bənövşəyi, qırmızı, sarı rəngdə olur. Qatın qalınlığı çox
böyük (20-30 m-ə qədər) ola bilir.
Bu qat yuxarı istiqamətlərdə, onların tərkibindən
yüksək mütəhərrik kimyəvi elementlər (natrium, kalium,
kalsium), eləcə də dəmirin xeyli hissəsi kənar edildiyi
üçün ağ rəngə keçir. Burada, bütün qata ağ rəng verən
yenitörəmiş əsas mineral kaolinitdir. Süxurəmələgətirən
ilk süxurlardan yalnız kvars qalır. Əgər ilk süxur
alüminium ilə zəngin olan minerallardan təşkil
edilmişdirsə, onda alüminium hidroksidi qrupunun
mineralları əmələ gəlir. Bu yuxarı qat eroziyaya məruz
qalmışdır. Bu səbəbdən onun qalınlığı əvvəlkinə nisbətən
xeyli azalmışdı. Bəzən yaxşı saxlanılmış kaolinit qatının
qalınlığı xeyli yüksək olsa da, bu qatın qalınlığı bir neçə
metrlə ölçülür. Afrikanın qədim aşınma qabığının genetik
qatlarının kimyəvi tərkiblərinin dəyişilməsinə dair belə
məlumatlar vardır.
Qədim aşınma qabıqlarının tərkibi, quruluşu və
vəziyyətinin öyrənilməsinin nəticələri göstərir ki, onlar
həllolmuş aşınma məhsullarını çıxarıb gətirən yavaş-
yavaş süzülən suların təsiri altında əmələ gəlirlər. Yuyan
rütubət rejimini və məhsuldar bitki örtüyünü müəyyən
edən yaxşı atmosfer rütubətlənməsi, çoxlu miqdarda asan
həll olan turş humus maddəsinin daxil olmasını təmin
edən və üst qatların yumşaq təbəqəsini eroziyadan
qoruyub saxlayan, olduqca sabit meşə biosenozu, qədim
aşınmanın mühüm amilləri olmuşlar. Lakin, bu prosesin
davamiyyət müddəti – aşınma qabığının qalın avtomorf
torpaqlarının əmələ gəlməsində mühüm şərtdir.
158
Tropik qurusunun hipergen törəmələrinin
genezisini düzgün dərk etməkdə geomorfologiyanın
mühüm rolu olmuşdur. Keçən əsrin axırlarından
tədqiqatçılar müəyyən aşınma məhsullarının nə zamansa
olduqca geniş düzən səthlərə malik ərazilərin qalıqlarına
uyğun olduqlarına diqqət yetirdilər. Bunu Hindistanda
P.Lek (1890), Qərbi Afrikada – A.Lyakrua (1913),
Avstraliyada – E.Simpson (1912), İ.Valter (1915) və b.
qeyd etmişlər. Aşınma qabığının aydın surətdə qədim
relyef qalıqlarına uyğun olmalarına baxmayaraq, alimlər
uzun zaman bu qalıqlara muasir törəmələr kimi baxmışlar.
Müasir landşaft şəraiti və qədim relyef qalıqları üzərində
olan hipergen məhsullarının uyğunsuzluğu haqqındakı
çoxlu faktlar, müxtəlif aşınma qabıqlarının eyni yaşda
olmadığını güman etməyə imkan verir.
Hazırda, geomorfoloqlar və geoloqlar belə hesab
edirlər ki, Cənubi Amerika, Afrika, Hindistan və Avstraliya
ərazilərinin eyni denudasiyalı səthlər sistemi sadə təsadüf
deyil, kontinental yer qabığının bu sahələrinin ümumi
tarixi inkişafıdır. Qədim kaolinli aşınma qabığının inkişaf
etdiyi səth, mezozoyun sonunda əmələ gəlmişdir. Müasir
anlayışa görə (L.Kinq, 1967) bu denudasiya səthi vahid
Hondvan materikinin ayrı-ayrı bloklara ayrılmasından
sonra əmələ gəlmişdir ki, onlar da geoloji tarixin gedişində
müasir kontinentlərin formasını almışlar.
Görünür ki, paleogenin axırında qədim qabıqların
əmələgəlmə və saxlanma prosesində kaolin qabığı güclü
eroziyaya uğramışdır.
Tropik ərazinin qədim qabıqları bir qayda olaraq
torpaqəmələgətirən süxur deyildir. Yalnız Avstraliyanın
159
bəzi rayonlarında, qədim kaolinlər üzərində əmələ gəlmiş
torpaqlar məlumdur. Adətən, onlar daha sonrakı törəmələr
altında basdırılmışlar. Kaynozoy dövründə qədim quru
sahələrini kəsib keçən və vulkan püskürmələri ilə
müşaiyət olunan, əsaslı parçalanma vilayətlərindən, bu
qabıqlar tünd bazalt və qələvi lavaların qalın qatları ilə
örtülmüşlər. Lakin qədim qabıqların eroziyaya uğramış
səthi ölçüyə gəlməz dərəcədə böyük sahələrdə qırmızı
rəngli özünəməxsus çöküntü qabığı ilə örtülmüşdür.
Qırmızı rəngli aşınma məhlullarının əmələ gəlməsi
neogenin əvvəllərindən başlamışdır. Nəticədə qırmızı
rəngli çöküntülər tropik qurusunun böyük sahəsini
bürüncək kimi örtmüşdür.Qırmızı rəngli çöküntülər-qədim
kaolinli aşınma qabığının üst hissəsi deyil, başqa şəraitdə
və daha sonrakı dövrdə meydana gəlmiş, tamamilə,
xüsusi hipergen törəmələridir.
Qırmızı rəngli çöküntülər qumsal-gillicəli tərkibə
malikdirlər, onların qalınlığı bir neçə destimetrdən 10 m-ə
qədər və daha çox dəyişilir. Bu çöküntülərin xırda qırıntılı
hissəcikləri arasında aşınmaya qarşı nisbətən davamsız
olan təzə mineral hissələri vardır. Qırmızı rəngli gillicə
qatında, çox vaxt kobud qırıntılı maddələrin layları olur.
Bütün bunlar onu göstərir ki, qırmızı rəngli örtük çöküntü
materialları dəfələrlə yenidən çökdürülmüş, aşınmamış
süxurların qırıntıları hipergen materialları ilə qarışmışdır,
həm qırmızı rəngli elüvilər, həm də yenidən çökdürülmüş
aşınma məhsullarının gilli mineralları sırasında hidroslüd
qrupunun qarışıq qatlı minerallarından ibarət
metaqalluazitlər üstünlük təşkil edirlər.
160
Qırmızı rəngli törəmələr kifayət qədər humid
şəraitlərdə, dəmirin yüksək kimyəvi aktivliyinin əlverişli
vəziyyətdə əmələ gəlmişdir. Bu çöküntülərin qırmızı rəngi,
narındispersli hissəciklərin səthində möhkəm sorulan
dəmir-üç oksid tərəfindən müəyyən edilir. Dəmirin
mütəhərrik formasının bir hissəsi, mövsumi bataqlıqlaşan
ovalıq düzənliklərin yastı sahələrinə gətirilən süxurların və
mineral qırıntıların sementləşdirən, dəmir-üç oksidin
layşəkilli yığıntılarının əmələ gəldiyi yerlərdə miqrasiya
etmişdir. Eroziya bazisi aşağı düşdükdə və hidromorf
toplantılar üzə çıxdıqdan sonra, möhkəm laterit
10
zirehə
çevrilmişlər, onlarda denudasiyalı kaynazoy səth
qalıqlarının yastı zirvələrini möhkəmlədərək, tropik ərazisi
üçün xas olan relyef formasının əmələ gətirmişlər.
Zirehlərin tərkibində dəmir-üç oksidlə yanaşı çox
vaxt alüminium oksidi qrupu mineralları da olur. Qərbi
Afrika ölkələrində, Hindistanın və Avstraliyanın bəzi
yerlərində bu mineralların miqdarı o qədər çoxdur ki,
laterit zirehlər boksidlər kimi istifadə edilir. Bəzi rayonlarda
(məsələn, Cənubi Rodeziyada və Qanada) əsasən
manqan hidroksidlərindən ibarət olan zirehlər məlumdur.
Ola bilsin ki, bu, aşınma prosesinə məruz qalmış ilk dağ
süxurlarının tərkibi ilə əlaqədardır. Laterit zirehlərin
yayılması müasir şəraitlə deyil, paleocoğafi şəraitlə
müəyyən edilir. Zirehləri həm Cənubi Amerika və Afrikanın
müasir rütubətli tropik landşaftlarında, həm də Böyük
10
Later (lat.) – kərpic
161
Dostları ilə paylaş: |