69
xarabazara çevirdi, bir milyona qədər soydaĢımızı doğma yurd - yuvasından
didərgin saldı. Biz ġamaxıda törədilən soyqırım qurbanlarının xatirəsinə abidəni
bütün bu müsibətlərdən sonra ucaltdıq. Ġndi hər il martın 31 - də rayon ictimaiyyəti
həmin abidə ətrafına toplaĢır, abidə tər çiçəklərə bələnir, hamı günahkarcasına
susub hüznə qərq olur. Soyqırım qurbanlarının ruhu keçirmi günahımızdan?
Çətin... Axı biz qisası qiyamətə saxlamıĢıq...
ġamaxı ilə Mərəzə arasında, Acıdərə adlanan ərazidə, Ģose yolunun
kənarında, iki dərənin qovuĢacağındakı kiçik təpənin üstündə tənha bir məzar var.
Həmin məzarda 89 il əvvəl erməni vəhĢiliyi ilə üzbəüz qalan qardaĢlarının
harayına yetərkən Ģəhid olmuĢ qəhrəman bir türk zabiti uyuyur. Sovetlərin “türk”
sözünə yasaq qoyduğu dövrlərdə belə bu məzar ziyarətgah olub. Qəbri keçən əsrin
30-cu illərinin asıb-kəsən çağlarında Məlikməmməd Tağıyev adlı bir el adamı öz
canı bahasına götürüb. Bu səbəbdən də 1937-ci ildə erməni donosu ilə türkçülükdə
ittiham edilərək həbs olunub, xalq düĢməni kimi güllələnib. Sel - sudan uçub
dağılmaq təhlükəsi qarsısında qalmıĢ qəbri 1954-cü ildə Babaxan Babaxanov adlı
bir sürücü abadlaĢdırıb. 2000-ci ildə isə Qobustan Rayon Ġcra Hakimiyyəti həmin
qəbri yenidən təmir etdirib və azca aralıda, Ģose yolunun üstündə 1918-ci ildə
döyüĢlərdə həlak olmuĢ türk əsgərlərinin xatirəsinə abidə kompleksi tikdirib.
BEYNƏLXALQ HÜQUQ NORMALARI XOCALIDA SOYQIRIMININ
HƏYATA KEÇĠRĠLDĠYĠNĠ BĠRMƏNALI TƏSDĠQLƏYĠR
KeçmiĢini unudanların, onu
yenidən yaĢamaq məcburiyyətində
qalması tarixin ibrət dərsidir.
Azərbaycanın çağdaĢ tarixində də
unudulması mümkün olmayan,
bütövlükdə xalqın qəlbində dərin iz
salaraq onu daim mübarizə və qisas
ruhunda
kökləyən
elə
faciəli
hadisələr var ki, heç zaman milli
yaddaĢdan silinməyəcəkdir. Erməni
faĢizminin
xislətini,
gerçək
mahiyyətini çılpaqlığı ilə açan
Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhĢətli
hadisələrdəndir. 16 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə
amansız cinayətə rəvac vermiĢ ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən
milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmiĢlər.
Tarixi faktlar təsdiqləyir ki, “Dənizdən-dənizə Ermənistan” xülyası ilə
yaĢayan ermənilər müəyyən xarici havadarlarının köməyilə müxtəlif dönəmlərdə
azərbaycanlılara və türklərə qarĢı amansız terror və soyqırımı siyasəti həyata