ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

 
221 
 
Əgər  Zeynəbin  erməni  əlinə  necə  düşdüyünü  də  bilmək  sənə 
maraqlıdırsa,  onu  da  deyim.  Armen  danışırdı  ki,  onun  anası  öz 
körpəsini  (yəni  Zeynəbi)  və  qoca  qayınanasını  xilas  etmək  üçün  
meşəni  kəsə  yolla  çıxmaq  istərkən  Surenin  dəstəsinin  əlinə  düşür. 
Döyüşçülər  qocanı  və  Zeynəbin  anasını  gözləri  doyanadək  zorla-
dıqdan sonra güllələyiblər. 5-6 aylıq körpəni də murdarlamaq istər-
kən Suren deyir ki, – “qoyun bir az böyüsün, sonra işinə baxarıq”. 
Zeynəbi bir erməni ailəsinə verirlər. Qız erməni evində nökər kimi 
böyüyüb. Doqquz yaşı olanda Suren qızı geri alır və qızın 14 yaşı 
olanda Zeynəb ilk  uşağını yarımçıq salır. Sonralar Suren minaya 
düşüb ölür və qız onun döyüşçülərindən biri olan həmin Armenin 
himayəsinə keçir.  
Hə..,  ta  o  gündən  bu  günədək  qızımın  bir  türk  qadından  do-
ğulduğunu  unutmuşduq.  Lakin  sənin  qızınla  qeyri-adi  yaxınlığı 
məni  narahat  etməyə  bilməzdi.  Çünki,  Armenin  o  vaxt  dediyi,  – 
“Anası çox əmizdirsə, qızının türk qanı coşacaq” – sözü qulağımda 
səsləndi.  Mən  elm  adamıyam.  Bu  dilbilməz  körpələrin  qan  yaxın-
lığından gələn məlhəm mehribanlığını heç bir elm izah edə bilməz. 
Siranuş  bir  türk  qızını  görməklə,  anadan  aldığı  südü,  qanı,  öz 
türklüyünü  coşdurmuşdu  canında.  Yoxsa,  qaraqabaq  qızım  hətta, 
baxçada öz tanıdığı qızlarla da belə mehriban olmayıb. 
Biz səninlə düşmənik. Lakin, mən düşmən tərəfin qadınından 
doğulan  uşağın  atasıyam.  Qızımı  əlimdən  alacaq  bir  türkü  təsəv-
vürümə gətirəndə, özümə yer tapa bilmirəm. Səni, qızımı əlimdən 
ala  biləcək  həmin  qorxunc  türk  olaraq  gördüm.  Bütün  gecə  bu 
məktubu  ona  görə  yazmadım  ki,  Zeynəbin,  Zeynəbin  anasının  və 
uşaqlığında elektrik lampası yandırılaraq iztirabla öldürülən nənə-
sinin  başına  gətirilən  iyrənc  oyunlarla  bağrını  çatladıb  sənə  acıq 
verəm.  Ona  görə  yazdım  ki,  Anuşa  ömrümün  sonunadək  doğma 
atasından da əziz olacağımı, ona qayğı göstərəcəyımı biləsən. Əgər 


 
222 
 
taleh  üzünə  gülsə,  bir  türklə  ailə  qurmasına  mane  olmayacağam. 
Bunu niyə istədiyimi isə özüm də bilmirəm – bu sadəcə vicdanımın 
səsidir  və  məni  daim  buna  təhrik  edir.  Bəlkə  də,  evimdə  bir  türk 
böyütməyin qorxusundandır...  
 
Məktubun gerisini oxuya bilmədim, hönkürtüm uşaqları 
yuxudan  oyadıbmış.  Üzümə  zillənmiş  sual  dolu  dörd  cüt 
gözlərdən tələsik dəhlizə qaçdım. Qonşu otağın qapısını dö-
yəclədim – açan olmadı. Aşağı – qeydiyyat otağına cumdum, 
–  “244-cü  otaqdakı  erməni  ailəsini  görmədiniz..!?”  –  soruş-
dum. Kompüterdə bir neçə saniyə eşələnib – “Hesabı ödəyib 
getdilər” – dedilər. 
– Haraya!? 
– Biz nə bilək haraya!  
–  Sizdən  də  bir  sözə  cavab  alınca  adamın  ürəyi  üzülür, 
kobud heyvərələr..! – deyinib gürcüləri acıladım. 
Həyətə  qaçdım,  bağı  axtardım,  yeməkxanaya  göz  gəz-
dirdim,  bulaqların  dördünə  də  baş  vurdum,  amma  Anuş 
balamın izi-tozu da bilinmirdi. Həyəcanlanmış yoldaşım mə-
ni  korpusun  girəcəyində  qarşıladı,  –  “Nə  oldu  sənə,  niyə 
ağlayırdın!” 
– Anuşgil gedib! Selcanın Anuşu gedib... 
– Erməni Anuşu deyirsən..?! 
– O erməni deyilmiş, türküymüş – azəri balasıymış... 
– Nə danışırsan sən!  
– Selcan bunu hardan bilirmiş? Axı o bunu necə hiss edə 
bilərdi ki..? O, Anuşla öz dilində danışırdı axı... Hərəsi öz di-
lində.., amma bir-birini anlayırdılar! – başıalovlu qalmışdım. 
Arvadım  da  mat-məəttəl  qalmışdı.  Otağımıza  qayıtdıq. 
Uşaqlar  sual  dolu  gözlərini  yenidən  üzümə  zilləmişdilər  – 


 
223 
 
ağlamaqdan gözlərim qızarmışdı.  “Anuşgil gedib...” – deyib 
yatağıma  çökdüm.  Selcan,  –  “Mən də  Anuşla gedirəm,  mən 
Anuşu istəyirəm!..” – deyib yenidən zarımağa başladı. Qızı-
mı  bağrıma  basdım.  Onu  Anuşla  oynamağa  qoymadığımın 
utancını göz yaşlarıma döndərdim. Balamın üz-gözünü duz 
kimi yaladım. 
Yoldaşım: 
– Özünü üzmə. Taleyin üzü qara olsun. Yazıq uşaq... 
–  Bu  nə  müsibətdi  başıma  gəldi,  ay  Allah!  Axı  balaca 
qızcığazın  nə  günahı  vardı  ki,  onu  qızımla  oynamağa  qoy-
madım! Əclaf erməni, Anuşumu hara apardı görəsən? 
Böyük qızım: 
–  Ata,  Anuş  hardan  sənin  Anuşun  oldu  ey!  Tapıb  ney-
ləyəcəksən  –  övladlığa  götürəcəksən?  Yəni  bir  erməni  uşa-
ğından ötrü qanını bu qədər qaraltmağa dəyərmi? Bura Anu-
şu görməyə gəlmişik? 
Yoldaşım qızına bozardı: 
–  Kəs  səsini, sən  belə şeyləri  hələ  bilməzsən! Sən  nə  bi-
lirsən  ki,  müharibə  nədir,  müharibənin  vurduğu  yaralar 
nədir! 
Üz-gözümü  yumaq  üçün  hamama  girdim.  Otaqdan hə-
yat  yoldaşımın  qızıma  dediklərini  aydınca  eşidirdim,  – 
“Atanla bir də belə köntöy danışma! Hələ sənə hamilə olan-
da  atan  məni  evdə  tənha  qoyub  müharibəyə  getmişdi.  Heç 
göz yaşlarıma da baxmamışdı onda. İndi yarasının qaysağını 
qopardı  bu  erməni  küçükləri.  Bu  saat  desə  ki,  –  “Ermənis-
tana  Anuşu  axtarmağa  gedirəm”,  –  dünya-aləm  yığışsa  da, 
qabağını  ala  bilməz.  Odur  ki,  səsini  kəs,  yoxsa  sənə  əl  də 
qaldırar...” 
Qızım: 


 
224 
 
– Bir erməni uşağına görə doğma qızına əl qaldıracaq?! 
– Anuş erməni deyilmiş – türk balasıymış! Əsir düşmüş 
körpə türk qızının övladıymış... 
Qızım heyrətlə: 
– Zarafat edirsiniz!?.. 
Qızımın rəhm dolu köks ötürməyi içimi yenidən göynət-
di.  Gözlərimin  yaşı,  üzümə  vurduğum  suyla  durulmaq 
bilmirdi. 
Hamamdan çıxanda yoldaşım qayğı ilə mənə, – Get su-
yunu iç, bir az həyətdə gəz... – dedi. 
– İstəmirəm – dedim. 
– Di yaxşı! Unutmağa çalış olanları, get  müalicəni götür! 
Bura yas qurmağa gəlməmişik. 
–  Kaş  gəlməz  olaydıq  xanım.  Qaynanası  gəlinin  gözü 
qarşısında, şəhid oğlunun arvadı – doğma gəlini qaynanası-
nın gözü qarşısında təhqir olunmuş ana-bacımızın, əsir düş-
müş Zeynəbimizin göz yaşlarını içmək istəyirəm xanım, baş-
qa heç nə istəmirəm... Artıq heç bir mineral su mənə xeyir et-
məz, yır-yığış elə, evə qayıdırıq...  
Arvadım: 
– Sən dəli olmusan, tərs damarın yenə tutdu!? 
–  Böyrəyimin  ağrısına  dözərəm  xanım,  ancaq  bu  dağa 
dözmərəm.  Anuşla  doyunca  oynamağa  qoymadığım  bala-
mın  üzünə  baxa  bilmərəm.  Qızımla  oynamağa  qoymadığım 
üçün  Anuşu  bağrıma  basıb  məni  bağışladığını  görməyəcə-
yəmsə,  burda  qala  bilmərəm.  Bu  müsibətlə  müalicə  oluna 
bilmərəm. Bu sinə dağını dağlara çəksən, dağ yarılar xanım, 
mən  dağların  arasında  sıxılıb  qala  bilmərəm.  Mən  bu  qey-
rətlə  gürcünün  üzünə  dik  baxa  bilmərəm.  Mən  bu  namus 
dağını  ancaq  özümüzünkülərin  içində  sindirə  bilərəm  xa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə