N.N.Rozov və M.N.Stroqanovanın məlumatlarına
əsasən (5-ci cədvəl) becərilən torpaqların ən böyük
massivləri subboreal qurşağın torpaqlarındadır. Başqa
bioiqlim quşaqları arasında ən çox mənimsənilən
subboreal qurşağın torpaqlarıdır. Enliyarpaqlı meşələrin
və prerilərin torpaqları (qonur meşə, tünd preri torpaqları)
33%, bozqır torpaqları 31% və hətta subboreal səhra və
yarımsəhra torpaqlarının 2%-i şumlanmaya məruz
qalmışdır. Ümumilikdə subboreal qurşağın şumlanan
torpaqları dünya torpaq örtüyündən cəmi 3,4% təşkil edir.
Subtropik qurşaq torpaqları da xeyli mənimsənilmişdir.
Mövsümi rütubətlənən landşaftların torpaqları (qəhvəyi,
boz-qəhvəyi) ümumi ərazinin 25%-ni, rütubətli subtropik
meşələrin torpaqlarının (qırmızı və sarı) 20%-ə qədəri
şumlanmaya məruz qalmışdır. Bütün şumlanan ərazilər
bu qurşaqda dünya torpaq örtüyünün 3,1%-ni təşkil edir.
Lakin bu qurşağın ərazisi 4 dəfə subtropik qurşaqdan
çoxdur, buna görə də tropik torpaqların mənimsənilmə
dərəcəsi böyük deyil. Qırmızı və sarı ferralit torpaqları bu
torpaqların tutduğu ərazidən cəmi 7 %, mövsümi
rütubətlənən landşaftların torpaqlarının (qırmızı
savanna,bərkimiş qara) isə 12%-i şumlanır.
Boreal qurşağın əkinçilikdə mənimsənilməsi çox
böyük deyildir. Burada çimli-podzol və qismən podzol
torpaqlar (cəmi bu torpaqların 8%-i) istifadə edilir. Boreal
qurşağın şumlanan torpaqları dünya torpaq örtüyünün
cəmi 1%-i qədərdir. Qütb qurşağının torpaqları isə
əkinçilikdə istifadə edilmir.
Hərgah materiklərin torpaq örtüyünün əkinçilikdə
qiymətləndirilməsinə gəldikdə, aşağıdakı vəziyyət nəzərə
203
çarpır (cədvəl 22.2). 1981-ci il vəziyyətinə görə Avropanın
(keçmiş SSRİ-siz) torpaq örtüyünün 30,8%-i, Asiyanın
(SSRİ-siz) 20,2%-i şumlandığı halda Afrikanın cəmi
14,4%-i şumlanır. Şimali və Cənubi Amerikanın çox böyük
sahəsində əkin sahələri cəmi 3,5% təşkil edir. Buna
bənzər hal Avstraliya və Okeaniyadır.
Cədvəl 22.2. Kontinentlər üzrə torpaq örtüyünün əkinçilikdə
istifadəsi (M.A.Qlazovskayaya görə, 1981)
Kontinentlər
Ümumi sahə
milyon km
Becərilən sahələr
Milyon,km
Kontinentin
sahəsindən,%-lə
Avropa (SSRİ-
siz)
4,93
1,52
30,8
Asiya (SSRİ-
siz)
27,58
5,57
20,2
Şimali və
Cənubi Amerika
17,79
0,62
3,5
Afrika
30,21
2,60
14,4
Avstraliya və
Okeaniya
8,53
0,35
4,1
Ümumi sahə
(SSRİ-siz)
113,30
13,27
11,7
Müxtəlif torpaqların əkinçilik üçün qeyri-bərabər
əhatə edilməsi, bu torpaqların hansının becərməyə daha
faydalı və daha rahat olması ilə əlaqədar olmuşdur. Belə
torpaqlara qara torpaqları, tünd preri torpaqlarını, boz və
qonur meşə torpaqlarını misal göstərmək olar. Heç də
təsadüfi deyil ki, XX əsrin birinci yarısında bütün əkin
sahələrinin yarısı bu torpaqlarda cəm edilmışdir. Qeyd
edək ki, göstərilən torpaqların tutduğu ərazinin yarıdan
azı şumlanır. Bununla belə gələcəkdə bu torpaqlarda əkin
204
sahələrini artırmaq bir sıra səbəblərdən çətinlik törədir.
Birincisi, göstərilən torpaqların arealları çox güclü şəkildə
məskunlaşmaya məruz qalıb, burada müxtəlif sənaye
obyektləri vardır, ərazi sıx nəqliyyat magistri şəbəkəsi ilə
parçalanmışdır. İkincisi, gələcəkdə çəmənliklərin, nadir
təbii meşə massivlərinin və süni meşə ağaclarının,
parkların və başqa rekreasiya obyektlərinin şumlanması
ekoloji cəhətdən qorxuludur. Deməli, ehtiyat torpaq
sahələrini başqa torpaq qruplarının yayıldığı ərazilərdə
axtarmaq lazım gəlir. Dünya miqyasında əkin sahələrini
genişləndirməyin perspektiv imkanları ilk dəfə
L.N.Prasolov və N.N.Rozov tərəfindən təhlil edilmişdir.
Sonralar belə hesablamalar dəfələrlə xarici və MDB ölkə
torpaqşünasları tərəfindən aparılmışdır. Xüsusilə bu
cəhətdən B.Q.Rozanov (1977), N.N.Rozov və
M.N.Stroqanovanın (1979) ekoloji şərait nəzərə
alınmaqla apardıqları hesablamalar maraqlıdır (cədvəl
22.3). Onların məlumatına görə əkinçiliyi ekoloji
cəhətdən artırmaq 8,6 milyon km² otlaqların və 3,6
milyon km² meşələrin hesabına ola bilər. Bunun üçün
əkin işi əsasən rütubətli tropik və qismən tayqa
meşələrində, otlaq sahələrində isə mövsümi rütubətli
tropiklərdə və subtropiklərdə, həm də az şəkildə rütubətli
tropiklərdə, yarımsəhra və səhralarda aparılması nəzərdə
tutulur.
Yuxarıda göstərilən tətqiqatçıların proqnozuna
görə ən çox miqdarda əkin torpaqları gələcəkdə tropik
qurşaqda cəm edilməlidir, ikinci yerdə subtropik qurşaq
torpaqları, üçüncu yerdə əkinçiliyin əsas ənənəvi
bazası olan subboreal qurşaq torpaqlarında (qara,
205