ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

 
241 
 
–  Sizin  Allahınız  yoxdurmu,  siz  türk  deyilsinizmi,  belə 
pulu aparıb övladınıza necə yedirdirsiniz?  
–  Çok  uzatdın  abi!  Bən  türk  deyil  də,  kürdüm.  Paranı 
ödəməyəcəksənsə biz gərəkəni yapmağa başlayaq. 
Şirin dilimi işə salmaq qərarına gəldim. 
–  A  qardaş  mən  də  kürdəm  da  bəs...  Qarabağ  eşitmi-
sənmi, Laçın bilirsənmi? 
– Laçındansan? 
– Bizim bütün Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl hamı-
mız  kürd  deyilikmi  bəs!?  Kürd  də  kürdə  belə  sitəm  edərmi 
heç? 
Gözlərini mənə zilləyib dediklərimin doğruluğunu yox-
lamaq  istəyirmiş  kimi  pəzəvəngə  baxdı.  Əslən  Qubadlıdan 
olduğum  üçün  tələbəlik  vaxtı  dostlarım  məni  “kürd”  deyə 
çağırardılar.  Hətta  bir  dəfə  yanımda  kürdlərə  söyüş  söyən 
birinin  ağzının  payını  vermişdim.  O  qədər  “kürd”  demiş-
dilər ki, özümü az qala doğrudan da kürd hesab edirdim.  
Deyəsən sarı siminin yerini tapmışdım. 
– Nə qədər ödəməyə gücün çatır? 
– Sənə 100 dollar pul verəcəyəm, hələ bu da artıqdır... – 
əlimi cibimə saldım. 
– 400 verəcəksən. 
– 300. 
–  100  dollar  elə  təkcə  səni  gətirən  pəzəvənglərə  ver-
mişəm. 
250  dollar  stolunun  üstünə  atıb  halallaşdıq.  Hirslə  barı 
tərk  etdim.  İstanbulda  qaldığım  müddətdə  ilk  gördüyüm 
türk  arkadaşlarımı  nə  qədər  axtarsam  da  tapa  bilmədim. 
Tapsaydım, deyəcəkdim ki, – “Ananızın südü, atanızın zəh-
məti burnunuzdan gəlsin. Pəzəvəngliklə yedirdiyiniz qızınız 


 
242 
 
bir gün fahişə, oğlunuz oğraş olaraq qarşınıza çıxanda təccüb 
etməyin, çünki siz böyük bir millətin şərəfsiz övladlarısınız! 
Qarşınıza heç xeyir çıxmasın, içdiyiniz “Coca-cola”larım bur-
nunuzun  deşiyindən  qan  olub  piltə-piltə  gəlsin!”.  Amma 
sonra  düşündüm  ki,  “meşə  çaqqalsız  olmaz”  və  hirsimi  bo-
ğub  doğma  İstanbulumu  yalnız  avropalı  bir  seyrçi  kimi  gə-
zib  dolandım,  hamıdan,  hətta  xoşgörülü  insanlardan  da  qa-
çıb  tənha  dolandım.  Mənə  bir  neçə  dəfə  İstanbula  getmək 
lazım  gəldi  ki,  ilk  səfərimdəki  nifrətimi  içimdə  boğa  bilim, 
ikinci doğma vətənimi yenidən sevə bilim və xəyallarımdakı 
İstanbuluma qovuşa bilim. 
 
 
* * * 
 
İndi  də  Təbriz  səyahətimin  həyəcanı  məni  boğurdu.  Bi-
lirdim ki, nadürüst insanlar adətən sərhəd və kömrük mən-
təqələrində  daha  çox  olur,  səni  qarşılayan  taksi  sürücüləri 
böyük ehtimalla səni aldatmaq üçün bir şeylər fikirləşib and-
aman tökəcəkdir. Lakin İstanbul təcrübəm mənə kifayətdir.  
Şahsuvar  36  yaşlı  cavan  bir  oğlandır,  İranı  qarış-qarış 
gəzmişdi.  Hətta  Məşhəd  və  Kərbalaya  zəvvar  turlarına  bə-
lədçilik  təcrübəsi  vardı.  Üzündəki  azacıq  uzatdığı  saqqalı 
ona  heç  yaraşmırdı.  Çox  radikal  dinçi  idi.  Onun  frontal  və 
profil  fotoşəkillərini  sərhədçilər  çəkənədək  pasport  qeydiy-
yatı  növbəsinə  dayananlardan  bir  neçəsi  sərhəd  işçilərini 
kafirlikdə  günahlandırdılar.  İran  tərəfindəki  sərhədçilər  isə 
şalvarlı  və  gödəkdonlu  zənən  həmyerlilərimizə  uzunətəkli 
paltar və şala dolanmayınca onları buraxmayacaqlarını inad 


 
243 
 
edirdilər.  Axırda  Şahsuvarın  da  köməkliyilə  sərhədçilər  de-
diklərinə nail oldular. 
Oğlumun əlindən tutub pasport qeydiyyatından keçdik. 
Sərhədçi  bizə,  –  “Pəncərənin  qabağından  rədd  olun”  –  de-
yəndə, hirsimdən tüstüm təpəmdən çıxdı. Gül ağzımı açmaq 
istəyirdim  ki,  Şahsuvar  gülə-gülə  izahat  verdi,  –  bunlarda 
“dayanmayın, keçin” əvəzinə “rədd olun” deyirlər”. Ürəyim 
yerinə  düşdü,  –  “Dilimizi  zəlil  edənin  canı  çıxsın”  –  deyib 
sakitcə İran torpağına deyil, ilk dəfə öz doğma cənubi Azər-
baycanıma  ayağımı qoydum.  Metal  hasarların  arasıyla  xeyli 
gedib cənub Biləsuvarına çatdıq. Pullarımızdan bir neçə ma-
natı  “palazqulaq”  iran  tümənlərinə  xırdaladıb  Rza  adlı  bir 
azərinin taksi maşınına əyləşdik. Təbrizədək əlli beş min tü-
mənə razılaşıb dörd saatlıq Təbriz yoluna çıxdıq. 
Şəninə mahnılar, şeirlər qoşulmuş Təbrizi görmək üçün 
burnumun  ucu  göynəyirdi.  Yolboyu  çiy  kərpicdən  tikilmiş 
daxmalara  baxdıqca  ayrı  düşmüş  qardaşlarımızın  həyatına 
acımamaq  olmurdu.  Düz,  Əhərəcən  taksimizin  radiosunda 
“İctimai  radio”nun  gözəl  musiqi  proqramlarına  qulaq  asa 
bildik.  Əhərdən  o  yana,  İran  mollalarının  ramazan  moizə-
lərinə qulaq asmaq zorunda qaldıq. Rza bir neçə dəfə kanalı 
dəyişib bizim Röyanın diskini oxutmaq istəsə də, Şahsuvar, – 
“Kəs  onun  səsini,  gəlmişkən  qoy  bir  doyunca  Allah  kəlamı 
eşidək” – deyib insan hüquqlarımızı əlimizdən alırdı. İranda 
bu kimi “Allah kəlamına” hamının hörmət etməli olduğunu 
anladım. Şahsuvar əsl İran adamıydı... 
Yolda maşını “Yaşıl bağça” restoranının qarşısında sax-
ladıq.  Başıqarlı  Savalanın  məhzun  məğrurluğu  gözlərimi 
yaşartdı. İçəri keçdik, taxtlarda bardaş qurub aş sifariş etdik. 
Bakıdan  gəldiyimizi  biləndə  bir  neçə  nəfər  cavan  başımıza 


 
244 
 
toplaşdılar. Restoranın divarındakı yazıları oxuyub xeyli gü-
lümsündüm,  latin  qrafikasıyla  –  “Yəşil  Bəğçəyə  xoş  gəlib-
siz!”  –  yazılmışdı.  M.F.Axundov  adına  kitabxananın  bina-
sının  şəkli  asılmışdı  divardan.  Deyirlər  burda  Şah  İsmayıl 
Xətainin  də  portreti  asılıbmış,  lakin  polislər  şəkli  yığışdırıb-
lar  və  bu  da  ciddi  səs-küyə  səbəb  olub.  Bakıdan  gələnlərin 
sayı  günbəgün  çoxaldığından  o  taylı  qardaşlarımızın  da  əl-
ayağı,  dilləri  bir  az  açılmışdı.  Aşımızı  yeyib  yola  davam  et-
dik. Təbrizə yaxınlaşdıqca yolboyu qırmızı rəngli təpələr bu-
radakı  dəmir  filizinin  çoxluğundan  xəbər  verirdi.  İnstitutda 
oxuyarkən  minerologiya  fənnindən  öyrənmişdik  ki,  göy 
rəngli  torpaq  mis,  qırmızı  rəngli  dağlar  isə  dəmir  yataqları-
nın  göstəricisidir.  “Görəsən  niyə  burada  metallurgiya  za-
vodları  tikmirlər?”  –  sualıma  Şahsuvar,  –  “Qoy  acından  öl-
sünlər,  bunlar  varlansa  İranı  parça-parça  edərlər!”  –  deyə 
cavab verdi. Üzümü ona bozartdım və onu yol yoldaşı kimi 
götürdüyümə peşiman oldum.  
– Sən bunu həmvətənlərimiz barəsində deyirsən? 
– Hə! 
–  İranı  Təbrizdən  çoxmu  sevirsən?  –  özümdən  asılı  ol-
mayaraq  əsəbləşirdim.  
–  İran,  müsəlmanların  və  Allahın  son  ümid  yeridir.  İn-
şallah dünyada haqq-ədalət İranın ətrafında bərqərar olacaq. 
İran  dünyaya  azad  cəmiyyəti,  doğru-düzgün  dini,  cənnətə 
gedən haqq yolu göstərəcək. 
–  Amma  mən  İranı  Təbrizin,  Ərdəbilin  xatirinə  sevə 
bilərəm. Bizim döyünən ürəyimiz bu tayda qalıb – dedim. 
Gecə  saatlarında  Təbrizə  daxil  olduq.  Taksi  bizi  “Gül-
şad”  otelinin  qarşısında  düşürdü.  Özümüzə  üçnəfərlik  otaq 
götürüb  axşam  yeməyi  üçün  şəhərə  çıxdıq.  İftar  vaxtı  oldu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə