ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

 
230 
 

 
A kişi kafir basdırmağa getmirsən ha. 

 
Bala, kafirin dəmiri də kafirdir. 
–  Sən  hansı  əsrdə  yaşayırsan?  A  kişi,  kim  pul  verir,  al 
bas  cibinə,  guya  sizin  ərəb  dilinizdən  baş  çıxaran  var!  Nə 
kafir, nə cəhənnəm. 
–  Əstəğfurullah  de  bala.  Di  yaxşı  sür,  lənət  şeytana,  bu 
nə zibil idi mən düşdüm? 
“Göy  Zavod”un  yanına  çatanda  dərə-təpə  yollarla  elə 
şığadı  ki,  başım  iki  dəfə  qapıya  dəydi  –  anamdan  əmdiyim 
burnumdan gəldi, ağrıdan az qala huşumu itirəcəkdim. Təzə 
tikilən zavodun yeri hələ düzənlik idi – iraq olsun, təzə salı-
nan  qəbristanlıq  yerinə  oxşayırdı  –  hər  yerdə  iri  xəndəklər 
qazılmışdı.  Maşın,  təzə  qazılmış  çalaların  yanı  ilə  şütüyüb, 
tozanaq  qoparıb  təptəzə  kastyumlu,  yarısı  da  işçi  paltarda 
olan  adamların  yanında  yerə  mıxlandı  –  elə  bil,  qəflətən 
dördnala  çapan  köhlən  atın  cilovunu  çəkdin.  Başım  qabaq 
oturacağın söykəncəyinə dəyib geri qayıtdı. Sürücü məni içə-
ridə qoyub, – “Otur burda, çağıranda gələrsən!” – deyib bö-
yüyünün  yanına  tələsdi.  “Ay  bala,  bir  qurtum  su  gətir 
içim...”  –  amma  eşitmədi.  Baldırlarımı,  üzümü,  boynumu 
ovxaladım. Deyəsən məndən başqa da kimisə gözləyirdilər – 
heç tələsənə oxşamırdılar... İçində qıyıqgöz xaricilər olsa da, 
bizimkilər  daha  çox  idi.  “Allah  sənə  lənət  eləsin  belə  gedə, 
gör məni nə zibilə saldı ey! Mən indi neyniyəcəm...”, – əlimi 
qapının  qulpuna  atmışdım  ki,  vələdüzina  sürücü  yenə  də 
şoğərib  qapıları  uzaqdan  kilidlədi.  “Bay  kopayoğlu,  məni 
izləyirmiş..!”.  Nəysə,  oturub  gözləməkdən  başqa  çarəm  qal-
madı. Yadıma buna oxşayan bir əhvalat düşdü... 
 Qarabağ müharibəsinin qızğın vaxtlarıydı. O vaxtlar Xır-
dalan  qəbristanlığında  otururdum.  Bir  gün  gördüm  ki,  bir 


 
231 
 
dəstə  adam  –  özü  də  hamısı  hərbçilər  idi  –  cənazə  gətirirlər. 
Başqası qabağa düşməsin deyə “əməntü” duasını oxuya-oxu-
ya  tələsik  özümü  verdim  dəstənin  qabağına.  “Allah  rəhmət 
eləsin,  yurdumuzun  başı  sağ  olsun!”  –  deyib  “can  yandır-
dım”.  QAZ-69-dan  yüksəkrütbəli  zabit  düşüb  əmr  verdi,  – 
“Tez olun, qəbri qazın!”. İndi yadıma düşdü ki, axı həqiqətən 
ölüyə  qəbri  əvvəlcədən  qazırlar,  axı  qəbirqazan  bu  gün  işdə 
deyil...  Nə  işimə  qalıb  –  susdum.  Qəbristanlığın  lap  kənar 
küncündə qəbr qazmağa başladılar. Alayarımçıq qəbri təmiz-
ləmədən,  heç  tabutun  qapağını  açmadan  mərhumu  məzara 
endirdilər və üstünü basdırdılar. Əlim sinəmdə qalmışdı. Bəs 
ürf-adət, şəriət qaydaları..? Dedim, yəqin mərhum başqa din-
dəndir. Komandir də elə əsəbiydi ki, qorxumdan bir kəlmə də 
soruşa  bilmirdim.  Cıqqırını  çıxaran  yox  idi,  hamı  robot  kimi 
əmri  sözsüz  yerinə  yetirirdi.  Kürəklə  məzarın  üstünü  döyəc-
ləyib  düzləyəndən  sonra  komandir  yenidən  dəstəni  sıraya 
düzüb bağırmağa başladı, – “Bir də belə hal təkrarlansa, üç ay 
kazarma  şəraitinə  keçəcəksiniz,  ailə-uşaq  üzünə  həsrət  qala-
caqsınız,  günorta  yeməyi  əvəzinə  ancaq  idmanla  məşğul 
olacaqsınız! Anladınız!!!”. Hamı bir ağızdan bağırdı, – “Oldu 
cənab  polkovnik!”.  Polkovnik,  –  “Geriyə  dön!...  Qaçaraq  ad-
dımla,  marş!!!”  deyəndə,  yerdən  toz  duman  qalxdı.  Necə 
gəlmişdilərsə, eləcə də yeyin addımlarla qəbristanlığı tərk et-
dilər.  Polkovnik  maşınına  minəndə  “Allah  sən  özün  kömək 
ol”  –  deyib  ona  yaxınlaşdım.  “Yoldaş  polkovnik,  mərhuma 
yasin oxutdurmayacaqsınız?..” O, – “Mərhum dediyin, siqaret 
kötüyüdür. Oxumaq istəyirsənsə, get oxu”. Mat qaldım... 
Ancaq  sonradan  təfsilatını  öyrəndim.  Sən  demə,  bu  pol-
kovnik  nizam-intizama  çox  ciddi  baxan  alay  komandiriymiş. 
Alay  da  bizim  Biləcəridə  yerləşirmiş  –  Mülki  Müdafiə  Alayı. 


 
232 
 
Komandir səhər-səhər alay ərazisinə girəndə, yerdə atılmış si-
qaret kötüyü görür və həyəcan siqnalı verdirir. Bütün alay sı-
raya düzüləndə tabut düzəltdirir, kötüyü “kəfənə” bükdürüb 
tabuta  qoydurur.  Cəza  üçün  bütün  alayın  əsgər  və  zabit  he-
yətini  tabutun  dalınca qatır  qabağına  –  düz  qəbristanlığa  qə-
dər qovur. 
 
* * * 
 
Lənət  şeytana,  bu  hardan  ağlıma  gəldi  belə...  İndi  də  bu 
mütrüb oğlunun feylinə uyub gəldim bu xarabaya. Aha, deyə-
sən  gəlir  mürdəşirin  oğlu.  Sürücü  gəlib  qapını  açdı,  –“Əsas 
adam gələsi olmadı, onsuz başlayacağıq, düş işini gör!” – lap 
o  vaxtkı  polkovnik  kimi  əmr  elədi.  “Bir  qurtum  su  ver,  bo-
ğazım quruyub...”. Amma yezid oğlu yezid, onu da vermədi. 
Dəstənin  üstünə  yeriyib  əlimi  sinəmə  qoyub  ehtiramla  baş 
əydim, – “Əssəlamun əleyküm!”. Xaricilərin başçıları məndən 
də mədəni çıxdılar – bir-bir növbəyə düzülüb ehtiramla əlimi 
sıxdılar,  qarşımda  baş  əydilər.  Malades  bizim  yerlilərimizə  – 
yaxşıca  gözlərinin  odunu  alıblar  bu  qıyıqgözlərin.  Məni 
gətirənə  nəysə  dedilər,  o  da  məni  qabağa  itələyib  başıbəlalı 
dəmirin  yanına  gətirdi,  –  “papağını  çıxar,  al  bu  kaskanı  qoy 
başına” – əlindəki ağ dəbilqəni mənə uzatdı. Elə çəp baxdım 
ki ona, dəbilqəni yerə tullayıb arxamda gizləndi. 
Hamı arxamda səfə düzüldü. Hirsimdən, bildiyim duala-
rın  hamısı  yadımdan  çıxdı.  Əvvəllər  “qurdağzı”  duası  oxu-
muşdum – canavar, itən qoyunu yeməsin deyə. Yağış duasını 
da bilirəm. Ancaq indi bu dəmir parçasına nə dua oxuyum ki 
afsanata düşsün? Burda nə “Fatihə” keçər, nə də “Əlhəmdü”. 
Yaman yerdə axşamladın molla Mədəd, el içində biabır oldun. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə