Humusun tərkibində həll olmayan humin birləşmələri
olduqca üstündür, müxtəlif rayonlarda humin və
fulvoturşuların nisbəti dəyişilir.
Tərkibində çoxlu miqdarda gilli hissəciklərin olması
üzündən qara torpaqlar, onları başqa tropik torpaqlardan
fərqləndirən yüksək udma qabiliyyətinə malikdirlər (100q
torpaqda 40-70mq.ekv). Bu torpaqların müəyyən
mineroloji tərkibləri də yüksək udma qabiliyyətinə səbəb
olur. Bəzi tədqiqatçılar güman edirlər ki, qara tropik
torpaqlarının gilli mineralları mütləq montmorillonitdən
ibarətdir, çünki, bəzi hallarda bu torpaqlarda həmin
mineralların üstün olduğu müəyyən edilmişdir. Lakin Şərqi
Afrika qara torpaqlarında montmorillonitlə yanaşı, həmin
miqdarda və ya daha çox qarışıq minerallar, hidroslyudlar,
kaolinit aşkar edilmişdir. Udulmuş kationların tərkibində
kalsium və maqnezium üstünlük təşkil edir.
Subarid rayonların qara tropik torpaqları zəif qələvi
reaksiyaya malikdirlər (4-cü cədvəl). Subhumid tropik
şəraitində, yağışlar mövsümü zamanı və münasib olaraq
qruntun uzun zaman rütubətlənməsi mövsümündə qara
torpaqların profilinin aşağı hissəsində qley prosesi inkişaf
edir, yuxarı hissədə isə bitki qalıqlarının minerallaşması
yubanır. Buna görə belə torpaqların profilinin aşağı
hissəsi göyümtül-boz rəngə çalır, dəmir üç oksidin
çəkintiləri meydana çıxır.
Cədvəl 20.1.Qara tropik torpaqlarda narındispersli hissəciklərin,
humusun, pH-ın və udma tutumunun paylanması
Ölkə və
nümunələrin
dərinliyi (sm-lə)
Miqdarı
Sulu
çəkintinin
pH-ı
Udma
tutumu
(mq.ekv
) 100q
0,001mm-
dən kiçik
hissəciklər
humusun
178
1
2
3
4
5
Avstraliya
(M.A.Qlazovskay
a, 1952)
0-22
62,4
1,22
8,5
Təyin
olunmay
ıb
22-45
62,6
1,24
7,8
“---”
45-67
39,6
-
8,8
“---”
Hindistan
(S.V.Zonn, 1967)
3-16
50,6
1,68
9,4
52,11
30-40
49,6
1,12
9,7
54,67
65-75
Təyin
olunmayıb
1,08
9,4
57,98
100-110
51,1
1,07
9,1
58,31
160-170
55,6
1,33
8,3
62,49
Afrika, Keniya
(V.V.Dobrovolski,
1972)
0-16
18,2
4,64
6,8
41,70
16-60
56,2
3,56
7,1
40,00
60-95
56,4
2,13
7,9
37,00
Bütün tropik zonasında qara torpaqların tutduğu
sahə 235 mln.h-a yaxındır (Dyudal, 1964), yəni keçmiş
SSRİ-dəki bozqır zonasının əsl qara torpaqların tutduğu
sahədən böyükdür. Sxematik xəritədən göründüyü
kimi (Şəkil 20.3.), bu torpaqların xüsusilə xeyli sahəsi
179
Şəkil 20.3. Tropik və subtropiklərdə qara torpaqların yayılması
(FAO-nun məlumatına görə)
Avstraliyada, Hindistanda və Afrikadadır. Dünyada onların
40-dan çox adı məlumdur. Qara torpaqlara çox zaman
qara gillər, marqalit torpaqlar, vertisollar deyilir.
Hindistanda onları qara pambıq torpaqları, Avstraliyada
– qara yerlər (torpaqlar), Cənubi Afrikada – blek turf,
Sudanda – badob, Şimali Afrikada – tirs yaxud tuares,
Cənubi Amerikada – terra neqra və i.a. adlandırırlar.
Qara torpaqların geniş yayılması, nisbətən yüksək
münbitliyi, özünəməxsus görünüşü çoxdan bəri diqqəti
cəlb etmişdir. Bəzi tədqiqatçılar güman edir ki, bu
torpaqların xarakter xüsusiyyəti (yüksək dərəcədə gilli
olması, su ilə doyduqda şişməsi, yüksək udma tutumu)
onların mineral hissəsinin intensiv dəyişməsi ilə müəyyən
edilir ki, bunun nəticəsində çoxlu miqdarda montmorillonit
əmələ gəlir. Montmorillonitin sintezində maqnezium
ionlarının mühüm rolu güman edilir, belə ki, bu
180
torpaqlarda udulmuş kationlar sırasında onların miqdarı
çoxdur. Bu fərziyyə qara tropik torpaqlarda tamamilə
aşınmamış, çoxlu miqdarda təzə mineralların olması ilə,
eləcə də gilli mineralların müxtəlif (mütləq deyildir ki,
montmorillonit olsun) tərkibi ilə pis uzlaşdırılır. Bu
torpaqların öyrənilməsi davam edir.
Qara tropik torpaqlar əkinçilikdə istifadə edilir.
Onlarda müxtəlif kənd təsərrüfat bitkiləri becərirlər
(məsələn, pambıq, buğda), lakin bu torpaqlarda çəltik və
şəkər qamışı istehsalı daha səmərəlidir. İstifadəyə
verilməmiş qara torpaq massivləri tropiklərin birinci
növbəli torpaq ehtiyatı kimi nəzərdə tutulur. Onların
mənimsənilməsi üçün gübrələrin (azotlu və fosforlu)
verilməsi, mükəmməl mexaniki becərmə, suvarma
vacibdir.
20.8. Hidromorf tropik torpaqlar
Daima qruntdan rütubətlənən torpaqlar, əsasən
çay subasarlarında, alçaq göl sahillərində, pis drenaj
olunan çaylararası daimi bataqlıqlarda yayılmışdır.
Afrikanın humid rayonlarında qamış və papirus
cəngəllikləri altında əmələ gələn, qalın torflu torpaqlar
buna səciyyəvi misaldır. Bu torpaqların üst qatları,
köklərin sıx şəbəkəsi ilə hörülmüş, zəif dəyişilmiş bitki
qalıqlarından ibarətdir. Altda müxtəlif çürümə
mərhələsində olan torflu qat yerləşir. Bu qatın qalınlığı bir
neçə metrə çatır. İri çayların (məsələn, Nil)
subasarlarında əmələ gələn torpaqlarda, müxtəlif
miqdarda gilli mineralların hissəcikləri vardır. Torflu
181
Dostları ilə paylaş: |