örtüyünün 1/4 hissəsinə yaxını dağ yamaclarının, 3/4
hissəsi isə düzənlik torpaqlarının payına düşür (Şəkil
22.3).
Şəkil 22.3. Yer kürəsinin quru səthində əsas torpaq tiplərinin
paylanması.
Qurunun paylanması torpaq örtüyünə uyğun olaraq
Yer səthində qeyri-bərabərdir. 5–ci cədvəldən göründüyü
kimi torpaqların ən böyük sahəsi tropik qurşaqda (42%)
cəmləşmişdir, ən az isə qütb qurşağında (4%) yerləşir.
199
Torpaq örtüyünün sahəsi subtropik, subboreal və boreal
qurşaqlarda demək olar ki, bir-birinə çox yaxındır.
Atmosferin rütubətlənmə dərəcələrinə görə
fərqlənən torpaq kateqoriyaları arasında ən çox yayılanı
humid ərazilərin torpaqlarıdır. Misal üçün, daimi rütubətli
tropik landşaftlarının qırmızı və sarı torpaqları bütün
dünya torpaq örtüyünün 25,9 mln km
2
, yaxud 19,4%-ni,
boreal qurşağın humid torpaqları 23,7 mln km
2
(18,0%)
təşkil edir. Mövsümi rütubətlənən tropik torpaqlar böyük
ərazidə 17,4 mln km
2
(13,0%) sahədə yayılıbdır. Xeyli
ərazidə subboreal qurşağın subarid torpaq vilayət
torpaqları (qara və şabalıdı) və subtropik qurşağın
mövsümi rütubətlənən vilayətlərinin torpaqları (qəhvəyi və
boz-qəhvəyi) ilə örtülmüşdür.
Çox nəhəng sahəni səhra və yarımsəhra əraziləri
tutur.Tropik qurşaqda arid vilayətlər 13,0 mln km
2
,
subtropikdə 10,6 və subborealda isə 7,9 mln km
2
təşkil
edir
(
Cədvəl 22.2.).
Yarımsəhra və səhra torpaqlarının ümumi sahəsi
demək olar ki, dünya torpaq örtüyünün 1/4 hissəsinə
bərabərdir.
Keçmiş SSRİ-nin torpaq örtüyü də xeyli müxtəlifdir:
o, özünə 100-ə qədər torpaq tipini daxil edir. Ən böyük
sahəni boreal-meşə landşaftı torpaqları (qleyli-podzollu,
podzollu, çimli-podzollu, donuşlu tayqa) tutur ki, bu bütün
MDB ərazisinin 33%-ni təşkil edir. Tundra və arktika
torpaqları 8,9%, boz-meşə torpaqları 3,2%, qara torpaqlar
(dağ da daxil olmaqla) 8,2%, şabalıdı torpaqlar -3,9%
sahə tuturlar. Dağlıq vilayət trpaqları MDB ərazisinin
200
28,9%-ni təşkil etməklə, ən çox dağ-meşə (dağ-podzol,
donuşlu-tayqa) torpaqlarından ibarətdir.
Cədvəl 22.1. Dünya qurusunda torpaq-iqlim qurşaqları və
vilayətləri üzrə torpaq örtüyünün paylanması* (N.N.Rozov
və M.N.Stroqanova görə, 1979)
13
Qurşaqlar
Vilayətlər
Rütubətli(humid)
Keçid
Quru
arid
Cəmi
Tropik
19,4
25,9
13,0
17,4
9,75
13,0
4,2
56,3
Subtropik
5,0
6,6
6,4
8,6
8,0
10,6
19,4
25,8
Subboreal
4,5
6,0
5,9
7,9
5,9
7,9
16,
3
21,9
Boreal
17,9
23,7
-
-
17,9
23,7
Qütb
4,2
5,7
-
-
4,2
5,7
22.2. Dünyanın torpaq sərvətləri
Torpaq örtüyü sənayenin müxtəlif sahələri sənaye,
nəqliyyat, şəhər və kənd tikinti işləri üçün xammal
mənbəyi təşkil edir. Son zamanlarda torpaqların xeyli
sahəsi rekreasiya məqsədləri-qoruqlar və qoruq əraziləri
yaradılması üçün istifadə edilir. Lakin torpaq örtüyünün
13
*surət ümumi sahədən %-i, məxrəc isə mln km
2
sahəni
göstərir.
201
əvəzedilməz sərvət kimi ən ümdə qiyməti insan
cəmiyyətini qida məhsulları ilə təmin etməkdən ibarətdir.
Bu axırıncı ən əvvəl kənd təsərrüfat istehsalı
texnologiyasını müasirləşdirmək, torpağın münbitliyini
yüksəltmək, bitkilərin məhsuldarlığını artırmaq və ikincisi,
əkin sahələrini genişləndirməkdən ibarətdir. Hal-hazırda
adambaşına düşən qida məhsulları ilə tam təmin olunmaq
üçün hər adama 0,3-0,5 hektar əkin sahəsi tələb olunur.
Yer kürəsinin müasir əhali sayı 6 milyard və bir qədər
artıq təşkil edir ki, indiki torpaq sahəsi bu təlabatı demək
olar ki, ödəyir. Lakin XXI əsrin başlanğıcında planetimizin
əhalisi 6,5-7 milyarda çatacaqdır ki, bu zaman adam
başına düşən əkin sahəsi 0,2-0,3ha qədər azalacaqdır.
Uzun müddət kənd təsərrüfat məhsullarının artımı
əkin sahələrini artırmaq hesabına ödənilmişdir. Belə hal
müharibədən sonrakı onilliklərdə (1940-dən 1975-i ilə
kimi), yəni 35 il ərzində əkinçilik sahələrinin 2dəfə artması
ilə izah oluna bilər.
M.V.Andrişinin və P.F.Loykonun (1980)
hesablamalarına görə becərilən sahələr (əkin,bağlar və
s.) 15,7 milyon km
2
təşkil edir. Bu, dünyanın torpaq örtüyü
sahəsinin cəmi 11%-ni və Planetimizin səthinin 3%-ni
təşkil edir. İlk baxışda belə görünür ki, planetdə əkinçilik
sahələri ehtiyatı xeyli böyükdür. Həqiqətdə isə heç də
belə deyildir. FAO-nun məlumatına görə dünya qurusu
səthinin 70%-ə yaxını əkinçilik üçün yararlı deyil, ən yaxşı
torpaqlar artıq kənd təsərrüfat istehsalı dövriyyəsinə cəlb
edilmişdir. Sual olunur: torpaq sahələri necə istifadə
edilir , hansı torpaq qruplarında hələ istifadə üçün
ehtiyat mənbələri vardır?
202