ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   60   61   62   63   64   65   66   67   ...   88

 
249 
 
bacısının  müşaiyətilə  geriyə  qayıtdıq.  Ayət  dühdürün  50-yə 
yaxın yaşı olardı, ortaboylu, kök, qaraqabaq biriydi. Şəkilləri 
gözdən keçirib, əlindəki alətlə Nihadın qulağının içinə baxdı. 
Başını  buladı,  sonra  da  resept  yazıb  fars  dilində  yazdıq-
larının izahını verdi. Hüseyin onun dediklərini bizə tərcümə 
edirdi: 
–  Bu  dərmanı  üç  gün,  gündə  3  dəfə  5  damcıdan  xəstə 
qulağına  tökərsiniz.  3  günə  çirk  çəkiləcək.  Qulağın  pərdəsi 
yandan  aralanıb,  yəqin  ki,  yuyanda  təzyiqdən  zədələnib. 
Çirk  quruduqca  özüylə  pərdəni  də  çəkib  öz  yerinə  oturda-
caq.  Ancaq  qulağına  pambıq  qoyun  ki,  içinə  su  dolmasın, 
səs-küydən uzaq olsun, xəstə qulağıüstə yatsın, qulağa zərbə 
olmaz.  Ayağınız  düşsə,  6  aydan  sonra  bir  də  gətirərsiniz, 
yenidən baxarıq. 
– Elə bu..?! – həyəcanla soruşdum. 
–  Əlbəttə.  Qorxulu  şey  yoxdur.  Arxayın  olun,  bu  müa-
licəylə sağalacaq... 
– Bəs əməliyyat... 
– Əməliyyatlıq heç nə yoxdur. 
– Təşəkkür edirəm Ayət dühdür! – uçmağa təkcə qana-
dım yoxuydu. 
–  Sağ  olun.  Təşəkkür  etsəniz  köməyim  savab  hesab 
olunmaz. Bakıya salam deyin, bu yetər... 
Dühdürün əlini sıxıb kabinetindən çıxdıq. 
Əziz  oxucu,  desəm  inanmazsınız,  oğlumun  Təbrizdəki 
müalicəsi mənim üstümə cəmi 588 manata oturdu. Onun 15 
manatı, Bakıdan Büləsuvaradək taksiyə, 45 manat Biləsuvar-
Təbriz  yoluna,  120  manat  Təbrizdə  beşgünlük  yeməyimizə, 
300 manat evə bazarlığa, 35 manat Nihadın müayinəsinə, 13 
manat  dərmanlarına,  60  manat  isə  geriyə  qayıtmağa 


 
250 
 
(“torpaqbasdı” haqqı ilə birlikdə) xərcləndi. Oğlumun qulağı 
indi  sappasağlamdır.  Elə  Ayət  dühdürün  yazdığı  dərmanla 
da  düzəldi.  Sözümün  canı  başqa  şeydir.  Nihadı  Təbrizə 
getməyimin  səbabkarı  kimi  gəlin  kənara  qoyaq.  Burda  bir 
şeyi deməsəm ürəyim çat verər. Özün de, səkkiz min manat 
müqabilində  –  hələ  sağalacağına  zəmanətin  verilmədiyi 
Bakının  tibbi  yaxşıdır,  ya,  cəmi  qırx  səkkiz  manata  başa 
gələn  uğurlu  müalicə?  Sən  hansına,  –  “Tibb  belə  olar,  düh-
dür  bax  belə  olar!”  –  deyərdin?  Mən  Azərbaycanı  çox  sevi-
rəm, həm də təkcə sözdə yox, ən çox da əməldə. Amma qur-
ban  olum  sənə,  dünyanın  ən  nadir  avadanlıq  və  texnika-
larının  gətirildiyi  ölkəmizin  tibb  müəssisələrində,  niyə  bu 
avadanlığın  birinin  yarısı  qədər  qiyməti  olan  savadlı  “düh-
dürlərimiz”  barmaqla  sayılmalıdır?  Niyə  bütün  ölkə  əhalisi 
ancaq  10-15  alim  “dühdürün”  üstünə  qaçmalıdır.  Axı  niyə 
“dühdürxanaların”  kabinet  və  dəhlizlərini  bəzəyən  qəddi-
qamətli,  yaraşıqlı  tibb  işçilərinin  savad  və  təcrübəsini  ölç-
mək,  ciddi  işlər  görmək  üçün  qol  çırmayan  yoxdur?  Niyə 
Türkiyədə,  Təbrizdə  dühdürlər  müntəzəm  təkmilləşdirmə 
üçün  xaricə  yollanır,  bizimkilər  isə  az  qala  çöpçü,  çıldağ 
səviyyəsinə yuvarlanırlar? Məndən sənə əmanət, uşağın xəs-
tələnsə  Təbrizə  apar!  Təbrizdə  “Gülşad”  otelində  Hüseyni 
kimdən soruşsan sənə onu göstərəcəklər. Hüseynin cibinə nə 
qədər  pul  dürtmək  istəsəm  də  yaxın  durmadı,  bircə,  mər-
hum  anasının  adını  deyib,  –  “Anamın  ruhuna  bir  yasin 
oxutdurun, bu mənə yetər” – dedi. Ordakı həmyerlilərim də 
dedi  ki,  –  “Hüseyin  butün  yaxşılıqları  ancaq  Allah  xatirinə 
edir,  –  “savab  xurcununu”  doldurur  və  heç  kimdən  pul 
götürmür”.  Övladını  buralarda  şikəst  eləmə  qardaş,  ərinmə 
və vaxt itirmə, vur xəstəni qoltuğuna, birbaş yollan Təbrizə. 


 
251 
 
Qoxma,  qəribliyi  zadı  yoxdu,  o  qədər  səmimi  və  gözəl  in-
sanları  var  ki,  elə  bil  Bakıdasan.  Hətta  həmyerlilərimin  xət-
rinə dəyməsin, Bakıdan da artıqdır. Burda birinə salam verib 
əl uzadırsan, əlini geri çəkəndə görürsən ki, barmağının biri 
yoxdu.  Təbrizdə  isə  əlini  geri  çəkəndə,  ovcunda  bütöv 
Azərbaycan  sevgisiylə  döyünən  bir  kövrək,  səmimi  ürək 
görürsən. İçində bir azca vətən sevgisi də varsa, onda Təbrizi 
gəzməkdən doymayacaqsan.  Amma  Təbrizin Bakıdan  ayrıl-
ması  onu  ən  azı  70  il  geri  salıb,  elə  cənublu  qardaşlarımız 
kimi  şulum  görkəmli,  uçulub-dağılan,  yenidən  tikilməkdə 
olan bir qoca Təbriz var İranda...  
Hələ  Bakıdan  çıxarkən,  təxminən  20-30  gün  Təbrizdə 
qalacağımızı düşünürdüm, ancaq bircə günə işimi qurtardım 
və  Təbrizi  gəzməmiş  vətənə  geri  dönməyi  özümə  haram 
bildim.  Həm  də  ki,  cibimdəki  pulu  diricə  geri  qaytarmaq 
insafdan  deyildi.  Ulu  Şəhriyarı  görmədən  heç  geri  qayı-
dılardımı..!? 
Uşağın  dərdinə  belə  asanlıqla  dəva  tapıldığı  üçün  çox 
sevinirdim.  Yolda  Hüseynlə  ayrılıb  Şəhriyarın  məqbərəsini 
ziyarətə  yollandıq.  Hüseynsayağı  payi-piyada  bir  saatadək 
Şəhriyarın zirvəsinə doğru “süründük”. Süründük ona görə 
deyirəm ki, içimdə Heydərbabanın salamını ustada necə çat-
dıracağımı düşünürdüm. Bu ziyarət mənə peyğəmbərimizin 
meracı qədər şərəfli görünürdü. Bəlkə də Məşhəd və ya Kər-
balanı ziyarətə bu qədər təlaşla və həvəslə getməzdim. Siqa-
ret damağımızda ustadla görüşümüzü dərdləşirdik. Onu da 
deyim  ki,  “nə  qədər  təəccüblü”  olsa  da, sən  demə  hacı  Şah-
suvar  ramazan  ayında  İranda  olmayıbmış.  Məqbərənin 
yerini  soruşduğumuz  yaşlı  bir  kişi  mənim  qolumdan  tutub 


 
252 
 
(ləhcəmizdən  Bakıdan  gəldiyimizi  ayırd  eləmişdi)  səkinin 
kənarına çəkdi. 
–  Orucluqda  küçədə  siqaret  çəkirsiniz,  sərbazlar  görüb 
sizi incidər, atın siqaretlərinizi – dedi. 
Hacı  cəld  siqaretini  yerə  tulladı.  Tullamağa  mən  də 
tulladım,  çünki  yerli  adətlərə  itaət  etmək  bütün  yadellilərin 
boynunun borcudur. İllah da müsəlman olduğum halda oruc 
tutmadığım  başıma  dəysin,  heç  olmazsa,  tutanlara  ehtiram 
göstərməliyəm  axı...  Amma  mən  burda  yadelli  olmadığımı 
anlayır  və  kiminsə  məni  şallaqlayacağını  heç  ağlıma  da 
gətirməzdim.  Kişidən  məqbərənin  yolunu  dəqiqləşdirib 
yolumuza  davam  etdik.  Heç  iki  yüz  metrə  getməmişdik  ki, 
iki sərbaz qolumuzdan yapışdı. Sərbazın biri fars, digəri türk 
idi (görəsən niyə cənublu qardaşlarımız özlərinə və bizə türk 
deyirlər,  biz  isə  inadla özümüzü  azərbaycanlı adlandırmaq-
da  israr  eliyirik?).  Bizim  üçümüzü  də  polis  maşınına  soxub 
tərpəndilər.  Məni  dəli  gülmək  tutmuşdu.  Şallaqlanacağımı 
ağlıma  gətirdikcə  qəşş  eliyib  hacıyla  məzələnirdim.  Hacı 
Şahsuvar isə bükülüb yumağa dönmüşdü. 
–  İndi  deyəcəklər  ki,  hacı  olub  oruc  tutmadığın  cəhən-
nəm,  bəs  niyə  küçədə  siqaret  çəkirsən?  Öl  ay  Şahsuvar,  Al-
lahın lənəti səni izləyir! 
– Doğrudan niyə oruc tutmursan hacı? – soruşdum. 
– Səfərdə olanda oruc tutmaq günahdır. 
– Onu kim deyir? 
– Dinimizdə belə buyrulub. 
– Günah deyil, üzürlüdür yazılıb. 
– Yox haramdır! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə