7)
2800m–dən yüksəklikdə daimi qar və
buzlaqlar yerləşir.
21.2. Dağlıq ərazi torpaqlarının morfoloji
xüsusiyyətləri
Dağ torpaqları üçün skeletlilik – kobud qırıntılı
materiallarla zənginlik səciyyəvidir. Əgər torpağın genetik
qatında 1mm–dən iri qırıntılar 40%-dən çoxdursa, bu
halda belə qatların adına “fraqmentar” təyini əlavə edilir.
Kobud qırıntılı kütlə üzərində genetik qatların
əmələ gəlməsi (torflu və qisməndə çimli qatlaradan
başqa) çətinləşir. Buna görə kobud qırıntılar üzərində
torpaq profili pis inkişaf etmişdir. Belə torpaqları
fraqmentar (kobud skeletli) adlandırırlar.
Fraqmentar torpaqlar profilinin genetik
qatlarının əmələ gəlməsi yüksək enerji ilə əks
isitqamətlərdə cərəyan edən narın torpaq materiallarının
yuyulma və toplanma prosesləri şəraitində gedir.
Buna görə torpaqların fraqmentarlıq dərəcəsi xeyli
dərəcədə yamacın mailiyindən asılıdır. Xırda
hissəciklərin paylanmasında, yayla şəkilli səthlər üçün
xüsusilə səciyyəvi olan, külək sovrulması müəyyən
əhəmiyyətə malikdir.
Fraqmentar dağ torpaqlarının profili adətən
xırda torpaq hissəciklərinin toplanması ilə eyni zamanda
əmələ gəlir. Narın torpaqlar əsasən delüvial – prolüvial
materialların və atmosferdən düşən hissəciklərin
hesabına əmələ gəlir. Axırıncı mənbənin əhəmiyyətini
190
qiymətləndirməmək olmaz. Məsələn, məlumdur ki,
Tyan–Şanın nival zonasında atmosferdən bir hektar
sahəyə onlarla sentner toz daxil olur (P.N. Stepanov,
1960). Yerində gedən aşınma prosesləri də müəyyən
əhəmiyyətə malikdir.
K.P.Boqatırevin (1959) məlumatlarına əsasən,
inkişaf dərəcəsinə görə tam inkişaf etməmiş
formalaşmamış fraqmentar torpaqlar ayrılır. İnkişaf
etməmiş torpaqlar sıx dezintiqrasiya olunmuş dağ –
süxurları üzərində narın torpaq hissəciklərinin dağınıq
yuvaları şəklində səciyyələnirlər. Əlverişli şərait olduqda
narın torpaq hissəciklərinin birləşməsi və fraqmentar
genetik qatların ayrılması baş verir. Narın torpaq
hissəciklərinin toplanması onların yuyulmasına görə bir
qədər üstünlük təşkil etdiyi şəraitdə profilin yuxarı
hissəsi kobud qırıntılardan məhrum ola bilər, yalnız
profilin aşağı hissəsi fraqmentar olacaqdır (Şəkil 21.2.).
Narın torpaq materiallarının akkumulyasiyası
və yuyulma proseslərinin nisbəti, dağ torpaqlarının
ikinci morfoloji xüsusiyyətinə - genetik qatların və torpaq
profilinin yuxalaşmasına (profilin yastılaşmasına) səbəb
olur.
Misal olaraq, Uralın fraqmentar dağ – podzol
torpağını (500m-ə yaxın hündürlükdə küknar meşəsi
altında) göstərmək olar.
191
Şəkil 21.2. Fraqmentar torpaqların quruluşu.
I- inkişaf etməmiş fraqmentar torpaq; II- profili zəif
differensasiya olunan fraqmentar torpaq; III- tam formalaşmış
fraqmentar torpaq
21.3. Dağlıq ölkələrin spesifik torpaqları
Spesifik dağ torpaqları arasında birinci növbədə
dağ – çəmən torpaqlarını qeyd etmək vacibdir. Onlar,
yüksək dağların soyuq iqlimi və güclü günəş radiasiyası
şəraitlərində əmələ gəlir. Alp və subalpların sıx bitki
örtüyü xeyli miqdarda, həm yerüstü, həm də köklərdən
ibarət bitki qalıqlarının əmələ gəlməsinə səbəb olur.
Vegetasiya dövrü qısadır (2 – 3 ay), yağıntıların
miqdarı çoxdur (800–dən 1200–1500mm-ə qədər). Qısa
mövsüm torpaqda rütubət nəticəsində mikrobiolji
prosesləri zəiflədir, üzvi qalıqlar tam parçalanmır.
Nəticədə, dağ-çəmən torpaqları profilinin yuxarı
hissəsində kobud humusla zəngin, çimli humus
qatı əmələ gəlir. Alp çəmənliklərinin torpaqları çox vaxt
nazik torflu qata malikdirlər. Buna misal olaraq, Elbrusda
olan dağ – çəmən torpaqlarını göstərmək olar .
192
Dağ–çəmən torpaqları humusunun fraksion
tərkibində, çox vaxt humin turşuları miqdarından üstün
olan, çoxlu fulvoturşular vardır. Sulu çəkintilərinin
reaksiyası turşdur, profilin aşağı hissəsində turşuluq daha
da artır.
Yüksək dərəcədə quru iqlim şəraitində dağ –
çəmən torpaqları əvəzində
dağ–çəmən bozqır
torpaqları əmələ gəlir. Bu torpaqlar, dağ–çəmən
torpaqlarından fərqli olaraq, yaxşı ifadə edilmiş qonur –
qəhvəyi humus qatına malik olmaqla zəif yuyulmuşlar,
neytral və ya zəif qələvi reaksiyaya malikdirlər və aşağı
hissədə adətən karbonatlı qat vardır.
Pamirin şərq yarısında və Tyan - Şanın daxili
hissələrində arid iqlimdə özünəməxsus yüksək dağ
səhra torpaqları inkişaf etmişdir. Onlar az humuslu,
karbonatlıdır və çox halda şorlaşmışlar.
Dağ torpaqlarının xarakterinə dağ süxurlarının
kimyəvi tərkibi böyük təsir göstərir. Mərkəzi və Şərqi
Sibirin dağ tayqa torpaqlarında dağ süxurlarının təsiri
altında kalsiumla zəngin olan karbonatlı dağ tayqa
torpaqları, əsasən kvarsdan və çöl şpatlarından təşkil
olunmuş süxurlar üzərində isə donuşlu dağ tayqa
torpaqları inkişaf tapmışdır.
Şaquli zonallığın müxtəlif strukturalarında, relyefin
və geoloji quruluşun güclü təsiri, torpağın spesifik
xüsusiyyətləri – bütün bunlar torpaq örtüyünün
quruluşunda böyük mürəkkəbliyə səbəb olmuşdur.
21.4. Dağlıq ərazi torpaqlarının kənd təsərrüfatında
istifadəsi
193
Dostları ilə paylaş: |