ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

 
281 
 
–  Boqomolets  adına  Kiyev  Dövlət  Tibb  Universitetində 
eyni  qrupda  oxuyuruq.  İki  ildir  ki,  bir-birimizi  sevirik.  Sək-
kiz  aydır  ki,  tatar  məscidində  müsəlmanlığı  özü  öz  istəyilə 
qəbul  edib.  Dinimizi  çox  sevir,  Quranı  oxumaq  üçün  ərəb 
dilini  öyrənir.  Az-maz  azərbaycan  dilində  danışır  da.  İndi 
Allah  bilən  məsləhətdir,  xeyir  Allahdan,  evlənmək  istəyirik. 
Bircə atamın ürəyinə Allah insaf salaydı kaş... 
– Düzələr, narahat olma. Hansı ata öz balasınıın mürəv-
vətini istəməz? Yəqin ki, razılıq verər  – təskinlik verdim. 
– Hətta, Selenin şəklini göndərmişəm. Anam atama gös-
tərib. Atam, – “Sümüyümü it sümüyünə calamasın!” – deyib. 
–  Hə... Allah  özü  bilən məsləhətdir  bala. Narahat  olma. 
Gecdir daha, yat. 
Namiq  yatdı.  Ancaq  səhəri  dirigözlü  açdım  –  Namiqin 
atasının  yola  gəlməyəcəyi  qorxusu  məni  yaman  narahat  et-
mişdi. Heç rəvadırmı ki, belə gözəl balalar bir kişinin quruca 
inadı  ucbatından  bir-birindən  ayrı  qalsınlar...  Kiflənmiş  ürf-
adətlərimizin kəsif qoxusundan iyrəndim. 
Səhər  açıldı.  Bizim  “sərxoşlar”  da  vidalaşıb  ayrıldılar. 
Namiqin yanaqlarını, Selenin əlini duz kimi yalayırdılar. Yal-
varırdılar,  –  “Sizi  and  veririk  Allaha,  müqəddəs  Qurana, 
xoşbəxt olmaq üçün var gücünüzlə çalışın. Allah sizi, gözəl-
liyinizi, xoşbəxtliyinizi özü hifz eləsin! Bax, bir yardımımıza 
ehtiyacınız olsa mütləq bizi axtarın, artıq siz bizim bir parça-
mızsınız! Toyunuza da  mütləq  çağırın”.  İsrarla  bizi  evlərinə 
qonaq  dəvət  etdilər.  Razı  olmadıq.  Telefon  nömrələrini  də 
verib  bizi  tərk  etdilər.  Allah  qorusun,  yaxşı  oğlanlarıydılar. 
Hə Valid qardaş, bax bu qoxu onların qoxusudur. 


 
282 
 
Şəmşid  kişi  yaxşı  söhbətcil  adamıymış.  Elə  nağıl  edirdi 
ki,  yaza  bilsəydim,  yazımın  mətni  artıq  gözlərim  qarşısın-
daydı. Bu heynidə içəri cavan bir oğlan girdi: 
– Salamun əleyküm babacan. Selen süfrə açıb gəl nahar 
edək. 
Şəmşid kişi: 
–  Sağ  ol  mənim  balam.  Mən  düşüb  kiftə  yedim.  Nuş 
olsun, siz yeyin. 
Kişiyə “gözəl” deməyi sevmirəm, ancaq Namiq həqiqə-
tən boy-buxunlu, suyuşirin, yaraşıqlı oğlan idi.  
– Həmin Namiqdir? – soruşdum. Əl sıxıb Namiqlə tanış 
olduq. 
Şəmşid kişi: 
–  Hə,  odur.  Əmisi,  bilirsən  necə  ağıllı  baladır?  Elə  bil 
yetmiş yaşlı dünyagörmüş qocadır. Elə müdrik, savadlı söh-
bətləri  var  ki...  Hələ  sən  Selen  balanı  görəsən...  Allah  bəd-
nəzərdən qorusun. 
Amma çox keçmədi ki, Seleni də gördüm. Yəqin ki, Na-
miqə, –  “Səndən çəkinir bəlkə, amma məni qırmaz” – deyə 
bir  şirin  çay  və  qaynamış  yumurta,  bir  tikə  də  çörək  gətirib 
Şəmşid kişinin qarşısına qoydu: 
–  Bağışlayın,  bilmədim  iki  nəfər  olduğunuzu.  İndi  sizə 
də  gətirərəm.  Baba  xahiş  edirəm  yeyin,  –  axırıncı  cümləni 
bizim dildə dedi.  
Bax, gözəl buna deyərlər. Selen əsl gözəllik təcəssümüy-
dü.  Böyük  məmnuniyyətlə  mənə  də  gətirdiyi  şirinçay  və 
yumurtanı iştahla yedim.  
–  Şəmşid  dayı,  heç  özünüzdən  danışmadınız.  Nəylə 
məşğulsunuz, nə işiniz var Ukraynada, hardan-hara belə..? – 
soruşdum. 


 
283 
 
–  Əvvəlcə  sən  özündən  danış.  Mənim  tarixçəm  çox 
uzundur. 
– Mən adi bir müxbirəm – qəzet redaktoruyam.  
Broşürlərdən  bir-ikisi  portfelimdə  qalmışdı,  birini  çıxa-
rıb ona uzatdım: 
–  Arada-bərədə  belə  şeylər  çap  etdirib  gətirib  paylayı-
ram  imkanı  olanlara.  Ailəmi  dolandırmaq  üçün  çörəkpu-
lumu  belə çıxarıram. 
Şəmşid kişi broşürü aramla vərəqləyib özümə qaytardı, 
– “Deməli sən də yazırsan...” – dedi. 
– Bizimkinə yazmaq demirlər, pul qazanmaq üçün “ya-
zar” qılığına girmək deyirlər. 
Deyəsən  arsızlığım  xoşuna  gəlmədi.  Saqqalını  ovuşdu-
rub  gözlərini  stolun  ustündə  bir  nöqtəyə  zillədi.  Araya  söz 
qatmaq üçün broşürü yenidən ona uzatdım: 
– İstəyirsiniz özünüzə götürün, hədiyyə kimi verirəm. 
–  Nəyimə  lazımdır  ki?  –  dedi.  Bu  cavabdan  isə  özüm 
pərt oldum. 
 Bildim ki, bu yolla çörək qazanmağımı heç bəyənməyib. 
Məndən  əməlli-başlı  hürkdüyünü  sezdim.  Stəkanının  dibin-
dəki çayı da başına çəkib dilləndi: 
– Mən də vaxtilə yazan idim... 
– Nə yazırdınız? 
Gülümsədi: 
– Heç özüm də bilmirdim nə yazıram. Amma bircə şeyi 
bilirəm  ki,  sən  yazdıqlarının  əksini  yazırdım.  Üslublarımız 
tam fərqlidir. Sən mədhiyyə yazırsan, mənsə, məddahlardan. 
Həyatı necə varsa, elə yazmağı sevirdim... 
– Daha yazmırsınız? 
– Yox. Yazmağı tərgizdilər mənə.  


 
284 
 
– Heç çap etdirdiyiniz bir əsəriniz varmı? 
–  Azərbaycanda  yoxdur.  Hamısını  “bələkdəcə  boğdu-
lar”,  yığıb  gözlərim  qarşısında  yandırdılar...  Amma  rusca 
bir-iki kitabıb çıxıb. 
– Hə.., Şəmşid baba, sözlü adama oxşayırsan ha... 
– Yaxşısı budur, gəl bu barədə danışmayaq... 
– Bəs bu qədər yolu nədən danışacağıq? 
–  Mən  düşünürəm  ki,  Namiqin  atasını  necə  yola  gətir-
mək  olar?  Bircə  atasını  günaha  batmaqdan  xilas  etməyin 
yolunu tapa bilsəydik, mənzil başına da rahat çatardım. 
– Bunun bir yolu var  – inamla dilləndim. 
– Necə? 
– Tələsirsən mənzil başına? 
–  Elə  də  yox.  Dörd  ildir  ki,  görmədiyim  bacımın  həsrə-
tindən başqa dərdim, tələsdiyim yer yoxdur. 
– Dörd il olmasın, olsun dörd il, iki gün. 
– Sözünü de! 
– Namiqlə birlikdə biz də gedək və işi qaydasına qoyaq. 
Sonra hərə öz evinə... 
Şəmşid  kişi  bu  dəfə  həm  saqqalını,  sonra  da  başını  qa-
şıdı. 
– Deyirsən bizi eşidər yəni..? 
– Eşitməsə onu, “öz qəzetəmdə rüsvayi-cahan edərəm”. 
– Deyəsən ağılabatan fikirdir axı... Qoy Namiqlə məslə-
hətləşim. Yazıq uşaq evlərinə yaxınlaşdıqca, həyəcandan lap 
dil-dodaqlarını yeyib bitirib. 
– Onun yerinə kim olsa, qorxudan ürəyi yerindən çıxar. 
Gəl bu xeyirxahlığı edək. Nə deyirsən? 
– Qoy uşaqla məsləhətləşim... 
Şəmşid kişi yan kupeyə keçdi. Səsləri aydınca eşidilirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə