ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

 
245 
 
ğundan yeməkxana, dükanların əksəriyyəti bağlı idi. Əlimiz 
ətəyimizdən uzun otelə qayıtdıq. Elə birinci mərtəbədə özü-
müzə  meyvə  şirəsi,  yumurta  qayğanağı,  şirin  çay,  yuxa,  bal 
sifariş  verib  axşam  yeməyimizi  yedik.  Otelin  bütün  müsa-
firlərinin hamısı Bakıdan gələnlər idi (Şimali Azərbaycandan 
gələnlərin  hamısına  burda  “Bakıdan  gələnlər”  deyirlər).  Be-
karçılıqdan  hamı  fars  dilində  dini  rəhbərlərin  ramazan  xüt-
bələrinə  gözlərini  zilləmişdilər.  Otelin  işlədicisi  olan  Hacı 
Ələmdardan,  –  “Peyklə  Bakını  tuta  bilmirsinizmi?”  –  soruş-
dum.  “Burda  peykə  nə  əməl  eliyiblərsə,  heç  yanı  tutmur. 
İndi də internetin sürətini heçə endiriblər” – dedi. 
–  Hacı,  heç  Təbrizi  Bakıya  birləşdirmək  ağlınızdan  ke-
çirmi? 
–  Biz  niyə  birləşirik  ki,  Bakı  özü  ayrılıb,  özü  də  gəlib 
birləşsin... – elə bil acıqlandı. 
– Hacı, Bakını sevmirsənmi? 
– Görməmişəm Bakını. Amma Bakıdakıların hamısı belə 
camaatdırsa,  heç  sevməli  yerə  oxşamır  –  salonda  əyləşib  te-
levizoru izləyən, müalicəyə gəlmiş sadə azərbaycanlıları gös-
tərdi. 
– Nə olub ki bunlara, geyimi sizinkilərdən min dəfə yaxşı... 
–  Ona  görə  demirəm.  Sən  onların  dərdlərinə  qulaq  as-
san, onda görərsən ki, Bakıdakı dühdürlər (burda “doktor”u, 
“doxtur”u  belə  çağırırlar)  onların  başına  nə  oyunlar  açıblar. 
Rüşvəti  sizdə  şüşələrə  doldurub  doğulan  körpələrə  əmiz-
dirirsiniz.  Deyirlər  sizdə  küçələrdə  xanımlar  qolu-qıçı,  saçı 
açıq gəzirlər, restoranlarda kişilərlə birlikdə şərab içib sərxoş 
olurlar,  müğənnilər  soyunub  televiziyaya  çıxırlar...  Bakı 
belədirsə,  mən  belə  Bakını  istəmirəm.  Mən  əhli-əyalımı,  na-


 
246 
 
musumu,  şərəfimi  çölə  atmaq  istəmirəm.  Mən  ailəmin,  mü-
səlmanın belə bir yerdə olmasını istəmirəm... 
–  Hə,  sizi  başa  düşdüm  hacı...  Dediklərinizdə  həqiqət 
çoxdu.  Bəlkə  də  tam  haqlısınız.  Amma  dünya  dəyişir, 
insanlar azad olmağa can atır... 
–  Anan-bacının,  arvadının  başqasının  gözü  qabağında 
soyunmasına azadlıq deyəcəksən? 
–  Gəl  o  qədər  də  şişirtmə  hacı,  hamı  necə  sən  də  elə. 
Kimsənin  namusunda  gözün  yoxdursa,  səninkində  də  heç 
kimin gözü olmaz. 
–  Hamınız  Amerikanın  agentlərisiniz.  Namusu,  abırı 
yadırğamısınız!..  
Bayaqdan  qulaqlarını  bizə  şəkləyib  divanda  sərilmiş 
Şahsuvar durub bizə yaxınlaşdı: 
–  Dilinə  qurban  olum  ay  hacı,  bax  bütün  Bakı  lüt  ka-
firlərlə  doludur.  Bizdə  bir  Röya  adlı  müğənni  var,  soyunub 
çıxır  televizora.  Təsəvvür  etməzsən,  bütün  arvad-uşaqla 
oturub  biz  də  ona  baxırıq.  Sizin  taksi  sürücələri  də  İranda 
onun disklərinə qulaq asırlar... 
Mələk Röya, sən İrana getmə.  Səni burda şallaqlayarlar, 
daş-qalaq eliyib pulsuz qəbir qazdırarlar sənə... Səni o qədər 
sevirlər  ki...  Hansı  təbrizlinin  maşınına  oturursansa  sənin 
mahnılarına  qulaq  asırlar.  Amma  eşidəndə  ki  qalın  geyin-
məklə  aran  yoxdu,  bir  az  sənə  qulaq  asmağı  özlərinə  zina 
kimi  qəbul  edirlər.  İnan  ki,  mən  də  Təbrizdə  sənin  səsinin 
vurğunu oldum. Bu qədər sevildiyinə görə xoşbəxt müğənni 
olmalısan. 
Hacıları  baş-başa  qoyub  oğlumu  da  götürüb  otağımıza 
qalxdım.  Səliqəsiz  otağımızın  pərdə,  kilidinə  yüngülcə  əl 
gəzdirib  yuyunduq  və  yatağımıza  girdik.  Gecə  Təbrizin  gö-


 
247 
 
zəlliyini  görə  bilmədiyimdən  sabahı  tez  qarşılamaq  üçün 
gözlərimi var gücümlə sıxıb özümü yuxuya zorladım. 
...Sübh  tezdən  yuxudan  qalxıb  küçəyə  çıxdım. Sentyabr 
ayının 10-nu olmağına baxmayaraq havanın temperaturu 18-
20  dərəcə  olardı.  Pulumuza  qənaət  eləmək  üçün  dükanlara 
baş  vurub  yumurta,  bal,  pendir,  çörək  aldım.  İran  istehsalı 
maşınlar  adamın  gözünü  yorurdu.  Avtobus  yollarının  ayrı 
olması  çox  xoşuma  gəldi.  Otelə  qayıtmaq  üçün  avtobusa 
minmək istəyəndə yarıdolu avtobusda səs-küy qalxdı. Məni 
az qala avtobusa qabaq tərəfdən minmək üçün itələdilər. Sən 
demə,  avtobusa  arxa  tərəfdən  ancaq  qadınlar,  qabaqdan  isə 
kişilər minə bilərmişlər. Avtobus arakəsməylə ikiyə ayrılmış-
dı.  Hərəkətimdən  peşiman  olmuşdum  və  geriyə  çönüb  qa-
dınlardan üzr istədim. Qadınlardan bir neçəsi mehribanlıqla 
üzümə gülümsündülər, bəziləri isə hələ də kinli-kinli üzümə 
baxırdılar. Az qala batacağım günahın peşimançılığı ilə otelə 
qayıtdım. Ərzağı mətbəxə verib otağa qalxdım. Şahsuvarı və 
oğlumu  yuxudan  oyatdım.  Bu  gün  Hüseynlə  görüşməli  və 
uşağı  həkimə  (təbrizlilərin  “dühdür”  sözü  mənə  elə  şirin 
gəlir ki...) aparacağıq. Düşüb səhər yeməyimizi yedik. Çaylar 
qabağımızda  dümələnirdik  ki,  36-38  yaşlarında  cavan  və 
nurani  bir  oğlan  salona  daxil  oldu.  Hamıyla  bir-bir  əl  verib 
görüşür,  xəstələrin  halını  soruşurdu.  Bizə  növbə  çatanda,  – 
“Yəqin  ki,  Yaqubəli  müəllim  sizsiniz?”  –  deyə  Şahsuvarın 
əlini sıxdı. Şahsuvar: 
– Yox mənim adım həci Şahsuvardır, Yaqubəli müəllim 
isə bax budur – məni göstərdi – bu da onun oğlu Nihatdır. 
Qalxıb Hüseynlə əl sıxdım, onu çay içməyə dəvət etdim. 


 
248 
 
–  Təşəkkür  edirəm,  mən  oruc  tuturam.  Sizsə  narahat 
olmayın,    çayınızı  rahat  için,  sizi  gözləyərəm.  Ayət  dühdür 
sizi saat 11-də gözləyir. Mən də o biri xəstələrlə maraqlanım. 
O,  bir  oğlan  uşağının  çiynini  qucaqalayıb,  digər 
xəstələrin halını bir-bir növbəylə soruşurdu. 
Əziz oxucu indi yadıma düşür ki, biz səninlə hələ tanış 
deyilik. İnan Allaha bəlkə də yüz dəfə deyirəm ki, – “A kişi 
məndən  yazan  olmaz!”,  yenə  də  deyirlər  ki  –  “Yaz,  səndə 
alınacaq”... 
Adım  Yaqubəlidir.  Metallurqam.  Puta  qəsəbəsində 
“Azərboru”  zavodunda  texnoloq  işləyirəm.  41  yaşım  var. 
Molla,  o  biri  dünya,  cənnət-cəhənnəm  məslələriylə  bir  o 
qədər  də  aram  yoxdur.  Gələnin,  bir  gün  gedəcəyinə,  gedə-
nin,  bir  daha  geri  dönməyəcəyinə  inanıram.  Amma  vətən-
pərvərəm,  azadlıqsevənəm.  Oğlumu  isə  artıq  haci  Şahsuvar 
sizinlə  tanış  elədi.  Nihatdan  başqa  iki  qızım  da  var  –  Allah 
hamınızın sevdiklərinizi saxlasın, mənimkiləri də içində. 
–  Hüseyin  qardaş  biz  hazırıq...  –  üst-başımı  səliqəyə 
salıb ona yaxınlaşdım. 
Hüseyin: 
– Ondasa gedək... 
O Nihadın əlindən tutub Təbrizin əyri və dar küçələrinə 
buruldu.  Mən  taksi  təklif  elədim,  Hüseyn  razı  olmadı:  – 
“Xəstəxana yaxındadır” – dedi. Xəstəxanaya 10 dəqiqəyə çat-
dıq.  Kassaya  pulumuzu  köçürüb  dühdürün  qəbul  otağında 
gözlədik. Yarım saatdan sonra növbəmiz çatdı və dördümüz 
də  içəri  girdik.  Nihatın  xəstəliyinin  qısa  tarixçəsini,  bizim-
kilərin  müalicəsi  haqda  məlumat  verdim.  Dühdür  bizi  to-
moqrafiya  otağına  yolladı.  Əlavə  ödəniş  edib  tomoqrafiya 
otağına  keçdik.  Uşağın  başının  şəkillərini  də  götürüb  tibb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə