Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

75 
 
Ġkinci  Dünya  müharibəsi  zamanı  törədilmiĢ  Xatın  faciəsi,  Xoloost  qırğını, 
Xirosima  və  Naqasaki  fəlakətlərini,  eləcə  də  bir  sıra  digər  dəhĢətli  hadisələri 
Xocalı faciəsi ilə müqayisə etmək üçün, əvvəlcə bu hadisənin Ģahidi olmuĢ Fransız 
jurnalisti Can iv Juistin yazdıqlarına diqqəti cəlb etmək istəyirəm: 
“Mən  qəddarlıq  haqqında  çox  eĢitmiĢəm.  Ancaq  ermənilər  5-6  yaĢlı 
uĢaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər. 
Leonid  Kravets  -  hərbi  təyyarəçi,  mayor:  “Fevralın  26-da  mən 
Stepanakertdən  yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım.  AĢağıda 
gözümə  nəsə  tünd  ləkələr  dəydi.  Birdən  bortmexanik  qıĢqırdı:  “Baxın,  orada 
qadınlar,  uĢaqlar  gör  nə  günə  düĢüblər”.  Gözəyarı  saydıq.  YoxuĢa  səpələĢmiĢ  iki 
yüzə yaxın meyitin arasında əlisilahlılar gəziĢirdilər. 
Təcili  ora  uçduq  və  meyitləri  götürməyə  cəhd  etdik.  Hər  yana  səpələnmiĢ 
qadın,  qoca,  uĢaq  meyitləri  adamı  sarsıdırdı.  Yerli  milis  kapitanı  da  bizimlə  idi. 
Meyitlərin arasında baĢı yarılmıĢ dörd yaĢlı oğlunu görəndə dəli oldu... Bizi atəĢə 
tutmamıĢdan imkan tapıb bir neçə meyiti götürə bildik”. 
Daud Xeyriyan  - Xocalı faciəsinin Ģahidi olan erməni  yazır: “Martın 2-də 
erməni  “Qaflan”  qrupu  100-dən  artıq  azərbaycanlı  meyitini  yığaraq  Xocalının 
təxminən bir kilometr qərbində yandırdı. Sonuncu maĢında alnından və əllərindən 
yaralanmıĢ  təqribən  on  yaĢlı  qız  gördüm;  aclığa,  soyuğa,  aldığı  yaralara 
baxmayaraq  sir-sifəti  gömgöy  göyərmiĢ  bu  qız  uĢağı  hələ  sağ  idi.  Güclə  nəfəs 
alırdı. Tiqranyan adlı bir əsgər hərəkətəsiz qalan bu qızı götürüb meyitlərin üstünə 
tulladı, sonra onlara od vurdular”. 
V.Belix  –  “Ġzvestiya”  qəzetinin  müxbiri:  “VaxtaĢırı  Ağdama  diri 
girovlarla  dəyiĢdirilmiĢ  azərbaycanlıların  meyitləri  gətirilir.  Belə  Ģeyi  dəhĢətli 
yuxuda  da  görmək  mümkün  deyil,  deĢilmiĢ  gözlər,  kəsilmiĢ  baĢlar,  qulaqlar, 
doğram-doğram  olmuĢ  bədənlər  kəndirlə  bir-birinə  sarınaraq  zirehli  maĢının 
arxasında sürüklənmiĢ çıl-çılpaq meyitlər, vəhĢiliyin həddi-hüdudu yoxdur”. 
Validimir  Savelyev  -  02270  saylı  hərbi  hissədə  əks  kəĢfiyyatın  rəisi: 
Onun  “məxfi-arayıĢ”ında  deyilir  ki,  azərbaycanlı  meyitləri  qalaqlanan  çalaların 
ətrafında  axĢamlar  itlərin  və  çaqqalların  səs-küyündən,  dartıĢmalarından  qulaq 
tutulur, adam vahimələnirdi. 
Karabelnikov  Ġ  -  rus  zabiti:  “Birinci  batalyonun  qərargah  rəisi,  mayor 
Abram  Çitçiyan  13  nəfərlik  Babayevlər  ailəsini  güllədən  keçirib.  Buna  görə  ona 
Fransa  erməni  diasporu  tərəfindən  150  min  dollar  pul  və  ən  böyük  təltif  sayılan 
“Kilsə mükafatı” verilib”. 
Xocalı  soyqırımı  zamanı  yol  verilmiĢ  zorakılıq  əməllərinin  qabaqcadan 
düĢünülmüĢ qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv 
edilməsi  niyyəti  ilə  törədilməsi  beynəlxalq  və  dövlətdaxili  hüquqa  əsasən  məhz 
genosid  olduğunu  sübut  edir.  Erməni  qəsbkarlarının  vəhĢilik  və  vandalizm  aktı 
tərəqqipərvər bəĢəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni 


76 
 
səviyyədə  qiymətləndirməli,  insanlığa  qarĢı  törədilən  bu  cinayət  öz  layiqli 
qiymətini almalıdır. 
ABġ  Konqresində  Ġndiana  ġtatının  təmsilçisi,  Beynəlxalq  Münasibətlər 
Komitəsinin  üzvü,  konqresmen  Dən  Bartonun  Nümayəndələr  Palatasında  çıxıĢ 
edərək,  Konqresi  Xocalı  soyqırımını  tanımağa  çağırması  artıq  Amerika 
ictimaiyyətinin  də  erməni  vəhĢiliklərindən  xəbərdar  olması  və  insan  hüquqlarının 
kobudcasına  pozulması  ilə  müĢayiət  olunan  qəddarlığa  son  qoyulması  istəyindən 
xəbər verir. 
Konqresmen  Xocalı  Ģəhərində  ermənilər  tərəfindən  insanlığa  xas  olmayan 
qəddarlıqla  qadın,  uĢaq  və  yaĢlıların  qətlə  yetirilməsi,  cəsədlərin  belə  təhqir 
olunması  faktlarını  həmkarlarının  diqqətinə  çatdırmıĢ,  daha  sonra  ABġ 
Konqresinin  Xocalı  soyqırımını  tanımaqla  beynəlxalq  ictimaiyyətin  uzun  illərdən 
bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmiĢdir. 
Təəssüf  ki,  insan  hüquqlarının  kütləvi  və  kobud  Ģəkildə  pozulması  ilə 
nəticələnmiĢ  Xocalı  soyqırımına  hələ  də  beynəlxalq  miqyasda  hüquqi  qiymət 
verilməmiĢ,  terrorçu,  iĢğalçı  əməllərə  qarĢı  qəti  tədbirlər  görülməmiĢdir. 
ÜmumbəĢəri  dəyərlərlə,  beynəlxalq  hüquqi  normalara  əsasən  düĢünmək  və  qərar 
qəbul etməyin zamanı çatmıĢdır. 
Bir daha böyük ümidlərlə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və 
dünya xalqlarına müraciət edərək Azərbaycana qarĢı aparılan uzunmüddətli erməni 
təcavüzünə,  terror  siyasətinə,  kütləvi  Ģəkildə  insan  hüquqlarının  pozulmasına  son 
qoyulacağına,  bu  ağrılı  münaqiĢənin  sülh  və  danıĢıqlar  yolu  ilə  aradan 
qaldırılmasına  dəstək  veriləcəyinə,  zəbt  olunmuĢ  torpaqların  qaytarılacağına, 
qaçqına  və  məcburi  köçkünə  çevrilmiĢ  yüz  minlərlə  soydaĢımızın  öz  yurdlarına 
dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq. 
Ümid  edirik  ki,  nüfuzlu  beynəlxalq  təĢkilatlar  Azərbaycanın  haqq 
mövqeyini  dəstəkləyəcək,  ölkəmizə  qarĢı  təcavüzü,  Xocalı  soyqırımını  törədən 
erməni  terrorçuları  və  onların  havadarları  cinayət  məsuliyyətinə  cəlb  ediləcək, 
iĢğalçı  Ermənistan  dövlətinə  qarĢı  səlahiyyətli  beynəlxalq  qurumlar  tərəfindən 
sanksiyalar tətbiq olunacaqdır. 
BMT-nin və Avropa ġurasının üzvü olan Azərbaycan yeni minilliyə qədəm 
qoymuĢ,  vətəndaĢ  cəmiyyətinin,  vətəndaĢ  hüquqlarının  dolğun  təminatına 
yönəlmiĢ,  demokratik  inkiĢaf  yolunu  seçmiĢ,  beynəlxalq  konvensiyalara  və 
qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaĢan hüquqi, sivil dövlətdir. 
Həmin  qurumlar  tərəfindən  isə  ölkələrlə  münasibətdə  ayrı-seçkiliyə,  ikili 
standartlara yol verilməməlidir. 
Ermənilər  azərbaycanlılara  qarĢı  Azərbaycan  ərazisində  zaman-zaman 
dəhĢətli  soyqırımlar,  qətllər  törədiblər.  Lakin  onlar  tarixi  saxtalaĢdıraraq  bunu 
erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalıĢırlar. Bu dəhĢətləri 
həyata keçirən ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə