Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə85/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   106

Dağlıq   ölkə    torpaqlarının    kənd təsərrüfatında

istifadəsi özünün bir sıra       spesifik     xüsusiyyətləri     ilə

fərqlənir. Əksər   dağ   torpaqları  yüksək məhsuldarlığa

malik otlaqlar (yaylaqlar) altında     istifadə     edilir.     Bəzi

dağlıq ərazi torpaqları coğrafi  qurşaqlardan  asılı   olaraq

üzüm, sitrus, çay, meyvə və texniki       bitkilər (pambıq,

tütün, dərman xaşxaşı və s) altında istifadə olunur. Lakin

mürəkkəb relyefi,     humus qatı qalınlığının azlığı, əksər

hallarda   şiddətli   daşlı   –   çınqıllı   olması,     mexanizasiya

işlərini   çətinləşdirən   dağ   süxur   töküntüləri   və   sal

süxurların səthə     çıxması və s. səbəblər üzündən dağ

torpaqları əkinçilikdə çox zəif istifadə olunur.

Torpaq   sahələrinin   strukturasına uyğun gəldikdə

burada otlaq sahələrinin ən çox dağ–tundra, dağ–çəmən

və dağ zonalarında yayıldığını görürük. Alp   çəmənlikləri

çox     əlverişli     yay     otlağı   olması ilə nəzəri cəlb edir.

Qalan sahələr meşə ilə örtülüdür. 

Kənd   təsrrüfatında  ən   intensiv istifadə  olunan

torpaqlara misal olaraq qonur dağ – meşə, dağ – qəhvəyi,

dağ   qara və dağ   şabalıdı   torpaqları misal göstərmək

olar. Dağ bozqır   zonasının 10–12%-i əkinçilikdə  istifadə

edilir. Dağ yarımsəhra və dağ səhra torpaqlarında dəmyə

əkinçiliklə   birlikdə   suvarılan   əkinçilik   də   xeyli   inkişaf

tapmışdır. Suvarma tətbiq  etməklə burada dənli bitkilər,

tərəvəz,   efir   yağlı   bitkilər,   pambıq   və   texniki   bitkilər

becərilir.

Dağlıq   ərazilərdə,   bəzi   sahələrdə   şiddətli

eroziyanın   inkişafı   ilə   əlaqədar   əkinçilik   məhdud   inkişaf

tapmışdır. Burada təsərrüfatlara sel hadisələri xeyli zərər

yetirir.     Buna   görə   də   dağ     torpaqlarını       əkinçilikdə

194



mənimsəyən   zaman   torpağın     qorunması   tədbirlərinə   :

meşələrin     mühafizəsinə,   axımın   tənzim   edilməsi

məqsədilə   sel   əleyhinə   qurğuların   tikilməsi,   otlaq

sahələrindən səmərəli istifadə       etmək, xüsusi becərmə

tətbiqi, terraslaşdırma  və yamaclarda meşəsalmaya ciddi

diqqət yetirilməlidir.

Dağlıq ölkələrdə dik yamacların   terraslaşdırılması

çox   baha   başa   gələn   tədbirdir.   Bunun   tətbiqi     iqtisadi

cəhətdən rentabelli bitkilər (sitrus, çay, üzüm  və s)   üçün

hazırlanmalıdır. Asiya       və   Cənubi  Amerikanın   bir   sıra

aztorpaqlı ölkələrində     terraslaşdırma     tədbiri     çoxdan

aparılır. Məsələn, Cənubi Çində, Birmada,   Hindistanda,

və b. Cənub   –   Şərqi     Asiya     ölkələrində   yamacların

çəltik     tarlaları   altında     istifadəsi     min     illər    ərzində

yaradılmışdır. Yamacların terraslaşdırılması Yaponiyanın,

İndoneziyanın     və   Fillippinin   dağ yamacları üçün də

səciyyəvidir.

Dağlıq ölkələrdə   torpaq   münbitliyini   yüksəltmək

tədbirlərinə   bir   də   üzvi   və   mineral   gübrələrin   tətbiq

edilməsi və turş torpaqların əhənglənməsidir.

Dağ  əkinçiliyi üçün çətinlik törədən   məsələlərdən

biri  də orada mexanizasiya  işlərinin  mürəkkəbliyi, xüsusi

dağ traktorlarının, kombaynlarının  tətbiqinin    çətinliyidir.

Ən nəhayət otlaqların (yaylaqların) səmərəli       istifadəsi

üçün  orada   otarılmanın  normaya   uyğun   aparılması   çox

zəruridir.

195



XXII FƏSİL

DÜNYANIN  ƏSAS TORPAQ QRUPLARI VƏ

ONLARIN    COĞRAFİ YAYILMASI

22.1. Əsas torpaq qruplarının yayılması

Torpaq   coğrafiyasının   mürəkkəb   məsələləri   təkcə

nəzəri   maraq   kəsb   etmir.   Müxtəlif   torpaq   tiplərinin   və

onların   qruplarının   yayılma   qanunauyğunluqlarının   dərk

edilməsi   torpaq   sərvətlərini   obyektiv   qiymətləndirmək,

torpaqlardan   səmərəli   istifadənin   düzgün   strategiyasını

hazırlamaq,   torpağın   mühafizəsi   üzrə   tədbirlərin   təşkili

üçün çox zəruridir. Göstərilən qiymətləndirmə üçün torpaq

xəritələri   mühüm   rol   oynayır.   Torpaq   xəritəsi   coğrafiya

qanunlarını   nə   qədər   tam   əks   etdirirsə,   aparılan

hesabatlar   bir   o   qədər   dəqiq,   nəticələr   xeyli

əsaslandırılmış olur.

Torpaqların   yayılma   qanunauyğunluqlarının

müəyyən   edilməsi   üzrə   işlər   XIX   əsrin   axırlarından

aparılır.   V.V.Dokuçayev   (1989)   ilk   təcrübəsindən

başlayaraq   dünyanın   torpaq   xəritələrinin   tərtibinə   qədər

çoxlu cəhdlər edilmişdir. Dünya torpaq xəritəsinin hər biri

müəyyən dövrə uyğun olub Yer kürəsinin torpaq örtüyünü

dərk  etməyə   imkan   verir.  Müasir   torpaq   xəritələri  təkcə

torpağın  üfüqi  və şaquli  zonallıq hadisələrini deyil, eyni

zamanda   başqa   qanunauyğunluqları:   torpaq-iqlim

fatsiyaları   və   əyalətlərini   (provinsiyalarını),   torpaq-

geokimyəvi   formasiya   və   tarlalarını   (polyalar)   da   əks

etdirir (Şəkil 22.1, 22.2).

196



Şəkil 22.1. Dünyanın torpaq xəritəsi.

197



Şəkil 22.2. Dünyanın torpaq xəritəsinin legendası.

 

Məlum məlumatlara görə Yer səthinin sahəsi 510

mln.km

2

, dünya qurusu 149 mln.km



2

-ə bərabərdir. Materik

buzları   və   daxili   kontinental   sularla   örtülü   vilayətlərsiz

quru sahəsi, müxtəlif müəlliflərin hesablamarına görə133-

135milyon   km

2

-ə   yaxındır.   Bu   sahəni   dünyanın   torpaq



örtüyünün   cəmi   sahəsi   kimi   qəbul   edirlər.   Torpaq

198



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə