Səhra və Mərkəzi Avstraliya səhralarında müşahidə
etmək olar (Şəkil 20.1.).
Şəkil 20.1. Lateritlərin yayılması (C.Preskotta və P.Pendltona
görə, 1952)
Ola bilsin ki, bəzi subtropik torpaqların profilində
mövcud olan çoxlu miqdarda dəmir-üç oksid toplantıları
mənşə etibarilə yaxındırlar. Müasir və neogen bioiqlim
şəraitlərinin uyğunsuzluğu onunla əlaqədardır ki, neogen
dövrünün axırından başlamış eroziya prosesi tropik
qurunun çox rayonlarını əhatə etmişdir. Avstraliya,
Hindistan və Afrikanın səhra və quraq rayonları ərazisində
olan, yumşaq qırmızı çöküntülər və laterit zirehlər keçmiş,
xeyli yüksək rütubətli landşaftların şahididir.
Arid tropik vilayətlərdə, mövsumi qrunt sularının
səviyyəsi yaxın olan sahələrdə dəmir toplantılarının
əvəzində kalsium karbonat qatları əmələ gəlməyə
başlamışdır. Yuxarıda yerləşən yumşaq torpaq kütləsi
162
yuyulduqdan sonra bu qatlar kip karbonatlı qabıqlar
şəklində relyefin nisbətən cavan səviyyələrini əmələ
gətirirlər. Beləliklə, əgər laterit qabıqlar humid
landşaftların hidromorf törəmələrindən ibarətdirsə,
karbonatlı qabıqlar bu törəmələrin arid variantlarıdır.
Görünür, Afrikanın Kalaxari səhrasında və Avstraliyanın
quraq rayonlarında rast olan silisumlu (opallı) qabıqlar
buna oxşar mənşəyə malikdirlər.
20.2. Tropik torpaqəmələgəlmənin ümumi
xüsusiyyətləri
Tropik torpaqəmələgəlmə şəraitləri bütünlükdə
olduqca özünəməxsusdur. Onlar, birincisi, tropik
qurusunun çox hissəsində aşınma proseslərinin ümumi
inkişaf xüsusiyyətlərinə və bundan asılı olaraq, eyni
torpaqəmələgətirən süxurlara görə; ikincisi, müasir tropik
qurşağının iqlim və bitki örtüyünün xarakter
xüsusiyyətlərinə görə müəyyən edilir.
Qədim qurunun ərazisində qırmızı çöküntülər geniş
yayıldığı üçün onlar tropiklərin ən tipik torpaqəmələgətirən
süxurlarıdır. Laterit və karbonatlı aşınma qabıqları
torpaqəmələgəlmə və bitki həyatı üçün az əlverişlidir, ona
görə də onların çıxıntıları üzərində adətən torpaq örtüyü
yoxdur və məhsuldar deyildir. Qədim aşınma qabıqları
daha cavan törəmələr altında basdırılmışdır.
Torpaqəmələgətirən süxurlar arasında qırmızı rəngli
süxurlar üstün olduğu üçün tropik torpaqların çoxu qırmızı
və ya buna yaxın rəngə malikdirlər. Bu, onların adlarında
öz əksini tapmışdır, onlar qırmızı, narıncı, sarı torpaqlar
163
adlanır. Qeyd etmək lazımdır ki, bu rəngləri, müxtəlif
müasir bioiqlim şəraitlərində əmələ gələn torpaqlar irsən
qəbul edirlər. Qırmızı rəngli çöküntülərlə yanaşı, boz
rəngə malik göl gillicələri, açıq sarı rəngli qumsal allüvial
çöküntülər, qonur vulkanik aqlomeratlar və küllər və b.
torpaqəmələgətirən süxur kimi qeyd edilə bilər. Qırmızı
rəngli törəmələr gilli tərkibdə ola bilmələrinə baxmayaraq,
bu çöküntülərin onların üzərində inkişaf edən torpaqların
udma qabilliyyətləri çox aşağıdır. Qırmızı rəngli
törəmələrin əmələgəlmələri prosesində, gilli mineralların
səthində üçvalentli dəmirin ionları möhkəmlənir. Bu,
nəinki gilli hissəciklərin qırmızı rənginə səbəb olur, həm
də onların udma qabiliyyətini xeyli aşağı salır.
Havanın yüksək sabit tempuraturu-tropik qurşağın
mühüm xüsusiyyətidir, buna görə atmosferin
rütubətlənmə xarakteri xüsusi əhəmiyyət kəsb edir.
Tropiklərdə buxarlanmanın miqdarı yüksək olduğu üçün,
yağıntıların illik miqdarı atmosferin rütubətlənməsi
haqqında təsəvvür yaratmır. İl müddətində tropik
torpaqlarında atmosfer çöküntülərinin hətta xeyli yüksək
miqdarı şəraitində yuyan su rejimi yumayan su rejimi ilə
əvəz edilə bilər. 60mm-dən aşağa atmosfer yağıntıları
olan ayları - quru, 100mm-dən çox olduqda isə rütubəli
hesab etmək qəbul olunmuşdur. 60mm-dən aşağı aylıq
atmosfer yağıntıları buxarlanmış səviyyəsinə çatmır,
bütün su evatranspirasiyaya sərf edilir və bu ayda torpaq
nəinki yuyulmur, həm də, bitkilər tərəfindən mənimsənilə
bilən su ehtiyatlarını itirir və quruyur. Güclü səthi axın və
qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində relyef
depressiyaları və alçaq ovalıqları müəyyən vaxt ərzində
164
bataqlıqlaşmışlar. Buna görə tropiklərdə, sabit atmosfer
rütubətinə (avtomorf) və daimi qrunt rütubətinə
(hidromorf) malik torpaqlardan başqa, mövsümi
hidromorfizm şəraitində inkişaf edən geniş torpaqlar
qrupu mövcuddur.
Tropiklərin tempuratur şəraitləri il müddətində
bitkilərin vegetasiyasına imkan yaradır. Optimal
rütubətlənmə şəraitində torpaq-bitki sistemində kimyəvi
elementlərin miqrasiyası, yüksək quraq landşaftlarına
nisətən, tropik landşaftlarında daha intensiv gedir. Bu
halda, kimyəvi elementlərin illik bioloji dövriyyə tutumu və
bitkilərin biokütləsinin miqdarı başqa şəraitlərə nisbətən,
tropiklərdə xeyli böyükdür. Lakin, tropik qurusu daxilində -
atmosfer yağıntılarının miqdarı evatranspirasiyanın
ölçüsündən yuxarı olan, yüksək rütubətli vilayətlərdən,
yarımsəhra və səhralara qədər, müxtəlif dərəcədə
atmosfer rütubəti olan ərazilər mövcuddur. Müxtəlif
rütubətlənmə şəraitlərinə münasib olaraq tropik ölkələrinin
bitki tipləri də olduqca müxtəlifdir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tropik
torpaqlarının öyrənilməsi olduqca mürəkkəb problemdir.
Bu torpaqların genezisi, nomenklaturası və təsnifat
məsələləri işlənib hazırlanma mərhələsindədir.
20.3. Yağışlı (daimi rütubətli) tropik meşə
landşaftlarının torpaqları
Bu torpaqlar, quru sahələrin daha məhsuldar bitki
qruplarının - daimi rütubətli tropik meşələrin örtüyü altında
əmələ gəlirlər. Onlar Cənubi Amerika, Afrika, Madaqaskar,
165
Dostları ilə paylaş: |