Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə79/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

Belə   şəraitlərdə   əmələ   gələn   torpaqları

torpaqşünasların   müxtəlif   milli   məktəbləri   eyni

adlandırmırlar. Məsələn, ingilis dilində danışan Afrika və

Hindistan   ölkələrində   onları

 qırmızı   torpaqlar,

Avstraliyada   və   Yeni   Zelandiyada   –  qırmızı   yerlər

adlandırırlar. Bu adlarda, torpaqəmələgətirən süxurlardan

–   qırmızı   rəngli   qədim   aşınma   məhsullarından   irsən

keçmiş   torpağın   qırmızı   rənginə   diqqəti   cəlb   edirlər.

Fransız   torpaqşünasları   bu   torpaqları   dəmirləşmiş

(ferritləşmiş)   adlandırmaqla,   güman   edirlər   ki,   vaxtaşırı

rütubətlənən tropik iqlim şəraitlərində torpaqəmələgəlmə

zamanı   alüminium   deyil,   yalnız   dəmir-üç   oksid   ayrılır.

Keçmiş Sovet İttifaqında dünyanın fiziki-coğrafi atlasında

və   torpaq   xəritələrində   mövsümi   rütubətlənən   tropik

meşələrin və hündür otlu savannaların ferralitli torpaqları

və quru savannaların qırmızı qonur torpaqları ayrılır. 

20.5. Subhumid tropik landşaftların torpaqları

Bu   torpaqlar  mövsümi  leysan   yağışlı   və   quraqlıq

dövrlərin   növbələşdiyi   şəraitlərdə   inkişaf   edirlər.   Quru

mövsümün   axırına   yaxın   torpaq   quruyur   və   ot   bitkiləri

saralır, lakin sonrakı rütubətli mövsümdə yağışlar torpağı

nəinki   yuyur   və   onun   su   ehtiyatını   bərpa   edir,  həm   də

müəyyən   topoqrafik   şəraitlərdə   mövsümi   bataqlaşmaya

səbəb olur.

170



Yüksək   dərəcədə   mövsümi   rütubətlənmə

şəraitlərinə   işıqlı   tropik   meşələrin   və   hündür   otlu

savannaların   müxtəlif   landşaftları   uyğundur.   Tropiklərin

işıqlı   meşələri   ağacların   sərbəst   yerləşməsi,   işığın

çoxluğu və bunun nəticəsi olaraq, hündür boylu otların sıx

örtüyü   ilə   səciyyələnirlər.   Tropik   meşələrin   görkəmli

tədqiqatçısı   P.U.Riçardsın   (1961)   fikrinə   görə   yağışlı

qaranlıq   və   işıqlı   meşələrin   arasında   sərhəd,   bilavasitə

temperatur   şəraitləri   ilə   yox,   quru   mövsümün   mövcud

olması   ilə   müəyyən   edilir.   Hündür   otlu   savannaların

biosenozları   ot   bitkilərinin   meşə   ağacları   ilə,   ağaclar

qrupu   və   ayrı-ayrı   ağac   nümunələri   ilə   müxtəlif

uyğunlaşmaları   seriyasından   ibarətdir,   bu   da   meşə-

savanna, park savannası, savanna mozaikası və bu kimi

adlarda öz əksini tapmışdır. Bir çox geobotaniklər belə bir

fikrə   meyl   edirlər   ki,   savannalar   vaxtaşırı   rütubətlənən

tropiklərin ilk meşə bitkilərinə insanların çoxəsrlik təsirinin

nəticəsidir.

Hündürotlu   savanna   və   işıqlı   meşələr   üçün

atmosfer yağıntılarının 900-dən 1500mm-ə qədər miqdarı

səciyyəvidir, lakin bu və ya başqa tərəfə meyl də göstərilə

bilər.   Quru   dövrün   ümumi   uzunluğu   (bir   və   ya   iki

mövsumdə) 3-dən 6-ya qədərdir.

Belə   şəraitlərdə   əmələ   gələn  torpaq   profili

aşağıdakı   quruluşa   malikdir.  Üstdə   səthi   az   və   ya   çox

dərəcədə çimləşmiş (A

1

), 10-15sm qalınlığında, tünd boz



rəngdə   topavari   strukturaya   malik   humus   qatı   yerləşir.

Aşağıda B qatı gəlir ki, ondan dərinə getdikcə boz rəng

tədricən azalır və yox  olur, həm  də torpaqəmələgətirən

süxurun qırmızı rəngi güclənir. Bu qatın qalınlığı 30-dan

171



50sm-ə   qədərdir,   strukturu   iriqozvari-topavaridir.   Afrika

torpaqlarında   narındispersli   hissəciklərin   yayılması

adətən   nəzərə   çarpmır,   buna   baxmayaraq   bəzi

rayonlarda, eləcə də Avstraliya savannalarında bu hadisə

qeydə alınmışdır. Ola bilsin ki, belə hadisələr qədim qalıq

xarakterini   daşıyır.   Bütün   profil   boyu   torpaq

onurğasızlarının,   xüsusilə   termitlərin   aktiv   fəaliyyətinin

izləri nəzərə çarpır.

Torpaqəmələgətirən   süxurlar,   bir   qayda   olaraq

neogen   –   aşağı   pleystosen   aşınmasının   qırmızı   rəngli

çöküntülərinin məhsullarından ibarətdir.

İşıqlı   tropik   meşələrində   və   hündürotlu

savannalarda   hər   il   torpağa   70-dən   120s/h   qədər   bitki

qalıqları   daxil   olur   (İ.A.Denisov,   1971).   Otların   güclü

inkişafı   sayəsində   məhv   olmuş   üzvi   maddələrin   xeyli

hissəsi   torpaqda   qalır,   bu   da   onların   sürətli

humuslaşmasına səbəb olur. Torpaqda humusun ümumi

miqdarı   1-4%   və   daha   çoxdur.   Torpaqda   humin   və

fulvoturşuların   nisbəti   konkret   şəraitdən   asılı   olaraq

dəyişilir,   lakin   hər   yerdə   profilin   aşağı   hissəsində

fulvoturşular üstünlük təşkil edir. Torpağın reaksiyası zəif

turşdur, çox vaxt demək olar ki, neytraldır.

Çox   zaman   torpağın   ağır   mexaniki   tərkibli

olmasına   baxmayaraq   onların   udma   tutumu   böyük

deyildir,   100q   torpağa   10-dan   20mq/ekv   qədərdir.

Udulmuş   kationların   miqdarının   cəmi   100q   torpağa   bir

neçə   mq.ekv-dir.   Qırmızı   rəngli   aşınma   məhsulları

üzərində əmələ gəlmiş bütün torpaqlar üçün kiçik udma

tutumunun   səbəbi   zəif   sorbsiya   qabiliyyətinə   malik   gilli

mineralların   xeyli   miqdarı   və   narındispersli   hissəcikləri

172



üzərində   dəmir-üç   oksidin   olmasıdır.   Bəzi   hallarda   bu

torpaqlarda   dəmir   üç   oksidin   konkresiyalarının   olduğu

qeydə alınmışdır. Onlar qədim törəmələrin qalıqlarından

ibarətdir və yaxud alçaq relyef elementlərində mövsümi

hidromorf şəraitdə əmələ gəlirlər.

Hündürotlu savannaların və işıqlı tropik meşələrin

qırmızı   torpaqları   tropik   əkinçilikdə   geniş   istifadə   edilir.

Becərmə   zamanı   asanlıqla   eroziyaya   uğraması   böyük

qorxu törədir.

20.6. Subarid tropik landşaftların torpaqları

Bu torpaqlar qısa müddətli mövsümi yağışların və

uzun   müddətli   quraq   dövrlərin   (ildə   7-10   ay)

növbələşməsi   şəraitində   əmələ   gəlirlər.   Bu   şərait   üçün

xas   olan   yağıntıların   miqdarı   ildə   400-600mm-ə

bərabərdir, lakin az da ola bilir. Atmosfer rütubətinin uzun

zaman   çatışmaması   həm   bitki   örtüyündə,   həm   də

torpaqəmələgəlmə   proseslərində   kəskin   surətdə   əks

olunur. 600-700mm illik atmosfer yağıntıları zamanı, qısa

rütubətli   dövr   müddətində   vegetasiya   edən   quru-

cəngəlliklər   və   alçaq   boylu   ot   bitkilərinin   uyğun

qruplarından ibarət kserofit biosenozları mövcuddur. Ağac

və   kol   bitkiləri   ilin   çox   hissəsində   yarpaqsızdırlar.  Quru

mövsümlərdə ağac-kol cəngəllikləri altında nəinki ot, hətta

tökülən   quru   yarpaqlar   da   olmur,   onları   otyeyən   vəhşi

heyvanlar və ev heyvanları yeyirlər. 



Torpaqəmələgətirən   süxurlar  adətən   qırmızı

rəngli yenidən çökdürülmüş neogen aşınma məhsullarıdır,

bu   halda   torpaqlar   qırmızı   və   ya   qırmızı-qonur   rəngə

173



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə