Ümumiyyətlə kənd təsərrüfat
məhsullarının
artırılması ekstensiv yolla, əkinəyararlı sahələri artırmaq
hesabına deyil, istifadə edilən mövcud torpaq
fondundan daha səmərəli və intensiv istifadə etmək,
torpağın münbitliyini artırmaq üçün kompleks tədbirlər
həyata keçirmək istiqamətində aparılmalıdır.
Konkret torpaq-coğrafi şəraiti nəzərə almaqla əkin
sahələrinin səmərəli istifadə edilməsi müasir dovrün ən
mühüm problemlərindən biridir.
211
XXIII FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ
ZONALARI VƏ ONLARIN MÜXTƏSƏR
SƏCİYYƏSİ
Azərbaycan respublikasının ərazisi təbii – coğrafi
xüsusiyyətlərinə görə çox müxtəlifliyi ilə fərqlənir. Burada
yer kürəsinə xas olan bütün landşaft və iqlim tiplərinin
(tropik meşə və qismən savanna – landşaftlarından
başqa) hamısına rast gəlinir. Keçmiş SSRİ məkanının heç
bir yerində Azərbaycan ərazisində olduğu kimi torpaq
müxtəlifliyi nəzərə çarpmır. Belə heyratamiz müxtəlifliyin
səbəbi torpaqəmələgətirən amillərin – relyef, iqlim şəraiti,
torpaqəmələgətirən süxurlar, bioloji amillər, torpağın yaşı
və antropogen amillərin birgə təsirinin nəticəsidir. Burada
relyefin kəskin dəyişməsinə, biocoğrafi xüsusiyyətlərin,
hidrotermik rejimin və başqa amillərin də kəskin
dəyişməsinə, torpağın şaquli zonallıq qanununun
yaranmasına, bir–birini əvəz edən ayrı–ayrı torpaq
tiplərinin, yarımtiplərinin morfoloji, kimyəvi, fiziki – kimyəvi
və elecədə mineroloji xassələrinin müxtəlifliyinə səbəb
olmuşdur. Bunu Gamış dağdan Axvay dağının
zirvəsinədək tərtib olunmuş köndələn torpaq profilindən
də aydın görmək olar (Şəkil 23.1.).
Coğrafi
vəziyyəti
və
orogeomorfoloji
xüsusiyyətlərindən asılı olaraq Azərbaycan ərazisində
yayılmış torpaqları iki böyük qrupa – dağlıq və düzənlik
torpaqlarına bölmək olar.
Torpaqəmələgəlmə xüsusiyyətlərindən asılı olaraq
dağlıq ərazi torpaqları morfoloji cəhətdən profilinin
nisbətən qısalığı, əksərən yuxalığı, skeletli və daşlı
212
Şəkil 23.1. Böyük və Kiçik Qafqaz dağ sistemlərində torpaqların
şaquli zonallıq üzrə paylanması (profili Ş.G.Həsənov tərtib
etmişdir)
213
çınqıllı olması ilə fərqlənir, çox zaman bunların tərkibində
müxtəlif süxur qırıntıları və zəif aşınma ilkin minerallar
olur. Bura üçün eroziya və denudasiya prosesləri və həm
də ibtidai torpaqəmələgəlmə prosesi xarakterikdir.
Düzənlik ərazi torpaqları aşınma mineralları və
çökmə süxurlar üzərində əmələ gələrək özünün qalınlığı,
müxtəlif dərəcədə şorlaşması, şorakətləşməsi və
bataqlaşması ilə nəzəri cəlb edir. Burada torpağa
suvarma rejiminin də təsiri böyükdür. Torpaqların şaquli
zonallıq qanununu əsas götürərək Azərbaycan
Respublikası ərazisində yayılmış torpaq tiplərinin
müxtəsər səciyyəsini, bu torpaqların coğrafi yayılma
areallarını Azərbaycanın torpaq xəritəsindən də görmək
olar (Şəkil 23.2.).
1. Dağ tundra torpaqları zonası
Dağ – tundra torpaqları Azərbaycan
ərazisində Böyük Qafqaz dağlıq vilayətində və
qismən də Kiçik Qafqaz dağlarında 3000 metrdən
yüksəkdə yerləşən sahələri tutur. Burada sıldırım
uçurumlu çılpaq yamaclar, yalları ara bir qar ləkələri ilə
örtülmüş qayalıqlar geniş sahə tutur. Sıldırım dağların
ətəkləri süxur uçqunları və daşlı səpəlintilərlə
örtülmüşdür. Bu zona keçmişdə buzlaqların təsirinə
məruz qalmışdır ki, bunu karların, morenlərin izləri və sal
süxurların cilalanmış səthi ilə müəyyən etmək olur.
Qar uçqunları və buzlaqların hərəkəti
nəticəsində buzlaq eroziyası baş verir ki, bu da öz
növbəsində ya moren yığınları əmələ gətirir, ya da
ağırlıq qüvvəsinin təsiri altında “quru” selini (süxur
şəlaləsini) yaradaraq yamac-aşağı hərəkət edir.
214
215
Bitki örtüyü demək olar ki, yoxdur, yalnız
qayalıqlar, aşınmış daş parçaları üzərində rast gələnşibyə
və yosunlardan ibarətdir.
Burada torpaqəmələgəlmə prosesi başlıca
stadiyadadır. Relyefin nisbətən batıq və hamar səthə
malik elementlərində ovxaq aşınma materialları
toplanaraq torpağın narın hissəsini törədir. Xüsusilə
fiziki aşınmanın təsirindən yaranmış bu materiallar
getdikcə bioloji təsirə məruz qalır. Məhz bunun nəticəsidir
ki, belə hamar sahələrdə ya tam inkişaf etməmiş, ya da
ibtidai profilə malik torpaqlara rast gəlinir. Belə
torpaqlar sal süxurlar, yaxud moren çöküntüləri
üzərində inkişaf edərək ilk əvvəl yalnız “ humus ” qatına
malik olur.
Dağ tundra torpaqları ilk dəfə 1925–1927–ci
illərdə Azərbaycan torpaqlarını öyrənən zaman
S.A.Zaxarov tərəfindən müəyyən edilmişdir.
Yüksək dağlıq zonada kəskin parçalanmış relyef
şəraitində xırda ləkələr halında tala – tala sahə tutan bu
torpaqlar zəif inkişaf etməklə hələlik fraqmentlər
şəklindədir. Məhz buna görə də həmin torpaqların
yayıldığı dağ–tundra zonasını bəzi mütəxəsislər inkar
edirlər.
Bununla belə dağ tundra torpaqlarının genetik
xüsusiyyətlərinin öyrənilməsi, qar və buzlaqların bu
torpaqların əmələ gəlmə prosesinə təsiri lazımınca tədqiq
edilməmişdir.
2. Dağ-çəmən torpaqları zonası
Dağ çəmən torpaqları alp və subalp zonasında
yayılmaqla Azərbaycan ərazisinin 8,5%-ni təşkil edir.
Ərazicə ən çox Böyük və Kiçik Qafqaz dağlarında, Talış
216
Dostları ilə paylaş: |