ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

 
277 
 
–  İxtiyar  sahibisiniz  bala,  mənə  fikir  verməyin,  – 
yanımda araq içiləndə özümü günaha batmış hesab etsəm də 
etiraz etməyə haqqım yox idi.  
Birin  qoyum,  o  birin  danışım.  Bir  gün  Xudavəndi  aləm 
mələklərdən  birinə  göstəriş  verir  ki,  –  “Bax  o  içki  məclisinə 
iri  bir  daş  at,  qoy  cəhənnəmə  vasil  olsunlar”.  Mələk  gedir 
görür  ki,  o  məclisdə  bir  dindar  da  oturub.  Qayıdıb  Allaha 
deyir  ki,  –  “Ey  Xudavənd,  axı  orda  bir  mömin  bəndən  də 
var..?”. Allah qəzəblənir və deyir: – “Onda qayanın ən irisini 
at,  axı  onun  orda  nə  işi  var!”.  Odur  ki,  uşaqlar  içməyə 
başlayanda bir bəhanəylə kupedən çıxdım. Həm də dedim, – 
“Cavandırlar,  qoy  mənə  görə  narahat  olmasınlar.  Öyüd-nə-
sihət  verib  qanlarını  qaraltmayım”.  Dəhlizin  pəncərəsindən 
bayıra tamaşa edirdim. Çönüb açıq qapıdan yandakı kupeyə 
baxdım. İnan ki, Cavid dediyi hələ azmış. Elə bil Allah-təala 
bu  iki  gənci  kefinin  ən  yaxşı  çağında  və  elə  bir-birləri  üçün 
yaradıbmış. Bir sözlə Günəş də, Ay da bunların yanında heç 
baxılası deyildi – Allah bəd nəzərdən saxlasın.  “Salam” ve-
rib  kupelərinə  girdim.  Oğlan  qızın  əlini  ovcundan  burax-
mırdı. Mən içəri girəndə ikisi də  ehtiramla ayağa qalxdılar. 
–  Əyləşin  bala.  Bayaqdan  uşaqlar  sizin  gözəlliyinizdən, 
bir-birinizə  yaraşmağınızdan  dil  boğaza  qoymurlar.  Allah 
sizi bədnəzərdən saxlasın, evlisiniz? 
Oğlan: 
–  Yox  baba,  hələ  nişanlıyıq.  Valideynlərim  icazə  versə 
evlənəcəyik. Ata-anamdan halallıq almağa gəlmişik. 
İnanırsanmı,  ürəyim  dağa  döndü,  sevincimdən  bilmə-
dim ağlayım, yoxsa atılım-düşüm. Demək, hələ də Azərbay-
canda  ata-ana  halallığını,  böyük-kiçik  yerini  qoruyub  sax-
layan cavanlarımız qalırmış.  


 
278 
 
– Bəs icazəsiz nişanlanmısınız? – soruşdum. 
–  Nişanlanmaq  deyəndə  ki,  deyikli  sayılırıq.  Əgər  ha-
lallıq ala bilsək indi nişanlanacağıq. 
Mənim  onlarla  söhbətə  bizim  kupedəkilər  qulaq  verir-
mişlər. Cavid bizim yanımıza keçdi: 
– İcazə verirsinizmi qardaş, bacımla mən də tanış olum? 
Oğlan ayağa qalxıb Cavidin əlini sıxdı: 
– Adım Namiqdir. Bu isə nişanlım Selen. 
Cavid: 
–  Namiq,  sənə qurban olum,  bayaqdan  mal  kimi  gözlə-
rimi  sənə  və  Selen  bacıma  zilləyib  baxdığımıza  görə  bizi 
bağışla. Qurana and olsun ki, içimizdə pis bir niyyət yoxdur. 
Sən belə bir gözələ sahib olduğun üçün dünyanın ən xoşbəxt 
insanı olmalısan. Bizdə bir mahnı var ey, –  “Qardaş bu cey-
ranı hardan almısan...”, – o söz olmasın, siz bəlkə cənnətdən 
gələn  qatarla  Kiyev-Bakı  qatarını  səhv  salmısınız?  Həm  də 
bacımıza gör türban necə yaraşır. Allah haqqı evə çatan kimi 
nişanlıma türban geydirəcəyəm, geyməsə onu almayacağam. 
Bacım ukraynalıdır? 
–  Hə, həm  də  lap  təmizindən,  – Namiq  qürurla  gülüm-
sündü.   
– Şəmşid baba, sizi and verirəm Allaha, gəl şəriəti, dini 
qoyaq bir tərəfə. Bu cavanların toyunu elə bu vaqondaca baş-
layaq.  Nə  deyirsən?  Bilirəm  sən  “hə”  desən,  Namiq  qarda-
şımız da bizi qırmaz... – Cavid dedi. 
Mənim əvəzimdən Namiq dilləndi: 
–  Mən  də,  Selen  də  namaz  qılırıq.  Ehtiramınıza  görə 
ikimiz  də  təşəkkür  edirik,  siz  işinizdə  olun.  Bizi  bağışlayın. 
Ümidvaram bizi düzgün anlarsınız. Dəvətinizə görə bir daha 
təşəkkür edirəm.  


 
279 
 
Namiqin  olduqca  mədəni  cavabı  onu  utandırmışdı.  Ca-
vid kor-peşiman kupemizə qayıtdı. Ancaq yan kupedən növ-
bə  ilə  bu  cavanların  şərəfinə  sağlıqlar  deyir,  Namiqin  bu 
duyğusal  sevdasına  vurğunluqlarını  bildirməkdən  yorul-
murdular. 
Cavid yan otaqdan gah ana dilimizdə, gah da Selen başa 
düşsün deyə rusca: 
–  Namiq  qardaş,  Qurana  and  olsun,  əgər  sən  rus,  “xa-
xol”,  ingilis  olsaydın,  Seleni  “uf”  demədən,  nişanlı  oldu-
ğuma  baxmayaraq  əlindən  alıb  dünyanın  heç  kim  olmayan 
ən ucqar küncünə qaçırardım. Selen, heç qardaşın varmı? 
Selen: 
– Yox. 
Cavid: 
– Onda bil, bu gündən Azərbaycanda sənin üç qardaşın 
var – Əsgər, Cavid və Ülvi. Xətrinə dəyən, qəlbini qıran olsa, 
nağıllarda  deyilən  kimi,  –  “telindən  bir  tük  yandır,  həmən 
yanındayıq”. Azərbaycanımızı öz gəlişinlə şərəfləndirən, gö-
zəlləşdirən  Selen  bacımızın  şərəfinə!  Onu  bizim  vətənə 
gətirən  qardaşımızın  şərəfinə!  Namiq  xoşbəxt  ol  qardaş. 
Selen bacımızın şərəfinə..!  
Yan kupedə bir vur çatlasın idi ki, bu sevincə qoşulma-
maq olmurdu. Cavanlar bir-bir Namiqgilin kupesinə gəlib ən 
səmimi  ürək  arzularını  deyib,  yenidən  otaqlarına  keçib 
içirdilər. Uşaqlar yaxşıca keflənmişdilər. Hə.., Valid, oğul nə 
başını ağrıdım üç nəfərə üç şüşə araq içəndən sonra gecəyarı 
oldu və kupe yoldaşlarım axır ki, yuxuya getdilər. 
Yatmaq  üçün  kupedəki  yerimə  keçdim  –  uşaqların  üçü 
də  mışıl-mışıl  yatırdılar.  Üstlərini  örtdüm.  Arağın  qoxusun-
dan  içəridə  durmalı  deyildi.  Alt  mərtəbəki  bu  yerimdə  bir 


 
280 
 
xeyli  oturdum.  Havam  çatmadı.  Dəhlizə  çıxıb  çölə  tamaşa 
elədim. Namiq balam məni gördü – yəqin narahatlığımı başa 
düşmüşdü. Yanıma gəldi: 
– Babacan, biz də sənin balan, gəl bizim kupedə yat. Se-
len  onsuz  da  üst  mərtəbədə  yatır.  İkimiz  də  alt  yataqlarda 
yanaşı yatarıq... 
– Allah razı olsun səndən bala. Yuxum gəlmir hələ, sən 
get yat. Yatanda gələrəm – dedim. 
Namiq: 
– Qoy Selen namazını bitirsin yataq, gecdir daha. 
– Yaxşı, namazı az qala unutmuşdum... 
Bir az dərdləşdik Namiqlə. Selen namazı bitirib bizi içəri 
çağırdı.  Namiqlə  növbə  ilə  namazımızı  qıldıq.  Mən  namaz 
qılanda  Selen  yuxarıdan  mənə  sarı  elə  şirin-şirin  boylanırdı 
ki, az qala ayələri dolaşıq salacaqdım. Qoy yaxşı eşitsin deyə 
surələri  onun  eşidə  biləcəyi  səslə  oxuyurdum.  Mən  namazı 
bitirən  kimi  yatağına  çəkilib  üstünü  yun  ədiyalla  örtdü. 
Səhər saat 3-4-ə qədər Namiqlə şirin söhbət elədik. 
– Səncə valideynlərin evlənməyinizə mane olarlar? – so-
ruşdum. 
Namiq: 
– Anam.., inanmıram, amma atam bir az sərtdir. Həm də 
çox  dindar  olduğundan,  qorxuram  camaatın  tənəsindən  çə-
kinib tələsik və yalnış qərar verə... 
– Onu yola gətirəcək bir ağsaqqal, qohum-əqrəban yox-
durmu? 
–  Dərd  orasıdır  ki,  kəndin  ən  ağsaqqalı,  sözü  keçəni 
atamdır. 
– Necə tanış olmusunuz Selenlə, necə oldu ki, müsəlman 
olmağa razılıq verdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə