ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

 
233 
 
Vallah  şeyx  həzrətləri  xəbər  tutsa,  lisenziyamı  əlimdən  aldı-
racaqdır. Bu nə qələtiydi düşdüm Ay Allah!!!.. 
Dəmir də ki, nə dəmir – hindu rəngdəydi, tərtəmiz –  ba-
lı tök üstünə, yala... Təbaşirlə üstünə nəysə yazmışdılar. Ya-
zıların yönü üzübəri olsaydı, heç olmasa dilimin altında onu 
oxuyub höccələyərdim. Amma yox, çoxu rəqəmlərdir, bu da 
keçməyəcəkdi.  Birdən,  Cəbrayıl  əlehissalamın  nuru  kimi 
gözlərimi qamaşdıran yazı lövhəsini qarşımda gördüm. 
...Aha!!!  Tapdım!!!  Amma,  dəmirin  üstünə  qoyulmuş 
taxta lövhədəki zəhrimaraqalmış yazı latın dilindəydi – mən 
isə  hələ  də  kiril  əlifbasında  oxuya  bilirəm.  Lənət  şeytana, 
camaat  məni  gözləyir,  nəysə  fikirləşib  tapmalıyam.  Yanakı 
stolun  üstündəki  su  butulkalarını  görəndə  dodaqlarımın 
qaysağını yaladım. Ətrafa baxdım – hamının gözü məndəy-
di.  Dodaqlarımı  suya  tez  çatdırmağın  dərdindən  gözümü 
lövhədəki yazılara zilləyib höccələməyə başladım, –“Əüzibil-
lahiminəş şeytanir rəcim. Bismillahi rəhmanirrəhim. 
35
Hı yüz 
on  iki  flo...ating  duru  dock  ste..el  yo..rk  fabri..cation  strike 
steel ceremo..nu.... Amin! Allahu Əkbər! Ay dəmir, tez kəsil, 
camaatı  incitmə...  Qoy  səndən  gəmi  düzəltsinlər,  biz  də  mi-
nək Xəzəri gəzək. Bir də amin!” Hamı “Amin..” deyib salavat 
çevirəndə, duanı eşidən azərbaycanlıların çoxusu gülüşürdü. 
Eşitməyənlər  isə,  yanındakılardan  soruşurdu,  –  “Nə  olub, 
nəyə  gülürsən?!”  Xidmət  haqqımı  ödəyəndə,  sürücü  mənə  
ilişdi,  –  “Atdın  ha  molla  əmi!...”  –  dedi.  “Heç  kimə  demə 
bala,  adıma  söz  çıxar..”.  “Hamıya  deyəcəyəm”  –  dedi.  Mən 
də,  –  “Şeyx  atamı  yandırar,  balalarıma  yazığın  gəlsin  oğul. 
                                                           
35
  Lövhədəki  yazı:  “H112  Floating  Dry  Dock  steel  work  fabrication  strike  steel 
ceremony”  (ing.).  Mənası,  –  “H112  Üzən  Quru  Tərsanənin  tikintisi  üçün  ilk  metalın 
kəsilməsi mərasimi”. 


 
234 
 
Allah səni  öldürsün,  yasını da  özüm  götürüm,  hamısı sənin 
başının  altından  çıxıb.  Məni  rüsvay  eləmə!”  –  dedim.  Xari-
cilərin böyüyü əlimi sıxıb məni yola salanda, rusca, –“vada” 
(yəni  “su”)  istədim.  Yanındakılara  “vatə”  deyib  su  şüşəsini 
göstərdi. Sən demə rusca da, ingiliscə də suya “vada (vatə)” 
deyirmişlər.  Butulkanı  açıb  başıma  çəkdim  və  birnəfəsə 
içdim. “Allah səndən razı olsun kafir qardaş, sən ki mənə su 
verdin,  qoy  cənnətdəki  yerin  rahat  olsun”  –  deyib  mərasim 
yerindən aralanıb gəldiyim maşına oturdum. Bu bəladan da 
belə qurtardım.  
Çox çətin işdir bu mollalıq sənəti, çox çətin işdir... Molla 
gərək  çevik  və  işi  yolaverən  olsun.  Gözlərini  qoyun  kimi 
dəmirə  zilləyib  yerində  qurudunsa,  səndən  molla  olmaz. 
Amma, şeyx bilsə dərimə saman təpdirəcək. Allah sən bu sir-
rin üstünü özün ört. 
Mənim xeyir-duamdan sonra dəmirin bir küncündən kə-
sib  xırda-xırda  doğradılar.  Hissələri  nömrələyib  salfetə  bük-
dülər. Sonra başçılara həddiyə verdilər. Bir parçasını da mənə 
gətirdilər. Tərcüməçi dedi ki, – “Gəmi hazır olanda hamımız 
bu parçaları gətirib birləşdirəcək və gəminin ən görməli yeri-
nə  qaynaq  edəcəyik.  Mütləq  saxla!”.  “Gözüm  üstə  saxlaya-
cağam. Allah xeyirlisindən, uğurlusundan eləsin”– dedim.  
Yolda  salfeti  açıb  dəmirə  baxdım,  üstündə  “13”  yazıl-
mışdı.  “Bu  da  qismətim  –  nəhs  rəqəm!”  –  maşının  şüşəsini 
endirib dəmiri yolun kənarına tulladım. Bax belə.. Allah ha-
mının işini  avand  eləsin,  mənimkini  də  içində.  Amin! Amin 
deyən dillər var olsun! 
 
19 aprel 2012-ci il 
Bakı Gəmiqayırma Zavodu 


 
235 
 
 
 
 
 
 
 
Təbrizin küçələri dolanbadolan 
 
 
 
A
llah qəfil azarı heç kimə göstərməsin inşallah! Evdə ki 
biri,  –  xüsusən  də  uşaq  xəstələnəndə  adamın  yediyi-içdiyi 
burnundan gəlir – xəstəylə birgə adam  özü də bezar olur. 
Bakının  küləkli  isti  yay  günlərindən  biriydi.  Axşamdan 
12  yaşlı  oğlum  qulağının  ağrısından  zarıya-zarıya  qalmışdı. 
Səhərə  qədər  bizi  yatmağa  qoymadı.  Səhər  ertədən  həkimə 
apardım. Dənizdə çiməndə uşağın qulağına qum dolubmuş. 
Qulağını “qlizma ilə imalə” edib təmizlədilər, dərman yazdı-
lar. Ağrı bir qədər sakitləşsə də həftənin tamamında ağrıları 
daha da şiddətləndi və qulağından çirk axmağa başladı. Baş-
qa bir özəl xəstəxanaya apardım. Dedilər ki, – “qulağın pər-
dəsi  cırılıb,  əməliyyat  olunmalıdır”.  Əməliyyat  parasının 
8000 manat olduğunu qulağıma pıçıldayanda az qaldı ki mə-
nim  də  qulaq  zarım  cırılsın.  Həkim  əməliyyatdan  sonra  da 
uşağın normallaşacağına təminat vermirdi, – “Biz əməliyyat 
edəcəyik, ancaq sonrası Allaha pənahdır” – dedi. Durduğum 
yerdə işə düşmüşdüm. Məndə bu qədər pul hardandır?! Acı-
ğımı tökdüm uşağın və anasının üstünə. Dərdimi artıran ba-
lamın  yediyini-içdiyini  burnundan  tökürdüm.  Aradan  bir 


 
236 
 
ayadək  vaxt  keçdi.  Uşağın  qulağının  çirki  bir  yana  dursun, 
indi də sol qulağının eşitməsi zəifləməyə başlamışdı. Uşağın 
kar  olacağı  qorxusu  məni  rahat  buraxmırdı.  Başqa  əlacım 
yox idi, başladım evimi banka girov qoyub bankdan pul gö-
türmək üçün sənədlər toplamağa. Off.., of! Kaş bu balacalar 
valideynlərinin  onların  yolunda  çəkdikləri  əzabın  yarısını 
başa düşəydilər. Küləkli gündə dənizdə çimməyin belə fəsad 
törədə  biləcəyini  ehtimal  etmək  olardı  axı...  Günah  hamısı 
uşağın  başıbatmış  anasındadır.  İndi  oturub  ovcunu  göz  ya-
şıyla dolduran anasını görəndə, qanım it qanına dönür.   
Qonşu  binanın  tinindəki  qazanxanada  məskunlaşmış 
Kəlbəcərli  Müseyib  kişinin  oğluna  dediyi  öyüd-nəsihət  yadı-
ma  düşdü.  Hərdən  qışda,  qonşularla  isti  qazanxana  otağına 
yığışıb  “nemeçski  şota  sobrazim”  edib  kababdan,  araqdan 
gillədir, domino-zad oynayırıq. Müseyib kişi yenicə yuxudan 
oyanıb  buz  kimi  krant  suyuna  ağzını  dirəyib  su  içən  oğluna 
sicilləmə dediyi “öyüdnamə”sinə o vaxt çox gülmüşdük. 
–  Ay  bala,  bura  sənin  üçün  Kəlbəcər  deyil.  Bu  xlorlu 
sudur.  Boğazın  soyuqdan  şişəcək,  həkimə  aparacağıq.  Hə-
kim  naşı  olacaq,  anginalarını  kəsəndə,  durub  sinirlərindən 
birini də kəsəcək, qalacaqsan ağzıayrıq. Sonra nə qədər dəva-
dərman lazımdır ki, sağalasan. O da ki, Allahın ümidinə qa-
lır,  ya  sağalasan,  ya  da  şikəst  qalacaqsan.  Olmazmı  ki,  on-
dandırsa bu andır soyuq suyu içməyəsən! 
İndi  Müseyibin  dedikləri  mənim  başıma  gəlmişdi.  Qu-
laq təmizlədikləri yerdə vurub pərdəsini cırmışdılar və dur-
duğum yerdə dərdimi artırmışdılar.  Belə bir məsəl var: 
“Oğul dedi: – Dədə, yerdən əlli manat pul tapdım! 
Dedi:  –  Nə  yaxşı  oldu  ay  oğul,  dərdimiz  bir  az  azalar. 
Neylədin pulu, ver görüm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə