malikdirlər. Avstraliyada və Afrikada bu torpaqlar çox vaxt
boz rəngli göl çöküntüləri üzərində inkişaf edirlər.
Profilin quruluşu aşağıdakı kimidir. Qalınlığı
10sm-ə yaxın, zəif boz rəngə çalan və möhkəm olmayan
topavari struktura malik A humus qatı altında, qalınlığı 25-
35sm olan B keçid qatı yerləşir. Bu qatın aşağı hissəsində
bəzən xırda karbonat çöküntüləri müşahidə olunur. Sonra,
C qatı – torpaqəmələgətirən qat gəlir. Çox vaxt onun
tərkibində bu torpaqlara tamamilə uyğun gəlməyən və
qədim aşınma mərhələsinin izlərindən ibarət
yenitörəmələr mövcuddur.
Bütöv ot örtüyünün olmaması eroziya proseslərinin
inkişafına səbəb olur ki, bunun nəticəsində torpaq, həm
də yumşaq torpaqəmələgətirən süxurlar yuyulur və
sovrulur. Subarid tropik landşaftlarında bitki örtüyünün
yerüstü hissələrinin töküntülərinin miqdarı quraqlıq
dərəcəsindən asılı olaraq 10-dan 30s/h qədər dəyişilir
(Valter, 1968). Təxminən bu qədər də kök kütləsinin
hesabına düşür. Bütün qalıqlar sürətlə parçalanır.
Humusun miqdarı, xüsusilə yüngül mexaniki tərkibə malik
torpaqlarda çox azdır. Bu torpaqların reaksiyası zəif
qələvidir (pH 7,0-7,5 arasındadır).
Nəzərdən keçirilmiş torpaqlar Avstraliyanın şimal-
qərb və qismən şərq rayonlarında, tropik Afrikanın əksər
rayonlarında və Cənubi Amerikanın şərq hissəsində geniş
yayılmışlar (19-cu şəkil). Əkinçilik üçün onlar yararlı
deyildir və əsasən otlaqlar kimi istifadə edilir.
174
Ş
əkil 20.2. Quru savannaların qırmızı və qırmızı-qonur ferralit, 2-
quraq tropik meşələrin qırmızı-qəhvəyi torpaqlarının coğrafi
yayılma arealları
300mm illik atmosfer yağıntıları şəraitində çox
hallarda boz-qonur və boz torpaqlarla ümumi
xüsusiyyətlərə malik olan arid tropik (yarımsəhra və
səhra) landşaftlı torpaqlar əmələ gəlirlər. Onlar zəif
differnsasiya olunmuş profilə malikdirlər, yuxa və
karbonatlıdırlar. Tropik səhra torpaqlarının xüsusiyyətləri
ondan ibarətdir ki, bəzi rayonlarda torpaqəmələgətirən
süxurlar neogen aşınma məhsullarından ibarətdir. Buna
görə həmin torpaqlar qırmızımtıl rəngə malikdirlər (Sudan,
Mərkəzi Afrika Respublikası, Mali, Mərkəzi və Qərbi
Avstraliyanın səhraları). Avstraliyada hətta onlar üçün xas
olmayan, qədim aşınma məhsullarının səbəb olduğu turş
reaksiyalı səhra torpaqları da aşkar edilmişdir.
175
20.7. Qruntdan mövsümi rütubətlənən tropik
torpaqları
İlin mövsümi quru dövrünün leysan yağışlarla əvəz
edildiyi şəraitdə, qrunt sularının və ya səth sularının
vaxtaşırı yüksək səviyyə rejimi səciyyəvidir. Bu, nisbətən
alçaq relyeflərdə özünü daha aydın göstərir. Bununla
bərabər, ətraf ərazidən torpaqların səthi yuyulma
məhsulları toplanır. Nəticədə, bir qədər çay
subasarlarında torpaqəmələgəlmə şəraitini xatırladan,
olduqca özünəməxsus şərait yaranır.
Suyun vaxtaşırı bollaşması, münbit lilin və
həllolmuş qida maddələrinin daxil olması, qrunt sularının
yüksək səviyyəsi dövründə güclü vegetasiya edən və
yuxarı torpaq sularının olmadığı quruducu dövrlərdə taxıl
bitkilərinin inkişafına səbəb olur. Dövrü bataqlıqlaşma
rejimi ağac bitkilərinin inkişafına mənfi təsir göstərir.
Nəticədə, savannaların və işıqlı tropik meşələrin
landşaftları ilə sıx kompleks təşkil edən, özünəməxsus ot
bitkilərindən ibarət taxıllı – landşaftlar əmələ gəlir. Bu
şəraitdə qara tropik torpaqlar formalaşır.
Subarid ərazilərdə torpağın yuxarı qatlarının səthi
yuyulması olduqca intensiv gedir. Yuyulmuş məhsulların
rəngi adətən qaradır, belə ki, humus qatının daha
narındispersli hissəcikləri birinci növbədə yuyulmaya
məruz qalır. Yuyulmuş materiallar relyefin müxtəlif
hissələrində - mikro və mezorelyeflərin depressiyalarında,
az meyilli yamacların aşağı hissələrində və i.a. toplanır.
Tədricən toplanan yuyulma məhsulları adətən gilli tərkibə
176
malikdirlər, lakin gilli kütləyə, leysan yağışları axını ilə
gətirilmiş kobud qırıntılar da daxil ola bilər.
Qara tropik torpaqların profilində qatlar aydın
seçilmir. Yuxarıda, qalınlığı 5-15sm olan A
ç
çimli qat
yerləşir. Taxıl otlarının köklərinin bir-birinə sıx bitişməsi
sayəsində torpaq kütləsi topavari – dənəvari struktura
malikdir. Aşağıda A
1
humus qatı yerləşir ki, bunun qalınlığı
15-dən 45sm-ə qədər tərəddüd edir. Sonra, bir neçə
santimetrdən bir neçə metrə qədər qalınlıqda boz və ya
tünd-boz gilli qatdan ibarət B qatı gəlir. Rütubətli
vəziyyətdə torpaq kütləsi yapışqanlıdır, mütəhərrikdir,
quruduqda daşa dönür, bəzi yerlərdə aydın olmayan
kəltənli struktur müşahidə edilir. “B” qatının yuxarı
hissəsində karbonatların unluca səpgiləri, aşağıda
müxtəlif ölçüdə konkresiyalar, bəzi hallarda – kalsium
karbonatın qalın layları (necə deyirlər kankar) meydana
çıxır.
Qara tropik torpaqların səciyyəvi əlaməti torpaq
kütləsinin çox kip olmasıdır. Torpaq quruduqda həcmi
kiçilir və dərin çatlar sisteminə parçalanır. Yağışlar
mövsümündə, su bütün yarıqları doldurduqda, torpaq
kütləsi şişir. Bu vəziyyətdə ayrı-ayrı xırda qırıntılar öz
yerini dəyişir və sürüşmə səthi əmələ gəlir. Su ilə əlavə
təmin edildiyinə görə (qrunt suları hesabına) ətraf subarid
landşaftların ot bitkilərinə nisbətən, taxıl otları sahələri
daha məhsuldardır. Belə görünür ki, illik töküntülərin
miqdarı 40-50s/h yaxındır. Bu torpaqların qara rənginə
baxmayaraq, humusun miqdarı azdır, lakin ən üst qatda
4%-dən çox da ola bilər. Profil boyu aşağı getdikcə
humusun miqdarı sürətlə, təxminən 1%-ə qədər azalır.
177
Dostları ilə paylaş: |