261
Göz yaşlarımı saxlaya bilməyib ağladım. Xiyabanda otu-
rub orucluq aclığından əldən düşmüş qocalardan bir neçəsi
söhbətlərini kəsib bu kədərli vüsala heyrətlə tamaşa elədilər.
Vallah içlərində ağlayanlarını da görəndə bağrım yarıldı.
İçəri keçdik. Şəhriyarın yerdəki məzarını öpüb, hacının
dualarına doyunca “Amin!” dedik, Nizami Gəncəvinin qapı
ağzında qoyulmuş balaca heykəlini bağrımıza basdıq.
Deyirəm, büdpərəstlik nə qədər günah olsa da, içində ki,
bu qədər təsəlli, ümid, inam var, təqdir olunmalı bir dinmiş.
Əlimi Şəhriyarın sinə daşına sürtdükcə, sankı ulu Heydərba-
banın daranmamış saçlarını sığallayırdım, məzarını öpdük-
cə, sanki Bakı həsrətiylə çuxura düşmüş yorğun gözlərindən
öpürdüm.
Məqbərəni, xiyabanı xeyli gəzdik. Həmin günü Təbrizin
bütün gəzməli-görməli yerlərində olduq. Gecə otelimizə yor-
ğun çatanda otelin adminstratoru olan hacı Ələmdar bizi
qarşıladı:
– Sizi iki nəfər soruşur, içəridə zalda oturub 3 saatdır ki,
sizi gözləyirlər.
Fikirləşdim, – “Kim olar bu, ay Allah?”. Hacı, – “İt uşa-
ğı, yenə xəbərləyiblər! Batdıq!” – deyə elə hey mırıldanırdı.
Zala girdik. Bizi görcək Sədatla Ənvər ayağa durub bizi ba-
ğırlarına elə basdılar ki, sanki əlli il idi ki bir-birimizdən ayrı
düşmüşdük.
– Bayaqdan sizi gözləyirik. Otelə qalxmayın, gedirik
bizə!
– Eləmə-etmə ay Sədat, niyə narahat olursunuz. Artıq
gecdir, hava qaralıb, bu vaxt gedib neyliyəcəyik?
262
– Yox! Bizimkilər hazırdırlar, sizi “frutqartda
37
” gözlə-
yirlər. Hamımız oturub sizə qulaq asmaq istəyirik.
Çox israr elədim, Sədatı inadından döndərə bilmədim.
Naələc qalıb getməyə razılıq verdik. Ənvərin maşınına minib
Sədatgilə yollandıq. Anam-bacım olsun – yoldaşı, qızı, o qə-
dər mələkqəlbli insanlardır ki, sanki bacımın evinə qonaq
gəlmişdim. Vallah deyirlər Azərbaycan qonaqpərvərdir, am-
ma bizdə – Bakıda üçkilidli dəmir qapımızın gözlüyündən
görəndə ki, gələn əmim oğlunun dayısı nəvəsidir, az qala
içəridən qışqırırıq ki, – “evdə heç kim yoxdur!”. Ancaq, ta-
nımaza-bilməzə insana bu qədər mehribanlıq göstərmək, qo-
nağa ürəyini açmağın Təbrizdəki səmimiliyini dünyaya də-
yişmərəm. Yüngülvari yeməyimizi yeyib qurtarandan sonra
otelimizə yollanmaq üçün icazə istədim. Amma Sədatın tele-
fonuna bayaqdan edilən zənglər və Sədatın – “Yarım saata
gəlirik” – deməsinin, sən demə bir fırıldağı varmış.
Sədat:
– Hara gedirsən! Bütün nəslimiz parkda bizi gözləyirlər.
Narahat olma, oturub çay içəcəyik və sən Bakıdan danışa-
caqsan, bizsə qulaq asacağıq.
Yenə əlim-qolum bağlandı. Maşına minib xeyli yol get-
dik və Təbrizin ən gözəl parklarından birinə – “Frutqat
bağı”na çatdıq. Üstümüzə gələn insan dəstəsinin sayını mən
50 deyim, siz 80 bilin. Allaha and olsun ki, qoca, qadın, uşaq
demədən hamı bir-bir Bakıdan gələn bir insan əlini sıxmağın
şərəfinə nail olmaq üçün az qala sıraya düzülmüşdülər.
Kişilər məni bağrına basmaqdan xaşılımı çıxarmışdılar. Qa-
dınlar oğlum Nihadın üzünü yalam-yalam elədilər. Hacıdan
37
Təbrizdə hava limanının yaxınlığında gözəl bir bağdır
263
bir az çəkinsələr də (axı onun hacılara məxsus saqqalı vardı)
ona sonsuz ehtiram göstərirdilər. Sən demə bu qədər adam
Sədatın bacıları və onların ailələri, onların uşaqları, atası,
qardaşı uşaqlarıymış – Allah hamısını xoşbəxt eləsin. Eni 4
m-dək olan daş səkinin təqribən 3 metrini xalça-palazla ör-
tüb tutmuşdular. Sədat evdə başımızı çayla aldatmışdı. Am-
ma nə çay! Aş qazanı bir tərəfdə, kabab manqalı bir yanda,
iri simavər bir tərəfdə... Mütəkkələrə söykənib yerdən bardaş
qurub oturduq. Vəsfimdən, qoxlanmaqdan utanıb yerə
girirdim. Qızlar, gəlinlər, analar, cavan oğlanlar sanki qəfəs-
də nadir heyvanı izləyirdilər. Mənə zillənmiş gözlərdən giz-
lənə bilmirdim. İlk dəfəydi ki, adam yerinə qoyulub bu qə-
dər sevildiyimdən qəhərlənmişdim.
– Bakıdan gətirdiyin ayağının tozuna qurban olum. “Ba-
kı qoxan gül üzünə qurban olum. Bəxtiyardan, Süleyman-
dan
38
Şəhriyara salam gətirən dilinə qurban. Bizə Bakıdan
danış, Qarabağdan, Naxçıvandan danış...
İnsana nə qədər alqış eliyərmişlər qardaş! Xoşəllənib
39
su kimi axırdım.
Cavanlar bizə çay payladı, kababın ardı-arası kəsilmirdi.
Dovğa, ayran, sanki bulaqdan şlanqla çəkmişdilər, bitmək
bilmirdi. İnanın inandığınıza ki, aşı düz sübh saat 4-də süf-
rəyə verdilər. Yeməkdən partlayırdım. Təbrizin gecə mehi
məni üşütmürdü. Şala bürünüb işıqlı Bakı gecələrini, ala-
toran işıqlandırılmış Təbriz gecələriylə müqayisə edirdim.
Bayıl yaylasındakı teleqüllədən ətrafa rəngli işıq saçan lazer-
lərdən danışanda, – “Baba, lazer nə mənədi?!...” – deyib
38
Süleyman-Süleyman Rüstəm
39
X
oşhal olmaq
264
gözlərini bərəldən cavanlar, həmin teleqülləni öz gözlərilə
görmək ehtirasıyla yanıb-yaxılırdılar.
Elə birlikdə sahuru bağlayıb günün orucuna niyyət
edəndə, bu gün telefonunu götürdüyüm taksi sürücüsünə
zəng elədim. Bakıya qayıtmaq istəyimi biləndə məni yanla-
dılar. O dedi, – “Bizə gedəcəyik”, bu birisi dedi, – “Yox
buraxmaram, bizə gedəcəyik!”. Qollarımdan o qədər o yana,
bu yana dartmışdılar ki, əmin idim ki, həmin saatlarda qo-
lum ən azı yarım metr uzanmışdı. Qəti sözümü bildirdim:
– Nə olursa olsun indicə Bakıya çıxmalıyam. İşlərim tö-
külüb qalıb. Həm də bir gün də qalsam sizin bu mehriban-
çılığınızdan, qonaqpərvərliyinizdən quduraram.
– Onda söz ver ki, gedib ailəni də götürüb dərhal geri
qayıdacaqsan... – dedilər.
– Yaxşı, söz verirəm ki, ən qısa vaxtda sizləri bir daha
görmək üçün doğma Təbrizimə geri dönəcəyəm – dedim.
Aradan bir saat keçməmiş məni Biləsuvara aparacaq taksı
sürücüsü zəng vurdu, – “Ağa, mən sizi görürəm, xiyaban-
dayam”. Ayağa durub hamıyla sağollaşdım, hər bir ailəylə
ayrıca şəkil çəkdirdim. Sonsuz təşəkkürlərimi bildirib maşına
oturmaq istəyəndə Sədatın yaşlı atası qolumdan tutdu.
– Deyirsən Bakıda daha şurəvi, KQB qalmayıb..?
– Yox əmican, şurəvi də, sən deyən KQB də çoxdan tarix
olub gedib.
– Yəni deyirsən, indi azadca Bakıya, Gəncəyə, Naxçı-
vana, Qarabağa gedib-gələ bilərəm?
– Qarabağa yox, çünki ermənilərdədir, ancaq o birisi-
lərinə lap Qəzvinə getdiyin kimi sərbəst gedə bilərsən. Ürə-
yin nə vaxt istəsə Sədata de, mənə bir gün əvvəldən xəbər
Dostları ilə paylaş: |