210
– Yapışıb bir gürcü uşaqdan, əl çəkmir ki, – “Qoy ba-
cıyla oynayım!”
– Qoy oynasın da, nə var ki bunda?
– Dilini bilmir axı, necə oynaya bilər?
– Uşaqların öz dili olur. Dəymə, qoy oynasınlar, – de-
dim.
Amma uşaq kirimək bilmirdi. Naəlac qalıb özüm onu
həyətə düşürdüm. Gül-çiçəkli meydançada uşağın gözü elə
hey təzə tapdığı “rəfiqəsi”ni axtarırdı. Kəlməbaşı, – “Anuş
hardadı?” – deyib dururdu. Uşağı bir qədər ovudub bir gür-
cüylə şirin söhbətə girişmişdim. Ölkələrimizin fərqli qanun-
larını “xırdalayıb” dərdləşirdik. Birdən Selcanın sevincək
mənim qolumdan dartışdırmasına, böyrümü dürtmələməsi-
nə barmağıyla göstərdiyi səmtə boylandım. Cavan ər-arvad
qarayanız qızcığazın əlindən tutub 4 nömrəli mineral bulaq-
dan su içməyə gəlirdilər. Bu qızcığaz elə sevimliydi ki, özü-
mün də qanım qaynadı uşağa. Selcanı görcək, o da valideyn-
lərinin əlindən dartınıb çıxdı və düz qızıma doğru götürül-
dü. Övladım yalvarış dolu gözlərini mənə dikdi. “Get ba-
cıyla oyna” – demişdim ki, rəfiqəsinə doğru elə qaçdı ki, bir-
birlərinə çatanda az qalmışdı toqquşşub yıxılsınlar. Heç doğ-
ma bacısını, məhlədəki həmyaşıdlarını, heç gəlinciklərini be-
lə sevmirdi Selcan. Cütlük yanımıza çatanda kişiyə əl verib
gürcücə bildiyim tək sözü dedim, – “Qamar coba
33
”. Ər,
rusca “zdrastvuy” dedi. Səki, uşaqların birlikdə oynaması
üçün valideynlərdən icazə alacaqdım. Soruşdum, – “Gürcü
deyilsiniz?”. Dedi, – “Yox, erməniyik”. Sanki, təpəmə bir qa-
zan qaynar su tökdülər. Elə bil əlim murdar ətə dəymişdi –
33
Gürcü dilində “Salamun əleyküm” deməkdir.
211
qanım it qanına döndü. Daha danışacaq, soruşacaq sözüm
yox idi. Gözüm qızımı axtardı. Balacalar çəməndə böcək
uçurur, deyib-gülürdülər. “Selcan!” – səsimdəki hirsi qızım
da duydu, – məlul-məlul yanıma gəldi, – “Ata qoymursan
oynamağa..?” – soruşdu. “Yox” desəydim gözünün mütüyü-
nü axıdacaqdı, odur ki, – “gedək yeməyimizi yeyək, sonra
oynayarsınız” – dedim. Candərdi razı oldu. Anuşa qaçıb ye-
məkdən sonra axşamadək birlikdə oynayacaqlarını sevincək
çatdıranda, Anuş da öz erməni dilində nələrsə dedi və hər
ikisi sevincdən atılıb-düşdülər. Selcanı evə gətirib anasına
acıqlandım, – “Anuş dediyiniz uşaq gürcü yox, it küçüyü –
erməniymiş! Bir bu çatışmırdı! Uşağı yanında hərlə, qoyma o
uşaqla oynasın!”.
Yoldaşım:
– Buy ayıb ola! Bəs xəbərin var ki, onlar bizim divar
qonşumuzdular? Yan otaqda qalırlar...
– İşə düşmədikmi..! “İlanın zəhləsi yarpızdan gedir, o da
gəlib yuvası ağzında bitir”..! Cəhənnəmə olsun! Uşağa bax
sən! – lap ciddi tapşırdım.
Hövsələsiz olduğumu bilirəm. Bu dəfə lap özümə yer ta-
pa bilmirdim. Elə bil ki, dörd yaşlı uşağım böyük və bağış-
lanmaz bir günah işlətmişdi. Allaha ağır getməsin, doğmaca
körpəm gözümdən düşmüşdü. Bu bir yana qalsın, bir ermə-
niylə qonşu olmağın töhmətini götürə bilmirdim. Axşam ye-
məyindən sonra müştəri qəbulu və qeydiyyatı şöbəsinə ya-
xınlaşıb yerimizi dəyişmək üçün başqa otaq soruşdum, –
“Bütün otaqlar doludur, heç cür mümkün deyil” – dedilər.
İstirahətim və müalicəm üçün hər cür yaxşı şəraitin ol-
masına baxmayaraq özümü çox əsəbi hiss edirdim. Get 13 il
Qarabağda bu mənfurlarla vuruş, yaralan, axırda da gəlib
212
onlarla bir sanatoriyada istirahət elə. Bunu mənim kimi
kəmhövsələ heç götürərdimi? Hər dəfə bu erməni ailəsini
həyətdə asudə gəzən görəndə ətim ürpənirdi. Məni qınama-
yın, bu dünyada erməninin varlığı məni iyrəndirir. Hər
millətin ikiüzlüsü, nadanı, yaltağı, baltaya sap olanı var,
ancaq bütöv bir millət olaraq rusun xatirinə öz millətinə,
qonşusuna, dünyaya xəyanət etmək, satqın və nadan olmaq
ermənilərin əsas xislətidir – bu mənim qəti fikrimdir. Nə
vaxtsa onlarla barışası olsaq belə, hətta, bu sözlərimə görə
gələcək nəsillərimiz məni daş-qalaq etsə də bu fikrimdən
dönmərəm! Lap erməni kirvəmiz də olub, erməniylə gediş-
gəlişim də olub, ancaq dədə-babadan erməniyə nifrətlə bö-
yümüşəm. Bu nifrətlə Qarabağ döyüşlərində erməniyə silah
da qaldırmışam. Bu müharibəni uduzduğumuz üçünsə, ilk
növbədə özümü günahlandırıram – çünki, hələ də sağam və
bu boyda dərdin göynərtisini unudub, böyrəyimin, mədə-
min azarının qeydinə qalmağa gəlmişəm. Qaysaq bağlamış
Qarabağ yaramın qabığını qoparmışdı bu erməni ailəsi.
Onların məni heç vecə almaması, asudə gəzməsi isə mənə
lap od qoyurdu. Həyətdə gəzişərkən Selcan hər dəfə Anuşa
doğru dartınanda dalına yağlı sillə çəkib yerində oturdur və
göz yaşlarına baxmadan amansızca onu susdururdum.
* * *
...Gecənin birində yoldaşım hövlnak məni yuxudan oya-
dıb deyəndə ki, – “Selcan otaqda yoxdur, uşaq itib!”, – Sair-
mə başıma fırlandı – ilk ağlıma gələn qonşularım ermənilər
oldu – “Bunlar nə desən edərlər...” – düşündüm. Hamama
baxdım, çarpayıların altına boylandım, balkona, dəhlizə,
213
foyeyə cumdum – uşaq heç yerdə yox idi. Qonşunun qapı-
sını döyməyi özümə sığışdırmırdım. Lakin sonda naəlac
qalıb hirslə qapını döydüm. Qapını üzümə “dığa” açdı.
“Uşaq itib, Anuşun yanında deyil ki?!...” – hirslə soruşdum.
Otağın işığını yandırdı. Onun da gözləri bərələ qaldı – Anuş
nə anasının qucağında, nə də öz yatağında yox idi. Səsə
arvadı – “haxçik” yuxudan oyandı. Övladlarının yataqda
olmadığını görəndə ilk olaraq balkona baxdı. Dığa gülüm-
sünüb barmağı ilə məni balkona çağırdı. Balkonlarına ba-
xanda Anuşu üzüstə, atasının idman pencəyinin altında kir-
pi kimi yumrulanıb gizlənmiş gördüm. İndi fikir verdim ki,
balkonlarımız arasındakı arakəsmə nazik azbest lövhədən-
miş və altı, uşağın başı girəcək qədər hündürüymüş. Anuş
yazıq-yazıq atasına boylandı. Üzüstə erməninin balkonuna
uzandım – arakəsmənin o üzündən baxan qızımın məsum
gözləriylə qarşılaşdım. Öz otağımıza keçdim, balkonumuza
çıxdım. Qızım yun yataq örtüyünün altında gizlənib Anuşla
xısın-xısın söhbətləşirmişlər... Onu vurmağa əlim gəlmədi –
axı uşaq nə bilir ki, erməni nədir, düşmən nədir, düşmənə
necə nifrət etmək lazımdır? Onu qucağıma alıb yatağına
uzatdım. Üstünü örtəndə, – “Ata, Anuşu evimizə aparaq?
Mən istəyirəm ki, Anuş mənim bacım olsun” – bircə bunu
dedi və rəfiqəsiylə doyunca oğurluq görüşdən sonra şirin
yuxuya getdi. Hirsim ən yüksək həddəydi. Qonşumun işığı
hələ də yanılı idi. Siqaretimi yandırıb balkona çıxdım. Ermə-
nini balkona səslədim. Birnəfəsə, – “Çıxın gedin burdan! Sizi
görmək istəmirəm! Yoxsa əlimdən bir xəta çıxacaq!” – dedim
və yatağıma qayıtdım.
* * *
Dostları ilə paylaş: |