233
Vallah şeyx həzrətləri xəbər tutsa, lisenziyamı əlimdən aldı-
racaqdır. Bu nə qələtiydi düşdüm Ay Allah!!!..
Dəmir də ki, nə dəmir – hindu rəngdəydi, tərtəmiz – ba-
lı tök üstünə, yala... Təbaşirlə üstünə nəysə yazmışdılar. Ya-
zıların yönü üzübəri olsaydı, heç olmasa dilimin altında onu
oxuyub höccələyərdim. Amma yox, çoxu rəqəmlərdir, bu da
keçməyəcəkdi. Birdən, Cəbrayıl əlehissalamın nuru kimi
gözlərimi qamaşdıran yazı lövhəsini qarşımda gördüm.
...Aha!!! Tapdım!!! Amma, dəmirin üstünə qoyulmuş
taxta lövhədəki zəhrimaraqalmış yazı latın dilindəydi – mən
isə hələ də kiril əlifbasında oxuya bilirəm. Lənət şeytana,
camaat məni gözləyir, nəysə fikirləşib tapmalıyam. Yanakı
stolun üstündəki su butulkalarını görəndə dodaqlarımın
qaysağını yaladım. Ətrafa baxdım – hamının gözü məndəy-
di. Dodaqlarımı suya tez çatdırmağın dərdindən gözümü
lövhədəki yazılara zilləyib höccələməyə başladım, –“Əüzibil-
lahiminəş şeytanir rəcim. Bismillahi rəhmanirrəhim.
35
Hı yüz
on iki flo...ating duru dock ste..el yo..rk fabri..cation strike
steel ceremo..nu.... Amin! Allahu Əkbər! Ay dəmir, tez kəsil,
camaatı incitmə... Qoy səndən gəmi düzəltsinlər, biz də mi-
nək Xəzəri gəzək. Bir də amin!” Hamı “Amin..” deyib salavat
çevirəndə, duanı eşidən azərbaycanlıların çoxusu gülüşürdü.
Eşitməyənlər isə, yanındakılardan soruşurdu, – “Nə olub,
nəyə gülürsən?!” Xidmət haqqımı ödəyəndə, sürücü mənə
ilişdi, – “Atdın ha molla əmi!...” – dedi. “Heç kimə demə
bala, adıma söz çıxar..”. “Hamıya deyəcəyəm” – dedi. Mən
də, – “Şeyx atamı yandırar, balalarıma yazığın gəlsin oğul.
35
Lövhədəki yazı: “H112 Floating Dry Dock steel work fabrication strike steel
ceremony” (ing.). Mənası, – “H112 Üzən Quru Tərsanənin tikintisi üçün ilk metalın
kəsilməsi mərasimi”.
234
Allah səni öldürsün, yasını da özüm götürüm, hamısı sənin
başının altından çıxıb. Məni rüsvay eləmə!” – dedim. Xari-
cilərin böyüyü əlimi sıxıb məni yola salanda, rusca, –“vada”
(yəni “su”) istədim. Yanındakılara “vatə” deyib su şüşəsini
göstərdi. Sən demə rusca da, ingiliscə də suya “vada (vatə)”
deyirmişlər. Butulkanı açıb başıma çəkdim və birnəfəsə
içdim. “Allah səndən razı olsun kafir qardaş, sən ki mənə su
verdin, qoy cənnətdəki yerin rahat olsun” – deyib mərasim
yerindən aralanıb gəldiyim maşına oturdum. Bu bəladan da
belə qurtardım.
Çox çətin işdir bu mollalıq sənəti, çox çətin işdir... Molla
gərək çevik və işi yolaverən olsun. Gözlərini qoyun kimi
dəmirə zilləyib yerində qurudunsa, səndən molla olmaz.
Amma, şeyx bilsə dərimə saman təpdirəcək. Allah sən bu sir-
rin üstünü özün ört.
Mənim xeyir-duamdan sonra dəmirin bir küncündən kə-
sib xırda-xırda doğradılar. Hissələri nömrələyib salfetə bük-
dülər. Sonra başçılara həddiyə verdilər. Bir parçasını da mənə
gətirdilər. Tərcüməçi dedi ki, – “Gəmi hazır olanda hamımız
bu parçaları gətirib birləşdirəcək və gəminin ən görməli yeri-
nə qaynaq edəcəyik. Mütləq saxla!”. “Gözüm üstə saxlaya-
cağam. Allah xeyirlisindən, uğurlusundan eləsin”– dedim.
Yolda salfeti açıb dəmirə baxdım, üstündə “13” yazıl-
mışdı. “Bu da qismətim – nəhs rəqəm!” – maşının şüşəsini
endirib dəmiri yolun kənarına tulladım. Bax belə.. Allah ha-
mının işini avand eləsin, mənimkini də içində. Amin! Amin
deyən dillər var olsun!
19 aprel 2012-ci il
Bakı Gəmiqayırma Zavodu
235
Təbrizin küçələri dolanbadolan
A
llah qəfil azarı heç kimə göstərməsin inşallah! Evdə ki
biri, – xüsusən də uşaq xəstələnəndə adamın yediyi-içdiyi
burnundan gəlir – xəstəylə birgə adam özü də bezar olur.
Bakının küləkli isti yay günlərindən biriydi. Axşamdan
12 yaşlı oğlum qulağının ağrısından zarıya-zarıya qalmışdı.
Səhərə qədər bizi yatmağa qoymadı. Səhər ertədən həkimə
apardım. Dənizdə çiməndə uşağın qulağına qum dolubmuş.
Qulağını “qlizma ilə imalə” edib təmizlədilər, dərman yazdı-
lar. Ağrı bir qədər sakitləşsə də həftənin tamamında ağrıları
daha da şiddətləndi və qulağından çirk axmağa başladı. Baş-
qa bir özəl xəstəxanaya apardım. Dedilər ki, – “qulağın pər-
dəsi cırılıb, əməliyyat olunmalıdır”. Əməliyyat parasının
8000 manat olduğunu qulağıma pıçıldayanda az qaldı ki mə-
nim də qulaq zarım cırılsın. Həkim əməliyyatdan sonra da
uşağın normallaşacağına təminat vermirdi, – “Biz əməliyyat
edəcəyik, ancaq sonrası Allaha pənahdır” – dedi. Durduğum
yerdə işə düşmüşdüm. Məndə bu qədər pul hardandır?! Acı-
ğımı tökdüm uşağın və anasının üstünə. Dərdimi artıran ba-
lamın yediyini-içdiyini burnundan tökürdüm. Aradan bir
236
ayadək vaxt keçdi. Uşağın qulağının çirki bir yana dursun,
indi də sol qulağının eşitməsi zəifləməyə başlamışdı. Uşağın
kar olacağı qorxusu məni rahat buraxmırdı. Başqa əlacım
yox idi, başladım evimi banka girov qoyub bankdan pul gö-
türmək üçün sənədlər toplamağa. Off.., of! Kaş bu balacalar
valideynlərinin onların yolunda çəkdikləri əzabın yarısını
başa düşəydilər. Küləkli gündə dənizdə çimməyin belə fəsad
törədə biləcəyini ehtimal etmək olardı axı... Günah hamısı
uşağın başıbatmış anasındadır. İndi oturub ovcunu göz ya-
şıyla dolduran anasını görəndə, qanım it qanına dönür.
Qonşu binanın tinindəki qazanxanada məskunlaşmış
Kəlbəcərli Müseyib kişinin oğluna dediyi öyüd-nəsihət yadı-
ma düşdü. Hərdən qışda, qonşularla isti qazanxana otağına
yığışıb “nemeçski şota sobrazim” edib kababdan, araqdan
gillədir, domino-zad oynayırıq. Müseyib kişi yenicə yuxudan
oyanıb buz kimi krant suyuna ağzını dirəyib su içən oğluna
sicilləmə dediyi “öyüdnamə”sinə o vaxt çox gülmüşdük.
– Ay bala, bura sənin üçün Kəlbəcər deyil. Bu xlorlu
sudur. Boğazın soyuqdan şişəcək, həkimə aparacağıq. Hə-
kim naşı olacaq, anginalarını kəsəndə, durub sinirlərindən
birini də kəsəcək, qalacaqsan ağzıayrıq. Sonra nə qədər dəva-
dərman lazımdır ki, sağalasan. O da ki, Allahın ümidinə qa-
lır, ya sağalasan, ya da şikəst qalacaqsan. Olmazmı ki, on-
dandırsa bu andır soyuq suyu içməyəsən!
İndi Müseyibin dedikləri mənim başıma gəlmişdi. Qu-
laq təmizlədikləri yerdə vurub pərdəsini cırmışdılar və dur-
duğum yerdə dərdimi artırmışdılar. Belə bir məsəl var:
“Oğul dedi: – Dədə, yerdən əlli manat pul tapdım!
Dedi: – Nə yaxşı oldu ay oğul, dərdimiz bir az azalar.
Neylədin pulu, ver görüm.
Dostları ilə paylaş: |