rəngi kəskin qəhvəyidir, az miqdarda qırmızı rəngli
neogen aşınma qabığının narındispersli mineralları
qırmızımtıl rəngə çalır. Altda torpaqəmələgətirən və ya az
qalın olan ana süxur qatına malik, döşəmə süxuru
(əhəngdaşları, şistlər və s.) yerləşir.
Belə hallar, xüsusən Krımın cənub sahilləri üçün
səciyyəvidir, burada torpaqlar çox zaman 20 – 30 sm
qalınlığa malik olub və döşəmə süxuru – mezazoy
şistlərinin – kobud qırıntılı materialları ilə
zənginləşmişdir. İki min ildən artıq aparılan plantaj
9
9
nəticəsində Krımın cənub sahil torpaqlarında şist
qırıntılarının miqdarı xeyli çoxalmışdır. Buna görə də
Krımın cənub sahillərində yayılmış şist təbəqəsi
qırıntıları ilə zənginləşmiş torpaqları əvvəllər şiferli (şistli)
torpaqlar adlandırmışlar.
Analitik məlumatlar göstərir ki, torpaqlar
aşağıdakı genetik xüsusiyətləri ilə səciyyələnir:
1. Torpaq profili boyu dərinlik üzrə humusun
miqdarının çox tədriclə azalması.
2. Yaxşı ifadə edilmiş karbonat toplantı qatı,
humus qatının alt hissəsindən və karbonat qatının
yuxarı hissəsindən başlayaraq geniş intervalda
narındispers hissəciklərin toplanması. Torpaq profili
boyu narındispersli silikatlarin qeyri-bərabər paylanması
genetik qatların kimyəvi tərkiblərində özünü əks
etdirir.
3. Profilin yuxarı hissəsində reaksiyanın neytrala
yaxın, aşağı hissəsində zəif qələvi olması.
9 Plantaj (plantage, frans) – üzüm və meyvə ağacları əkmək üçün
torpağın dərin şumlanması
147
Qəhvəyi torpaqların əmələgəlmə prosesini
aşağıdakı kimi təsvir etmək olar. İlin rütubətli dövründə,
bitki qalıqlarının əsaslı sürətdə parçalanması və torpağı
karbonat turşusu ilə zənginləşmiş su ilə islanması baş
verir. Bu halda suda asan həll olan duzlar profildən
kənar edilir, profilin üst hissəsindən karbonatlar
yuyulur və narındispersli hissəciklər hərəkətə gəlir. İlin
isti quraqlıq vaxtında torpağın kapilyarları ilə yuxarı
qalxan suların tərkibində olan karbonatlar çökür.
Karbonat qatının yerləşdiyi dərinlik və narındispersli
hissəciklərin paylanma intensivliyi konkret rayonun
şəraitindən asılıdır.
Quru subtropiklərin torpaqlarını - kserosiallitli
Aralıq dənizi qonur torpaqları adlandırmışlar.
Dünyanın Beynəlxalq xəritəsinin legendasında onlar
kambisol qrupuna aid edilir.
Quru subtropik meşə və kolluq zonaları
torpaqlarının orjinal növ müxtəlifliyindən biri də qırmızı
rəngli torpaqlardır. Onlar ya elüvial palogen -neogen
aşınma qabığı üzərində və ya qədim aşınma
məhsullarının çöküntüləri üzərində əmələ gəlirlər. Bu
torpaqlar terra rossa tipli çöküntülər üzərində xüsusi ilə
çox yayılmışdır.
Aralıq dənizi ölkələrində geniş ovalıqlarda və ya
dağlararası çokəklərdə gillə zəngin torpaqlar yayılmışdır.
Onlar, ətraf sahələrdən yuyulub gətirilmiş məhsulların
yumşaq törəmələri üzərində əmələ gəlmişdir. Bu torpaqlar
xüsusi ilə Yuqoslaviyada geniş yayılmışdır ki, orada
onlar smonitsı, Bolqarıstanda isə smolnitsı
adlandırırlar. Onlar, qalın humus qatına neytral və ya zəif
148
qələvi reaksiyaya və ağır qranulometrik tərkibə
malikdirlər. Yuqoslaviya smonitslərində 0,001mm-dən
kiçik hissəciklərin miqdarı bəzən 50 %-dən yuxarıdır,
buna görə bu torpaqların kimyəvi tərkibində SiO
2
-nin
miqdarı 45 – 55% , Al
2
O
3
-in miqdarı isə 25 – 85%-dir.
Yuxarı qatda humusun miqdarının az olmasına
baxmayaraq rəngi qaradır. Aşağı doğru 1m və ya artıq
dərinliyə qədər profil üzrə humusun miqdarı 1 – 2%
olmaqla sabit qalır. Sonrakı proseslər nəticəsində
smonitslər qleyləşmə, lessibaj və başqa proseslərə
uğraya bilər. Smonitslər – Cənub-Şərqi Avropanın ən
münbit torpaqlarından biridir.
Quru subtropik meşələrin və kolluqların torpaqları
yüksək münbit torpaqlardır və uzun zamandır ki,
əkinçilikdə o cümlədən üzümçülükdə, zeytun və meyvə
ağaclarının yetişdirilməsində istifadə edilir. Dağlıq relyefi
ilə təmasda becərilən torpaq sahələrini genişləndirmək
məqsədilə təbii bitki örtüyünün məhv edilməsi
torpaqların şiddətli eroziyasına səbəb olmuşdur.
Nəticədə Aralıq dənizinin bir çox ölkələrində torpaq
örtüyü dağılmış və məhv edilmişdir. Bir vaxtlar Rim
imperiyasının məskəni olmuş bir çox vilayətlər
(Suriya, Əlcəzair və b.) indi səhra bozqırları ilə
örtülmüşdür.
19.3. Quru subtropiklərin boz torpaqları
Arid landşaftların subtropik qurşağında boz
torpaqlar əmələ gəlir. Onlar, Orta Asiyanın dağ sahilləri
ətəklərində geniş yayılmışdır. Bu torpaqların müəyyən
149
Dostları ilə paylaş: |