Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə80/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

malikdirlər. Avstraliyada və Afrikada bu torpaqlar çox vaxt

boz rəngli göl çöküntüləri üzərində inkişaf edirlər.



Profilin   quruluşu  aşağıdakı   kimidir.   Qalınlığı

10sm-ə yaxın, zəif boz rəngə çalan və möhkəm olmayan

topavari struktura malik A humus qatı altında, qalınlığı 25-

35sm olan B keçid qatı yerləşir. Bu qatın aşağı hissəsində

bəzən xırda karbonat çöküntüləri müşahidə olunur. Sonra,

C   qatı   –   torpaqəmələgətirən   qat   gəlir.   Çox   vaxt   onun

tərkibində   bu   torpaqlara   tamamilə   uyğun   gəlməyən   və

qədim   aşınma   mərhələsinin   izlərindən   ibarət

yenitörəmələr mövcuddur.

Bütöv ot örtüyünün olmaması eroziya proseslərinin

inkişafına səbəb olur ki, bunun nəticəsində torpaq, həm

də   yumşaq   torpaqəmələgətirən   süxurlar   yuyulur   və

sovrulur.   Subarid   tropik   landşaftlarında   bitki   örtüyünün

yerüstü   hissələrinin   töküntülərinin   miqdarı   quraqlıq

dərəcəsindən   asılı   olaraq   10-dan   30s/h   qədər   dəyişilir

(Valter,   1968).   Təxminən   bu   qədər   də   kök   kütləsinin

hesabına   düşür.   Bütün   qalıqlar   sürətlə   parçalanır.

Humusun miqdarı, xüsusilə yüngül mexaniki tərkibə malik

torpaqlarda   çox   azdır.   Bu   torpaqların   reaksiyası   zəif

qələvidir (pH 7,0-7,5 arasındadır).

Nəzərdən keçirilmiş torpaqlar Avstraliyanın şimal-

qərb və qismən şərq rayonlarında, tropik Afrikanın əksər

rayonlarında və Cənubi Amerikanın şərq hissəsində geniş

yayılmışlar   (19-cu   şəkil).   Əkinçilik   üçün   onlar   yararlı

deyildir və əsasən otlaqlar kimi istifadə edilir. 

174



Ş

əkil 20.2. Quru savannaların qırmızı və qırmızı-qonur ferralit, 2-

quraq   tropik   meşələrin   qırmızı-qəhvəyi   torpaqlarının   coğrafi

yayılma arealları

300mm   illik   atmosfer   yağıntıları   şəraitində   çox

hallarda   boz-qonur   və   boz   torpaqlarla   ümumi

xüsusiyyətlərə   malik   olan  arid   tropik  (yarımsəhra   və

səhra)  landşaftlı   torpaqlar  əmələ   gəlirlər.   Onlar   zəif

differnsasiya   olunmuş   profilə   malikdirlər,   yuxa   və

karbonatlıdırlar. Tropik səhra torpaqlarının xüsusiyyətləri

ondan   ibarətdir   ki,   bəzi   rayonlarda   torpaqəmələgətirən

süxurlar neogen aşınma məhsullarından ibarətdir.  Buna

görə həmin torpaqlar qırmızımtıl rəngə malikdirlər (Sudan,

Mərkəzi   Afrika   Respublikası,   Mali,   Mərkəzi   və   Qərbi

Avstraliyanın səhraları). Avstraliyada hətta onlar üçün xas

olmayan, qədim aşınma məhsullarının səbəb olduğu turş

reaksiyalı səhra torpaqları da aşkar edilmişdir.

175



20.7. Qruntdan mövsümi rütubətlənən tropik

torpaqları

İlin mövsümi quru dövrünün leysan yağışlarla əvəz

edildiyi   şəraitdə,   qrunt   sularının   və   ya   səth   sularının

vaxtaşırı yüksək səviyyə rejimi səciyyəvidir. Bu, nisbətən

alçaq   relyeflərdə   özünü   daha   aydın   göstərir.   Bununla

bərabər,   ətraf   ərazidən   torpaqların   səthi   yuyulma

məhsulları   toplanır.   Nəticədə,   bir   qədər   çay

subasarlarında   torpaqəmələgəlmə   şəraitini   xatırladan,

olduqca özünəməxsus şərait yaranır.

Suyun   vaxtaşırı   bollaşması,   münbit   lilin   və

həllolmuş qida maddələrinin daxil olması, qrunt sularının

yüksək   səviyyəsi   dövründə   güclü   vegetasiya   edən   və

yuxarı torpaq sularının olmadığı quruducu dövrlərdə taxıl

bitkilərinin   inkişafına   səbəb   olur.   Dövrü   bataqlıqlaşma

rejimi   ağac   bitkilərinin   inkişafına   mənfi   təsir   göstərir.

Nəticədə,   savannaların   və   işıqlı   tropik   meşələrin

landşaftları ilə sıx kompleks təşkil edən, özünəməxsus ot

bitkilərindən   ibarət   taxıllı   –   landşaftlar   əmələ   gəlir.   Bu

şəraitdə qara tropik torpaqlar formalaşır.

Subarid ərazilərdə torpağın yuxarı qatlarının səthi

yuyulması olduqca intensiv gedir. Yuyulmuş məhsulların

rəngi   adətən   qaradır,   belə   ki,   humus   qatının   daha

narındispersli   hissəcikləri   birinci   növbədə   yuyulmaya

məruz   qalır.   Yuyulmuş   materiallar   relyefin   müxtəlif

hissələrində - mikro və mezorelyeflərin depressiyalarında,

az meyilli yamacların aşağı hissələrində və i.a. toplanır.

Tədricən toplanan yuyulma məhsulları adətən gilli tərkibə

176



malikdirlər,   lakin   gilli   kütləyə,   leysan   yağışları   axını   ilə

gətirilmiş kobud qırıntılar da daxil ola bilər.

Qara   tropik   torpaqların   profilində   qatlar   aydın

seçilmir.   Yuxarıda,   qalınlığı   5-15sm   olan   A

ç

  çimli   qat



yerləşir.  Taxıl   otlarının   köklərinin   bir-birinə   sıx   bitişməsi

sayəsində   torpaq   kütləsi   topavari   –   dənəvari   struktura

malikdir. Aşağıda A

1

 humus qatı yerləşir ki, bunun qalınlığı



15-dən   45sm-ə   qədər   tərəddüd   edir.   Sonra,   bir   neçə

santimetrdən bir neçə metrə qədər qalınlıqda boz və ya

tünd-boz   gilli   qatdan   ibarət   B   qatı   gəlir.   Rütubətli

vəziyyətdə   torpaq   kütləsi   yapışqanlıdır,   mütəhərrikdir,

quruduqda   daşa   dönür,   bəzi   yerlərdə   aydın   olmayan

kəltənli   struktur   müşahidə   edilir.   “B”   qatının   yuxarı

hissəsində   karbonatların   unluca   səpgiləri,   aşağıda

müxtəlif   ölçüdə   konkresiyalar,   bəzi   hallarda   –   kalsium

karbonatın qalın layları (necə deyirlər kankar) meydana

çıxır.


Qara   tropik   torpaqların   səciyyəvi   əlaməti   torpaq

kütləsinin   çox   kip   olmasıdır.   Torpaq   quruduqda   həcmi

kiçilir   və   dərin   çatlar   sisteminə   parçalanır.   Yağışlar

mövsümündə,   su   bütün   yarıqları   doldurduqda,   torpaq

kütləsi   şişir.   Bu   vəziyyətdə   ayrı-ayrı   xırda   qırıntılar   öz

yerini dəyişir və sürüşmə səthi əmələ gəlir. Su ilə əlavə

təmin edildiyinə görə (qrunt suları hesabına) ətraf subarid

landşaftların   ot   bitkilərinə   nisbətən,   taxıl   otları   sahələri

daha   məhsuldardır.   Belə   görünür   ki,   illik   töküntülərin

miqdarı   40-50s/h   yaxındır.  Bu   torpaqların   qara   rənginə

baxmayaraq, humusun miqdarı azdır, lakin ən üst qatda

4%-dən   çox   da   ola   bilər.   Profil   boyu   aşağı   getdikcə

humusun   miqdarı   sürətlə,   təxminən   1%-ə   qədər   azalır.

177



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə