7
imzaladı. Məhz Novruz bayramı günü iki Azərbaycan xanlığının ləğv edilib, bu
Azərbaycan torpaqlarında köçürülüb gətirilmiĢ ermənilər üçün xüsusi bir vilayət
yaradılması xalqımız üçün həm də mənəvi təhqir idi.
“Erməni vilayəti”nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt
da sübut edir ki, Çar Rusiyası o zaman Ġran və Türkiyədən nə qədər erməni
köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24%-i azərbaycanlı idi.
“Erməni vilayəti”ndə 1125 kənd vardı. Onlardan 1111-i Azərbaycan kəndi idi və
bu kəndlərdə ancaq azərbaycanlılar yaĢayırdılar. Vilayətin qalan 14 kəndində isə
azərbaycanlılarla qarıĢıq Ģəkildə köçürülüb gətirilmə ermənilər yaĢayırdılar. Yeri
gəlmiĢkən, həmin kəndlərin də bir çoxunun adları Azərbaycan-türk mənĢəli idi.
Bununla belə, “Erməni vilayəti”ni yaratmaqla Çar Rusiyası yenicə iĢğal etdiyi
Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir “xristian səddi” çəkdi.
Eyni zamanda, tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsasını
qoydu.
Bunun ardınca, 1836-cı ildə erməni Qriqorian kilsəsinin təhriki ilə müstəqil
alban kilsəsi ləğv olundu. Çar Rusiyası tərəfindən himayə və müdafiə olunan
ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə
qarĢı kütləvi qırğınlara baĢladılar.
“Böyük Ermənistan” “doktrinası” ilə zəhərlənmiĢ erməni millətçiləri 19-cu
əsrin sonlarında Qriqorian kilsəsinin “xeyir-duası” ilə daha mütəĢəkkil fəaliyyətə
baĢladılar. Bir-birinin ardınca millətçi-terrorçu erməni partiyaları (“Hnçak”,
“DaĢnaksütyun” və s.), cəmiyyətləri və terrorçu qrupların yaradılması dövrü
baĢlandı. Məsələn, 1887-ci ildə yaradılmıĢ “Hnçaq” adlı erməni-millətçi partiyası
öz proqramında Osmanlı imperiyası ərazisində müstəqil erməni dövləti yaratmağı
qarĢısına baĢlıca məqsəd qoymuĢdu. Bu məqsədə nail olmaq üçün əsas vasitə terror
aktlarının həyata keçirilməsi olmalı idi. Maraqlıdır ki, ermənilər ilk terror
aktlarından birini onların “siyasətini” dəstəkləmədiyi üçün Qafqazın mülki iĢlər
rəisi, knyaz Qolitsına qarĢı həyata keçirdilər (14 oktyabr, 1903-cü il). 1890-cı ildə
yaradılmıĢ digər millətçi-terrorçu erməni partiyası olan “DaĢnaksütyun” da Türkiyə
ərazisində müstəqil erməni dövləti yaratmağı özünün əsas vəzifəsi elan etmiĢdi. Bu
planı həyata keçirmək üçün Osmanlı imperiyası ərazisində “Böyük Ermənistan”
təbliğatı gücləndirilməli, silahlı terror dəstələri yaradılmalı, hökumət idarələrinin
talan və qarət edilməsinə baĢlanılmalı idi. “DaĢnaksütyun” partiyası, faktiki olaraq,
hər biri 10 nəfər “döyüĢçüdən” - tcrrorçudan təĢkil olunmuĢ silahlı dəstələrdən
ibarət idi. BaĢqa sözlə, “DaĢnaksütyun” siyasi partiya deyil, silahlı terror təĢkilatı
idi.
“Hnçaq” və “DaĢnaksütyun” terrorçuları ġərqi Anadolu və Azərbaycan
kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparır, “yarıĢırdılar”. Rəsmi
proqramlarında terroru qarĢılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər “türkə
ölüm” çağırıĢı ilə tarixin ən qanlı cinayətlərinə baĢladılar. Zaman keçdikcə “Böyük
Ermənistan” xəstəliyə tutulmuĢ erməni terrorçuları onların mənafeyini təmin
8
etməyən qeyri-türk millətlərinin nümayəndələrinə qarĢı da qəsdlər törətməyə
baĢladılar. Birinci Dünya müharibəsi (1914-18) dövründə Osmanlı imperiyasının
aradan götürüləcəyinə ümid edən ermənilər vətəndaĢları olduğu və hər zaman
himayə və qayğı gördükləri Türkiyə dövlətinə xəyanət edərək Osmanlı
imperiyasına qarĢı vuruĢan Çar Rusiyasl və digər böyük dövlətlərlə geniĢ əlaqə
yaradaraq ümumdünya tarixinin ən qanlı cinayətlərini törətdilər. Çar Rusiyasının
silahlandırdığı və digər böyük dövlətlər tərəfindən müdafiə olunan erməni-daĢnak
quldur dəstələri ġərqi Anadoluda və Azərbaycanda (həm Ģimalda, həm də cənubda)
türk-müsəlman əhalini kütləvi surətdə qurmağa baĢladılar. Naxçıvan, Ġrəvan,
Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaĢayıĢ məntəqələrində
yüz minlərlə Azərbaycan türkü, o cümlədən uĢaqlar, qadınlar, qocalar məhv edildi.
Bakıda hakimiyyəti ələ keçirən daĢnak S. ġaumyan Birinci Dünya
müharibəsi cəbhələrindən qayıdan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq
Azərbaycan xalqına qarĢı tarixin ən dəhĢətli soyqırımlarından alaraq Azərbaycan
xalqına qarĢı tarixin ən dəhĢətli soyqırımlarından birini törətdi. ġimali
Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, ġamaxı, Göyçay, Kürdənir,
Quba, Salyan, Lənkəran və baĢqa yerlərdə türk-müsəlman əhali əvvəlcədən
düĢünülmüĢ plan əsasında kütləvi surətdə ucdantutma məhv edildi, xalqın min illər
boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu.
Birinci Dünya müharibəsi baĢa çatdı. Böyük Atatürk Türkiyəni xilas etdi.
Bununla da böyük dövlətlərin həmiĢə bir alət kimi istifadə etdikləri erməni
millətçilərinin “Böyük Ermənistan” yaratmaq niyyəti iflasa uğradı.
Bununla belə, o zamankı mürəkkəb tarixi Ģəraitdə müstəqil Azərbaycan
Xalq Cümhuriyyəti xoĢ məram nümayiĢ etdirdi. 1918-ci il mayın 29-da
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiĢ Azərbaycan
dövlətlərindən olan Ġrəvan
Ġrəvan xanlığının paytaxtı olmuĢ Ġrəvan Ģəhərini ermənilərin “bir siyasi
mərkəzləri olması” xatirinə onlara güzəĢtə getdi. Beləcə, ermənilərə 100 il bundan
əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt Ģəhəri də
bağıĢladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda - tarixi
Azərbaycan ərazisində erməni dövləti yaradıldı.
Lakin daĢnaklar bununla kifayətlənmədilər. Növbəti xəyanət və növbəti
dəfə torpaq qoparmaq üçün məqam gözlədilər.
Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda, ermənilər dərhal onun
tərəfinə keçdilər və ağqvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu “siyasət”
iflasa uğradıqdan sonra da Azərbaycana və Türkiyəyə qarĢı yeni-yeni ərazi iddiaları
qaldırdılar.
Dostları ilə paylaş: |