildən sonra D) 400 ildən sonra E) 500
ildən sonra
131
H.Uellsin “Yatan oyananda” romanında qələmə alınmış Qrexemin həyatının sonu
necə qurtarır?
A) Əsərin sonunda Qrexem ölür, onun ədalətin qalib gələcəyinə inamı qalmır. B)
Əsərin sonunda Qrexem ölür, lakin o bir vaxt ədalətin qalib gələcəyinə inanır. C)
Əsərin sonunda Qrexem əsir alınır və həyatı əsirlikdə keçir. D) Əsərin sonunda
Qrexemin taleyi muəmmalı bitir. E) Əsərin sonunda Qrexem müharibədə iştirakını
dayandırır.
132
H.Uells “Aydakı ilk insanlar” əsərində Ayda yaşayan Selenitlərin bədən quruluşu
necə təsvir olunmuşdur?
A) Onlardan birinin əli, digərinin başı, üçüncüsünün qulağı, dördüncüsünün ayağı,
beşincisinin dili daha çox inkişaf etmişdir və bu cəmiyyətdə zəhmət bölgüsüünün
nəticəsidir. B) Onlar on bir ayaqlı dəniz anası formasında təsvir olunur və görünüşcə
dəhşət vericidirlər. C) Onlar normal insanlar kimi təsvir olunurlar, lakin insanlardan
fərqli olaraq onların duyğuları yoxdur. D) Onlar dəmirdəən ibarət nəhəng robotlar
formasında təsvir olunurlar. E) Onlar başları aypara şəkilli varlıqlar olaraq təsəvvür
olunurlar.
133
H.Uellsin 1906-cı ildə yazdığı bu romanında göstərilir ki, müəyyən hadisədən sonra
bütün insanlar yuxuya gedir. Onlar ayıldıqda isə insanlardakı kimi xəbislik, eqoizm
kimi naqis xüsusiyyətlər yox olur. Yazıçı demək istəyir ki, cəmiyyətdəki qüsurlara
görə insanların özləri müqəssirdirlər. Verilən məlumatlar H.Uellsin hansı əsərinə
aiddir?
A) “Yatan oyananda” B) “Quyruqlu ulduz uçanda” C) “Dünyaların savaşı” D)
“Görünməz adam” E) “Doktor Moronun adası”
134
H.Uells 1914-cü ildə yazdığı bu əsərdə göstərilir ki, 1958-ci ildə Almaniya, Fransa,
İngiltərə və Rusiya arasında atom müharibəsi başlamışdır.
Göstərilən məlumatlar H.Uellsin hansı əsərinə aiddir?
A) “Dünyaların savaşı” B) “Xilas olunmuş kainat” C) “Yatan oyananda” D)
“Görünməz adam” E) “Doktor Moronun adası”
135
“Bir ailədə” adlı novellalar kitabı” ilə yazıçılığa başlayan alman yazıçısı kimdir ?
A) Henrix Mann B) Toman Mann C) Herhart Hauptman D) Herbert Uelss E) Heygel
136
1900-cü ildə yazılmış “Həsrəti çəkilən aləm” adlı əsərin müəllifi kimdir?
A) G. Mopassan B) E. Zolya C) H. Hauptman D) E.M. Remark E) Henrix Mann
137
Onore de Balzak yaradıcılığının təsiri Henrix Mannın hansı əsərində daha aydın
görünür ?
A) “Həsrəti çəkilən aləm” B) “İlahələr” C) “Unrat müəllim yaxud tiranın sonu” D)
“Oğurlanmış sənədlər” E) “Qrextan”
138
Henrix Mannın hansı əsərində mənfi surətlərin hamısı varlı Türkhaymerin
ətrafındavtəsvir edilmişdir ?
A) “Reyxstaq” B) “O gün gələcək” C) “Mərdlik”D) “Həsrəti çəkilən aləm” E)
“Sadiq təbəə”
139
Henrix Mannın “Həsrəti şəkilən aləm” əsərində xanım Türkhaymerin sevgilisinə
çevrilən surətin adı nədir ?
A) Sumze B) Henrix C) Rat D) Unrat E) Paskal
140
“İlahələr” əsərində yazıçı olaraq Henrix Mannı əsasən hansı məsələlər
düşündürmüşdür ?
A) Ulduzlar aləmi B) Tanrılar dünyası C) Yerdənkənar sivilizasiya D) Bitkilər aləmi
E) İctimai həyat, sənət və məhəbbət
141
H.Mannın hansı əsəri dekadentçilərin təsiri altında yazılmışdır ?
A) “Həsrəti çəkilən aləm” B) “O gün gələcək” C) “Mərdlik” D) “İmperiya” E)
“İlahələr”
142
Henrix Mannın “İlahələr” əsərindəki qəhrəmanlar hansı xüsusiyyətləri ilə
səciyyələnirlər? A) Bu
surətlər əsas qayğıları şöhrət və qazancla bağlıdır. B) Onlar romantik surətlərdir,
həyatın gözəl və ideal bir anı üçün ölməyə hazırdırlar. C) Bu surətlər tüfeyli həyat
yaşayır, yaşayış haqqında düşünmürlər D) Onların hamısı musiqiçilərdir ki, həyatın
mənasını səslərdə görürlər E) Onlar pessimist ruhlu insanlardır, hər bir hadisədə
bədbəxtlik axtarırlar
143
H. Mannın “İlahələr” trilogiyasının hansı hissəsində hadisələr fantastik Dalmasiya
ölkəsində cərəyan edir ?
A) “Venera” hissəsində B) “Minevra” hissəsində C) “Diana” hissəsində D)
Trilogiyada belə bir təsvir yoxdur E) “Didona” hissəsində
144
Hansı bənddə H. Mannın “Unrat müəllim yaxud bir turanın sonu” əsərinə dair
məlumatlar verilmişdir?
A) Əsər 1905-ci ildə yazılmışdır, satirik səpkidədir. Romanda Prussiya tərbiyə
sistemi, məktəblərdəki kazarma üsulu və belə tərbiyənin nəticələri tənqid edilir B)
Əsər novella janrında yazılmışdır, Romanda Russiya tərbiyə sistemi təbliğ olunur C)
Əsər 1917-ci ildə yazılmışdır, dramatik səpkidədir. Romanda Fransa tərbiyə sistemi,
məktəblərdəki ciddi tərbiyə üsulu və belə tərbiyənin nəticələri tənqid edilir D)
H.Mannın belə bir əsəri yoxdur E) Əsər 1925-ci ildə yazılmışdır, antik yunan
ədəbiyyatının təsiri aydın görünür.
145
Henrix Mann 1913-cü ildə yazdığı hansı əsərinin mövzusunu Fransa inqilabından
almışdır ?
A) “Həsrəti çəkilən aləm” B) “Sülh” C) “İlahələr” D) “Madam Laqre” E)
“Imperiya”
146
Yazıçı 21 iyul 1899-cu ildə Çikaqo şəhəri yaxınlığında Ouk –Park qəsəbəsində
doğulmuşdur. Bu yazıçı kimdir?
A) E.Zolya B) E.Heminquey C) C.Oldric D) Ç.Dikkens E) M.Tven
147
Ernest Heminquey hansı əsərinə görə Nobel mükafatına layiq görülmüşdür?
A) “Qoca və dəniz” B) “Əcəl zəngi” C) “Silahlara əlvida” D) “Yazıçı və müharibə”
E) “Imperiya”
148
Yazıçı 18 yaşında orta məktəbi bitirib Qırmızı xaç cəmiyyəti xətti ilə İtaliyada
cəbhədə yaralananlara yardım dəstəsinin sürücüsü kimi çalışmış, sonralar
“Əlvida silah” əsərini yazarkən də cəbhə təəssüratlaraından faydalanmışdır. Bu
yazıçı kimdir? A) E.Zolya
B) E.Heminquey C) C.Oldric D) Ç.Dikkens E) M.Tven
149
Yazıçı gənc yaşlarında Parisə köçmüş, Fransa, İtaliya və İspaniyanı piyada
və velosipedlə gəzmiş, 1923-cü ildə Parisdə “Üç hekayə və on şeir” adlı ilk
kitabını nəşr etdirmişdir. Bu hansı yazıçıdır?
A) E.Heminquey B) E.Zolya C) C.Oldric D) Ç.Dikkens E) M.Tven
150
1929-cu ildə “Əlvida silah” romanını nəşr etdirmiş, o illərdə Florida ştatında
yaşamış, 1933-cü ildə Afrikaya gedib Keniya və Tanzaniyada şir, bəbir,
kərgədan kimi vəhşiləri ovlamaqla və yaradıcılıqla məşğul olmuşdur. Bu yazıçı
kimdir?
A) V.Tekkerey B) E.Zolya C) C.Oldric D) Ç.Dikkens E) E.Heminquey
151
İri balıqlar tutmaq yarışında iştirak edən yazıçı ABŞ rekordunu qazanmışdır. 1937-
ci ildə Amerika yazışılarının ikinci konqresində “Yazıçı və müharibə” adlı
antifaşist nitqini söyləmişdir. Söhbət hansı yazıçıdan gedir?
A) V.Tekkerey B) T.Mann C) C.Oldric D) Ç.Dikkens E) E.Heminquey
152
1939-cu ildə Kubaya köçüb Havana şəhərində yaşayan yazıçının bir il sonra “Əcəl
zəngi” romanı milyon nüsxə ilə Nyu-Yorkda çap olunmuşdur. Bu yazıçı kimdir?
A) C.Oldric B) T.Mann C) M.Tven D) E.Heminquey E) Ç.Dikkens
153
E. Heminquey Nobel mükafatına layiq görülən “Qoca və dəniz” povestini neçənci
ildə nəşr etdirmişdir? A) 1950 B) 1951
C) 1952 D) 1953 E) 1954
154
1960-cı ildə xəstələnən yazıçı 1961-ci ildə ov tüfəngi ilə özünü vurmuşdur.
Yazıçının ölümü ilə əlaqədar Amerika mətbuatında onun “Günəş doğur” əsərini
xatırladan “Günəş batdı” adlı yazılar çap olunmuçdur. Söhbət hansı yazıçıdan gedir?
A) C.Oldric B) T.Mann C) M.Tven D) E.Heminquey E) Ç.Dikkens
155
E.Heminqueyin “Yuxudan əvvəl” əsərində qələmə alınan Leytenantın xəstəliyi
nədir? A )
Döyüşlərin birində partlayış nəticəsində Leytenant ömürlük yuxusuzluq xəstəliyinə
məruz qalmışdır. B) Leytenant yaddaşını itirmişdir C) Leytenan müharibədə
ayaqlarını itirmişdir D) Qəlpə Leytenantın bir əlini aparmışdır E) Leytenant
müharibədən kor olaraq qayıtmışdır
156
“Afrikanın yaşıl təpələri”, “Klimancorada qar” əsərlərinin müəllifi olan yazıçının
“Günəş doğur” romanı 1926-cı ildə nəşr olunmuşdur. Bu yazıçı kimdir?
A) C.Oldric B) T.Mann C) M.Tven D) E.Heminquey E) Ç.Dikkens
157
E.Heminqueyin “Günəş doğur” romanında Ceyko Barns və Bill Qorton nə üçün
Pireney yarımadasına səyahətə gedirlər? A)
“Günəş doğur” romanının qəhrəmanları keçmiş cəbhəçilərdir. Onlar keçmişi
unutmaq üçün səyahətə çıxırlar. B) Onlar yarımadada tarixi axtarış aparmaq
istəyirlər C) Onların səyahətinin səbəbi kəşfiyyatdır D) Bu səyahəti onlara
komandirləri məsləhət görür E) Səyahətdə məqsəd döyüşdükləri yerləri yenidən
görməkdir
158
E.Heminqueyin imperialist müharibəsinə nifrətinin ən bariz nümunəsi olan bu
romanın əsas qəhrəmanları amerikalı leytenant Frederik Henri və ingilis tibb bacısı
Ketrin Braklindir. Söhbət hansı əsərdən gedir? A) “Qoca və
dəniz” B) “Əcəl zəngi” C) “Silahlara əlvida” D) “Yazıçı və müharibə” E)
“Imperiya”
159
E.Heminqueyin hansı əsərində İspaniyada faşizmə qarşı mübarizənin bəddi təsviri ilə
qarşılaşırıq? A) “Qoca və dəniz” B) “Əcəl zəngi” C) “Silahlara əlvida” D) “Yazıçı
və müharibə” E) “Imperiya”
160
"İnsan ayağı dəyməyən qarlı çöllərdə xəstə və ac bir adam irəliləyir. Onun ayaqları
yer tutmur, yeriyə bilmir, sürünür, arxasınca ac bir canavar da sürünür. Ac insanla ac
canavar arasında mübarizə gedir. İnsan qalib gəlir." Bu sözlər Cek Londonun hansı
əsəri haqqındadır? А) "Dəmir daban" B) "Ağ diş" C) "Çapıq adam" D) "Həyat
eşqi" Е) "Torpaq eşqi"
161
"............" Cek Lononun ən qüvvətli əsəridir. Romanda avtobioqrafik cəhətlər çoxdur.
Bununla belə, romanın qəhrəmanı ilə müəllifi eyniləşdirmək olmaz. Əsərin
qəhrəmanı sonda özünü dənizə ataraq ölür. Nöqtələrin yerinə Cek Londonun qələmə
aldığı hansı əsərin adını yazmaq lazımdır?
А) "Dəmir daban" B) "Ağ diş" C) "Çapıq adam" D) "Həyat eşqi" Е) "Martin İden"
162
Biri Cek Londonun Şimal hekayələrinə daxil deyil.
А) "Cis-Uk" B) "Çapıq adam" C) "Dəmir daban" D) "Həyat eşqi" Е)
"Unudulmuş başçı"
163
"Dəmir daban" romanının müəllifidir, 1903-cü ildə "Əcdadların çağırışı" adlı
hekayələr kitabını nəşr etdirmişdir.
А) Cek London B) Teodor Drayzer C) Mark Tven D) Ceyms Oldric Е) Romen
Rollan
164
Cek London hansı rus yazıçısının "Foma Qordeyev" romanı haqqında məqalə
yazaraq özünün estetik görüşlərini ifadə etmişdir?
А) Bestujev-Marlinskinin B) Şoloxovun C) İvan Buninin D) Fadayevin E) Maksim
Qorkinin
165
Teodor Drayzer hansı əsərində göstərirdi ki, Klayd Qrifitsin faciəsi şəxsi faciə deyil,
bütün bir nəslin faciəsidir?
А) "Cenni Herhardt" B) "Kerri bacı" C) "Titan" D) "Amerika faciəsi Е) "Dahi"
166
"Kerri bacı" romanının müəllifi kimdir?
А) Bertold Brext B) Mark Tven C) Teodor Drayzer D) Bernard Şou Е) Ceyms
Oldric
167
"Şahzadə və dilənçi" romanının müəllifi kimdir?
А) Bertold Brext B) Mark Tven C) Tomas Hardi D) Bernard Şou Е) Ceyms Oldric
168
Ceyms Oldricin 1940-cı illərdə yazdığı hansı əsərində II dünya müharibəsindən 80 il
sonrakı hadisələrdən danışılır ? А) "Ovçu" B) "Diplomat" C) "49-cu ştat" D)
"Axırıncı didərgin" Е) "Dəniz qartalı"
169
Ceyms Oldricin hansı əsərində Mak-Qreqor surəti Cənubi Azərbaycana gəlir, azadlıq
hərəkatının başçısı Cavad Qoçəli ilə görüşür? А) "Ovçu" B) "Diplomat" C) "Onun
ölümünü istəmirəm" D) "Axırıncı didərgin" Е) "Dəniz qartalı"
170
Biri Erix Mariya Remarkın əsəridir:
А) "Zəfər tağı" B) "Qürub çağı" C) "Yalqızlar" D) "Naməlum qəbir"
Е) "Ruqonların şöhrətpərəstliyi"
171
1891-ci ildə Lübek şəhərində anadan olmuşdur. Yaradıcılığa "Bir ailədə" adlı
novellalar kitabı ilə başlamışdır. 1900-cü ildə "Həsrət çəkilən aləm" adlı ilk irihəcmli
əsərini yazmışdır. Söhbət hansı yazıçıdan gedir?
A) Anatol Frans B) Erix Mariya Remark C) Herhart Hauptman D) Fransua
Moriak E) Henrix Mann
172
Onun "Zəfər tağı " romanında hadisələr Parisdə cərəyan edir . Əsərin qəhrəmanı
alman mühaciri Ravikdir. Müəllif kimdir? A)
Mopassan B) Erix Mariya Remark C) Fransua Moriak D) Anatol Frans E)
Herhart Hauptman
173
"Öz yaxın adamını sev" əsərinin müəllifi kimdir?
A) Mopassan B) Erix Mariya Remark C) Fransua Moriak D) Anatol Frans E)
Herhart Hauptman
174
Biri Anatol Fransın “Pinqvinlər adası” əsərinə aid deyil. A) Anatol Fransın ən
satirik əsəridir V) Müəllif orta əsrlərin qəhrəmanlıq tarixini ifşa edir C) Əsər yuxu
şəklində yazılmışdır D) Əsərin sonunda göstərilir ki, pinqvinlər varlanırlar E)
Əsərdə alleqoriyadan istifadə olunmuşdur
175
Bu əsərlərdən hansı Erix Mariya Remarkın deyil?
A) "Dan qızarmazdan əvvəl" B) "Qərb cəbhəsində təbəddülat yoxdur" C)
"Ölüm-dirim vaxtı" D) "Öz yaxın adamını sev" E) "Zəfər tağı"
176
Erix Mariya Remark hansı əsərinin epiqrafında yazmışdır: "Bu kitab nə etiraf, nə də
ittihamnamədir. Mən bu kitabımda hələ sağ qalsalar belə, müharibənin məhv etdiyi
bir nəslin taleyindən danışmağa çalışmışam. A) "Qayıdış" B) "Qərb
cəbhəsində təbəddülat yoxdur" C) "Üç yoldaş" D) "Öz yaxın adamını
sev" E) "Zəfər tağı"
177
"Qərb cəbhəsində təbəddülat yoxdur" əsərinin müəllifi kimdir?
A) Herhart Hauptman B) Hofman C) Anri Barbüs D) Emil Zolya E) Erix
Mariya Remark
178
Hansı əsər Herhart Hauptmanın yaradıcılığında təkamülün kulminasiya nöqtəsi
sayılır? A) "Qərq
olmuş zəng" B) "Qürub çağı" C) "Yalqızlar" D) "Toxucular" E) "Dan
qızarmazdan əvvəl"
179
Bu əsərlərdən biri Herhart Hauptmanın deyil.
A) "Yalqızlar" B) "Toxucular" C) "Tunel" D) "Qürub çağı" E)
"Dan qızarmazdan əvvəl"
180
Herhart Hauptmanın hansı əsərində öz kömür yataqlarını satıb varlanan kəndli
Krauzer milyonçuya çevriləndən sonra insani sifətlıərini itirir?
A) "Yalqızlar" B) "Toxucular" C) "Qərq olmuş zəng" D) "Qürub çağı"
E) "Dan qızarmazdan əvvəl"
181
1889-cu ildə yazdığı "Dan qızarmazdan əvvəl" adlı dramı ona ədəbi şöhrət
gətirmişdir. Bu hansı yazıçıdır? A) Anatol
Frans B) Mopassan C) Stendal D) Emil Zolya E) Herhart Hauptman
182
Gi de Mopassan "Gombul" əsəri ilk dəfə neçənci ildə çap olunmuşdur?
A) 1880 B) 1897 C) 1899 D) 1887 E) 1895
183
Gi de Mopassan neçənci illərdə yaşayıb-yaratmışdır?
A) 1850-1893 B) 1849-1897 C) 1855-1899 D) 1853-1887 E) 1852-1895
184
Yollar qan damarları kimi şaxələnsə də, bazarda birləşir. Bu yollarla bazara tərəvəz,
ət, qatıq, süd axıb gəlir. Emil Zolya bazarın öz daxilini, oradakı qaynaşmanı,
alverçilərin rəqabətini geniş şəkildə təsvir edir. Söhbət hansı əsərdən gedir?
A) “Mən ittiham edirəm” məqaləsi B) “Madlen Fera” C) “Tereza Raken”
D) “Parisin bətni” E) “Doktor Paskal”
185
"Əlahəzrət Ejen Ruqon" əsərinin müəllifi kimdir? A)
Mopassan B) Hauptman C) Remark D) Anri Barbüs E) Emil Zolya
186
Emil Zolyanın “Ruqonların şöhrətpərəstliyi" əsərində hadisələr hansı şəhərdə
cərəyan edir? A) Fivdə B)
Spartada C) Plassanda D) Afinada E) Florensiyada
187
Emil Zolya hansı əsərinə görə məhkəməyə verilmiş və o, Fransadan qaçmağa məcbur
olmuşdur?
A) “Tereza Raken” B) “Madlen Fera” C) “Mən ittiham edirəm” məqaləsi
D) “Ruqonlar və makkarlar” E) “Doktor Paskal”
188
1866-1942-ci illərdə yaşayıb-yaratmışdır. Elmi-fantastik romanlar müəllifi kimi
məşhurdur. 1895-ci ildə "Zaman makinası" adlı ilk fantastik əsəri çap edilmişdir.
Söhbət hansı yazıçıdan gedir?
A) Erix Mariya Remark B) Herbert Uells C) Hauptman D) Bertold Brext E)
İohannes Bexer
189
1897-ci ildə qələmə alınmış "Görünməyən adam" əsərinin müəllifi kimdir?
A) Erix Mariya Remark B) Hauptman C) Herbert Uells D) Bertold Brext E)
İohannes Bexer
190
Emil Zolya "Tereza Raken" romanını neçənci ildə yazmışdır?
A) 1878 B) 1898 C) 1858 D) 1893 E) 1867
191
Bu əsərlərdən biri Emil Zolyanın deyil.
A) “Tereza raken” B) “Madlen Fera” C) “Ninonun nağılları” D)
“Boyunbağı" E) “Ruqonlar və makkarlar”
192
"Madlen Fera" əsərinin müəllifi kimdir?
A) Mopassan B) Emil Zolya C) Erix Mariya Remark D) Çarlz Dikkens E)
Stendal
193
Emil Zolyanın "Ruqonlar və makkarlar" romanlar silsiləsində sonuncu roman necə
adlanır?
A) “Tereza Raken” B) “Madlen Fera” C) “Ninonun nağılları” D) “Ruqonlar və
makkarlar” E) “Doktor Paskal”
194
"Diplomat", "Namus məsələsi" əsərlərinin müəllifi kimdir? A)
Mopassan B) Emil Zolya C) Erix Mariya Remark D) Ceyms Oldric E) Stendal
195
Hansı əsərində H.Hauptmanın artıq simvolistlərin təsiri altına düşdüyünü görürük?
A) 1896-cı ildə yazdığı "Qərq olmuş zəng" dramında B) ) 1889-cu ildə yazdığı "Dan
qızarmazdan əvvəl" dramında C) 1991-ci ildə yazdığı "Qürub çağı" dramında D)
1891-ci ildə yazdığı "Yalqızlar" pyesində E) 1900-cü ildə yazdığı "Mixel Kramer"
pyesində
196
H.Hauptmanın "Qərq olmuş zəng" dramında hansı fantastik qüvvələr iştrak edir?
A) Pərilər və cinlər B) Ruhlar C) Cinlər D) Mələklər və ruhlar E) Əsərdə belə
qüvvələr yoxdur
197
H.Hauptmanın hansı əsərində yazıçının tanışı professor Bader və onun oğlunun
başına gələn əhvalat təsvir edilmişdir?
A) 1889-cu ildə yazdığı "Dan qızarmazdan əvvəl" dramı B) 1891-ci ildə yazdığı
"Yalqızlar" pyesi C) 1900-cü ildə yazdığı "Mixel Kramer" pyesi D) 1896-cı ildə
yazdığı "Qərq olmuş zəng" dramı E) 1991-ci ildə yazdığı "Qürub çağı" dramı
198
1858-ci ildə Parisə gələn, “Ruqonlar və Makkarlar” romanlar silsiləsinin müəllifi
olan yazıçı kimdir?
A) Emil Zolya B) Mopassan C) Jorj Sand D) Jül Vern E) V.Hüqo
199
"Ovçu", "49-cu ştat" əsərlərinin müəllifi kimdir? A)
Mopassan B) Emil Zolya C) Erix Mariya Remark D) Ceyms Oldric E) Stendal
200
"Dəmir daban", "Martin İden" əsərlərinin müəllifi kimdir? A)
Mopassan B) Emil Zolya C) Erix Mariya Remark D) Ceyms Oldric E) Cek
London
201
1864-cü ildə çap olunmuş “Ninonun nağılları” novellalar kitabının müəllifi hansı
fransız yazıçısıdır ?
A) Friderix Stendal B) Mopassan C) Jorj Sand D) Jül Vern E) Emil Zolya
Dostları ilə paylaş: |