(məsələn, dağ-çəmən) xüsusi spesifik dağ torpaqları
əmələ gəlir.
Şəkil 21.1. Dağ torpaqlarının keçmiş SSRİ ərazisində yayılması
21.1. Dağlıq ölkələrin torpaq örtüyünün şaquli
zonallıq (qurşaqlıq) strukturu haqqında anlayış
Dağlıq ölkələrin torpaq örtüyü üçün şaquli
zonallıq (qurşaqlıq), yüksəkliyin dəyişməsi ilə torpaqların
qanunauyğun dəyişməsi – səciyyəvidir. Şaquli zonallıq
dedikdə uca dağların ətəyindən zirvəsinə, yəni
təpəsinə qalxdıqca bir torpağın başqası ilə az və ya çox
qanunauyğun dəyişməsi anlaşılır. Şaquli torpaq
zonallığı qanunu ilk dəfə V.V.Dokuçayev, Qafaqazın
torpaq örtüyünü öyrənən zaman kəşf etmişdir. Bu hadisə
hidrometrik şəraitlərin və bitki örtüyü tərkibinin
dəyişməsindən irəli gəlir.
186
Bu torpaqların aşağı qurşağı, dağların olduğu
zona sahəsinin təbii şəraiti ilə müəyyən edilir. Məsələn,
əgər buzlaq örtüyü olan dağ sistemi səhra zonasında
yerləşmişsə, bu halda onun yamaclarında ətəkdən
başlayaraq zirvəsinə doğru dağ-şabalıdı, dağ-
qaratorpaqları, dağ - meşə və dağ – çəmən torpaqları
əmələ gələ bilir.
Çox haqlı olaraq V. M. Fridland göstərmişdir ki,
şaquli qurşaqlığın xarakteri dağlıq ölkənin yerləşmə
vəziyyəti ilə təyin edilir, yəni onun hansı bioiqlim qurşaqda
yerləşməsi ilə müəyyən olunur. V.M.Fridland zonallıq
qurşağını aşağıdakı siniflərə bölmüşdür : qütb sinifi,
boreal sinifi, subboreal sinifi və subtropik sinif.
Dağlıq ölkənin torpaq örtüyünün struktur
xüsusiyyətləri nəinki yalnız dağlıq ölkənin yerləşdiyi
sahələrin düzən torpaqlarının tipindən həm də yerli
əyalət, bioiqlim xüsusiyyətlərindən asılıdır. Məsələn,
Mərkəzi və qismən Orta Asiyada, dağ - çəmən zonasına
keçən, dağ – bozqır zonası inkişaf etmişdir, dağ - meşə
zonası torpaqları isə zonaların düşmə hadisəsinə görə
yoxdur. Bu Asiya iqliminin kəskin quraqlılığından irəli
gəlir. Yerli şəraitdən asılı olaraq dağ – torpaq
zonalarının sərhəddi dəniz səviyyəsinə görə yüksələ və
alçala bilər.
Bəzi hallarda zonaların dəyişmə qaydası
pozulur, torpaq zonalarının inversiyası baş verir, yəni bir
zona üfüqi zonallıqdakı anologiyadan çıxaraq yüksəkdə
olur. Məsələn, Zaqafqaziyada Lori bozqırında qara
torpaqlar meşə zonasından üstdə yerləşməsi, yaxud
Lənkəran torpaq vilayətində şabalıdı torpaq zonasının
187
qonur və qəhvəyi dağ – meşə torpaqlarından yuxarıda
(yüksəkdə) yayılması və bir zonanın başqa zonaya
keçməsi dağ dərələri və təngilərdə daha geniş nəzərə
çarpır. Dünyanın dağ sistemlərində şaquli zonallıq
strukturu xeyli müxtəlifdir. M.A.Qlazovskaya bunları
nəzərə alaraq həmin torpaqları 14 tipdə birləşdirmişdir.
Böyük Qafqaz sıra dağları regionu torpaqlarının
şaquli zonallığı daha yaxşı öyrənilmişdir. Bu barədə
Qafqaz torpaqlarının məşhur tədqiqatçısı S.A.Zaxarovun
işlərini daha yüksək qiymətləndirmək olar. O, 1934 – cü
ildə Qafqazda torpaqların şaquli zonallığı haqqında
əsər çap etdirərək, burada torpaqların “ ideal” şaquli
zonallıq sxemindən tərəddüd edən “Torpaq zonalarının
inversiyası”, “zonaların
interferensiyası yaxud
dəyişməsi” və “torpaq zonalarının miqrasiyası” kimi
hadisələrin geniş anlayışlarını vermişdir. Sıra dağların
şərq yamaclarının əsası (ətəyi) Kür - Araz ovalığının
quru iqlim şəraitində yerləşir. Buna görə də burada
torpaq zonalarının dəyişilməsi aşağıdakı kimi nəzərdən
keçirilir:
1) 400m yüksəkliyə qədər qonur və şabalıdı
torpaqlı quru bozqırlar zonası (qurşağı) yerləşir.
2) 400m–dən 900m-ə qədər yüksəklikdə dağ–
qara torpaqlar zonası yerləşir: təxminən mütləq
yüksəkliyin bu qədər məsafəsində qonur meşə
torpaqları üzərində qarışıq meşələrin (aşağıda palıd,
yuxarıda fıstıq üstünlük təşkil edir) sahələri yerləşir.
3) 900–2700m–də subalp və alp çəmənləri altında
dağ–çəmən torpaqları yerləşir.
188
4) Yuxarıda, seyrək mamır–kol bitkiləri altında
(3200 m-ə qədər) ibtidai torpaqlar zonası ayrılır.
5) Daha yuxarıda – daimi qarlar və buzalaqlarla
örtülü sahələr yerləşir.
Dənizdən Qafqaza daxil olan rütubətli hava
kütləsinin xeyli hissəsi Qafqaz dağlarının qərb yamacları
tərəfindən tutulub saxlanılır. Buna görə də qərb
yamacların torpaqları şərq yamaclarına görə yüksək
rütubət və bitki örtüyünün başqa xarakteri ilə fərqlənilir.
Cənub yamac üçün torpaq zonalarının dəyişilməsində
aşağıdakı ardıcıllıq səciyyəvidir:
1) 500m-ə qədər dağətəyi–subtropik qırmızı
torpaqların üzərini palıd və şabalıd meşələri örtmüşdür;
2) 1200m yüksəkliyə qədər dağ – meşə qonur
torpaqları üzərində fıstıq meşələr qurşağı yerləşmişdir ;
3) 1600m yüksəkliyə qədər dağ – podzol torpaqlar
üzərində ağ şam meşələri qurşağı yerləşmişdir ;
4) 1700m yüksəkliyə qədər dağ – çəmən
torpaqları üzərində park şəkilli meşələr qurşağı
yerləşmişdir ;
5) 2000m-ə qədər dağ – çəmən torpaqları
üzərində alp və subalp çəmənləri yerləşir ;
6) 2800m-ə qədər çılpaq qayalar, ayrı – ayrı
adacıqlar şəklində fraqmentar torpaqlarla örtülü sahələrdir
;
189
Dostları ilə paylaş: |