ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

 
237 
 
Dedi – Yolda itirdim. 
Dedi – Üzün qara olsun, dədənə bir dərd də artırdın”. 
Nəysə, “keçənə güzəşt”, “olacağa çarə yoxdur” deyərlər. 
Uşağın  sağlamlığı  mənimçün  vacib  məsələdir,  axı  mən  ata-
yam. Həyatımın hər saniyəsi əməliyyat pulunu toplamaq ən-
təşəsiydi. 
...Həyətdə qonşularla yenə “telefon” oynayırdıq. Qonşu 
binadan olan Mükərrəm salam verib yanını yanımıza qoydu. 
Qapıbir qonşum  Əziz ondan soruşdu ki: 
–  Ay  Mükərrəm  necə  oldu  İran  səyahətin,  indi  özünü 
necə hiss edirsən? 
Mükərrəm: 
–  Qardaş  burda  kim  ki  həkimə  gedir  o  bədbəxt  oldu 
demək.  Bakıda  mənə  dedilər  ki,  –  “Sağ  böyrəyini  kəsib  gö-
türməliyik,  çürümə  başlayıb”.  Getdim  İrana,  yoxlatdırdım. 
Sən  demə  böyrəyin  üstündəki  piy  qatında  infeksiya  varmış, 
bir  həftə  müalicə  elədilər  keçib  getdi.  Burda  3000  manat 
istəmişdilər, İrana gedib-gəlməyimsə, 250 dollara başa gəldi. 
Söhbət məni ildrım kimi tutdu buraxmadı. Domino daş-
larını  yerə  qoyub  gözlərimi  Mükərrəmin  ağzına  zillədim. 
Xeyli  uzun  söhbətdən  sonra  mən  də  dərdimi  açıb  qonşuma 
danışdım. 
– Nəbadə uşağı bizim həkimlərin əlinə verərsən ha.., bax 
deyirəm,  uşağın  qulağını  kəsib  verəcəklər  əlinə,  şikəst  edə-
cəklər. Vaxt itirmədən təcili qaç İrana – dedi. 
Elə yanımdaca mənim telefonumla İrana zəng vurdu: 
–  Ağayi  Hüseyn,  bir  dostumun  uşağı  xəstədir,  qulaq 
pərdəsi cırılıb, eşitməsi zəifləyib. Sənə zəhmət, axtar gör hara 
gətirsin.  Məndən  bütün  tanıyanlarıma  salam  de.  Sizə  do-
yunca təşəkkür edə də bilmədim. Nə vaxt Azərbaycana gəl-


 
238 
 
sən  bil  ki,  burda  qardaşının  evi  var.  Öpürəm  gözlərindən 
qardaşım, evdəkilərə salam de. Allah orucunu, namazını qə-
bul  eləsin  qardaş.  Sən  Allah,  çalış  sabaha-zada  bir  cavab  de 
ki, uşaq yazıxdı, şikəst qalmasın. Di salamat qal. 
Adamın  işini  Allah  düzəltsin  qardaş.  Mükərrəm  məni 
8000-lik bezardan, oğlumu isə kar olmaq azarından qurtardı. 
Hamı  gecə  evlərinə  dağılışdı,  Mükərrəmlə  mən  isə  hələ  də 
İrandakı  modern  tibbin  möcüzələrindən  danışırdıq.  O  danı-
şır, mənsə ağzımı açıb ona qulaq asırdım. 
Sabah Mükərrəm mənə zəng vurdu. Görüşdük. 
– Sabah yox o biri gün sizi Təbrizdə gözləyirlər. Həkim-
lə danışılıb. Durma tələs Təbrizə! 
Minnətdarlıq edib evə gəldim. Keçmiş iş yoldaşım, indi 
işsiz  olan,  fars  dilini  mükəmməl  bilən  Hacı  Şahsuvarı  da 
özümə bələdçi götürməyə razı saldım. Razı saldım deyəndə 
ki,  əslində  İrana  getmək  təklifimi  eşidən  kimi  Şahsuvar  çox 
sevindi.  Sevincək  uşağın  və  özümün  dəyişəklərimi  yığıb 
tanış-tunuşdan  da  bir  qədər  borc  alıb  Təbriz  səyahətimizə 
hazırlaşdım. 
Ömrüm  boyu  iki  şəhəri  görmək  arzusunda  olmuşam  – 
biri  İstanbul,  digəri  Təbriz.  İki  il  bundan  qabaq  İstanbulda 
oldum, ancaq yuxularımda gördüyüm İstanbulu tapa bilmə-
dim. Mən hava limanında əyilib doğma İstanbulun torpağını 
öpməyə təmiz yer axtarırdım ki, otel dəllalları məni dövrəyə 
aldılar. 
– Əfəndim abim, qalacaq ucuz bir yer ararmısınız? Bizdə 
çok iyi, ucuz ve lyuks otellər var, bakmaq istermisiniz? 
Bunlar  gördüyüm  ilk  türk  qardaşlarımdı,  onların  qıra-
caq  bir  inkarım  mənimçün  ölümdən  də  betər  idi.  Nəysə  nə 
başınızı  ağrıdım  otelə  baxmaq  üçün  bir  taksiyə  oturduq, 


 
239 
 
xeyli  yol  getdikdən  sonra  (sonradan  öyrəndim  ki,  qaldığım 
otellə  hava  limanı  arasında  200-250m  məsafə  varmış)  gəlib 
otelə  çatdıq.  Bura  üçmərtəbəli  bir  binaydı  və  üçüncü  mər-
təbədəki  birotaqlı  ev  kirayəyə  verilirmiş.  Günü  350  dollara 
razılaşdıq.  Elə  ilk  tanış  olduğum  türk  arkadaşlarım  məni 
kafelərdən  birinə  qonaq  dəvət  etdilər.  Bu  şərəfə  kim  etiraz 
edərdi  ki...  Getdim.  Qarson  qabağımıza  adama  bir  qədəh 
“Coca-cola”, bir ləbləbi qoydu. Arkadaşlarım iki nəfəriydilər. 
Bar qızlarla doluydu – bütün Moldova, Ukrayna, Rusiyanın 
yarısı  elə  bil  burdaydı.  Ardıcıl  olaraq  növbəylə  3  qız  yanı-
mızda  oturub  “öz  xidmətlərini”  təklif  edirdilər.  Mən  türk 
qardaşlarımın yanında sözsüz ki, belə tərbiyəsiz xidmətə ge-
də bilməzdim və onları rədd elədim. Dostlarım durub harasa 
çıxdılar,  stol  arxasında  tək  qalmışdım.  Bir  qarasaçlı  qız  ya-
nımda əyləşdi. Doğma dilimizdə: 
– Azərbaycandansan? 
–  Hə  –  dedim.  Qürbətdə  öz  həmyerlimə  rast  gəlməyin 
sevincini  ani  yaşasam  da,  onun  qısa  donuna  və  əndazə  bo-
yalı dodaqlarına acığım tutdu. 
– Tez çıx burdan, zamparalar səni kazıklayıblar
36
. Müm-
kün qədər tez çıx, daha heç nə sifariş vermə. 
Dostlarım  qayıdana  oxşamırdılar.  Qarsonu  çağırıb  he-
sabı  istədim.  Çek  gətirdi.  Çekə  baxanda  gözlərim  kəlləmə 
çıxdı – hesab 1285 ABŞ dolları idi. 
–  Qardaş  bu  nə  hesabdır,  bəlkə  səhvən  başqasınınkını 
gətirmisən? 
– Yok abi, sizinkidir. 
                                                           
36
 Kazıklamaq - osmanlı türkcəmizdə, “aldatmaq” deməkdir. 


 
240 
 
–  Adam-zad  öldürmüşük  qardaş,  bir  ləbləbi  6-7  qədəh 
“Cola” bu qədər eləməz axı. 
– Etirazınız varsa, şefin yanına keçin..! – dedi. 
Şef  dedikləri  elə  barın  içində,  bara  açılan  balaca  pəncə-
rəli  darısqal  bir  otaqda  oturmuşdu.  Heç  dalını  stuldan  qal-
dırmadı  da.  Yuxudan  durmuş,  əl  üzünü  yumamış  birinə 
oxşuyurdu. Hesabı ona uzatdım. 
– Salamun əleyküm qardaş. 5-6 şüşə “Cola”, bir qab da 
ləbləbi sifariş vermişik, hesabımızı 1285 dollar yazıb gətirib-
lər. Dedilər sizinlə ayırd edim. Sizcə bu həddən çox deyilmi? 
– Yox. Hələ sizə qonaq olduğunuz üçün hörmət ediblər. 
Hesabı  ödəyin  və  sağ-salamat  gedin.  Bizdə  qayda  belədir, 
xoşunuza gəlmirsə, gələn dəfə bir də gəlməzsiniz. 
–  Axı  1285  dolları  xırdalaya  bilərsinizmi  ki,  bu  hesab 
nədən bu qədər olub? 
– Stolunuza 4 qız oturub? 
– Hə... 
– Hərəsi 70 dollar edər. Hərəsi bir şüşə “Cola” içib? 
– Hə... 
– Bu edər 150 dollar. Ləbləbi deyirsiniz, nə deyirsiniz – 
bu da 250 dollar... 
–  Qardaş  siz  məni  dolamısınız,  250-yə  də  ləbləbi  olar? 
Qızlara heç əlimizi də toxundurmamışıq... 
–  İstiyirsiniz  sizə  dövlətin  rəsmi  icazəsini  göstərim  ki, 
bizim  bu  qiymətlərə  satmağa  ixtiyarımız  var. Bizim  kefimiz 
belə istəyir, belə də satırıq. Pulunuzu ödəyin! 
Bu  heynidə  qoluzorba  pəzəvəngin  biri  içəri  girdi.  Şef 
üzünü  ona  tutub,  –  “Rıfkı,  bey  efendi  parasını  ödəməyincə 
gözaltında  tutun”  –  dedi.  Cin  təpəmə  vurdu.  Yaman  yerdə 
axşamlamışdım.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə