ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

 
217 
 
–  İndi  bu  uşağın  atası  kimdir,  bilmirsən?  –  arvadım  onun 
dediklərini  tam  səmimi  qəbul  edirdi,  hər  sözünə  sidq  ürəkdən 
inanırdı. Bu iyrənc söhbəti dinləməmək üçün bir qədər aralandım. 
– Allah bilir hansı donuzun zibilindəndir! –  gəlin dedi. 
Arvadım: 
–  Bəs  əvvəlki  uşaqlarına  necə  baxırsan?  Necə,  nəylə  dola-
nırsan? 
– Uşaqlarımı əlimdən alıb aparırlar. Allah bilir ya satırlar, ya 
da  qol-qıçlarını  sındırıb  diləndirirlər...  –  bunu  deyib  su  dolu  ved-
rəni əlinə aldı.  
Arvadım: 
–  Evin  varmı,  səninlə  bir  az  yaxından  tanış  ola  bilərəmmi? 
Sən bu uşağı neyləyəcəksən? 
–  Hə..,  evim  var  –  Surenin  donuz  tövləsini  təmizləyib  mənə 
veriblər. Bu uşağı nə edəcəyini isə Armen özü bilər. Bəlkə istəsəniz 
elə sizə satacaq? 
– Uşaq neçə aylıqdır? 
– Bu gün-sabahlıq. 
– Bəs niyə ağır şey qaldırırsan? Axı sənə olmaz... 
– Bu qayğını evdə ərinə göstərərsən... 
– Niyə acığın tutur, axı mən də qadınam, səni başa düşməyə 
çalışıram... 
–  Mən  isə  nə  vaxt  qadın  olduğumu  heç  xatırlamıram.  Məni 
rahat  buraxın,  işinizin  dalınca  gedin,  –  bunu  deyib  asfalt  yolu 
keçdi. 
Arvadıma yaxınlaşdım: 
–  Sənin  başına  hava  gəlib,  nə  etmək  istəyirsən?  Yoxsa  yüz 
kişidən  əmələ  gələn  bir  uşağı  övladlığa  götürmək  istəyirsən?  Sən 
ona inanırsan, bəlkə o bizi barmağına sarıyır? 
Arvadım: 


 
218 
 
– O yalan danışmır. Həm də qız doğacaq. Həm də anası kimi 
gözəl bir qız – addımlarına bir bax... 
Heç nə başa düşə bilmədim. 
– Mən bu uşağı götürəcəyəm. Anası çox sağlamdır, gözəldir. 
Başa düşmədinmi, o əsir düşmüş türkdür. Deməli övladını heç vaxt 
axtarmayacaqdır  və  gələcəkdə  də  başımıza  dərd  açmayacaqdır. 
Məni sevirsənsə, mənə bu işdə kömək elə... 
Çox  çək-çevirdən  sonra  əlacım  kəsildi.  “Bəlkə  də  qismətimiz 
özü  qarşımıza  çıxmışdı”–  deyə  arvadıma  tabe  oldum.  Arvadım 
yüyürüb  su  vedrəsini  onun  əlindən  almağa  çalışdı,  lakin,  o  buna 
razı  olmadı.  Ayaqlarımı  sürüyə-sürüyə  onların  dalınca  getdim. 
Həyət qapısından içəri girəndə, qapının cırıltısına yaxası-başı açıq 
yekəqarın  biri  bizi  görcək  yerindən  dik  atıldı.  Yaxasını  düymələ-
yərək mənə yaxınlaşdı: 
– Kimsiniz, nə istəyirsiniz?! 
Mən: 
– Elə-belə yoldan keçirdik, dedik bir yorğunumuzu alaq. 
Kişinin eyni açıldı: 
– Qorxutdunuz məni. Dedim yəqin yenə ya müxbirlər, ya da 
ATƏT-in  sülhməramlı  avaralarısınız.  Nədi,  türk  qızı  istəyirsən? 
Qurbandı sənə. Ancaq onun bu halında inanmıram ki bir ləzzət ala 
biləsən...  Amma  özün  bilərsən,  belə  də  istəyirsənsə  buyur  onun 
evinə. Bax o dam onun evidir – üstü qamışla örtülmüş birmərtəbəli 
damı göstərdi.  
İçimdən  bu  gəlinin  yaşadığı  evi  görmək  keçdi.  Gəlinin  evinə 
tərəf  dönəndə  arvadım  məndən  qabağa  düşdü.  İçəri  girəndə  bu-
ranın həqiqətən köhnə bir mal tövləsi olduğuna əmin olduq. Lakin, 
qız  buranı  elə  səhmana  salmışdı  ki,  adam  bu  cür  qadın  təmizkar-
lığına həsəd aparmaya bilməzdi. Damın bir küncündə emalı qopub 
tökülmüş çuqun hamam vannası dururdu. Divarda ağac budağın-


 
219 
 
dan  asılqan  düzəldib  paltarlarını  qurutmaq  üçün  istifadə  edirdi. 
Digər küncdə taxt və üstündə bir cüt üst-üstə pambıq döşək qoyu-
lub üzərinə yun mələfə sərilmişdi. Köhnə şifonerin gözlərinə səliqə 
ilə qab-qacaqlar düzülmüşdü. 
Arvadım  qızın  qolundan  yapışıb  taxtda  oturtdu  –  özü  də 
yanında.  “Danış,  danış  görüm  sən  kimsən,  bura  necə  düşmüsən, 
adın nədir?” 
Qız: 
– Aşot adımı Zeynəb qoyub. Bircə onu bilirəm ki, türkəm. Və 
türk  olduğuma  görə  ən  rəzil  təhqirlərə  dözmək  məcburiyyətində-
yəm.  Amma  heç  özüm  də  bilmirəm  ki,  türk  olmaq  niyə  bu  qədər 
rəzalətmiş... Gözümü Aşotun qucağında açmışam. O öləndən son-
ra isə Armenin himayəsində yaşayıram. 
– Armen səni çox incidir? 
– Yox, niyə incitsin ki, nə deyir onu da edirəm. Amma hərdən 
çox  içəndə  döyür.  Məni  qəfəsə  salınmış  canavar  kimi  hamıya 
göstərməkdən  zövq  alır.  Mənim  doğduğum  uşaqların  hesabına  
yaxşı qazanır da. Mən doğuram, o isə fransız müştərisinə satır... 
Armenin  içəri  girməsilə  söhbətləri  yarımçıq  qaldı,  –  “Hə, 
xoşunuza gəldi türk qancığının evi? Türkün dişi boz qurdudur bu, 
ehtiyatlı olun ki, sizi gəmirməsin...” 
Zeynəb: 
– Qancıq öz anandır! Sənə neçə dəfə demişəm ki, özgə yanında 
məni təhqir etməyinə dözmürəm! Erməni köpəyoğlu! 
Armen yumruğunu düyünləyib, – “erməni mənə deyirsən!” – 
deyib Zeynəbi vurmaq istəyəndə arvadım özünü qabağa verib onu 
dayandırdı. 
Zeynəb heç tövrünü də pozmadan, – “Nədi, erməni deyilsən? 
Di  yenə  qudurma!  Bu  adamlar  mənim  doğacağım  uşağı  almaq 


 
220 
 
istəyirlər.  Pullu  müştəriyə  oxşayırlar,  sən  bir  bunu  düşün...”  – 
dedi. 
Armen Zeynəbə yenidən bağırdı: 
– Bunlar bizim özümüzünkülərdir, müştəri deyillər! Sənə yüz 
dəfə  demişəm  ki,  bir  erməni  sənin  ürəyini  də  istəsə,  fikirləşmədən 
çıxar ver! 
Zeynəb həminki soyuq  tövrlə: 
–  Uşağı  istəyirlər,  çıxardım  verim,  yoxsa  insan  kimi  doğub 
verim? 
– Türk insan deyil, sən insan kimi doğa bilməzsən! 
– Yaxşı di coşma, ermənicə doğaram..! 
Armen: 
– Neçə günə doğa bilərsən! 
Zeynəb: 
–  Sancılarım  iki  gündür  başlayıb,  yəqin  çox  çəkməz.  Sonra 
bizə  dönüb,  –  “Əgər  gözləyə  bilərsinizsə  qalın,  doğum,  uşağınızı 
götürüb aparın...” – dedi. Gəlin elə sakit, soyuq  danışırdı ki, onda 
bir zərrə də olsun analıq, qadınlıq işartısını sezə bilmirdim. 
Uzun  sözün  qısası  –  Armenin  qonağı  olduq.  Arvadım mənə, 
Zeynəbin doğuşu və yaxşı qıdalanması üçün nə lazımdırsa hər şeyi 
aldırdı.  Dörd  gündən  sonra  Zeynəbin  doğuş  sancıları  tutdu. 
Armen,  –  “Öyrəncəlidir,  donuz  kimi  doğacaq”–    deyib  həkim 
çağırmağa  imkan  vermədi.  Arvadım  kitablardan  doğuşu  qəbul 
etməyin  qaydalarını  az-maz  bilirdi  və  bunu  uğurla  bacardı. 
Arvadımın dediyi kimi Zeynəb qız doğdu – bizim Siranuşu. Anuş 
on gün anasının südünü əmdikdən sonra, Armen dedi ki, – “Əgər 
bir neçə gün də anasının südünü əmsə, uşaq türk olacaqdır. Götü-
rün  uşağınızı  və  gedin”.  Armenə  azacıq  cibxərcliyi  verib  qızımızı 
da götürüb evimizə yollandıq. İndi aydın oldumu ki, Anuşla qızın 
niyə bir-birinə belə mehr salıblar..? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə