14
oxĢarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir
(Bunak V.V., Qraniə Armeniə, M., 1927, str. 26).
Bundan əlavə kəllə quruluĢuna görə aparılan antropoloji tədqiqatlar
erməniləri qısabaĢlılar və ya braxikranlar qrupuna aid edir. Antropoloqlar (böyük
alman alimi Virxov və baĢqa məĢhur alimlər) Qafqazın qədim qəbiristanlıqlarından
tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləĢdirmiĢlər ki, bu diyarın aborigen
əhalisi, yəni ən qədim yerli sakinləri uzunbaĢlılar və ya dolixokranlar qrupuna
aiddirlər, yəni ermənilərin mənsub olduğu qısabaĢlılar və ya braxikranlar qrupuna
aid deyillər! Bu da bir daha sübut edir ki, indiki ermənilər Qafqazın yerli əhalisi
deyillər (DjavaxaĢvili Ġ.A., Ġstoriə qruzinskoqo naroda, Tiflis, 1916, str. 11-12).
Tədqiqatçılar göstərir ki, müasir ermənilərin əcdadları olduğu güman edilən
köçəri qəbilələr eramızdan əvvəl təxminən 12-ci əsrdə Balkan yarımadasından
hərəkətə baĢlayıb Kiçik Asiyaya keçmiĢ və Yuxarı Fərat vadisində (Van gölünə
doğru ərazilərdə) məskən salmıĢlar. Ermənilərin əcdadlarının bu əraziyə gəlmə
olduqları tarix elmində sübut edilmiĢ faktdır (Məsələn, bax: Дяконов И.М.,
Предыстория армянского народа, Ереван, 1968). M.Dyakonov həmin əsərində
ermənilərin əcdadlarının (əgər onları həqiqətən ermənilərin əcdadı hesab etmək
mümkünsə!) Yuxarı Fərat vadisinə gəlmə olduqlarını tutarlı linqvistik və arxeoloji
mənbələrlə sübut edir. O, öz tədqiqatlarını daha da dərinləĢdirərək sonralar yenidən
bu mövzuya qayıtmıĢ və yuxarıdakı konsepsiyasını təsdiqləyən əlavə dəlillər
gətirmiĢdir (И.М.Дьяконов.
Малая Азия и Армения около 600 г. до. н.э. и
северные походы вавилонеких царей// “Вестник древней истории”, 1981, ?2,
с.34-63). Ġ.M.Dyakonovun bu məqaləsindəki bəzi fikirləri oxucuların diqqətinə
olduğu kimi çatdırmağı lazım bilirəm: «Протоармяне появились в бассейне
верхнего Евррата в качестве пришлого (а стало быть, неоседлого
скотоводческого) народа в период господства здесь лувийской и хурритско-
урартской цивилизаций ... об автохтонности протоармянского нет речи (с.54-
55). «Следует учитывать, что протоармянские пришельцы, повидимому,
состояли в меньшинстве по сравнении с местным лувийским и хурритским
населением» (с.59)
Yeri gəlmiĢkən, Ġ.M.Dyakonovun göstərdiyi Yuxarı Fərat vadisində
hökmranlıq edən yerli-aborigen hürrilər Azərbaycan xalqının ulu babalarından
biridir. BaĢqa sözlə, elm çox aydın təsdiq edir ki, bu torpaqlarda, o cümlədən
yuxarı Fərat vadisində məhz biz azərbaycanlılar yerliyik, ermənilər isə köçüb
gəlmədirlər!
Ermənilərin Asiya qitəsinə, o cümlədən də Cənubi Qafqaza gəlmə etnos
olduqlarını baĢqa tədqiqatlar da sübut edir. Məsələn, görkəmli antropoloq
V.V.Bunak Göyçə (indiki Sevan) hövzəsində qədim kəllə sümüklərini araĢdıraraq
qəti qənaətə gəlmiĢdir ki, bunların sonradan həmin əraziyə köçüb gəlmiĢ
ermənilərlə heç bir əlaqəsi yoxdur (Вах: Бунак В.В. «Черепа железного века из
Севанского района Армении - Русский атроиологически журнал», 1928, том
15
XVII, вып. 3-4). Odontologiya sahəsində aparılan tədqiqatlar da eyni nəticəni
təsdiq edir: “etnik odontologiya erməni etnosunun “Qafqaz mənĢəli olduğunu”
təsdiq etmir” (Кочиев Р.С. Закавказье и Северный Кавказ. - В кн.: Этническая
одонтология СССР. Москва, 1970, с. 135, 141). Rus QafqazĢünası Ġ.ġopen isə
daha konkret və birmənalı nəticəyə gəlmiĢdi: ermənilər gəlmədirlər; onlar
frigiyalıların və ioniyalıların qərbdən, yəni Avropadan Anadolu dağlarının ġimal
vadilərinə köçüb gəlmiĢ nəsilləridir (Шопен И. Новые заметки на древнюю
историю Кавказа и его обитателей. С.-Петербург, 1896, с.26). Bir sözlə, bütün
yuxarıda göstərilənlər və digər axtarıĢlar “tarixin atası” Herodotun hələ eramızdan
əvvəl V əsrdə yazdığı bir həqiqəti təsdiq edir: ermənilər Kiçik Asiyaya qərbdən -
Avropadan köçüb gəlmiĢlər; onlar frigiyalıların nəsilləridir (Геродот. История в
девяти книгах. I: 180, 194; III: 93; В: 49, 52; VII: 73).
Yaqub Mahmudov,
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,
Tarix İnstitutunun direktoru, Millət vəkili
ERMƏNĠLĠK BƏġƏRĠYYƏTƏ QARġI TƏHLÜKƏDĠR
Türkiyə, Azərbaycan və Gürcüstan, Balkan regionunun bəzi xristian
ölkələrinin, Rusiya və Ġsrailin real olaraq üzləĢdiyi müasir ermənilik bir anlayıĢ
kimi olduqca mürəkkəbdir. Onu zahirən sadələĢdirmək üçün lap əvvəldən bu
anlayıĢa həddən ziyadə məntiqsizlik, qeyri-sosial elementlər daxil edilmiĢdir.
Bundan baĢqa, yeni siyasi oyunun aparıcılarından biri kimi (etnik
amillərdən kənarda dayanan) bu anlayıĢı hər hansı bir yolla sadələĢdirmək naminə
cəhdlər “ermənilik” kəlməsinin dəqiq sosial-siyasi izahını vermir və yaranmıĢ
vəziyyətdən çıxıĢ yollarını göstərmir.
Müasir “millət” anlayıĢının fövqündə dayanan, onun siyasi qayda və
formaları üzrə fəaliyyət göstərən, bununla belə, etnik korporasiya olaraq qalan
ermənilik dünya ilə çoxcəhətli münasibətlərdə geniĢ Ģəbəkəyə malikdir. Erməni
uĢaq yazıçısı Sergey Vardanyanın növbəti “təxmini hesablamalarına” görə,
erməniliyin Yerevandan savayı Qars, Armavir Ģəhərləri də daxil olmaqla 22
paytaxtı var.
Bununla belə, “Ermənistanın paytaxtları” kitabının müəllifi jurnalistin
“görəsən, nə üçün belə az?” sualına cavab olaraq sadəlövcəsinə ah çəkir və
“Ermənistanın bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmədiyini”
kədərlə söyləyir. Yeri gəlmiĢkən, həmin kitab Vatikan kitabxanasının rəflərində
heç də az hörmətli yerdə qərar tutmayıb. Diaspor Ģəklində dünyaya səpələnmiĢ
erməni balaları isə tarix boyu onların guya 22 paytaxtının olması və bu Ģəhərlərin
nə vaxtsa pis əmilər - bədxah iĢğalçılar tərəfindən süquta yetirildiyi barədə
möhkəm əqidə ilə boy atırlar.
Dostları ilə paylaş: |