237
Dedi – Yolda itirdim.
Dedi – Üzün qara olsun, dədənə bir dərd də artırdın”.
Nəysə, “keçənə güzəşt”, “olacağa çarə yoxdur” deyərlər.
Uşağın sağlamlığı mənimçün vacib məsələdir, axı mən ata-
yam. Həyatımın hər saniyəsi əməliyyat pulunu toplamaq ən-
təşəsiydi.
...Həyətdə qonşularla yenə “telefon” oynayırdıq. Qonşu
binadan olan Mükərrəm salam verib yanını yanımıza qoydu.
Qapıbir qonşum Əziz ondan soruşdu ki:
– Ay Mükərrəm necə oldu İran səyahətin, indi özünü
necə hiss edirsən?
Mükərrəm:
– Qardaş burda kim ki həkimə gedir o bədbəxt oldu
demək. Bakıda mənə dedilər ki, – “Sağ böyrəyini kəsib gö-
türməliyik, çürümə başlayıb”. Getdim İrana, yoxlatdırdım.
Sən demə böyrəyin üstündəki piy qatında infeksiya varmış,
bir həftə müalicə elədilər keçib getdi. Burda 3000 manat
istəmişdilər, İrana gedib-gəlməyimsə, 250 dollara başa gəldi.
Söhbət məni ildrım kimi tutdu buraxmadı. Domino daş-
larını yerə qoyub gözlərimi Mükərrəmin ağzına zillədim.
Xeyli uzun söhbətdən sonra mən də dərdimi açıb qonşuma
danışdım.
– Nəbadə uşağı bizim həkimlərin əlinə verərsən ha.., bax
deyirəm, uşağın qulağını kəsib verəcəklər əlinə, şikəst edə-
cəklər. Vaxt itirmədən təcili qaç İrana – dedi.
Elə yanımdaca mənim telefonumla İrana zəng vurdu:
– Ağayi Hüseyn, bir dostumun uşağı xəstədir, qulaq
pərdəsi cırılıb, eşitməsi zəifləyib. Sənə zəhmət, axtar gör hara
gətirsin. Məndən bütün tanıyanlarıma salam de. Sizə do-
yunca təşəkkür edə də bilmədim. Nə vaxt Azərbaycana gəl-
238
sən bil ki, burda qardaşının evi var. Öpürəm gözlərindən
qardaşım, evdəkilərə salam de. Allah orucunu, namazını qə-
bul eləsin qardaş. Sən Allah, çalış sabaha-zada bir cavab de
ki, uşaq yazıxdı, şikəst qalmasın. Di salamat qal.
Adamın işini Allah düzəltsin qardaş. Mükərrəm məni
8000-lik bezardan, oğlumu isə kar olmaq azarından qurtardı.
Hamı gecə evlərinə dağılışdı, Mükərrəmlə mən isə hələ də
İrandakı modern tibbin möcüzələrindən danışırdıq. O danı-
şır, mənsə ağzımı açıb ona qulaq asırdım.
Sabah Mükərrəm mənə zəng vurdu. Görüşdük.
– Sabah yox o biri gün sizi Təbrizdə gözləyirlər. Həkim-
lə danışılıb. Durma tələs Təbrizə!
Minnətdarlıq edib evə gəldim. Keçmiş iş yoldaşım, indi
işsiz olan, fars dilini mükəmməl bilən Hacı Şahsuvarı da
özümə bələdçi götürməyə razı saldım. Razı saldım deyəndə
ki, əslində İrana getmək təklifimi eşidən kimi Şahsuvar çox
sevindi. Sevincək uşağın və özümün dəyişəklərimi yığıb
tanış-tunuşdan da bir qədər borc alıb Təbriz səyahətimizə
hazırlaşdım.
Ömrüm boyu iki şəhəri görmək arzusunda olmuşam –
biri İstanbul, digəri Təbriz. İki il bundan qabaq İstanbulda
oldum, ancaq yuxularımda gördüyüm İstanbulu tapa bilmə-
dim. Mən hava limanında əyilib doğma İstanbulun torpağını
öpməyə təmiz yer axtarırdım ki, otel dəllalları məni dövrəyə
aldılar.
– Əfəndim abim, qalacaq ucuz bir yer ararmısınız? Bizdə
çok iyi, ucuz ve lyuks otellər var, bakmaq istermisiniz?
Bunlar gördüyüm ilk türk qardaşlarımdı, onların qıra-
caq bir inkarım mənimçün ölümdən də betər idi. Nəysə nə
başınızı ağrıdım otelə baxmaq üçün bir taksiyə oturduq,
239
xeyli yol getdikdən sonra (sonradan öyrəndim ki, qaldığım
otellə hava limanı arasında 200-250m məsafə varmış) gəlib
otelə çatdıq. Bura üçmərtəbəli bir binaydı və üçüncü mər-
təbədəki birotaqlı ev kirayəyə verilirmiş. Günü 350 dollara
razılaşdıq. Elə ilk tanış olduğum türk arkadaşlarım məni
kafelərdən birinə qonaq dəvət etdilər. Bu şərəfə kim etiraz
edərdi ki... Getdim. Qarson qabağımıza adama bir qədəh
“Coca-cola”, bir ləbləbi qoydu. Arkadaşlarım iki nəfəriydilər.
Bar qızlarla doluydu – bütün Moldova, Ukrayna, Rusiyanın
yarısı elə bil burdaydı. Ardıcıl olaraq növbəylə 3 qız yanı-
mızda oturub “öz xidmətlərini” təklif edirdilər. Mən türk
qardaşlarımın yanında sözsüz ki, belə tərbiyəsiz xidmətə ge-
də bilməzdim və onları rədd elədim. Dostlarım durub harasa
çıxdılar, stol arxasında tək qalmışdım. Bir qarasaçlı qız ya-
nımda əyləşdi. Doğma dilimizdə:
– Azərbaycandansan?
– Hə – dedim. Qürbətdə öz həmyerlimə rast gəlməyin
sevincini ani yaşasam da, onun qısa donuna və əndazə bo-
yalı dodaqlarına acığım tutdu.
– Tez çıx burdan, zamparalar səni kazıklayıblar
36
. Müm-
kün qədər tez çıx, daha heç nə sifariş vermə.
Dostlarım qayıdana oxşamırdılar. Qarsonu çağırıb he-
sabı istədim. Çek gətirdi. Çekə baxanda gözlərim kəlləmə
çıxdı – hesab 1285 ABŞ dolları idi.
– Qardaş bu nə hesabdır, bəlkə səhvən başqasınınkını
gətirmisən?
– Yok abi, sizinkidir.
36
Kazıklamaq - osmanlı türkcəmizdə, “aldatmaq” deməkdir.
240
– Adam-zad öldürmüşük qardaş, bir ləbləbi 6-7 qədəh
“Cola” bu qədər eləməz axı.
– Etirazınız varsa, şefin yanına keçin..! – dedi.
Şef dedikləri elə barın içində, bara açılan balaca pəncə-
rəli darısqal bir otaqda oturmuşdu. Heç dalını stuldan qal-
dırmadı da. Yuxudan durmuş, əl üzünü yumamış birinə
oxşuyurdu. Hesabı ona uzatdım.
– Salamun əleyküm qardaş. 5-6 şüşə “Cola”, bir qab da
ləbləbi sifariş vermişik, hesabımızı 1285 dollar yazıb gətirib-
lər. Dedilər sizinlə ayırd edim. Sizcə bu həddən çox deyilmi?
– Yox. Hələ sizə qonaq olduğunuz üçün hörmət ediblər.
Hesabı ödəyin və sağ-salamat gedin. Bizdə qayda belədir,
xoşunuza gəlmirsə, gələn dəfə bir də gəlməzsiniz.
– Axı 1285 dolları xırdalaya bilərsinizmi ki, bu hesab
nədən bu qədər olub?
– Stolunuza 4 qız oturub?
– Hə...
– Hərəsi 70 dollar edər. Hərəsi bir şüşə “Cola” içib?
– Hə...
– Bu edər 150 dollar. Ləbləbi deyirsiniz, nə deyirsiniz –
bu da 250 dollar...
– Qardaş siz məni dolamısınız, 250-yə də ləbləbi olar?
Qızlara heç əlimizi də toxundurmamışıq...
– İstiyirsiniz sizə dövlətin rəsmi icazəsini göstərim ki,
bizim bu qiymətlərə satmağa ixtiyarımız var. Bizim kefimiz
belə istəyir, belə də satırıq. Pulunuzu ödəyin!
Bu heynidə qoluzorba pəzəvəngin biri içəri girdi. Şef
üzünü ona tutub, – “Rıfkı, bey efendi parasını ödəməyincə
gözaltında tutun” – dedi. Cin təpəmə vurdu. Yaman yerdə
axşamlamışdım.
Dostları ilə paylaş: |