torpaqlar əsasən su altında qalan subasarlarda
yayılmışdır. Sahil bəndləri üzərində qalareya tipli meşələr
altında yuyulmuş turş torpaqlar əmələ gəlir. Torflu tropik
torpaqlar Cənubi Amerikada geniş inkişaf etmişdir
(Venesuelada, Qayanada və b), humid vilayətlərin
bataqlıq və xırda göllər şəraitində dəmir oksidin
toplanması baş verir. Pis öyrənilmiş qleyli tropik torpaqlar,
əvvəlki fəsildə nəzərdən keçirilmiş, qleyləşmiş qara
torpaqlarla keçid vasitəsilə əlaqələnir.
Arid şəraitdə iri çayların subasar torpaqlarında
güclü buxarlanma sayəsində kalsium karbonatın
çöküntüləri əmələ gəlir. Müxtəlif şoranların – xloridlərin,
sulfatların, sodanın törəmələri çox yayılmışdır. Axırıncılar
Tropik Afrikanın kaynozoy dövrünün vulkanizm prosesləri
gedən (Qreqori rifti zonası) arid rayonları üçün xüsusilə
səciyyəvidir. Ekstra arid şəraitləri üçün səciyyəvi olan
nitrat və borlu şoranlara az rast gəlinir.
20.9. Okean adaları və sahillərin torpaqları
Belə torpaqlar çayların deltasında və okean
sahillərində qabarma və çəkilmə zolaqlarında əmələ gəlir.
Bəzi yerlərdə, dəmir birləşmələri ilə zəngin lilli çöküntülər
qatında sulfidlər (hidrotroilit) əmələ gəlir. Sonrakı
oksidləşmə sulfat turşusunun, daha sonra isə kvarsın
əmələ gəlməsinə səbəb olur. Nəticədə pH-ın miqdarı 2-3-
ə qədər olan ultraturş torpaqlar meydana çıxır.
Dünya okeanının tropik qurşağındakı okean
adalarında xüsusi torpaq qrupları əmələ gəlir. Bunların
182
arasında xeyli özünəməxsus olan koral adalarının –
atolların torpaqları yayılmışdır.
Torpaqəmələgətirən süxurları qar kimi ağ rəngdə
koral qumları və rif əhəngdaşlarından ibarətdir. Bitki
örtüyü kolluqların cəngəllikləri, ara sıra alçaq taxıl örtüklü
təkrar kokos palması meşəliyindən ibarətdir. Bitkilərin
qidasını təşkil edən mineral qida elementləri torpağa
atmosfer yağıntıları ilə daxil olur. Ən geniş yayılan
humuslu-karbonatlı qumsal atollu torpaqlardır ki, yuxa (5-
10sm) humus qatı (A
1
) ilə fərqlənir. Burada humusun
miqdarı 1-2% və pH isə 7,5-ə yaxındır.
Adalarda ən mühüm torpaqəmələgətirən amil
ornitofaunadır. Quş koloniyaları burada külli miqdarda
peyin buraxırlar. Torpaq üzvi maddələrlə zənginləşir,
xüsusi ağac bitkiləri, yüksək ot cəngəllikləri və ayıdöşəyi
meydana gəlir. Torpağın profilində turş reaksiyalı qalın
torflu-humus qatı əmələ gəlir. Belə torpaqlar karbonatlı-
melano-humuslu atollu torpaqlar adlanır.
Yağıntıların nisbətən az miqdarda olması və fəal
karstlaşma atollarda arid şərait yaradır, bu da quşların
peyininin yumşaq tozvari atol fosfatına çevrilməsinə
gətirib çıxarır. Onun üzərində olan kserofit kolluqlar
altında karbonatlı-fosfatlı qonur torpaqlar əmələ gəlir.
Karbonatlı – humus torpaqları Sakit və Hind
okeanlarının ada dövlətləri üçün mühüm təbii sərvət, həm
də kokos palma plantasiyaları üçün əsas baza hesab
olunur.
Sahil zolaqlarında qabarmaların təsiri olan
sahələrdə manqr bitkiləri altında daha orijinal torpaqlar
əmələ gəlir. Kiçik laqunlarda əmələ gələn manqr
183
torpaqlarının profilində ancaq pis ifadə olunan humus qatı
ayrılır. Qabarmalar zamanı su altında qalan basdırılan
torpaqlarda çox vaxt torflu qat əmələ gəlir. Manqr
torpaqlar təkcə adalar üçün deyil, həm də tropik qurşağın
materik sahilləri üçün xarakterikdir. Manqr bitkiləri çox
zaman yaxşı yuyulan sədlərdə və riflərin haşiyələrində
məskən salır. Belə halda bitkilər qida elementlərini
bilavasitə dəniz sularından alırlar. Belə təbii hidroponika
şəraiti Afrika, Mərkəzi Amerika, Karib dənizi adaları sahil
riflərinin manqrları üçün səciyyəvidir.
184
XXI FƏSİL
DAĞLIQ VİLAYƏTLƏRİ TORPAQLARININ
SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Yer kürəsində dağ torpaqları xeyli geniş
yayılmışdır. Bütün quru sahəsinin 1/5-i, yəni 20%-dən
çoxu, keçmiş SSRİ ərazisinin 1/3–i (29,3%-i) dağlıq
vilayət torpaqlarının payına düşür (Şəkil 21.1.).
Ayrı-ayrı kontinentlərdə dağlıq ərazinin tutduğu
sahə eyni deyildir. Dağlıq landşaft ən geniş miqyasda
Asiya materikində yayılmaqla onun ərazisinin 47%
təşkil edir. Şimali Amerika materikində dağlıq ərazi
45%, Afrika materikində 24%, Cənubi Amerikada 23%,
Avropada isə 20% təşkil edir. Dağlıq landşaft ən az
sahədə Avstraliya və Okeaniya adalarındadır ki, onların
sahəsi Yer kürəsi qurusunun 9%-ni təşkil edir.
Düzənliklərdə olduğu kimi Dağlıq ölkələrdə də
torpaqəmələgəlmə amillərin eyni kombinasiyaları
xüsusi şəkildə təkrar olunur. Ona görə dağlarda düzən
ərazilərin avtomorf torpaq tipləri ; podzol, qara, şabalıdı
və b. torpaqlar yayılmışdır. Bununla belə dağlıq və düzən
şəraitlərində əmələ gələn torpaqlar müəyyən fərqə
malikdirlər. Nəticədə düzən və dağ vilayətləri
şəraitlərində əmələ gələn birtipli torpaqlar, aydın
şəraitdə fərqlənirlər. Buna görə də onlara “dağ “ sözü
əlavə edilərək dağ podzol, dağ boz-meşə dağ qara
torpaqları və s. deyə ayırırlar.
Bundan əlavə, dağlıq vilayətlərdə elə şərait
yaranır ki, orada düzənliklərdə rast gəlmədiyimiz
185
Dostları ilə paylaş: |