Cənub-Şərqi Asiya, İndoneziya, Filippin, Yeni Qvineya və
Avstraliya qitəsində geniş ərazilərdə yayılmışdır.
Onların əmələ gəldiyi iqlim şəraitləri bütün il
müddətində yüksək atmosfer yağıntıları ilə səciyyələnir.
Quru mövsüm adətən 1-2 aydan çox olmur. İllik
yağıntıların miqdarı 1800-2000mm-dir, lakin bəzi yerlərdə
5000-8000mm-ə qədər yüksəlir, başqa yerlərdə isə 1600-
1700mm-ə qədər aşağı enir. Düşən rütubətin xeyli
miqdarı bu landşaftların həddindən artıq rütubətlənməsinə
səbəb olmur. Ən yüksək dərəcədə rütubətlənən tropik
meşələrində belə, bataqlıqlaşma hadisələri yoxdur.
P.U.Riçardsın (1961) məlumatlarına görə
Braziliyanın həmişəyaşıl meşələrində su balansı
aşağıdakı sxemə malikdir (atmosfer yağıntılarının cəminə
görə, %-lə):
Ağacların çətirləri tərəfindən tutulan və buxarlanan..................20%
Ağacların qabığı tərəfindən udulan...........................................10%
Torpaq səthindən buxarlanan...................................................10%
Desuksiya..................................................................................20%
Səthi axım.................................................................................30%
Qrunt sularına süzülən..............................................................10%
Cəmi: 100%
Tropik landşaftları çox istilik qəbul edir. Orta aylıq
tempuraturu 20°C-dən yüksəkdir, bu miqdar il ərzində 3-
5°C dəyişilir.
Bol istilik və rütubət dünya biosenozlarının
sırasında ən böyük biokütlənin – orta hesabla 5000 c/h,
bəzən isə 17000 c/h-dan yüksək quru üzvi maddələrin
əmələ gəlməsinə səbəb olur. İşıq enerjisindən maksimum
dərəcədə istifadə etmək üçün 30-40m hündürlükdə olan
166
ağaclar örtüyü altında, seyrək işığa uyğunlaşmış, bir neçə
yarusdan ibarət ağaclar da mövcuddur. Bu meşələr üçün,
epifit bitkilərin yüksək miqdarı səciyyəvidir. Epifitlər
kimyəvi elementləri torpaqdan yox, başqa bitkilərin,
heyvanların və atmosfer suyunun hesabına toplayırlar,
məhv olduqdan sonra torpağı bu elementlərlə
zənginləşdirirlər.
Afrikanın rütubətli meşələrində il müddətində
torpaq səthində 120-150 s/h-a qədər bitki qalıqları daxil
olur. Töküntülərin ümumi miqdarı 250 s/h-dır. Töküntülərin
bu qədər xeyli yüksək olmasına baxmayaraq torpaq
heyvanlarının və mikroorqanizmlərinin intensiv fəalliyyəti
nəticəsində, onun böyük hissəsi il müddətində parçalanır.
Bütöv döşənəcək yoxdur, cansız nazik yarpaqlar təbəqəsi
çılpaqlaşmış torpaq sahələri ilə növbələşir. Töküntülərlə
birlikdə hər il 1h torpağa 100kq-a yaxın kalsium, 40-50kq
maqnezium, 50-dən 100kq-a qədər kalium və başqa
elementlər daxil olur. Lakin onların böyük hissəsi
çoxyaruslu rütubətli meşənin mürəkkəb kök sistemi
tərəfindən mənimsənilir və yenidən bioloji dövrana cəlb
edilir. Qida elementlərini töküntülərin məhsulundan
mənimsənilməsinin vacibliyi ilə əlaqədar olaraq rütubətli
tropik meşə ağaclarının kök kütləsi torpağın səthinə yaxın
hissədə yerləşmişdir. Amazon meşələrində ağacların
kökləri 10-20sm dərinlikdə yerləşirlər (Q.Valter, 1968).
Bu biosenozların geokimyəvi xüsusiyyətləri ondan
ibarətdir ki, bitkilərin qidalanması üçün lazım olan kimyəvi
elementlərin demək olar ki, bütün kütləsi bitkilərin
özündədir və yalnız bu səbəbdən zəngin atmosfer
yağıntıları tərəfindən yuyulmurlar. Əgər rütubətli tropik
167
meşəsini qırsaq, onda ağacların məhv olması ilə bərabər
min illər müddətində yaradılmış təbii sistem pozulacaq və
məhv olmuş meşə altında münbit olmayan torpaq
qalacaqdır.
Yağışlı meşənin torpaq profilinin yuxa (5-7sm)
humuslu A qatı - boz rəngə malikdir ki, bu qat bütün
dərinliyi boyu humusdan məhrum olan A/B keçid qatı (10-
20sm) ilə əvəz olunur. Üst hissənin strukturu çox zəifdir.
Lessivaj prosesləri inkişaf etmiş, bu qrupun bəzi
torpaqlarında, torpaqəmələgətirən süxurlardan zəif
bərkiməsi ilə fərqlənən illüvial B qatı seçilir.
Bu torpaqların ən üst qatında, humusun ümumi
miqdarı bir neçə faizdir. Humusun tərkibində nisbətən
mütəhərrik qonur humin və fulvoturşular üstünlük təşkil
edir. Bu birləşmələr (xüsusilə fulvoturşular) profilin bütün
dərinliyi boyu yuyulurlar. Torpağın bütün profili boyu
reaksiya turşdur, pH 5-5,5-dir. Bu torpaqların udma
tutumu çox azdır, udulmuş kationların cəmi adətən 100qr
torpağa görə 2-3mq.ekv-dir.
Daim rütubətli tropik meşələrin torpaqları üçün
müxtəlif dövrlərdə müxtəlif adlar nəzərdə tutulmuşdur:
lateritlər, qırmızı torpaqlar, qırmızı-lateritli, podzollaşmış
lateritli, qırmızı-sarı lateritli, allitli, latosoli
11
, xromsoli
12
və
s. Hazırda, fransız torpaqşünasları tərəfindən təklif
edilmiş “ferralitli torpaqlar” termini xüsusilə geniş
11
Sol (frans.) - torpaqlar
12
Chrota (yun.) – rəng
168
yayılmışdır. Adlar, bu torpaqlardan olan sərbəst dəmir üç
oksidlərinin və alüminiumun olması ilə əlaqədardır. Bir
çox tədqiqatçılar güman edirlər ki, bu, müasir
torpaqəmələgəlmə prosesinin nəticəsidir. Həqiqətdə isə,
sərbəst dəmir və alüminium oksidlərinin olması, həm də
müəyyən gilli mineralların iştirakı, müasir torpaqların, bu
oksidlərlə zənginləşmiş qədim aşınma məhsulları
üzərində inkişaf etməsindən irəli gəlir. Buna görə ferralitli
torpaq müəyyən yerlərdə, daim rütubətli tropik meşələrin
sərhəddindən daha uzaqlarda yayılmışdır və nəinki
musson və seyrək meşə landşaftlarında, hətta nisbətən
quru savannalar şəraitində də rast gəlir. Rütubətli
meşələrin torpaqları qədim aşınma məhsulları üzərində
deyil, cavan çöküntülər üzərində (məsələn, Afrika
Ruvenzorlarının qumsal-gillicə buzlaq yığıntıları üzərində)
inkişaf etdikdə onların tərkibində sərbəst dəmir və
alüminium oksidləri çox az olur.
20.4. Atmosferdən mövsümi rütubətlənən tropik
landşaftların torpaqları
Tropik qurusu daxilində daha böyük ərazini daim
rütubətli meşələr deyil, müxtəlif landşaftlar tutur ki, onlar
atmosfer tərəfindən il müddətində qeyri-bərabər
rütubətlənir. Yağışlı və quraqlıq mövsümlər ekvator
mussonlarının təsiri altında növbələşirlər. Bu landşaftların
temperatur şəraitləri tropik zonaya uyğun gəlir, orta aylıq
temperatur 20°C-yə yaxındır və il müddətində çox az
dəyişilir.
169
Dostları ilə paylaş: |