ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

 
225 
 
nım.  Məni  qınamayın  balalarım,  bir  başqa  vaxt  gələrik.  Gü-
norta çıxırıq, yığışın... 
Həyətə  düşdüm.  Son  dəfə  Sairmənin  gözəlliklərini  gö-
zümə təpdim. “Səndə dərdimin biri də artdı... Sinənə namus 
dağı  çəkilməsin,  a  dağlar...  Sənə  gəldiyim  yerdə  ayaqlarım 
quruyaydı  Sairmə!  Qarabağ  faciəsinin  ağırlığını  səndə  duy-
dum, lənətə gəlmiş Sairmə!!!  
 
19 avqust 2012  
(Sairmə sanatoriyası - Gürcüstan) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
226 
 
 
 
 
 
 
Dəmir duası 
 
 
 
 
Bu  hekayə,    IV  Nəsimi  Milli  Ədəbiyyat 
Müsabiqəsinin  “Ən  yaxşı  hekayə”  nominasi-
yası üzrə II yerin qalibi seçilmişdir. 
 
Y
asamal qəbristanlığında sinədaşının ayağına söykənib  
“klient” gözlədiyim yerdə, bir qara rəngli maşın yanımda to-
zanaq qoparıb yerində mıxlandı. Arxadakı toz gəlib ötəndən 
sonra  sürücü  maşının  şüşəsini  aşağı  endirib  hay-küylə,–
“Molla əmi, tez ol yığış gedirik!.. Tələs bir az!”. Üz-gözümə, 
burnuma dolan tozu əlimlə yellədim, “Ya Allah” deyib aya-
ğa  qalxdım.  Altımdakı  kartonu  həmişəki  yerində  –  başdaşı-
nın arxasında gizlətdim və Quranımı döş cibimə qoyub ma-
şına oturdum. 
– Əssəlamun əleyküm. Allah rəhmət eləsin oğul, nəyindi 
dünyasını dəyişən? – soruşdum. 
Sürücü əlini əlinə vurub şaqqanaq çəkdi. Matım-qutum 
qurudu,  əlim  qapının  qulpunda  qaldı  –  “Bismillah”–  deyib 
üzünə  zillədim  gözlərimi,  –  “Bu da  narkomandır  yəqin...” – 


 
227 
 
düşündüm.  Gülüşünə,  təzə  ruhlar  da  dikəlib  boylandılar. 
Handan-hana özünə gəlib: 
– Ay sənin məzən olsun molla.., ölüb-eliyən yoxdur... Bu 
gün “metalkəsdi”dir,  xeyir-dua verməlisən... 
– Həə.... Sünnətdir demək... – ehmalca maşının qapısını 
örtdüm, – Metal dedin?... 
– Hə. Təzə zavod tikilir – Gəmiqayırma zavodu, orda ilk 
gəminin ilk metalını kəsməyə başlayırıq, xeyir-dua... 
–  Bala  saxla  maşını...  Utanmırsan,  mən  yaşda  kişiylə 
məzələnirsən? 
–  Vallah  zarafat  eləmirəm...  Nədi,  xeyir-dua,  uğur  dilə-
mək günahdır? 
–  Bu  mənlik  deyil,  get  başqa  molla  tap!  –  əlimi  qapının 
qulpuna  atanda  namərd  oğlu,  düyməni  basıb  qapıları  “şaq-
qıltıyla”  kilidlədi,  –  Aç  düşüm  bala!  Adım-sanım  var,  belə 
işlər mənlik deyil... 
–  A  kişi  otur  görək!  Səndən  yaxşı  mollanı  hardan  tapa-
cağam! Qorxma, pulunu artıqlamasıyla ödəyəcəyəm. 
–  Başına  dönüm,  qoy  düşüm,  sonra  adıma  söz  çıxar. 
Deyərlər  ki,  –  “Molla  Mədəd  uje  dəmir-dümürə  də  yasin 
oxuyur”. 
– Əşi qorxma, qonaqların hamısı xaricilərdir. Sinqapurlu 
bilir ki, molla nədir, yasin nədir.  

 
Heç müsəlman olmayacaq? 

 
Müsəlman təkcə ikimizik–bir sən, bir də mən.  
–  Allah  kəssin  sizin  kimi  müsəlmanı...  Metal  nə  meta-
lıdı? 
– Adi dəmirdir. Qorxma müsəlman dəmiridir – Türkiyə-
dən gəlib. Qızıl olsaydı nə qaçaraq gedərdin, eləmi? 


 
228 
 
–  Lənətə  gələsən  kor  şeytan!  Siz  indiki  cavanları  din-
dirib,  gərək  ağzına-ağzına  o  ki  var  döyəsən.  Sür  görək  di, 
siftə səndən bərəkət Allahdan. 

 
Siftə demişkən, nə qədər alacaqsan molla əmi? 
– At deyil, dəvə deyil, adicə müsəlman dəmiridir, nə ve-
rərsən verərsən. 

 
50 manat. 
–  Ədə,  saxla!  Sənin  paslı  dəmirindən  ötrü,  mən  boyda 
kişi,  indi  50  manata  görə  bu  boyda  yolu  gedəcəyəm?!  Saxla 
düşürəm! 

 
A kişi, ölü götürməyə neçiyə gedirsən? 

 
100 manata. 
– Di nə istəyirsən – meyit götürməyəcəksən, qəbirə bas-
dırmayacaqsan,  iki  saat  uzun-uzadı  yasin  oxumayacaqsan. 
100 manat, Allah xeyir versin. 
– Demək 50 manatımı kəsirmişsən hə?.. Ay səni vələdü-
zina. 
–  Sizin  pulunuzu  kəsmək olar  heç!  Adamın  burnundan 
gələr – dalınca o qədər qan yaş tökərsiniz ki, adamın bütün 
nəsli  qırılar.  Dedim  bəlkə  qulağını  kəsib  benzin  pulu  qaza-
naram... 
– Demək 100-ə razılaşdıq, di tez sür, meyidin gələn vaxt-
larıdır. 

 
Allah uzaq eləsin. Meyit də vaxtladır? 
– Axşam və səhər ertə ölən meyidin basdırılma vaxtı bir 
azdan başlayacaq. 

 
Probkaların pik vaxtı olan kimi, hə?.. 
–  Yola  bax,  həm  də  bir  az  yavaş  sür.  Mərhum..,  bağış-
laginən, metal hardadır? 


 
229 
 

 
“Göy Zavod
34
”un yanında. 
– Göy Zavod haradır? “Göy məscid” eşitmişdim, ancaq 
göy zavod birinci dəfədir eşidirəm... Sən birdən elə bilərsən 
mənim  pulum-zadım  var,  aparıb  başımı  əkmək  istəyərsən 
ha, toba cibimdə 11 manat pulum var... 

 
Öz pulun özünə qismət olsun molla dayı... 
 
* * * 
 
Allah köməyi olmuşlar bu  “Sədərək” yoluna sürət həd-
dini  120  qoyublar.  Zalım  balası  maşın  sürməyin  dəlisiymiş. 
140-ı qoyub belinə, bütün bağır-dalağım yarıldı. 

 
Ay bala bir az yavaş sür, qəza eliyərsən! 
– Gecikirik molla əmi, qorxma. Bütün xaricilər yığışıblar 
sahəyə, bizi gözləyirlər. 
–  Bu  xarici  dediyin  hardan  bilir  molla-yasini,  kim  salıb 
bunların ağlına? 
–  Özümüzünkülər.  Keçən  dəfə  xeyir  duasız  yekə  bir 
layihəyə başlamışdıq. İki nəfər yoldaşımız tikinti vaxtı isteh-
salat  qəzasında  rəhmətə  getdi.  O  vaxtdan  mod  salmışıq  ki, 
Quransız,  xeyir-duasız  bir  layihəyə  başlamayacağıq.  Şefləri-
miz də razı oldular. 
–  Maşallah,  şefləriniz  qanacaqlıymış.  Hansı  dinə  qulluq 
edirlər? 
– Büdpərəstdirlər. 
–  Denən  kafirin  ən  yekələriymiş  ki...  Lənət  şeytana!  Ay 
bala sür geriyə, ya da burda saxla özüm yol maşınıyla qayı-
daram. Allah kəlamını kafir yanında oxumazlar... 
                                                           
34
 Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə