ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

 
265 
 
eləsin,  lap  gəlib  sizi  Biləsuvarda  özüm  qarşılayaram,  hara 
istəsən oraya da özüm apararam. 
– Oğul səndən bir xahişim var... 
– Xahiş nədi, Soltan əmi, əmr elə..! 
–  Qadalarını  alaram,  Ağdamda  mənim  əmiuşaqlarım 
var. Hitler müharibəsindən sonra atam Təbrizə yerləşib, qo-
hum-əqrabamdan  aralı  düşmüşəm.  Adları  Hüseyn  və  Hə-
səndir  –  Yusifcanlı  kəndindəndirlər.  Yoxlaya  bilərsənmi  ki, 
sağdılarmı, kimi-kimsələri varmı? 
– O nə sözdür Soltan əmi. Elə gedən günü onları soraq-
lamağa başlayacağam. 
– Cavabını gözləyəcəyəm oğul, məni çox intizarda qoy-
ma.  Ömrümün  son  günlərində  gözlərimə  şurəvidən  gətiril-
miş torpaq tökülsün istəyirəm. Mən də görüm, hökumət im-
kan versə Sədatı da götürüb Bakıya gələrəm... 
– Mütləq gəl əmi, yolunuzu səbirsizliklə gözləyəcəyəm... 
Di  Allah  amanında,  mən  gedim,  yoxsa  məni  tutub  yenidən 
oturdacaqlar. 
–  Yolun  açıq  olsun  bala,  Bakıya  Təbrizdən  çoxlu-çoxlu 
salam yetirərsən. Gələn dəfə mənə bir ovuc vətən torpağı gə-
tirməyi unutma. 
– Möhkəm ol Soltan əmi, mütləq gələcəyəm. 
Bir daha bircə gecəyə ən əziz insanlar olmuş həmvətən-
lərimin yaşlı gözlərinə baxıb, özüm də kövrəldim və göz yaş-
larımı gizlədim deyə taksiyə minib gözdən itdim. Sübh ertə-
dən  otelə  gəldik.  Par-paltarımızı  yığışdırıb  Təbriz-Biləsuvar 
yoluna çıxdıq. Havası qan qoxan Təbrizimin bir gün duman-
lı  Tehranla  üz-üzə  gələcəyi  gün  nələr  olacağını  eynimdən 
keçirdim.  “Allah  sizə  yar  olsun,  Allah  bizimlə  olsun  canım 
Təbrizim”...  Biləsuvaradək  Hacı  Şahsuvarın  xorultusundan, 


 
266 
 
Nihadın mışıl-mışıl yatışından, geridə buraxdığım gözüyaşlı 
təbrizlilərin  fikrindən  yata  bilmədim.  Saat  10-da  Biləsuvara 
çatdıq. Günorta saat 3-də öz evimizdəydim... 
Deyəcəksiniz  ki,  –  “Dağı  arana,  aranı  da  dağa  daşıdın. 
Yüz  dərənin  suyunu  qatdın  bir-birinə.  Sözünün  Mustafası 
nədir?”. Vallah heç nə! Bircə onu demək istəyirəm ki, Təbriz-
də bir böyük nəslin ağsaqqalı Soltan kişi var. Neçə illərdir ki, 
bu  taydakı  əmiuşaqları  Hüseyn  və  Həsənin  intizarını  çək-
məkdən  gözləri  tutulmaq  üzrədir. Allah Azərbaycanı  Təbri-
zə,  Bakıya  bölənlərin,  bizi  elimizdən-obamızdan  didərgin 
salanların balasını öldürsün. Bütün ağdamlılar respublikanın 
hər  yerinə  səpələniblər  –  Həsənlə,  Hüseyni  tapa  bilmirəm.  
Əgər  sağdırlarsa  özləri,  rəhmətə  gediblərsə  övladları  və  ya 
yaxınları Soltan kişinin sorağına hay versinlər. Axı kişiyə söz 
vermişəm... 
10 -27 sentyabr 2010 (Bakı-Təbriz) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
267 
 
 
 
 
 
 
Dovşan 
 
 
 
H
ələ o vaxt 9-cu sinifdə oxuyurdum. Atam Dərin Özül-
lər  Zavodunun  mühəndisi  işləyirdi.  Bazar  günü  olduğundan 
məni  də  iş  yerinə  aparmışdı.  5  saylı  sexin  çölündə  xudmani 
bir bağ var idi, adına  “Mirhəsənin bağı” deyirdilər. Mirhəsən 
əmi bu sexin həm də rəisi idi. Bağda uzun bir stol açmışdılar. 
Səhər saat dörd olsa da, biz bağa girəndə atamın iş yoldaşları 
xaş  süfrəsinin  ətrafına  yığışmışdılar.  Çoxlarını  üzdən  ta-
nıyırdım deyə, heç nədən çəkinmirdim. Sex rəisinin köməkçisi 
Bəbir  əmi  axşamdan  xaşın  altına  nəzarət  etmək  üçün  sexdə 
gecələmiş, sabaha dadlı bir xaşı bişirməyi bacarmışdı. İki kasa 
xaşı  səhər-səhər  acqarına  elə  təkcə  mən  yedim.  10-12  nəfər 
mühəndis hava işıqlananadək xaşdan yeyib, araqdan o ki var 
gillədirdilər.  Payız  səhəri  olsa  da  hava  bayırda  üşütmürdü. 
Xaş  ziyafəti  saat  10-dək  çəkdi.  Artıq  ağızlarının  danışığını 
itirəndə,  məni  vecə  almadan  şit  zarafatlara  başlayanda  za-
vodun  sexlərini  gəzməyə  çıxdım.  O  böyüklükdə  sexlər  bom-
boş idi – “qu” deyirdin qulaq tutulurdu.  
Qəsəbəyə  evə  dönərkən  4-5  maşın  dalbadal  düzülmüş-
dülər. Biz ən qabaqdaydıq. Zavodun qəsəbəyə gələn arxa çöl 
yolu  qaz  buruqlarının  arasıyla  dümdüz  uzanırdı.  Atam  ma-
şını  bərk  sürürdü.  Neçə  dəfə,  –  “Ata  yavaş  ol,  içmisən”  – 


 
268 
 
desəm  də  sözümə  məhəl  qoymadı.  “Narahat  olma,  kimsəsiz 
yoldu” – deyirdi. Ancaq qəfildən bir çöl dovşanı qabağımızca 
yolboyu  tozanaq  götürdü.  Atam  qazı  sonadək  basıb  dovşanı 
ayaqlamağa  girişdi.  Allahın  bu  zəhləmgetmiş  heyvanı  bir 
xeyli  köhnə  asfaltla  qaçandan  sonra  birdən  torpaq  çöllüyə 
buruldu.    Atam  da  dovşanın  dalınca  düşdü.  Atamın  dostları 
yolun  kənarında  maşınlarını  saxlayıb  atamı  qızışdırırdılar,  – 
“Əyə vur! Maşınla basdala...! Diri tut!” – deyib bağırışırdılar. 
Təkcə, qalındivarlı dik metal boruya maşınımızın çırpıl-
dığını xatırlayıram.  Gözlərimi  xəstəxana palatasında  açanda 
yanımda Mirhəsən əmini gördüm. 
– Mən hardayam Mirhəsən əmi? – soruşdum. 
–  Başın  yarılmışdı,  həkimlər  tikiş  qoyublar.  Xəstəxana-
dasan. Özünü necə hiss edirsən? 
– Başım ağrıyır. Bəs atamgil hanı? 
Sərxoş gözlərini gizlətməyə çalışdığını indi xatırlayıram, 
– “Gələcəklər bir azdan...” – dedi. 
Ancaq  evimizə  çatanda  yas  çadırını  məhlədə  görüb 
dəliyə döndüm. Atamı dəfn edib qayıtmışdılar. 
 
 
* * * 
 
Aradan  illər  ötdü.  Uşaqlıq  illərim  xaşa  və  dovşanlara 
nifrətlə  keçdi.  Hətta  bir  dəfə  dovşan  balası  alıb  saxladım. 
Ona  olmazın  işgəncələr  verməkdən  ləzzət  alırdım.  Qulağını 
çərtirdim, ətinə iynə batırırdım. Axırda əzişdirib dovşanı öl-
dürdüm.  Ətini  çiy-çiy  itə  yedirib  atamın  qisasını  aldıqdan 
sonra içimi rahatlatdım. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə