59
azərbaycanlılar ev-eĢiklərini atıb dağlara qaçmıĢdılar. Mən NoraĢen kəndində ailə
üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd Ġrəvandan
qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daĢnaklar Naxçıvanı
viran etmiĢdilər. Andronikin göstəriĢi ilə adamların diri-diri dərisini soyurdular.
Kütləvi surətdə əhalini qırırdılar. Ġran azərbaycanlıları Naxçıvana köməyə gəlmək
istəyirdilər. Lakin Ġran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını
alırdı.
Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aĢanda Qızılboğaz
deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquĢur, xeyli itki verir. Silah
yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu QuĢdan 30-cu
illərə qədər erməni daĢnaklarına qarĢı vuruĢaraq ġahbuz dağlarında qaçaqlıq
etmiĢdir.
Andronik Zəngəzura aĢandan sonra azərbaycanlılar yaĢayan kəndlərin
əhalisinə divan tutur. Kəndlərin yaĢlı adamları danıĢırdılar ki, Andronikin dəstəsi -
Bazaçay boyunca yerləĢən Ərikli, Sükar, Pulkənd, ġükarlı, Məliklər, Saybalı, Əlili,
Zabazadır, Hortuyüz, Dulus, Ağdü, ġam, Pürüllü, Ġrmis, Bəhluli, Dərəkənd,
Qalaçıq, Urud, Dərəbəs, Anabat, ġükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub
əhalini qırıb.
Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini dağıdıb. Ağdü kəndində
400 nəfər tutan məscidə adamları yığıb bütün çıxıĢları bağlayıblar. Sonra qəddar
ermənilər məscidin damını söküb, içəri küləĢ doldurub od vurublar, məscidin
küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüblər. Bakıda, ġamaxıda
olduğu kimi, insanları ən çox Allah evlərində - məscidlərdə məhv edirdilər.
Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:
- Andronikin quldur dəstəsi kəndi mühasirəyə almıĢdı.
Bacılarım Gövhər və Nigar kənddə qalmıĢdılar, Gövhər qonĢumuz
Tağının oğlu Eldənizə adaxlanmıĢdı. Atam ġamil görür ki, çıxıĢ yolu yoxdur, ona
görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düĢür. Elə
də edir.
Gavur əlinə düĢməsin deyə, övladlarını özü vurur. Eldəniz də niĢanlısını
aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə Ģərt qoyurlar:
“Get niĢanlın Gövhəri gətir ver bizə, səni buraxaq”. Eldəniz onlara ağır sözlər deyir.
Dığalar onu aparıb “Toxluqayanın” dibində doğrayırlar. Atam ġamil ermənilərə
əsir düĢür. Onu Qarakilsənin həbsxanasında saxlayıb, iĢgəncə verirlər. Arsen adlı
erməni atama zülm eləyib. Ətlə - dırnağın arasına iynə yeridib, barmağını qapının
arasında qoyub sıxır, sol ayağını nallayaraq qaçaqların yerini ondan öyrənmək
istəyirlər. Atam onlara sirr vermir. Axırda atamın sağ baldırınının dərisini soyur,
yerinə duz səpib həməyir keçilərə yalatdırırlar. Sonra aparıb “Göyuçuqun”
qayasından atırlar.
DaĢnak tayqulaq Zəngəzur mahalının qərb hissəsini iĢğal edəndən sonra
Minkənd-ġəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Yerli
60
daĢnak tör-töküntüləri Androniki baĢa salırlar ki, Zəngəzur dağlarında,
yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi
dəvələr ağzı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə
tutduqları maneə Soltan bəy idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam
arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, baĢı qarıĢıb təsərrüfata.
Andronik hərbi sursatını gətirib yığır Qaragölün ətrafına, gözləyir el yaylaqdan
üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək
idi.
QıĢda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral ovlayırdılar. ġəlvədən
ovçu QaraĢ, ovçu Soltan ovçuluqda tanındıqları üçün onlara ovçular deyirdilər.
Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb Ģübhələnirlər. Onlar ov
etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:
-
Bəy, baĢın qarıĢıb təsərrüfata düĢmən gəlib oturub çənənin altında. -
Onlar gördüklərini yerbəyer Soltan bəyə çatdırırlar. Soltan bəy qəzəblənib deyir:
-
Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün
Zəngəzuru bürüsün.
Soltan bəy qüvvələri səfərbər edir. ĠĢi belə görən Andronik Soltan bəylə
saziĢə girmək fikrinə düĢür. Din xadimlərinin toxunulmazlığından istifadə edən
daĢnak Andronik keĢiĢ Mesropu Soltan bəylə görüĢə göndərir. Soltan bəy yad
adamlarla pərdə arxasından söhbət edərmiĢ. KeĢiĢ Andronikin göndərdiyi məktubu
Soltan bəyə təqdim edir.
Məktubun məzmunu belə olur:
“Soltan bəy, bizim ġuĢa yürüĢümüzün təhlükəsizliyini təmin etsəniz,
Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl
verərəm. Hörmətlə: Andronik PaĢa”.
Soltan bəy keĢiĢə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk
hərbi adı “PaĢa” sizə yaraĢan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eĢitdiyimə
görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula
satmayıblar. O ki, qaldı ġuĢa yürüĢünün təhlükəsizliyini təmin etməyə, bizə 20
qatır yükü silah lazım olacaq. DanıĢıqlarımız baĢ tutsa, iĢarəmi gözləyin. Amma
bütün silahları, topları, pulemyotları söküb qatırlara yükləyin, üstünü də basdırın
diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidləri Ģuluqluq salar, biabır olarıq.
Soltan bəy ixtisasca topçu idi. Fənd iĢlətməklə bir gecənin içində düĢmənin silah
yüklü 170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur
dəstəsini, nizami ordusunu Zabığın dərəsində darmadağın edir. ÇıxıĢ yolu
tapmayan quldur Andronik Ozanyan keĢiĢi öldürür, libasını geyinir. 5-6 yaĢında bir
uĢağın əlindən tutub bəyə tərəf gedir.
Qələbədə məğrurlaĢan Soltan bəy:
- KeĢiĢ, hardan gəlib, hara gedirsən?
Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:
Dostları ilə paylaş: |