Takırların torpaq profili çox böyük deyil, üst qatı (2-
3sm qalınlığında) iriməsaməli qaysaqdan ibarətdir. Altda
laylı qatla əvəz olunan, bir qədər qalın (3-4sm) plitəşəkilli
(lövhəvari) qat yerləşir.
Takırlarda humusun miqdarı təxminən boz-qonur
torpaqlarda olduğu kimi 1%-dən azdır. Bəzi
torpaqşünaslar belə hesab edirlər ki, humus-yosunların
həyat fəaliyyətlərinin nəticəsidir, lakin tədqiqatçıların çox
hissəsi güman edir ki, takırların humusu mineral
hissəciklərlə birlikdə gətirilmişdir. Boz-qonur torpaqlar
kimi, takırlar da səthdən karbonatlıdırlar: gips qatı səthə
yaxın yerləşir.
Şəkil 18.3. Qərbi Türkmənistanda takırların yayılma sxemi
(E.V.Lobovaya görə, 1960)
133
Takırlar çox hallarda şorlaşmışlar, lakin yuyulmuş,
tamamilə duzlardan azad olmuş takırlara da rast gəlinir.
Belə takırlar nəzərə çarpacaq dərəcədə şorakətləşmişlər
və onların profilində bərkimiş qat əmələ gəlir. Yuyulma
nəticəsində takırların üst hissəsində yüksək dispersli
hissəcikləri istiqamətləndirən hal nəzərə çarpır. Tozlu-lilli
prollüvilər kütləsində bu hissəciklərin istiqamətləndirilməsi
torpaqəmələgəlmə prosesləri ilə deyil, çöküntülərin
toplanması ilə əlaqədardır.
Səhra zonasının subasar torpaqları kifayət qədər
öyrənilməmişdir. Burada iri çayların subasar torpaqlarının
xeyli hissəsi şoranlar və çəmən-şoran torpaqlar tərəfindən
tutulmuşlar. Tuqayların (subasar meşələrin) bitki örtüyü
yüksək məhsuldarlığı ilə fərqlənir. Tuqay bitki qruplarının
Şəkil 18.4. Birma ərazisində çəltik əkilən tarlalarda takırlaşma prosesi
(foto Ş.Həsənovundur)
134
biokütləsi olduqca yüksək -1000s\h və daha çoxdur.
Töküntülərin miqdarı biokütlənin çəkisinin yarıdan çoxunu
təşkil edir. Buna görə burada humusla zəngin olan
torpaqlar əmələ gəlir. Bu torpaqlar çox vaxt hidromorf
karbonatlı yenitörəmələrlə zənginləşmişdir və bəzi
yerlərdə alt hissədə qleyləşmişdir.
18.5. Səhra zonası torpaqlarının kənd təsərrüfatında
istifadəsi
Səhra torpaqlarının kənd təsərrüfatında
mənimsənilməsi və istifadəsi bir sıra çətinliklərlə
əlaqədardır. Səhra landşaftları suyun çatışmaması
üzündən adda-budda istifadə edilir. Səhranın əsas hissəsi
köçəri heyvandarlıqda istifadə edilir. Kənd təsərrüfatı
üçün təkrar şorlaşmanın qarşısını almaqla səhra
torpaqlarının süni suvarılması olduqca mühüm
əhəmiyyətə malikdir. Suvarılan boz-torpaqlarda pambıq
becərilir: suvarılan boz-qonur torpaqlarda çəltik səpinləri
mümkündür. Orta Asiya sahələri (oazisləri) uzun
əsrlərdən bəri meyvə və tərəvəz bitkiləri ilə məşhurdur.
Ayrı-ayrı rayonların torpaqlarında bəzi səpələnti
kimyəvi elementlərin (ftor, stronsium, bor) yüksək miqdarı
endemik xəstəlikləri törədir, məsələn, ftorun yüksək
miqdarının təsiri altında dişlərin ovulmasına səbəb olan
xəstəliklər əmələ gələ bilir.
Səhraların hidromorf torpaqlarının əmələ gəlməsi
zamanı (takırlar, şoranlar) bir sıra seyrək yayılmış
elementlərin toplanması faydalı qazıntı yataqlarının
geokimyəvi axtarışları üçün çətinlik törədir.
135
XIX FƏSİL
SUBTROPİK QURŞAĞIN TORPAQLARI
136
Bitki örtüyünün xarakteri mühüm dərəcədə
rütubətlənmə səviyyəsi ilə müəyyən edilir. Təbiidir ki,
rütubətlənmə dərəcəsi və bitki örtüyünün tərkibinə görə
fərqlənən ərazilərdə müxtəlif torpaqlar əmələ
gələcəkdir. Buna görə subtropik qurşaqda aşağıdakı
əsas torpaq tipləri ayrılır: rütubətli meşələrin, quraq
meşələrin və kolluqların, quru subtropik bozqırların və
alçaq otlu yarımsavannaların, eləcədə subtropik
səhraların eləcə də subtropik səhraların torpaqları.
Keçmiş SSRİ-nin coğrafi mövqeyinin nəticəsi
olaraq subtropik torpaqlar nisbətən az yayılmışdır, lakin
buna baxmayaraq keçmiş Sovet İttifaqının ərazisində
(MDB məkanında) onların əsas qrupları mövcuddur.
19.1. Rütubətli subtropik meşələrin qırmızı və
sarı torpaqları
Bu torpaqlar Şərqi Asiyanın (Çin və Yaponiya)
subtropik hissəsində və ABŞ–ın cənub şərqində
(Florida və qonşu cənub ştatlarında), Afrika qitəsinin
qərbində, Madaqaskar adasının şərqində Yeni Qvineyada
geniş inkişaf etmişdir (şəkil 19.1). Keçmiş SSRİ
ərazisində rütubətli subtropik meşələrin torpaqlarına
Qafqazda–Qara dəniz sahillərində (Acarıstan) və Xəzər
dənizinin sahillərində (Lənkəran) rast gəlirik. Subtropik
qırmızı və sarı torpaqların tutduqları sahə çox geniş
deyildir, bütün keçmiş SSRİ ərazi üzrə 0,1%-ə yaxındır.
Lakin bu torpaqlar böyük xalq təsərüfat əhəmiyyətinə
137
malikdir, belə ki, mühüm subtropik bitkiləri (çay, sitrus)
yalnız burada becərilir.
Rütubətli subtropiklərin iqlim şəraiti yüksək
atmosfer çöküntüləri (ildə 1-3 min mm), yumşaq qışı,
mülayim isti yayı ilə səciyyələnir. Belə ki, məsələn,
Acarıstanda dəniz sahili qırmızı torpaqların
yayıldığı rayonlar üçün orta illik temperatur 14°C, orta
yanvar 7°C, orta iyul isə 22°C yaxındır. Çox rayonlarda
yağıntıların əsas hissəsi yayda düşür. Acariyada
yağıntıların çox hissəsi payız və qış aylarına təsadüf edir.
Rütubətli subtropiklərin aid olduğu bu və ya
başqa rayonların flora vilayətlərindən asılı olaraq
Şəkil 19.1.Fulvoferralit torpaqların coğrafi yayılma arealları. 1-qırmızı
və sarı torpaqlar; 2-qırmızı-sarı və tünd qırmızı ferralit torpaqlar; 3-
podzollu fulvoferralit torpaqlar
138
Dostları ilə paylaş: |